Səndən olmaz (7-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 911
Səs ver:
(səs: 2)
Səhər olar-olmaz anamla atamın qızğın söhbətlərinə ayıldım.Cəld geyinərək makiyajsız halımla zala üz tutdum.
-Faiqin vəziyyəti stabildir? Əminsən?-anam ara vermədən suallarını yağdırırdı.
-Mən bir sözü nə qədər təkrarlayacam?!
Nənəm onlara baxaraq nəsə soruşmaq istəsə də, çəkinirdi deyəsən.Anam bunu hiss edərək üzünü ona tutdu.
-Eşidirəm...
-Ramil..?!
-Ramil, yaxşıdır, hətta deyərdim ki, əladır.Sadəcə Faiqin başına gələnlər onu üzdü...
-Aydındır,-deyib fikrə getdi.
Atam başını bulamağa macal tapmamış telefonuna zəng gəldi.
-Eşidirəm...Aydındır...Gəl irəm...
Atam çıxıb getdikdən sonra anama yaxınlaşdım.
-Mən Faiq əmini görmək istəyirəm.
-Yaxşı, qızım, gedərik...
-Mən də,-nənəm əminliklə deyib ayağa qalxdı.
Dördümüz-nənəm, anam, mən, qardaşım, səhər qəlyanaltısını etdikdən sonra maşına mindik.Anam sükan arxasına keçib mühəkərriki işə saldı.Mən Orxana mesaj atdım ki, mənə görə aləmi bir-birinə vurmasın.
Nənəm yol boyu narahat idi.Anam güzgüyə baxıb onun halına təəssüflənirdi.Mən yanında oturduğunda halımdakı dəyişikliyi sezib asta səslə soruşdu:
-Qızım, nəyin var?
-Heç, ana,-deyib kədərli təbəssüm etdim.-Atam hara getdi?!
-Nazirliyə yəqin, yoxsa niyə maşın əvəzinə metroyla getsin ki?!...
...Və nəhayət ki, gəlib çatdıq.Dördümüz də içəri girəndə dostluğa bir daha şahid olduq.Ramil əmi Faiq əminin üzünü güldürə bilmişdi...
Ramil əmi aradan çıxdıqdan sonra nənəm güclə soruşdu:
-Bu...necə oldu?
-Dalğın idim, maşını görmədim.Əslində o qədər də bərk əzilməmişəm, amma həkimlər...
-Mən bacıma xəbər vermişəm,-anam qəflətən bildirdi.
-Neylədin?!Kəmaləyə niyə dedin axı?!
-Faiq, sən onun uşaqlarının atasısan, bilməyə haqqı var...
-Mən o mənada soruşmadım.Sadəcə oradan bura gəlmək...
-Gələcək,-nənəm qətiliklə dedi.
...İşlə əlaqədar kağızlara başım o qədər qarışmışdı ki, zəngə diksindim.Rəfiqə pıqqıltı ilə mənə baxıb gülümsəməyini güclə saxlayırdı.Ekrana baxıb başımı buladım.Kabinetdən çıxıb cavablandırdım.
-Eşidirəm, Orxan...
-Necəsən?-kədərlə soruşdu.
-Yaxşıyam,-deyib tez də soruşdum.-Nə olub sənə?
-Heç...İşlə bağlıdır, bir az da başım ağrıyır...
-Orxan..!-artıq narahat olurdum.
-Nərmin, ciddi bir şey deyil, əmin ola bilərsən...
Bir az da söhbət etdikdən sonra sağollaşdıq.Yerimə keçib əyləşsə də fikrimi bir yerə toplaya bilmirdim.Rəfiqənin səsinə keylikdən çıxa bildim nəhayət ki.
-Nərmin,nəyin var sənin?!
-Heç, Rəfiqə,-deyib təbəssüm etdim.
Axşamı səbrsizliklə gözləyirdim.İş vaxtı bitər-bitməz özümü bayıra atdım.Budur, yenə Orxan uzaqdan maşına söykənmiş vəziyəttdə idi, amma fikirli olduğu hələ uzaqdan sezilirdi.Yaxınlaşıb üzünə diqqətlə baxmağa başlayanda özünə gələrək mənə gülümsədi.
-Necə keçdi iş günün?
-Orxan, işə bağlı hansısa problemlər var?
Cavablandırmaq əvəzinə əlimi öz əlləri içinə alıb öpdü.Gözlərimə dərin baxış nüfuz etdirib dedi:
-Nərmin, ciddi bir şey yoxdur...
...Yenə axşam gəzintisi.Onu tanıdıqca sanki özümü də kəşf edirdim...
Evə qayıdanda qapını atam açdı.Nədənsə mənə elə gəldi ki, bu axşam söz-söhbətsiz ötüşməyəcək.Atam kədərli təbəssüm edib mənə maraqla baxırdı.
-Ata, anlamadın..?!-ayaqqabımı çıxarda-çıxarda soruşdum.
-Heç, qızım, keç zala, ailəvi söhbətimiz var...
Nənəm, atam, anam, mən və qardaşım.Bir-birimizə baxaraq gözləyirdik.Lap axırda nənəm dərindən nəfəs alaraq yerini rahatlaşdırmağa çalışdı, amma narahat olduğu görünürdü.
-Demək belə...Gəlin keçmişi qapadaq və gələcəyə baxaq...Mənə Ramili gətirin...
-Təkcə Ramili?!-anamın azacıq kinayəsi duyuldu.
Nənəm duruxub anama baxdı.
-Yox, ailəsini də...Görmək istəyirəm onları...
-Lap yaxşı!-anamın qalibanə səsini sezildi.-İndi isə sən, qızım...
-Mən?!-anlaşılmaz baxışlarla anama baxdım.
-Hə,sən.Daha doğrusu, sizin münasibətləriniz...Nə oldu?!
Hər kəs məndən açıqlama gözləyirdi.
-Qızım, bax,-deyə atam sözə başladı.-Biz səni tələsdirmirik, bunu özün bizdən də yaxşı bilirsən...
-Narahat olmayın,-mülayim səslə deyib gülümsündüm.-Hər şey yolundadır.
-Bəs qonşulara nə deyək?-nənəm kədərlə soruşdu.
-Sən o qonşulara görə qızınla nəvəni bədbəxt elədin, ana, unutma!-anam kəskin şəkildə deyib nənəmə baxdı.-Başlama yenə!
Nənəm susub mənə baxdı...
...Bir həftədən Ramil əmi axşam vaxtı bizə təşrif buyurdu.Ailəsini daha sonra gətirəcəkdi.
-Eşidirəm,-üzünü nənəmə tutdu.
-Şey...Ramil, gəl əvvəlki olaq,-sanki nənəmin ağzındakı sözü kəlbətinlə çıxardırdılar.
-Bağışlayın?!
Atam Ramil əminin kinayəsi sezib dərindən nəfəs alaraq söz başlamaq istəyəndə Ramil əmi onu əli ilə dayandırdı.
-Eşidirəm, Zərifə xanım, sözünüzü deyin!
-Ramil, mən...çox səhvlər elədim, bilirəm, amma...indi..çox peşmanam...
-Və?!
-Ramil,lazım deyil...
Ramil əmi nənəmə baxıb anamla atama göz vurdu.Hər üçünün üzündə güllər açdı.Biz-qardaşımla mən-isə ətrafa təbəssüm saçırdıq.Bir tək nənəm dünyadan təcrid olunmuş vəziyyətdə idi deyəsən...
...2 gün sonra Ramil əmi ailəsi ilə bizə gələndə gözlərimizə inanmadıq.Düşünürdük ki, bunu etməz, amma etdi.Arvadı, 2 uşağı-biri qız, biri oğlan.Qızın 10 yaşı, oğlanın 8 yaşı vardı.Arvadı Gövhər xanım isə o qədər ağıllı qadın idi ki...
...Yenə axşam, yenə gəzinti...
-Nərmin...-Orxanın sözün davamını gətirə bilməyib üzümə baxdı.
-Nəsə olub?!-narahat tonla soruşdum.
-Heç...Heç nə,-deyib gözlərimin içinə baxaraq gülümsündü.-Yaxşı ki, varsan...
-Orxan, əminsən heç nə olmayıb?!...
Orxan gözlərini yumub dodaqlarını bir-birinə bərk sıxdı.
-Mənə adam lazımdır...
-Adam?!
-Hə, öz işini peşəkar bilən biri...
-Axı..?! Bir dəqiqə...Nə şi?!
-Mən təkbaşına onlara öyrədə bilmirəm ki, ay filankəs, adam kimi davranmaq lazımdır...Müştəriləri qaçırdırlar...
-İndi sən elə birisini axtarırsan ki, sənə bu işdə kömək olsun, hə?!
-Aha!...
Bilmirəm niyə, amma o an ağlıma yalnız biri gəldi:Ramil əmi.Təbii ki, bunu Orxana demədim, sadəcə düşüncələr məni əsir etmişdi...
Günlərin birindən mən onun işlədiyi və getdikcə böyüyən baş ofisinə yollanmaq fikrinə düşdüm.Haqqında çox şey eşitmişdim həm Orxandan, həm də valideynlərimin topladığı məlumatlardan.Taksiyə minib sürücüyə ünvanı bildirdim.Yol boyu düşüncələr məni rahat buraxmırdı.Ona şans verirəm özümdən asılı olmayaraq.Axı niyə?! Nə var ki onda bu qədər cəzbedicidir?! Yaraşıqlıdır deyə bilməzdim, amma həddindən artıq güclü xarizmaya sahib olduğunu deyə bilərəm.İşində həddindən artıq təlbkar, üstəlik yeri gəldikcə sərt ollduğu haqqında bildirişlər də almışdım, amma münasibətlərimizdə bunu sübut edə biləcək dəlillər yox idi.
Budur, gəlib çatdıq.Binaya baxıb sürücüyə haqqını ödədim.Maşın salonunu tərk edib bir daha nəzər saldım.İçəriyə doğru addımlarımı atmağa başladım.Elə bu zaman özü mənə tərəf gəlməyə başladı.Mən daha hərəkət etməyib dayandım.
-Nərmin?!-təəccüb qarışıq sevinclə soruşdu.
Gülməmək üçün özünü güclə saxladım.
-Kabus-filan deyiləm, narahat olma...
O ağzını açıb mənə nəsə deməyə çalışırdı ki, ona yaxınlaşan qız əlindəki qovluğu uzadaraq mülayim səslə soruşdu:
-Orxan bəy, bu sənədləri axtarırdınız?!...
O an anladım hər şeyi...Məni qısqanclıq bürümüşdü.Mən Orxanı sevirdim.Dəlilər kimi sevirdim...

Müəllif: Nigar
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 4 911
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri