Bədbəxt ailə

Müəllif: Wiyinka
Şərhlər: 5
Baxılıb: 4 540
Səs ver:
(səs: 2)
Bu ailənin birinci övlad payı qız oldu qəlb sevinci övlad payı, bu qızın olarkən həyatda 2 yaşı, doğuldu dünyaya gəldi qardaşı...
Ana həyata oğul payın gətirdi,gəlki doğuş vaxtı ömrün itirdi,bir sevincin ömrü çox qısa oldu, ürəyə kədər yanağa göz yaşı doldu...
Ata böyütməli idi bu 2 uşağını, qadınsız bir həyat itirər marağını. Ata o qədər qatılır əzab əziyyətə, düşməsin uşaqları qəm möhlətə, həm ata olur həm ana olur onlar üçün, əsəd aparır ürək bu duyğular üçün...
Uşaqlar böyüdükçə illər keçir, zaman gunbəgün insanın omrün biçir...Ata qocalır, get gedə gücsüzləşir, həyatda xəstəliklərlə üzləşir, xəstəliklərə tab gətirmir canı ata da tərk eliyir gedir dünyanı...Övladlar o gündən yetim qalır, həyat sınağı onları əziyyətə salır.
18 yaşına keçib qardaşı, qızın isə 20 tamamdır yaşı. İndi bacısına baxmalı idi oğlan, ona görə eliyir canın işə qurban. Çörək pulu üçün çox əziyyət çəkir, fəhləçilik oğlanın belin bükür. Halal zəhməti ilə işliyir hər gün, bacısın istəmir halı olsun üzgün...Bir gündə oğlan bu fəhlə işində, hadisə baş verir işin gedişində. Binanın 2-ci mərtəbəsindən qəfildən yıxılır pəncərəsindən, sınır bel sümüyü, şikəst olur oğlan həyat eliyir adamı çox şeyə peşman, birdəfəlik olur yataq xəstəsi həyat bu hala salmasın heç kəsi...Bacısı bu halda görür oz qardaşın, ağlıyir hər gün tökür hey göz yaşın. Böyük əməliyyat olmalıdır qardaşı, nə olsa sağalmalıdır qardaşı. Məcbur olur iş gəzir bütün günü, heç bir işində yox xeyri mümkünü. Vardır əməliyyat üçün ehtiyac pula, məcbur həyat bu qızı salır pis yola, bu yolnan düzəldir əməliyyat pulun, can satır qazanır qara həyat pulun. Qardaşını eliyirlər əməliyyat, qalxır ayağa dəvam eliyir həyat...Deyir bacısına elədin çarəmi, necə tapdın bu qədər pul parəni? Bacısı çox inad eliyir deməmək üçün, qalsın gizli qəlbin olmasın üzgün. Oğlan deyir bilməliyəm deməlisən, hansı pulnan əməliyyat olmuşam mən? Qız oturub hönkür- hönkür ağlayır, qardaşını öpüb bərk qucaqlıyır. Deyir qurban olum bağışla nolar, məcbur açıb danışır hər şeyi aşkar. Dəli olur oğlan duyub bu sözləri, halı dəyişir qanla dolur gözləri, deyir həyatda görmədim bacı toyu, kaşki şikəst qalaydım ömrüm boyu, canıvı satıb mənim canımı qurtardın, haram pulnan qardaş bağrını yardın, atam bu cür verməmişdi tərbiyə, sən onun adına ləkə gətirmisən niyə?
Qurtarıb öz sözünü bacısın oldürür, ağlıyaraq yaş axıdır gözundən, nifrət eliyir irgənir özundən. Daha bu həyatda heç kimim qalmadı, bizi bu həyat nə hallara salmadı...Götürüb ata ananın rəsminə baxdı, cansız rəsmi öpdü bağrına sıxdı. Açaraq titrıyən qanlı əllərin, son kəs siğalladı bacının tellərin, dəyirman atdı zəhərlədi özünü bacısının yanında yumdu gözünü...
Bu bədbəxt ailənin acı qisməti, həyatın bu amansız müsibəti qismət olmasın bir özgə ailəyə, heç bir ürək tab etməz bu cür şeyə...Xoşbəxt ömür hamıya arzuluyuram ən başda can sağlığı vurğuluyuram.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 540
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri