Ölməz ümid

Müəllif: Wiyinka
Şərhlər: 8
Baxılıb: 3 070
Səs ver:
(səs: 3)
Dostunun gündən-günə pisləşdiyini görən dostu həkimə göstərməyi qərara alır. Həkim xəstəni müayinə etdikdən sonra onun ağacda yarpaqlar saralıb tökülənədək ömrü qaldığını bildirir. Bunu eşidən xəstə dost hər səhər ayılıb pəncərə qarşısındakı ağaca baxardı.
Payız yaxınlaşmışdı və ağacdakı yarpaqlar yavaş-yavaş saralıb tökülürdü. Beləcə yarpaqlar hamısı tökülməyə başladı və sonda ağacda yalnız üç yarpaq qaldı dostu bu üç yarpağında töküləcəyini gözləyirdi, amma... Yarpaqlar tökülüb getmirdi. Bunun ümidiylə xəstə dost yavaş-yavaş sağalmağa başladı.
Günlər keçdi və bir gün o ağaca yaxınlaşanda gördü ki, ağacdakı yarpaqlar kağızdandır və bu zaman dostu ona dedi: "Ağacdakı yarpaqları çoxdan külək aparmışdı və mən səndən xəbərsiz ağaca kağızdan xəyalı yarpaq düzəltdim sənin ümidin itməsin deyə”...
Çalışaq həyatda ümidimizi itirməyək. Çünki ümid insana yaşamağa güc verir. Hər kəs bir ümidlə yaşayır bu həyatda. Təki ümid etdiyimiz şeylər yerinə yetsin. ALLAH hamının köməyində olsun! Amin... 
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 3 070
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri