Səndən olmaz (2-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 007
Səs ver:
(səs: 3)
Gözəl şam yeməyi ərəfsində ona baxsam da laqeyd görünməyə çalışırdım.Mən lap əvvəldən də qeyd etdim ki, insanlara güvənmək məsələsində olduqca ehtiyatlı biriyəm.İnsanlar mənim gülər, xoş simama aldanıb mənə yaxın olmağa çalışırlar, amma mən...Necə deyim, çalışıram ki, xoş davranım...Hamıya kömək əlimi uzadıram, amma yenə də...
Bu da istər-istəməz ailə xatirələri ilə bağlıdır...Xalamın və xalamqızının həyatı..Yenə keçmişə səyahət edirəm...
Xalam hələ gənckən nənəmin basqıları altında Faiq əmi ilə evlənmişdi.Amma necə deyim, bu evlilik cansıxıcı gedirdi sanki.Faiq əmi əlindən gələni etməyə çalışırdı ki, xalam xoşbəxt olsun.Faiq əmi həqiqətən də yaxşı adam idi.Elə buna görə də anamla xalamın böyük əmisi oğulu Ramil əmi də onunla dostluq edirdi.Onların dostluğuna həsəd aparırdım...Nəyə görəmi?! İndi açıqlayaram səbəbini...
Xalam Faiq əmi ilə 18 il yaşadı.Yenə dönə-dönə qeyd edirəm: Faiq əmi çox yaxşı adam iidi.Uşaqlarını çox istəyirdi, onlara görə lap canından belə keçməyə hazır biridir, arvadına həddindən artıq çox hörmət edib qayğısına qalırdı.Amma bu cansıxıcı evlilik həm onu, həm də xalamı çox yorurdu.Xalamla Faiqəmi bir-birlərini tanımadan, sevmədən evlənmişdilər.Düzdür, sonralar xalamla Faiq əmi bir-birlərini tanıdılar, hörmət etdilər.Xalam iqtisadçı idi.Faiq əmi isə mühəndis.Hər ikisi bir şirkətdə çalışırdılar. Xalam daha sonra öz istəyi ilə işdən çıxıb uşaqlarla maraqlanmağa başladı.Ona heç bir təzyiq göstərməyən Faiq əmi çarəzsiz idi.Əlindən nə gəlirdi axı?! ...Hər nə qədər olsa da onlar bunu heç kimə hiss etdirmirdilər.Xalam həssas biri idi.Hər şey ona öz təsirini göstərirdi...Valideynlərin in münasibətlərini xalamqızı Ulduz və xalamoğlu Fərhad da hiss edirdilər...
Onların boşanması sanki bomba effekti yaratdı. Heç bir qohum-əqrəba bunu gözləmirdi daha doğrusu.Özləri sakit şəkildə boşansalar da nənəm az qala bunu fəlakətə çevirmişdi.Xalam nənəmin "iddia”larını eşitmək istəmirdi, nə də olsa onu evlənməyə məcbur edən nənəm olmuşdu.Boşanmadan az müddət sonra nənəm "məşvərət” qurub hamının diqqətinə çatdırmışdı ki, "Faiq artıq bizim düşmənimizdir, qızımı bədbəxt edəndir” deyə əlaqələr kəsilsin.Anam başdan olmaqdan hamı buna etirazını bildirdi, çünki hər birimiz Faiq əminin necə adam olduğunu bilirdik, amma ən böyük fırtınanı Ramil əmi qopartdı.
-Mən dostumu satacaq qədər alçalmamışam, Zərifə xanım! Həm onun günahı nədir?!-əsəbindən səsini qaldırmışdı.
-Ramil, bu- ailəmizə ləkədir, nəslimizə zərbədir,-nənəm əsəbindən az qala əsirdi.
-Nəslimizə?!...Milləti özünə güldürmə görüm!...
-Ramil!!!-nənəm əlini masya zərblə çırpdı.
-Sənin yaddaşın heç olmazsa yerindədir, ya yox?!...Nə nəslindən danışırsan sən?!...O nəsil ki, mənə kömək etmədi?!...Mən hələ o vaxt-tələbə ikən iş axtara-axtara qalanda gəlib əmimdən kömək istədim, bilirsən mənə nə dedi?! Dedi ki, adımı ver, iş tapılacaq!...Amma başa düşmədi ki, artıq ad məsələsi keçmir...
-Ramil, o başqa söhbətdir!...
-Mən idim sənə görə, sənin kağızların üçün ordan-bura, burdan-ora sürünən.Mən!!!Yadına düşdü indi?!...İşimi-gücümü atıb sənin ”qlobal” məsələni həll edən də mən idim!...Bağevi ilə bağlı problemini nə tez unutdun, ay Zərifə xanım?!-sonuncu sözləri güclü kinayə ilə deyib nənəmə kəskin baxış atdı.-Hələ üstəlik Faiq də bu məsələ də mənə köməklik edirdi, nəzərə al!...
-Ramil!!!...
Nənəm səsini yüksəldərək ayağa qalxdı.Bu dəfə bədəni titrəyirdi əsəbindən.Nənəm elə tiplərdən idi ki, öz hökmranlığını istəyirdi.Hamı ona itaət etməlidir.Özündən 1-2 pillə aşağıdakılara elə ikrahla baxırdı ki, sanki iyrənirdi.Hətta bir faktı da qeyd eləməliyəm ki, nənəm qızlarına baxmamışdı.Anamla xalama dayələri baxıb böyütmüşdülər.Özü isə əyləncələrdə idi.Bir sözlə nənəm ancaq və ancaq özünü sevən qadın idi.Buna görə də özünə baxmağı, özünü 10-15 yaş cavanlaşdırmağı xoşlayırdı.Heç bir əməliyyat elətdirməmişdi , amma üzünə baxanda ona malik olduğu yaşı verməzdin. Təbii maskalara müraciət edərək "cavanlaşırdı”...
...Nənəm Ramilə cavab verə bilmədi.Ümumiyyətlə nənəmi susdurmağı bacaran 2 insan vardısa,-birisi Ramil əmi, digəri anam idi.Xalam zəif idi anam qarşı...
...Ramil əminin son sözü nənəmi şokdan da betər vəziyyətə saldı.
-Mən Faiqlə əlaqəmi kəsməkdənsə, sizinlə kəssəm daha yaxşıdır!...Odur mənə kömək edən, odur mənə kömək əlini uzadan, nəinki sən!...
-Ramil, ağlını yığ başına!...
-Mənim ağlım başımdadır, buna heç şübhə etmə!...Nə edib sənə?! Xoşbəxt deyildi də yazıq, görürdüm axı! Sən...Hər şeyin səbəbkarı sənsən!...Əgər bu ailədə nəsə bədbəxtlik baş verəcəksə ilk öncə özünü günahkar bil, sonra başqalarını günahlandır! Aydındır, ya yox?!..Mənə, mənim qərarlarıma, mənim ailəmə isə qətiyyən burnunu soxma!...Onsuz da arvadım sənin kimilərin əsl üzünü çox yaxşı bilir!...Bu qədər!!!...
Ramil sözünü kəskin şəkildə tamamlayıb evi ildırım sürətilə tərk etdi.Nənəm yerindəcə sonub qalmışdı.Anam baş verən olaya pis olsa da nənəmin hazırki vəziyyətinə kinayəli dodaqucu gülümsündü...
Ramil əmi gedən gündən nə az-nə çox 6 il keçdi...
İndi mən ailə xatirələrini vərəqləyə-vərəqləyə az da olsa Orxanın üz cizgilərinə nəzər salırdım.Sərt, tələbkar olduğu o dəqiqə bilinirdi, amma o gözlərindəki parıltı onun tamam başqa adam olduğunu deməyə əsas verirdi...
-Nərmin xanım, mənə güvənin..
-Niyə?!-özüməgüvənlə soruşdum.
-Sadəcə bir-birimizi tanımalıyıq...
-Bu məsələdə mənim heç kəsin ağlına ehtiyacım yoxdur, Orxan bəy..
Orxanın deyəsən cavab xoşuna gəlmişdi ki, mənə sirli gülümsədi.
-Bilirəm, Nərmin xanım...Sizin haqqınızda çox şey bilirəm ümumiyyətlə..
-Çox şey bilmək məni tanımaq demək deyil, Orxan bəy..
Orxan şərabdan 1-2 qurtum alıb mənə baxanda içimə titrəmə düşdü.Amma yenə də bunu büruzə verədim.Sadə təbəssümlə ona baxıb davamını gözləməyə başladım.
-Niyə hamıya "yox” cavabını verirsiniz?! Qıraqdan baxan düşünər ki, yəqin sevgiliniz var...
-1-cisi, millətin nə dediyi mənim vecimə də deyil. 2-cisi sevgilim-filan yoxdur və olmayıb da. 3-cüsü isə, Orxan bəy, mən insanlara o dəqiqə güvənəcək qədər axmaq biri deyiləm, nəzərinizə çatdırım!...
Mən mülayım tonda öz xəbərdarlığımı bildirib ona baxdım.Yox, deyəsən yenə kefinə soğan doğramadım.Qısacası bu adamı sındırmaq imkansız idi.Əlbəttə, bazardakı rəqibləri ondan az-çox çəkinirlərsə, mən nə karəyəm ki,onu sındırım?!...
...Səhər evdəki gərgin ab-havanı hiss edib üzümü ailəmə tutdum.Qardaşım əsəbi halda qəlyanaltısını edirdi.Nənəmlə anam yenə bir-birlərinə "düşmən” kimi baxırdılar.Atam isə durumdan bezmiş ifadə ilə başını bulayırdı.
-Nə olub?!...
-Heç nə , qızım,-atam könülsüz cavablandırıb masa arxasından qalxdı.
-Mən əsgərliyə gedəcəm!-qardaşım əsəblə yeməyini bitirib dedi.
Aydın məsələdir.Yenə nənəm...
-Amma balam mənim...
-Nənə, gedəcəm!!!...Sonra arxamca dır-dır danışmasınlar ki, ay, bunda utanma yoxdur bəyəm?! ..Bunu istəyirsən, nənə?! Günü elə bugün o lənətəgləmiş kağızı dəyişdirin! Bezdim artıq əmrlərinizdən! Mənim qərarlarıma hörmət edin!..
Qardaşım səsini yüksəldərək nənəmə qəzəblə baxdı.Və birdən evi tərk etdi.
-Mənim başım partlayır artıq!-atamın səsi gərgin çıxdı.
Atam ümumiyyətlə az-az hallarda əsəbiləşən adam idi.Travmatoloq olması buna öz təsirini göstərmişdi.Amma əsəbiləşəndə üzünü görməmək yaxşıdır.Anamla nənəmin davalarına şahid olmuş atam pencəyini əlinə alaraq anama səsləndi.
-Mən gedirəm, gəlirsən?!...
..İşdə evdəki son "proses” və dünən axşamki söhbət yadımdan çıxmaq bilmirdi.Hələ üstəlik də Rəfiqənin mənə yönəlmiş baxışlarını sezib soruşdum:
-Nəsə olub?!...
Rəfiqə zorla gülümsəyib cavablandırdı.
-Heç..Heç nə...
Tələm-tələsik, gərginlik sezilən ton...Özümə rahatlıq verib söykəndim.Mehriban səsimi işə salıb astaca sourşmağa başladım.
-Rəfiqə, nəsə olub axı...De görüm, nə olub?!...
-Nərmin, çox gözəl bəxtin var sənin..Dünya gözəli deyilsən, amma qəlbin o qədər gözəldir ki,ətrafa xoş aura bəxş edirsən...
Mən Rəfiqənin kədərli tonundan bir az şübhələnib masa arxasından qalxdım.Yaxınlaşıb ona baxdım.Qızın gözləri yavaş-yavaş dolurdu.
-Amma mən...Nolsun ki, gözələm, bəxtim yoxdur mənim...Atalar düz deyiblər, bəxtin gözəl olmalıdır...
-Rəfiqə, məni qorxudursan...Axı nə baş verib?!...
Yanağından çənəsinə doğru süzülən yaş damcılarıni əlinin tərsi ilə silib ayağa qalxdı.Mənim narahatçılığım getdikcə artırdı.Əlimi uzadıb qoluna toxundum.
-Nərmin, məni evləndirirlər, həm də heç sevmədiyim biri ilə...
Mən hər şeyi anlamağa çalışarkən Rəfiqə artıq kabineti tərk etmişdi...
...İşimi narahatçılıqla bitirib başa vurdum.Tez-tez Rəfiqəyə baxıb söz soruşmaq istəyirdim, amma onun halını görüb heç nə soruşmurdum...
Və nəhayət sükutumu pozdum.
-Rəfiqə, belə olmaz!
Rəfiqə gözlərini kağızdan qaldırıb mənə zillədi.Yenə dolub daşırdı.
-Neyləyə bilərəm axı, Nərmin?! Anam xəstə, atam mühafizəkar, qardaşım Moskvada...Atam mənim işləməyimə güclə razı olub.Heç bir ilim tamam olmamış əlvida deyib gedəcəm...
-Qardaşın bilirmi?!...
-Hə, amma mənim narazılığımı bilmir...Heç etiraz edə bilirəm ki?!...
-Rəfiqə, qardaşına de..Axı sən həmişə deyirdin ki, o, səni qoruyur, səni çox istəyir...
Rəfiqə islanmış yanaqlarını silib mənə ümid dolu baxışlarla baxdı.
Nazirliyin binasından addımımı atmışdım ki, telefonum zəng çaldı.Ekrana baxmağım kifayət oldu ki, ətrafa nəzər salım.Yenə Orxan, yenə onun maqnit kimi cəlbediciliyi...Uzaqdan təbəssüm atıb əlində tutduğu qulağına apardı.Mən də zəngi qəbul edib əminliklə gülümsədim.
-Buyurun, Orxan bəy...
Uzqdan mənə doğru addımlamağa başlayaraq cavablandırdı.
-Nərmin xanım,sizə təklifim var...
-Aha, nə təklifi?!...
-Birlikdə teatr tamaşasına gedə bilərik, məsələn...
Gəlib qarşımda dayanaraq telefonu qapatdı.
-Anlamadım?!-soyuqqanlılıq la soruşdum.
Pencəyinin cibindən 2 bileti çıxardıb nümayiş etdirdi.
-Sizin haqqınızda çox şey bilirəm, Nərmin xanım...Mədəniyyət və incəsənətə necə böyük maraq duyduğunuzu nəzərə alıb sizi dəvət edirəm,-deyib üzümə baxdı.
Bilmirəm niyə, amma sanki içim rahatlaşdı...
Teatr tamaşası boyunca onun baxışlaırnı üzərimdə sezsəm də heç bir reaksiya vermirdim.O da bu durumdan məmnun olmalı idi ki, dodaqlarından təbəssüm əskik olmurdu...
Çıxışda qolumdan tutub məni kənara çəkdi.Onun toxunuşundan içimə təzə nəsə doldu.
-Buyurun...
-Heç..Sadəcə təşəkkür edirəm...
-Niyə?!...
O, cavab vermək əvəzinə gözlərimə baxdı.Əlimi qaldırıb incəliklə öpdü.
-Sizi tanımaq xoşdur, Nərmin xanım...
Mənə də xoş idi onun kimi insanı tanımaq...

Müəllif: Nigar
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 5 007
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri