Varlı və yoxsul

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 6 148
Səs ver:
(səs: 3)
Allah Rəsulu (s) adəti üzrə öz məclisində oturmuşdur. Səhabələri o Həzrətin (s) ətrafında toplaşmış və onu üzük qaşı kimi əhatə etmişdilər. Bu zaman fəqir köhnə libaslı bir müsəlman gəlib ora yetişdi. O, İslam dininin adətinə əsasən ki, hər kəs hansı məqamda olursa-olsun məclisə daxil olduqda boş olan hər hansı bir yerdə oturmalı və hər hansı bir yeri öz şəninə layiqdir deyə seçməməlidir.
O kişi ətrafa nəzər saldı, bir tərəfdə boş yer tapdı, ora gedib oturdu. Təsadüfən varlı bir kişinin yanında oturdu. Varlı kişi paltarını yığıb özünü bir kənara çəkdi. Onun hərəkətlərini müşahidə edən Allah Rəsulu (s) üzünü ona tutub dedi:
- "Qorxdun ki, onun yoxsulluğundan sənə bir şey yapışar?!"
- "Yox, ey Allahın Rəsulu (s)!"
- "Qorxdun ki, sənin var-dövlətin ona keçər?"
- "Yox, ey Allahın Rəsulu (s)!"
- "Qorxdun ki paltarların bulaşar?" "Bəs nə üçün özünü bir tərəfə çəkib kənarını boş qoydun?"
- "Etiraf edirəm ki, səhv etmişəm. İndi bu səhvimi düzəltmək üçün kəffarə olaraq öz sərvətimin yarısını haqqında səhvə düşdüyüm bu müsəlman qardaşıma verməyə hazıram".
Köhnə paltarlı kişi dedi: "Lakin mən qəbul etmək istəmirəm".
Camaat təəccüblə: "Nə üçün?"
- "Çünki qorxuram bir gün məni də qürur tutar və mən bir müsəlman qardaşıma qarşı bu gün bu şəxsin mənimlə rəftar etdiyi kimi davranaram".
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 6 148
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri