Milyon qızılgül (2-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 890
Səs ver:
(səs: 2)
Tətil müddəti Cəmilgil evlərində bəzi təmir işləri getdiyindən ailəlikcə bizdə qaldılar,Cəmilin Arzu adında yeddi yaşında bir qızı var idi,birinci sinifə gedirdi.Südabəylə Cəmil nə qədər ikinci uşaq istəsələrdə olmurdu,buna görə də Arzu təkliyin verdiyi ərköyünlüklə böyüyürdü.Arzu bizdə qalanda mən yenidən uşaqlıqdakı dəcəlliklərimə qayıdırdım elə bil.Yazıq anam əlimizdən nələr çəkirdi.Ən maraqlısı da o idi ki,Arzu məndən əlimin birinin niyə hamınınkından fərqli olduğunu soruşanda məndə ona,
-üstünə süd tökmüşəm elə olub,-cavabını vermişdim.Arzuda əlini mənə oxşatmaq üçün soyuducudakı bütün südləri əlinin üstünə töküb ki,əli mənimkinə bənzəsin.Anam bunu görəndə məni çağırıb,yaşıma baxmadan yanıma-yanıma o qədər döymüşdü ki,yanlarım göyərmişdi.Arzu isə,
-bibi olmadı axı,sən deyən kimi elədim,amma əlim səninki kimi olmadı,-deyəndə anam bu dəfə məni buraxıb,Arzunun yanına bir-ikisin çəkdi.
-ay köpəyin qızı,məni dəli eləmək fikriniz var sizin?Qoy axşam atalarınız gəlsin bir-bir deyəcəm elədiklərinizi.Həmin günün axşamı evimizdə Arzuyla mənə nə cəza vermək üstündə anamla atam,birdə Cəmil yarışırdılar,təkcə Südabə bizim bu halımıza gülürdü.Öz-özümə təsəlli verirdim ki,yaxşı ki Arzuya əlimin süddə yandığını deməmişəm,yoxsa ki,buna görə özümü heç vaxt bağışlamazdım.Arzu sanki mənim kiçildilmiş formam idi,hətta bəzən atam,
-sən ayağını götürürsən Arzu qoyur,-ifadəsini işlədirdi.Tətil bitəndən sonra yenidən dərslər başlamışdı.Qrupumuzda çalışırdım hami ilə eyni,yəni məsafəli olum.Nazlı adlı bir qız şirindili ilə mənimçün digərlərindən fərqlənməyi bacarmışdı.Nazlı həmdə modellik edirdi,o zamanlar bizim ölkədə model qızların sayı çox az idi,demək olmaz ki,o çox məşhur idi,sadəcə bir-iki reklam çarxında,o dövrün məşhur iki müğənnisinin klipində çəkilmişdi.Nazlı ilə mən yan-yana gedəndə isə ətrafda hər kəs bizə baraxdı.İstər Nazlını olsun istərsə də məni bəyənənlər çox olurdu,lakin Nazli onların arasından Əlini seçmişdi,mən isə hər kəsə "yox”-dan başqa cavab vermirdim.Əli ilə münasibət qurandan sonra Nazlı ona gələn reklam təkliflərinin əksəriyyətini qəbul etmirdi,yalnız yüksək qanarar verilsə və Əli razılıq versə idi o çəkilirdi.Əli BDU-nun coğrafiya fakültəsində üçüncü kursda oxuyurdu, zəngin bir ailənin oğlu idi,ailəsi onun Nazlı ilə münasibətinə qarşı idi,lakin Əli Nazlı ilə münasibətlərini kəsmirdi,Bir gün dərsdən çıxanda Nazlı ilə evə gəlirdik.Ramil uzun müddətdən sonra həmin günü yenidən qarşıma çıxmışdı.Onu görüb bir anlıq donsamda,yanından ötüb keçməyi düşünürdüm.Lakin hər bir şeyi gedib,Nüşabə xalaya deməyini də onun üzünə vurmaq üçün yaxşı fürsət idi.Özüm üçün planlaşdırdım ki,əgər o mənə nəsə deyərsə məndə ona sözümü deyərəm.Ramil bu dəfə heç nə demədən sadəcə arxamızca gəlirdi,Nazlı ilk anda narahat olmağa başlamışdı,çünki qorxurdu ki,Ramilin bizim arxamızca gəldiyini Əli bilsə dava salacaq.Həqiqətəndə Əlinin qorxusundan Nazlı bir kənara mənə belə heç kim yaxın dura bilmirdi.Mən Nazlını sakitləşdirib,Ramilin mənə görə gəldiyini dedim.Yolun yarısında isə biz Nazlı ilə sağollaşıb,ayrıldıq.Nazlı gedəndən sonra Ramil addımlarını sürətləndirib mənə çatdı.İlk dəfə Ramildə bəyəndiyim bir xüsusiyyəti kəşf etmişdim,yanımda qız olanda o mənə yaxınlaşmamışdı.O yaxınlaşıb,salamlaşandan sonra sakit yanımda getməyə başladı.Biz metroya çatanda isə Ramil,
-bəlkə icazə verəsən maşınla ötürüm səni evə,-soruşdu.Ona cavab vermədən giriş qapısından metroya girdim.Ramil qolumdan tutub,
-Hilal !! Mən tərs-tərs onun qolumdan tutan əlinə baxırdım,Ramil başa düşüb əlini çəkdi.
-məni ötürməyə ehtiyac yoxdu.Ramil qarşıma keçib,qəzəblə mənə baxırdı.
-bəsdi səninki,bezdim daha sənin nazından,bilirsən nə var səndən xoşum gəlir,çalışdım fəqli formada bunu sənə bildirim,amma sən hər dəfə məni pərt edəcək bir şey tapırsan.
-sən də yemiyib-içmiyib,qaçıb,Nüşa bə xalaya məni şikayət edirsən,o da hər gələndə sənin incikliyindən danışır.Ramilin düyümlənən qaşları bir anda açılmış,üzündə təəccüb dolu ifadə yaranmışdı.
-mən şikayət etməmişəm,anam nə deyib ki sənə?Ramilə inanmırdım,bəlkədə o Nüşabə xalaya şikayət mənasında heç nə deməmişdi,sadəcə dərdləşmək istəmişdi,Nüşabə xala isə hər dəfə bizə gələndə mənə söz vururdu.
-Ramil,hər dəfə qarşıma çıxmağını,mənə gül göndərməyini istəmirəm,ümumiyyətlə səni istəmirəm,mən sənə sən mənə baxdığın gözlə baxa bilmirəm,heç vaxtda baxa bilməyəcəm.Yaxşı olar ki,mənlə bağlı xəyallar qurmayasan.Başa düşürdüm ki,onun qəlbini qırıram,ancaq bu ona boş umidlər verməkdən,onu olmayan bir şeylə həvəsləndirməkdən yaxşı idi.Birdəki axı,bu Ramil idi,iki gün əzab kəçib sonra bir başqa qıza başı qarışacaqdı məni yaddan çıxaracaqdı.Həmin günü Ramil daha heç nə deməyib getdi.Xəzanda yarpaqlar düşən kimi günlərdə təqvimdən bir-bir sürətlə düşürdü,mart ayının səkkizi gəlmişdi.Bütün ailəmiz toplanmışdı,bu gün anamın ad günü həmdə,beynəlxalq qadınlar bayramı günü idi.Qardaşlarım gəlinlərimiz,Arzu Şəmilin oğlu Musa bizdə idilər.Musa yaşyarımlıq idi,təzə-təzə dil açırdı.Hamı anamı təbrik edib,hədiyyələrimizi verəndən sonra,süfrə arxasına keçmişdik.Birdən qapının zəngi çalındı.
-mən açaram,-deyib,qapıya doğru getdim.Qapını açanda Ramil qucağında bir dəstə qızılgüllə qarşımda dayanıb,dişlərini ağardırdı.Bezgin şəkildə,
-zibilxana darvazanın yaxınlığındadır,apar ora at,-dedim,qapını örtmək istəyəndə isə o ayağı ilə saxladı.
-qoy Cahan xala qərar versin bunların hara qoyulacağına,-bu dəfə o dişlərinin hamısını mənə göstərirmiş kimi gülürdü.Mən isə key kimi onun nə demək istədiyin beynimdə analiz edirdim.Nə isəki Ramil məni bu analizdən vaxtından əvvəl xilas etdi.
-güllər Cahan xala üçündür,sənə yoxdu,sevinmə,-o mənə fikir vermədən içəri keçdi,arxasınca isə Nüşabə xalayla Rauf əmi onun ardınca getdilər.Anam gülləri vazaya qoyub,onları süfrə arxasına dəvət etdi.Yemək süfrəsindən sonra hər kəs bir tərəfə çəkilib söhbət edəndə isə,mən həyətə çıxdım.Həyətimizdə bir qoca tut ağacı var idi,atam deyirdi babam cavan vaxtı əkib.Uşaqlıqda onun ən üstəki budaqlarına kimi çıxsamda zamanla ən aşağıdakı budaqdan o tərəfə çıxa bilməz hala gəlmişdim,insan vərdişdən düşərsə hər bir iş ona dağlar qədər çətin gələr,indi mənə də bu tut ağacına çıxmaq ən çətin bir şey kimi görünürdü.Ona görədə həmişəki yerimə ,yəni birinci ağır budağa çıxıb,oturdum.Yenə xəyallar dörd ətrafını əhatələmişdi,düşündüyüm isə yanmış şəkildə sadəcə başı qalan oğlan idi.Görəsən o indi hardadır,nə edir?Bu şəkildən onda da varmı?Mənim kimi o da hər gün baxır bu şəklə?Yəqinki yox,bəlkədə heç məktəbi neçənci iləd bitirdiyidə yadında deyil.Mən isə o ilin hər bir rəqəmini özüm üçün sevimli rəqəm elan etmişəm,1991-ci il.Məni xəyallardan Ramilin səsi dinsindirib ayırdı.
-sən orda neynirsən?,-bezmişdim onun kölgə kimi məni izləməsindən.Eyni bezginliklə,
-tut yeyirəm,gəl qonaq ol,-dedim.Ramil qaşların düyünləyib,
-ələ salma məni,düş aşağı,sözüm var sənə.Mən yerimi rahatladım,
-sözün var özün çıx,mən niyə düşürəm ki?Ramil ağacı əhatələyib,çıxmaq üçün münasib yer axtarırdı,elə ilk çəhddə ayağı boşa getdi.Mən gülüb,
-yaxşı,yaxşı,düşürəm,sən kimi çox istəyirsən onun canı çıxma bura,bir yerini qırarsan,sonra Nüşabə xala buranın altın üstünə gətirər.Ehtiyatla düşüb onunla üzbəüz dayandım,
-hə nədi,nə istəyirsən yenə?,-soruşdum.
-səni,səni istəyirəm,-mən ağzımı açıb nəsə demək istəyirdim ki,-bilirəm,bilərm ki,məndən xoşun gəlmir,hətta zəhlən gedir,ancaq bunlar keçicidir,zamanla mənim sənə olan hisslərimin eynisini səndə mənə qarşı keçirəcəksən.Onun bu aşırı dərəcədə özünübəyənmişliyinə və üzsüzlüyünə mat qalmışdım.
-heç vaxt,heç vaxt olmayacaq o dediklərin,-daha əlavə heç nə deməyib,içəri,öz otağıma keçdim.Mən otağa girən kimi Arzu arxamca gəldi,qapını örtəndə anamın,
-ona bax,quyruğu da dalınca getdi,-dediyini eşidib,Arzuya baxıb gülürdüm.Bir müddət Ramildən səs-soraq olmadı.Günlər keçmiş,Novruz bayramı gəlmişdi,həmişəki kimi bütün ailəmiz birlikdə qeyd edirdik.Axşam Arzunu da özümə qoşub,qonşulara papaq atmaqdan tutmuş,qulaq falına çıxmağa kimi bütün Novruz adətlərini yerinə yetirməyə getdik.Sevinirdim ki,nə yaxşı bu bayram günündə Ramil qarşıma çıxmadı,ancaq sevincim,çox çəkmədi.Tonqalın ətrafına gəlmişdik.Qonşumuzun köməyi ilə Arzunu tonqaldan atlandırandan sonra,özüm atlamaq istəyirdim ki,Ramil qolumdan bərk tutub,
-böyük qızsan,bir tonqaldan hoppanmağın qalmışdı,-dedi. Arzu isə donumun ətəyini dartıb,
-bibi,atlanda,tez ol,-deyirdi.Ramilin əlini itələyib,tonqaldan atladım.Tərslikdən donum uzun idi və ucu alovlandı.Hamı təşvişə düşüb o tərəf bu tərəfə qaçırdı,mən onların niyə qaçdığını ilk anda başa düşmədiyim üçün key kimi ətrafıma baxırdım,birdə gördüm,Ramil bir vedrə soyuq suyu başımdan aşağı tökdü.Neçə titrəmişdimsə,qəzəblə Ramilə baxıb,
-vəhşisən?Bu nə zarafatdı edirsən?,-mən bağırırdım,Ramil isə günahkar və yazıq simada qarşımda dayanıb,
-axı,yanırdın,neyniyim,ded im yanmayasan da,-təkrarlayırdı.Arzu bir kənarda dayanıb,olanları seyr edirdi,birdən,
-bibi,məndə istəyirəm,-dedi.Arzunun əlindən tutub,Ramilə də qəzəblə baxıb,evə gəldim.Qapını Südabə açdı,məni görüb,
-sən niyə bu gündəsən?Hovuza düşmüşdün?,-kimi suallar verməyə başladı.İçəri keçdim,hamı mənə qəribə baxışlarla baxırdı,Rauf əmiylə Nüşabə xala yenə bizdə idilər.Hamı bir ağızdan Südabənin sualların təkrarlayırdı.Onlara cavab verməyib otağıma getdim.Lakin Arzu dil boğaza qoymadan mənim tonqaldan atlarkən necə alovlandığımı,Ramilin bir vedrə soyuq suyu üstümə necə tökdüyünü,hətta özünün də suda islanmaq istədiyin belə danışdı.Anam,
-sən ondan geri qalma,geri qalsan qan düşər,-dedi.Bizim ardımızca Ramil gəlmişdi deyəsən çünki Arzu danışdıqca o da təsdiqləyirdi.Əynimi dəyişib,yatağıma girdim,bərk titrəyirdim.Rauf əmigil gedəndən sonra anam Südabəylə yanıma gəlib,mənə içirmədikləri dərman qoymadılar.Soyuqlamışdım,i ki gün yataqdan çıxa bilmədim,qızdırmam isə düşmürdü.Ramillə Nüşabə xala gündə bir neçə dəfə zəng vurub halımı soruşurdular.Anam deyirdi ki,Nüşabə xala bir dəfə yanıma gəlsə də mən yuxuda olmuşam.Bir neçə həftə keçmişdi,mən sağalmışdım,dərsə gedib,gəlirdim.Bir gün dekanlıqdan məlumat verdilər ki,yay təcrübəsini keçmək üçün bizi türkiyəyə aparacaqlar (mən Türkiyəşünaslıqda oxuyurdum).Qrupumuzun əksər qızları valideylərinin razı olmayacaqlarını deyirdi,mən isə qərarsız idim,bu mənim üçün bir fürsət idi,həm ixtisasımı daha yaxşı bilməyim üçün,həm də keçən yay reallaşdıra bilmədiyim tətil proqramımı,hansı ki,yalnız mənə aid olmasını istəyirdim,reallaşdıra bilərdim.Ona görə də dekanlığa cavab verməkdə tələsmədim.Nazlı həmişəki kimi Əlini tapıb,onun "yox” cavabın alandan sonra getməyəcəyini demişdi.Bəzən ona əsəbiləşirdim,niyə öz qərarlarını özü vermirdi,onu Əli idarə edirdi.Getməyənlər sırasında oğlanlarımızdan da var idi,hansı ki,rayon uşaqları idi,təcrübə məsələsini pulla həll edib,rayonlarına qayıdacaqlardı.Ancaq şəhərdə yaşayan oğlanlarımız hamısı gedəcəkdi.Həmin günü axşam atamın işdən gəlməyini gözləyib,onlara fikrimi dedim.Gözlədiyim kimi narazılıqla qarşılandı.Atamın xasiyyətini bilirdim,o yox dedisə daha sözü çevirib,onu tərsə salmaq lazım deyildi,ona görədə daha heç nə deməyib,otağıma getdim.Növbəti günü baza günü idi.Sabah yuxudan duranda anamla atam çoxdan ayaqüstə idilər.Kefsiz halda onlara "sabahınız xeyir” edib,mətbəxə keçdim.Bütün günü kefim heç açılmadan evdə dolanıb durdum,Axşam Cəmilgil gəlmişdi,hətta Arzu belə mənim kefini aça bilmədi.Bu artıq atam üçün həyəcan siqnalı idi.Gecə Cəmilgil gedəndən sonra atam məni çağırıb,türkiyəyə getməyimə razı olduğunu bildirdi.Sevincimdən bilmirdim neyləyim,həmin gecə atamla və anamla bərabər yatdım.Sabah universitetə gedəndə ilk işim dekanlığa gedib,adımı gedəcək olanlar siyahısına yazdırmaq oldu.Qardaşlarım mənim getməyimə narazı olsalarda atam icazə verdiyi üçün daha heç nə deməmişdilər.Məndən sonra daha bir neçə qızımız evlərindən icazə ala bilmişdi,beləliklə on nəfərlik bir qrup yığılmışdıq.Hər gün Nazlı ilə söhbət edib,onun da bizimlə gəlməsi üçün israr edirdim.Nazlıyla Əlinin münasibətlərində soyuqluq hiss olunurdu son zamanlar,buna görə də Nazlı sonunda gəlməyə razı olmuşdu.Beləliklə on bir nəfərlə biz yayda türkiyəyə təcrübə keçməyə gedəcəkdik.Qrup üzvülərimiz hamısı bir-biri ilə yaxşı ünsiyyətdə olan uşaqlar idilər.May ayının son günləri idi.Bir gün dərsdən çıxanda Ramil yoluma çıxdı.Uzun zaman idi onu görmürdüm,Nüşabə xala deyirdi,kəsr imtahanlarına və dövlət imtahanına başı qarışıqdır.Mən də hər dəfə bu sözü eşidəndə dilimin altında " siz Allah nəyə qarışır qarışsın başı bircə məndən uzaq olsun” mızıldanırdım.Ramil çox qəzəbli görünürdü.Heç salam belə vermədən,
-sən heç yerə getməyəcəksən,-dedi.
-başa düşmədim,sən kimsən ki,mənə əmr verirsən? Ramil özündən əmin formada,
-mən sənin gələcək ərin,-dedi.Biraz ona tərəf əyilib,
-sən mənim heç kimimsən,həmişədə o statusda qalacaqsan,bunu unutma,-dedim.Darvazadan çıxmaq istəyəndə isə Ramil adımı çəkdi.
-Hilal,mən ayın ikisi hərbi xidmətə gedirəm,gələndən sonra isə,atamgili sənə elçi göndərəcəm,-o gəlib düz gözlərimin içinə baxdı,-bu inadkarlığını,nazını,ya da bilmirəm hər nə adı varsa bu etdiklərinin,bir il sondə olmasa sevinərəm.Bir il bir insanın dəyişməsi üçün uzun bir müddətdir.Ramili hər nə qədər bəyənməsəm də hərbi xidmət adı gələndə istər-istəməz insanın içində fərqli hisslər yaranır.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 5 890
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri