Maskalı həyat (Bölüm 41)

Müəllif: Narın Yağış
Şərhlər: 5
Baxılıb: 4 457
Səs ver:
(səs: 3)
İnsan bəzən sadəcə yuxudan oyanmaq istər.
Gözlərimi açdığımda bir yataqda idim. Çardaq kimi bir yer idi. Ayağa qalxmaq istədikdə ayağımdakı gipsin fərqinə vardım.
Güclə də olsa qalxıb qapıya doğru süründüm desəm yalan olmaz. Ama qapı kilitli idi. Otağın bir pəncərəsi var idi ora yaxınlaşdım. Ətraf bütün ağaclar idi. Pəncərə isə üçüncü mərtəbə idi. Ətrafda heç kəs görsənmirdi. Qapıya doğru gedib qışqırmağa başladım qapını döyəcləyərək
-buraxın məni buraxın....aaaaaaaa......kömək edin.....buraxın
Bu məqamlarda nə deyillər bilmirəm ama içimdəki də lap yanğının üstünə benzinlə gedib
-onlarda bu dəqiqə səni buraxacaq
Deyib göz süzdürdü. Bir müddət getmişdi əsəbim ilə oynuyan yox idi yenə gəldi yadplanetli.
Təxmini necə saat keçdi bilmirəm ama qapı kilidinin səsi gəldi. Qapı açıldı nimcə ilə Kənan girdi içəri. Gözlərim.açıq şəkildə ona baxırdım. 
-sabahınız xeyr şəhzadə
Mən hələ də olanları tam dərk etmədim deyəsən. 
-səhər yeməyini gətirmişəm
-sənin başın çatmır bu dəqiqə Kamranı bura çağır. Axmaq
-əsəbləşmə əzizim
-əzizin ağzımı açıre
-sənə belə getsə hələ çox qonağım olassan 
-Kamran səni öz əlləri ilə öldürər
-aaa o heç qardaşına qıyar?
-sən məncə Meşdağaya get əsl yerin oradı. 
-Süsən sən çox yersiz oldun ama xeyrli oldun mənə
O nimçəni tumbanın üzərinə qoyub pəncərənin yanındakı dəri kresloya oturub mənə baxdı.
-mən neçə ildi plan hazırlıyım sonra birdən birə göydən zənbillə bir qız düşsün və bütün planları məhv etməyə yaxın olsun?
-bu zənbillə düşən deyəsən mənəm?
-həə. Ama sən gəldin mən illərlə hazırladığım planlarda bir azcıq deişiklik etdim.
-indi məni öldürəssən ?
-yox. Sən də Kamranın olan nəyi varsa onlar kimi mənim olassan
-xəyal etmək ziyan deyil
Süsən mən o qədər xəyal edirəm ki hər bir xəyalım planlı halda reallaşmağa doğru gedir.
-axı səbəb? Nə edib axı sənə?
-hə yaxşı sualdı. Onsuzda heç kəsə heç nə deyə bilməyəcəksən qoy hər şeyi danışım sənə
Mən ona baxırdım. O psixi pozğun adamı xatırladırdı. Hə hə. İçimdəki qorxusundan divanın altına elə girdiki heç seçilmədi.
- mən Hüseynovlar ailəsinə gələndə 16 yaşım var idi. Anam bir məktub qoymuşdu mənə özü isə yoxa cıxdı. 16 il boyunca bir dəfə də olsa ata kəlməsi etməyən məni anam atama yolladı. Məktubu bir təhər də olsa ona catdırdım. Hüzuruna gətirdilər.Məni yuxardan aşağı süzüb
-qan alın bu küçükdən
Dedi. Atamın ilk sözü bu oldu. Qan aldılar yoxladılar. Hə Süsən ilk prezdentliyə namizəd dövründə mən çıxdım. Məni öz adına götürmədi. Gülməli bilirsən nədə mənim ata adım bilirsən kimdi? (sanki gözləri qəzəbdən nifrətdən qan çanağı idi o qan canağı sanki bu dəqiqə dagılacaq hər kəsi ağuşuna alacaq) heç ağlına gəlməz. Bağbanının adıdı ata adım. Bax belə Kamrana gəldikdə o da onun oğludu ona hər bir şərait yaradıb hər şeyi ona edib. Mən də ondan alacam. Vəsiyyətini bilirəm. Kamran Kamrana da bir şey olsa men
Seyib güldü. Gözlərim bərələ qalmışdı. Ürəyim isə elə tez tez atırdıki sanıram ki bu dəqiqə partlayacaq. O mənə baxıb davam etdi.
- əslində Kamran Aslan atacıqdan daha tez ölməli idi. Ama bu axmaq lalə hər şeyi korladı. Onunla sözləşmişdik. O Aslanın ölməyin istəyirdi.
Həmin gün gedib ona deyəndəki Kamran bu gün öləcək qız elə bil dəli oldu. Bu axmaq sevgi işləridi. Mən onu o qədər ciddiyə almadım. Ama kamranın önünə keçib öləcək qədər onu sevirmiş yəni
Deyib yenə o irgənc gülümsəməsin eşitdirdi.
-sən laləni öldürmüsən hələdə gülürsən? 
-mən atacığımı da öldürmüşəm və yenə gülürəm
-necə əlin gəldi axı
-inanki üç gülləni atanda da heç uf da demədim. İlki o küçüyə göre idi ikinci o bağbanın soyadın aldığıma görə sonuncu isə anama görə
İndi mən bir psixin yanındayam harda olduğumu bilmirəm ve çox qorxuram.
-heç soruşmursan sən planın hansı hissəsindəsən
-hələ bitirməmisən?
-yox. İndi sənin koməyinlə sevimli qardaşıma sevgi ağrısı nədi onu anladacam. Heç bir qardaş qardaşa bu dərsi verməz
Deyib gülərək otaqdan çıxdı.
Mən heç nə anlamadım. Kamrana nəsə olsa mən yaşaya bilmərəm sadəcə ölərəm. Bitərəm. nəfəs ala bilmərəm. Mən anladım kamran mənim nəfəsimdi sadəcə necə nəfəs almadan yaşamaq olmursa kamransız da olmaz. Bu qedər asand.
Artıq günləri qarışdırmışdım.ama beş günə yaxın idiki mən qacırılmışdım. Sanki günlər keçdikcə ümüdlərim də itirdi. 
Kənandan başqa heç kəs mənə yaxınlaşmırdı yəni əgər evdə başqa kimsə var idisə də bilmirəm.
Yenə yeməyi gətirəndə artıq dizlərinə qapanıb
-xahiş edirəm Kənan nolar burax gedim xahiş edirəm. Heç kəs heç nə demiyəcəm. 
-səninlə bir şert kəsib səni buraxa bilərəm təkcə
-nə?
-mən səni buraxacam. Ama sən bu şəhərdən cıxıb gedəssən. Kamranın yanına yaxınlaşmayassan. Sənə saxta şəxsiyyət və yeni ad düzəltdirəcəm. Pul da verəcəm sənsə burdan gedəssən. Ama dediyini etməsən Kamrana bir addım belə yaxınlaşsan Kamranı öldürəcəm. Bilirsən heç tüküm də tərpənməz
-sən manyaksan psixsən. Allahın bəlası rətdol deyib ağlamağa başladım
-başqa bir çarə yoxdu. Yada ömrünün sonuna qədər burda qal. Mənim üçün fərq yoxdu
Mən dizlərimi qucaqlayıb ağlayaraq
-mən onsuz yaşaya bilmərəm nəfəsim kəsilər anlayırsan?
-onun nəfəs aldığın bilmək sənə yetməZ?
Yetər görəsən? O ölsə nə olar ? Mən də ölərəm sadəcə.
Mən diri diri özümü basdıraram ama ona bir şey olması. O uzağı bir ay üzülər sonra düzələr. Kamran səni sevirəm. Sənə görə
-yaxşı. Edəcəm. Gedəcəm gelməyəcəm. İtəcəm ama sən də kamrana nəsə etsən bilki öz əllərimlə səni gəbərdərəm. Əmin ol.
qərarlar hər zaman nəticəsin bildirməz. Bu da o qərarlardandı. 
O gülərək o irgənc baxışları ilə mənə baxdı
-bax belə ağıllı ol
-o məni olmuş biləcək?
-hə. Bu qədəri bəsindi. Amerikaya gedəssən. Tanışım var orda gözü üzərində olacaq. 
-Allah bəlanı versin
Deyib ayağa qalxıb güclə də olsa yatağa doğru getdim.
---
Səhərin ilk şuaları ilə Kənan gəldi.
-dur gedirik
Biz hava limanına gəldik.
O cibindən sənədlər cıxardı. Mənə verdi
-bunlar sənin sənədlərin. Adin Semadi. Sema xanim(əlindəki çantanı mənə uzatdı mən də aldım) bu da pulunuz. Göndərəcəm narahat olma. 
-lazım deyil başına dəysin. Deyib sənəd yoxlama söbəsinə doğru getdim.
Sağol Bakı. Sağol ana. Sağol ata. Sağol qaqaw. Əlvida sevgilim. Əlvida.....


(səs: 3)
Şərhlər: 5
Baxılıb: 4 457
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri