Mənim lənətlənmiş dünyam

Müəllif: Firuze19
Şərhlər:
Baxılıb: 2190
Paylaş:
Səs ver:
(səs: 0)
 
 Ziya Səfərbəyovun "Mənim lənətlənmiş dünyam" kitabından parça. "Saranın məktubu"...


Mən öldüm, yaşlanmağa macal tapmadan, bu həyat kasasını boşaltmadan bu həyatı tərk etdim...
Övladlarımın toyunu, onların xoşbəxt anlarını görmədən, analıq hissindən doymadan və nənə olmaq şərəfinə layiq olmadan bu dünyanı tərk edirəm... Bu həyatda bir çox işləri bitirməmiş və yeni başlanğıclar etməmiş dünyadan köçürəm... Özüm istədiyimdən deyil, istəklərimə zidd olaraq bu həyatı tərk etməli oldum. Vaxtsız olsa da, qoca qarı tək zəifləmiş, yaddaşını itirmiş, saçları tökülmüş vəziyyətdə ölürəm. Mənə ehtiyacı olan, arxamca ağlayıb-sızlayacaq və geri dönməyim üçün yalvaracaq olan körpələrimi, sevdiyi insanın vəfatına görə hədsiz dərəcədə əzaba çəkəcək həyat yoldaşımı tənha qoyub gedirəm. Tezliklə, çiçək açmalı olan brunfelsiyamın güllərini görmədən ölürəm. 
Mən ölümümdən sonra ailəmin qazanacağı və mənim itirəcəklərimi sadaladım, buraya kədər, qəm-qüssə daxildir. Amma bu qısa həyat boyu əldə etdiklərim üçün hədsiz dərəcədə minnətdaram. Axı indi itirməməyə çalışdıqlarıma heç sahib olmaya da bilərdim... Mən yaşayırdım... Məni səmimi qəlbdən sevən və qeydimə qalan gözəl bir anam var idi... Mən yaşayırdım... Mən universiteti bitirib, sevimli işim-gülçülüklə məşğul olurdum... Yaşayırdım... Sevirdim və həyatda ən mehriban, gözəl bir insan, həyat yoldaşım tərəfindən sevilirdim... Yaşayırdım... İki sağlam, göyçək övladın anası və mehriban ailə sahibəsi oldum... Mən yaşayırdım və yaşayacam da... Çünki qayğısını və sevgisini qazana bildiyim ailəmin xatirələrində mən əbədi olaraq yaşadılacam. 
Mənim əziz həyat yoldaşım, dostum, sevgilim... Cavid. Bu qısa ömrümdə həyat yoldaşım olduğun üçün sənə çox minnətdaram. Səni sevirəm. Sən mənə əziz olan və məhəbbət hissiylə yaşadığım ən doğma insansan. Bağışla məni... Mənim təqsirimdən baş verən təsadüfi mübahisələr zamanı, səni incitdiyim, xətrinə dəydiyim üçün bağışla. Səni tərk etdiyim üçün məni bağışla. Bu həyatın sevincini və kədərini daha səninlə bölüşə bilməyəcəyim üçün məni əfv et... Səni və övladlarımızı tənha qoyaraq, bu dünyadan köçdüyüm üçün... Amma özümdən daha çox sənə güvənirəm, elə buna görə də əminəm ki, mən olmadıqdan sonra belə övladlarımıza analarını unutmağa icazə verməyəcəksən... Məni hər zaman xatırlayacaqsınız, buna görə də sizin xatirənizdə əbədi olaraq yaşayacam. Uşaqlarımız xoşbəxt, əlverişli şəraitdə böyüməsi üçün əlindən gələni əsirgəməyəcəyini bilirəm, onlar heç vaxt bu hisslərə görə, ana qayğısının olmadığı üçün kasadlıq çəkməyəcəklər. Buna özüm kimi əminəm... Əgər sən bu məktubu oxuyursansa, deməli, mən artıq bu həyatı tərk etmişəm. Sənə son xahişim var. Xəstəxanada, mənimlə eyni otaqda müalicə alan həmin qadının oğlunu tap. Qolları olmayan, həmin əlil körpəni tap... O, qayğıya ehtiyacı olan aciz bir uşaqdır. Ona yardım et, qayğısına qal... Allah sənin yardımçın olsun... 
Mənim körpə oğlum.. Mənim Səidim, vaxt gələcək və atan bu məktubu sənə oxumağa verəcək. Səndən xahiş edəcəyim yeganə şey bu həyatda ümidini, imanını itirməməkdir.... Allaha həmd et, həyatında nə baş verdiyindən asılı olmayaraq... Hər zaman Onun sədaqətinə ,mərhəmətinə güvən, oğlum. 
Balaca, gözəl qızım... Amalya... Sevimli qızım, səni çox sevirəm... Bu həyatı xoşbəxt yaşamağın üçün Tanrıya dua edirəm, bu həyatı layiqli şəkildə sür... Birdə ki, böyüyəndə atanın qeydinə qal...
Bu son nöqtə deyil. Çünki, bir gün hər birimiz bu dünyanı tərk edəcəyik... Mən də tərk etməliyəm. Gec, ya da tez hər birimiz dünyamızı dəyişəcəyik,cənnət bağlarında qovuşacağımıza ümid edirəm... Allahım, bu həyata və yaşadığım illər ərzində malik olduqlarıma görə təşəkkür edirəm... Sevgilərlə Sara....
 


loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 2190
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv