Yaman Vefalisan ey derd

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 864
Səs ver:
(səs: 2)

http://imgs.su/tmp/1318398464-656.jpg


Yaman Vəfalı

san ey dərd !
Xoş günümdə də məndən əl çəkmirsən...
Uşaq anasının yaxasından tutub gəzdiyi kimi sən də yaxamdan tutub gəzirsən bu dar dünyanı...
Deyəndə də güləndə də elə ağlayanda da...
Səndə olan bu etibar kaş səni mənə verən olaydı ey dərd !!!
Hərənin bir dərdi var...



Bəlkə dünyanın özü boyda dərdi var...
Varsa görəsən onun dərdi nədir ?
Dərdlilərin dərdinimi çəkmək ?
Sən həm şirinsən həm də acı...
Yandıra-yandıra qoymursan yaramı köz bağlamağa gözümü də dincəlməyə...
Axı gecələr ağlamaq olmaz...
Ağlayanın səsi göydəki mələyin xoşuna gəlir...



O mələk istəyir ki ağlayan adam həmişə ağlasın...
Elə sən də axşamlar güc gəlirsən mənə...
Çağrılmamış qonaq tək...
Bəlkə göydəki mələklə əlbirsən ?
Yaman şüpələnirəm səndən ey dərd !
Heç mən eşitmədim ki kimsə soruşa səndən bəs sənin dərdin nədir ey dərd ?

 

(səs: 2)
Şərhlər: 1
Baxılıb: 3 864
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri