Maskalı həyat(Bölüm 18)

Müəllif: Narın Yağış
Şərhlər: 10
Baxılıb: 4 431
Səs ver:
(səs: 6)
O hara gəlsin? Soyunma otağına? Ay Süsən özünə gəl. 
-Mən hara gəlim?
O mənə yaxınlaşıb belimdən tutub özünə doğru çəkdi.
-Hə Süsən xanım?
-Şey yəni
-Nədi orda nə etmək istəyirsiz mənə
-Yəni mən pppaltarları pərdədən vermək üçün ddeededim
Ay ALLAH mən nə danışıram nə deyirəm? Heç özüm də bilmirəm. O mənə bir az daha yaxınlaşıb qulağıma
-Qısqanclıq sənə yaraşır
O mənə toxunduqca mən özümü itirirdim ağlıma heç nə gəlmirdi. Başqa halda başın əzməli idim əslində ama əlim qalxmırdı. Mən bayaq divandan düşəndə deyəsən zədə aldım hə əlbbətdə. Başqa cür nə ola bilərki?
-Həə paltarlarıma başqa qızın dəyməsini sevmirəm
-Yalan danışmağı ən azından mənə bacarmırsan
Deyib məni buraxdı. Sanki beşinci mərtəbədən düşmüş kimi oldum.
Qızın da başı gah mənə gah Kamrana baxırdı. Mən əsəbimi çıxmaqdan ötrü ona acıqlandım
-Sən hələ burdasan? Get gətirdə paltarları
Qız səsimdən diksinib tez qaçdı. Sənin başına oyun açım sən də bax.
Soyunma otağına keçdim ilk paltarı gətirdi. Geyinib çıxdım 
Heç Kamran göz ucu belə baxmadan 
-Nç
-Zəhrimar nç bir bax da
-Görməsəm demərəm
Təzədən gəlib qızın mənə əsə-əsə verdiyi qızılı rəngli uzun paltarı geyindim. Toy müğənnilərinə oxşuyurdum
Təzədən çıxdım məni görən kimi güldü
-Manıslara oxşuyursan
-Eeeeee
Deyib təzədən üçüncü, dördüncü, beşinci, altıncı... Onuncu... Ən nəhayət 11
Çıxdım soyunma otağından. Qız pərdənin yanında yorğunluqdan ölən baxışlar ilə baxırdı. Sənə o da azdı
-Bunu da bəyənməsən paltarı özün geyəssən
Kamran heç nə demirdi sadəcə mənə baxırdı
Əynimdə tünd göy bütün bədənimi saran sinə üzərinden qollara kimi güpürlü. Bıy güzgüdə baxdım qəşəng paltar idi. O qədər yorğunam ki heç paltara fikir verməmişdim
-Bir də ağzını bağlasaydın sənə aşiq olacaqdım
-Bəbəbəbə(yamsılamağa çalışırdım)
-Süsəəəən
Mən tez soyunma otağına girdim. Paltarı çıxartmaq istəyirdim ki Kamran içəri girdi
-Bayaq çağırmışdın
-Xəstəsən çıx tez ol
-Sevinmə. Mən bunu bəyəndim bunu alırıq sən nə deyirsən yəni başqasın geymə
-ALLAH razı olsun. Balalarını saxlasın sevindim
O qədər yorulmuşdum ki bunu bəyəndiyinə sevindim.
-İkimizin balası olduğuna görə 
-Kamraaan
-Yaxşı yaxşı
Deyib çıxdı. Yox bir balamıze. Başdan xarab psixopat.
Nəhayət paltarı aldıq. Ona verilən pulu görəndə ürəyim ağradı. O pula 10 paltar iki də ayaqqabı alardım. Ama nəysə
Biz ordan çıxanda arxaya çönüb baxdımki qız sevincindən rəqs edirdi. Bax belə başqasının sevgilisinə baxmassan.
---Böyük gün. Dəvətə gedirik. Elə həyəcanlıyam. Belə yerlərə getmək həvəsindən deyil, sadece Aytən Kamranın atası və digər tanımadığım insanlar.
Səhər duranda yenə həmin yuxunu gördüm yavaş-yavaş gördüklərim indi yadıma düşür. Canavarları bu dəfə çevrilmə anında gördüm. Ama üzlərin görə bilmədim. Ama biri qız, biri oğlan idi.
Bu dəfə çarpayımda idim düşmədim. 
Anam otağıma girib mənə baxdı gülərək
-Neynəmisen qızıma? Hanı mənim qızım
-Anaaa
-Ay can. Çox gözəlsən Süsüm.
-Doğurdan biabır olmuyacam ana? 
-Yox ay dəlim. Bu Kamran sənə yaradı heç olmaya ketləri az görürük. 
-Eee ana
Qapı döyüldü yəqin Kamrandı. Anam getdi açmağa
-Mən açaram
Mən də tez güzgü önünə keçdim. Hər şey yerində idi deyəsən. Of həyəcandan dodaqlarım belə qurumuşdu. 
-Süsən Kamrandı deyir gecikirsiz tez ol
Bu dikdabanlarla gəlsin özü tez yerisin də mən də görüm. Kaş oğlanlar da geyinərdi. 
Mən addımlayaraq otaqdan çıxdım. Kamran mənə bir dəfə baxdı sonra isə telefonunu götürüb mənə heç baxmadan
-Gəlirik. Hə yaxşı
Ayı bir qəşəngsən zadda demədi. Ama o çox yaraşıqlı idi. Smoking ona çox yaraşmışdı. Süsən sənə nə olur? Özünə gəl. Artıq himnim olub özünə gəl Süsən özünə gəl.
O telefon danışığın bitirib anama baxaraq
-Biz getdik Sevda xanım
-Ehtiyatlı olun 
O heç nə demədən çıxdı. Mən də başım aşağı onun ardınca.
---Maşınla gedirik. Yenə yol boyu dinmir. Bu adamı indi öldürəcəm. Hücum çəkəcəm bu paltarla bu dikdabanla üstünə dabanı ilə başına-başına vuracam. O gözlərin də çıxardacam başqa heç kəsə baxmasın. Bıy nə dedim heç kəsə baxmasın? Mənə nə baxsındaaa. 
Artıq maşını saxladı. Çatdıq demək. Bu qədər medya insanını bir arada görməmişdim. Flaşlar hər yan flaşlara bürünmüşdü. Qırmızı xalı üzərində hamı özünü göstərirdi. İndi biz də? 
Dərindən nəfəs al. Rahatlaaa
-Həyəcanlısan bilirəm. Ama özün kimi davran birdə yanımdan ayrılma 
Nəhayət danışdı mənlə. 
-Mən düşüm sənin də qapını açanda düş məni gözlə
-Baş üstə Kamran bəy
O düşdü. Qara kostyumlu iri yarı bir kşi qapını açdı. Kamran da gəlib durdu əlini uzatdı əlindən tutdum düşdüm. Qırmızı xalı üzərində o mənim əlimi buraxmadan addımlayırdı.
Hamı çəkirdi bizi. Bu dəfə suallar yox idi çünki onlar bizdən uzaqda zəncirlə haşiyələnmiş hissədə idilər. Özümü məşhur aktrisa və ya müğənni kimi hiss etdim. Əlimə də mikrafon alıb oxumağım gəldi.
-Buraları bəndən bəndən yıkılıyor 
-Hər gün peşime bıyıklı takılıyor..
Nay nay nay
Ürəyimdə bu mahnını oxumağa başladım. Ağlıma gələn mahnı bundan artıq olmuyacaq ki.
Nəhayət qırmızı xalı bitdi.
Biz zala doğru irəliləyirdik. Zala daxil olduq. O qədər o qədər iri idiki ağzım əyilmişdi. 
-Ağzını bağla milçək zad girəcək
-Belə yerdə milçək olmaz hər halda
O gülərək
-İnsanlara diqqətlə baxma, süzmə onları, ətrafa da ağzı açıq baxma. 
-Bağışla.yaxşı.
-Tanımadığın insanlar belə olsa nəsə desələr gülümsəyərək cavab ver.
Mən yalandan gülümsəyərək daha doğrusu dişlərimi ağardaraq
-Belə?
-Day belə də yox. Bir az azalt 
Mən gülümsəməyimi azaldırdım ki öndən bir oğlan bizə baxaraq addımladı
-Kamraaan
-Ay can
-Necəsən? 
-Yaxşı Kənan. Səni gördüm lap əla. 
Onlar qucaqlaşıb danışırdılar. Mən isə Kənana ağzı açıq şəkildə baxırdım. İnsan bu qədər mi yaraşıqlı olar. Sanki moda jurnalının üz qabığından bu dəqiqə fırlayıb gəlib.
-Tanış ol Süsən. Qardaşım Kənan
Məncə Kamran tək uşaqdı axı. Başım qarışdı. 
Kamran kimisə görüb
-Siz burda olun gelirem
O gedən kimi mən sahibini itirmiş pişik balası kimi qaldım. O deyil də Kamranın qardaşı da varmış
-Mən öz qardaş deyiləm
Mən birdən ona baxdım.
-Anlamadım
-Kamranın ögey qardaşıyam. Ata bir ana ayrıyıq. Təbii ki heç kəs bilmir.
Mən gözlərimi iri şəkildə açıb ona baxırdım
-Bəs mənə niyə deyirsiz
-Kamranın sevgilisi belə asand olmaz. Və deyim ki Kamranın zövqünə heyranam
Mən üzərime baxıb gülümsəyərək
-Hə paltarı o seçib hardan bildiz?
-Mən səni deyirdim
Mənim yanaqlarım al qırmızıya boyandı. Özümü itirdim.
Başımı çevirdim ki qapıdan Aytən atası və anası ilə içəri daxil oldu. Üstündə qaşlar ilə işlənmiş bənövşəy rəngli uzun paltar var. Yaraşırdı. Mən tez başımı çevirdim
-Keçmiş gəlinimiz
Aaaa Kənan da bilir. O mənə daha diqqətlə baxıb
-Sən də bilirsən. Çaşmadığına görə.
-Kamran da bilirdi?
-ƏlbetTƏ de yox. Atam ilə Aytən belə desək Kamrana oyun oynamaq istəyiblər. Ama Kamran bilmir bu oyunda atamızın rolun. Yəni ona demə
Bunun dərdi başqadı deyəsən. İlk dəfə gördüyü adam az qala evindəki pulu harda saxladığını belə indi deyəcək. 
Nəhayət Kamran gəldi. Əlimi tutub
-Gedək anam səni yanında görmək istəyir.
Mən sevinərək onun yanınca irəlilədim.
Zalda hamı ayaq üstə masalar ətrafında oturacaq yox idi. Yorulmullar bunlar. 
Zərifə xanımın yanına gəldik ki kim varmış yanında Aytən və anası söhbət edirdilər. Aytən isə məni görən kimi üzərimə hücum çəkərək
-Aaa Süsən sən də burdasan nə yaxşı
Deyib məni qucaqladı. Mən onu itələyib Kamrana baxdım.
Kamran isə gülümsədi mənə. Aytən qulağıma
-Sevinmə. Ama burda belə oynamaq lazımdı. 
Anladım burda hamı üzünə bir maska taxıb mən də daxil olmaqla.
--Artıq bir saat keçmişdi. Mən zalda olan pəncərədən dənizi izləyirdim. Mənim burda nə işim var axı? Bura mənim yerim deyil. Birdən qolumdan kimsə yapışdı çevrildim ki Səbuhi əynində smoking çox yaraşıqlı bir halda gülümsəyərək mənə baxır
-İlk tanımadım Süsən
-Düzü mən də səni. Sənin nə işin var burda.
-Akif dayıvın deputat olduğun unutmusan deyəsən?
-Həəə huşturumam bilirsən də.
Musiqi sakit ritim ilə insanın qulağın yormadan bütün zal boyu səslənirdi. Zalın orta hissəsində rəqs edənlər də vardı. Diqqət etdim yox səf görürəm yəqin. Ama yox Kamran Aytən ilə oynayır.
İnsanlar beləcənə gözdən düşürlər. Ama belə insanlardan soyuq şəkildə və anında alınan qisas xoş olur.

P.S: Ardı var.
(səs: 6)
Şərhlər: 10
Baxılıb: 4 431
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri