Bir ipin hesabı

Müəllif: Wiyinka
Şərhlər: 8
Baxılıb: 2 507
Səs ver:
(səs: 3)
 
Varlının biri öləcəyindən və qəbirdə tək qalacağından qorxurmuş..."Öldüyüm gecə kim qəbirə mənimlə birgə girsə və sabaha qədər mənim yanımda qalsa sərvətimin yarısını ona bağışlayıram" deyə vəsiyyət etmiş....
Öləndən sonra "Kim qəbirdə səhərə qədər qalmaq istəyir?" deyə axtarmağa başlamişlar...Heç kimi tapmamışlar...Sonunda bir qul gəlmiş:
"Mənim sadəcə bir ipim var...Başqa itirəcək hec nəyim yoxdur.Səhərə qədər qəbirdə qalsam varlı olacam" fikri ilı qəbul etmiş...
Qulu vəfat edən varlı ilə birlikdə dəfn edirlər...Və dəfn edəndən bir az sonra sorğu-sual mələkləri gəlir...Mələklər görürlər ki, qəbirdə bir ölü və bir də canlı var...Mələklər fikirləşirlər ki, ölü onsuzda əlimizdədir...Birinci dirini sorğu-sual edək...Başlayırlar quldan...
" -O ip kimindir? Hardan aldın? Niyə aldın? Necə aldın? Harada istifadə etdin? " 
Və beləcə səhərə qədər sorğu-sual davam etmiş, amma sorğu-sual hələ də bitməmiş...Səhər açılan kimi qul qəbirdən cıxmış və gəlmiş evə...Evə gələn kimi buna deyirlər ki, gəl sərvətivi götür..Bu sənin haqqındır...

İstəmirəm...Mən səhərə qədər bir ipin hesabını verə bilmədim...O qədər sərvətin hesabını necə verəcəm..Istəmirəm !!!







(səs: 3)
Şərhlər: 8
Baxılıb: 2 507
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri