Təsadüf yoxsa alın yazısı (Bölüm 6)

Müəllif: Narın Yağış
Şərhlər: 5
Baxılıb: 3 964
Səs ver:
(səs: 1)
(Bir az sonra) Qızlar otaqda sakit oturmuşdular. Ülkərin ağlamaqdan və yuxusuz qalan gözləri ağır ağır qalxıb enirdi. Nərgiz göz altı ona baxaraq nə deyəcəyini bilmirdi. Onun acı dili üzündən Ülkər bu gündə idi. 
- Ülviyyə vallah mənim günahım yoxdur. Məni təhqir etdi neynim
- Eybi yox.. qismət deyilmiş...Həm bayaqdan nömrəm sənin telfonuna taxılıdır. İstəsəydi yığardı. Demək ki, lazım deyilmişəm
- Bəlkə Jaləd...
- Yox! Yox, olmaz. Mən sadəcə təsadüfləri qismət sandım. Oldu bitdi boş ver. 
- Niyə belə bitirirsən. O zəng vuracaq əminəm
- Nəysə boş ver. Kənan bəyə də ayıb oldu
- Kənan bəy? 
Nərgizin sözü yarımçıq qaldı.(muellif Lili SH) Qapı döyüldü Kamran bəyin katibəsi üzündə həmişəki narazılıq ifadəsi ilə "bayaqdan bura zəng edirəm niyə telefonu qaldırmırsınız? Nərgiz səni Kamran bəy çağırır”
- Məni? Niyə çağırır. 
- Mən nə bilim. Tez ol gəl.
Nərgiz təəcüblə Ülviyyəyə baxaraq otaqdan çıxdı. Ülviyyə isə başını əllərinin arasına alıb astadan zəng elə nolar zəng elə. Deyə pıçıldayırdı. 
Nərgiz Kamran bəyin otağına yaxınlaşanda düşündü ki, yəqin ki bayaqki oğlan onu şikayət edib. Gözlərini qıyıb "Vay səni alçaq. O saatca xəbər veribee.. dayan mən sənə göstərərəm.” deyərək yumuruğunu sıxdı. Katibənin başı ilə keçmək işarəsindən sonra qapını astaca döydü. İçəridən gələn kobud kişi səsinə qapını açan Nərgiz onun yanında təzə işçini görüb təəcüblənmədi. Buna hazır idi. Özünü müdafiə etmək istəyirdi ki, Kamran bəy sözə başladı. 
- Yaxın gəl qızım
- Kamran bəy
- Əyləş
- Kamran bəy
- əyləş dedim
bu sərt cavaba Nərgiz heç nə demədən özünü kresloya atdı. Səs tonundan hiss etdi ki, Kamran bəy təzə gələn işçinin şikayət artıq nəzərə alıb. Ağlından özünü müdafiə edəcək sözləri keçirdərkən Kamran bəyin səsi onu ayıltdı 
- qızım sən bu şirkətdə çalışan ən yaxşı işçilərimdənsən. Sənin əməyini hər zaman qiymətləndirmişəm
Nərgiz artıq gözlərini yumub bu sözlərin hara gələcəyini hiss edirmiş kimi icazə vermədi ki, Kamran bəy sözünü bitirsin. Özünü əzdirmək istəmirdi oğlanın qarşısında
- başa düşüdüm Kamran bəy. Mən ərizəmi indi yazaram
- Ərizə?
- Mənə də xoş idi sizinlə çalışmaq. 
- Nə ərizəsi dayan görüm. Hara gedirsən?
- Başa düşürəm çox qayğıkeşşsiniz qovduğunz işçinin gələcəyi barəsində də düşünürünüz, amma mən başımın çarəsinə baxaram. Ayrı bir şirkətdə olmadı başqa bir sahədə çalışaram
- Nərgiz dayan! Sənin bu səbirsizliyin sənin başına bir gün böyük bəla gətirəcək.
- Amma Kamran bəy
- Ay qız dayan! 
Kamran bəyin səsinin tonuna diksinən Nərgiz kənarda oğlanın dodaqaltında güldüyünü hiss etdi. Bu onu daha çox incitmişdi nəinki Kamran bəyin ona qışqırması
- Allah Allah. Elə bil qız dil otu yeyib. Mən sənə tərif yağdırıram sən qovulmaqdan danışırsan
- Qovmursunuz?
- Bir az da danışsan qovacağam
- Yaxşı susdum
- Ay sağol. Indi qulaq as.....Niyə çağırdığımı da unutdum..Allahım adamda ağıl qoydun ki, qız. 
- Bəlkə mən deyim deyə kənardan dodaq altdan gülümsəyən oğlan dilləndi. Nərgiz xanım bundan sorna mənimlə çalışacaqsınız.
- Başa düşmədim. Sizinlə? 
- Hə qızım bundan sonra oğlum Kənanla birlikdə çalışacaqsan. Təzə keçib işlərin başına. Sənsə ən yaxşı işçilərimdənsən. Ona kömək edəcəksən.
- Oğlunuz?
- Hə. Indi gedə bilərsən
Nərgiz şok vəziyyətində Kənana tərəf çönüb onun gülümsəyən özündən razı sifətinə baxdı. Və bir anlıq az əvvəl dəhlizdə şirkətə lənətə gəlmiş dediyi, onun üstünə qışqırdığı, onu hədələdiyi və axmaq dediyi yadına düşdü. Alınında düyümlənən tər damcıları və üzünün qızarması Kənanın gözündən qaçmamışdı. (muellif Lili SH)
Şəhriyar isə məyus halda telefonuna baxaraq düşünürdü. – Bəlkə həmin anda nəsə oldu əlaqə kəsildi sonra da telefonu söndü. Amma yox sonra istəsəydi yığa bilərdi. Fikridən beyni dayanacaqdı. – Elçin mən çıxıram. Bir az hava alacağam. İşlər yekunlaşıb mən bilən. 
- Hə narahat olma qalanını özüm edəcəyəm. get sən. Məncə sən bir də yığ. Hər halda xanımlardan ilk addımı gözləmək lazım olmadığını bilirsən. Sənə yük düşür. 
- Sağol Elçin. Sabah görüşərik
- Sənə də sağol 
Şəhriyar yol boyu düşündü.. Bəlkə doğrudan o yığmalıdır. Özü də fərqinə varmadan gəlib onunla ilk tanış olduqları kafe yaxınlığına çatdı. Maşından düşüb kafeye getdi. İçəri girəndə o vaxt əyləşdikləri masada Ülviyyəni gördü. Hər ikisi göz- gözə gəldi. Ülviyyə cəld ayağa qalxıb ona yaxınlaşdı. İkisi də xəyal gördüyünü düşünürdü. 
Şəhriyar çaşqın halda ona baxaraq -Sən?
- Sən?
- Niyə sonra zəng eləmədin?
- Bəs sən niyə gün ərzində yığmadın?
- Mən yığdım telefonunu söndürmüşdün
- Zaryatkası bitdi onda. Sonra nömrəni əzbər bilmədiyimdən yığa bilmədim. 
Hər ikisi bir birinə acıqlı və eyni zamanda açıqlama verirmiş kimi görünmələrinə təəcübləndilər. Hər ikisi masa arxasında əyləşib bir xeyli susdular. Ülviyyə Şəhriyyarın baxışlarını hiss edirdi üzərində .Cəsarətini toparlayıb sözə başlamalı olduğunu bilirdi
- Haradan bildim burdayam?
- Mən..Mən bilmirdim.. bilmirəm ki, bura necə gəldim. Bəs sən? Hardan bilirdin gələcəyimi
- Mən də bilmirdim. Sadəcə ürəyim çox sıxılırdı gəldim bura. 
- Niyə məhz bura? Deyərək Şəhriyar Ülviyyəyə tərəf əyildi. 
- Çünki...çünki bura xoşuma gəlir.. Ülviyyənin yanaqlarını al olması Şəhriyarı güldürdü.
- Hə yaxşı.. Sən deyən olsun. 
Amma Ülviyyənin gözlərindəki kədəri görəndə üzündəki təbəssüm itdi.
- Nə olub sənə. Gözlərin qıpqırmızıdır. Özü də...
- Nə?
- O işıltı..mənim tanıdığım Ülviyyənin gözlərindəki işıltı yox olub
- Ülviyyə utanaraq başını aşağı saldı. Düşündü ki, Rəşad haqqında ailəsinin onu zorla ərə verməyi haqqında desə düzgün olmaz. Şəhiyar elə başa düşəcək ki, qız özünü qiymətə mindirir. Ona görə qısaca "işlər çox idi gecə yaxşı yatmamışam dedi.” Uzun uzadı söhbət etdilər. Vur tut cəmi 3 dəfə görüşüblər, amma o qədər söhbət etdilər ki, elə bil illərin tanışları idi. Şəhriyar Ülviyyənin kirpiklərini yorğun şəkildə qalxıb endiyini gördü. Saata baxıb – gəl səni evə aparım. Biraz yat dincəl. (muellif Lili SH)
- Yox mən özüm gedərəm. narahat olma
- Başqa vaxt olsaydı olmazdım. Amma indi gözlərin yumulur. Gedib başqasının maşınında yuxulayıb eləyərsən qaçırdarlar sonra səni. Indi gəl bütün şəhərdə yatmış gözəli axtar. Ülviyyə Şəhriyarın bu sözünə gülümsəyərək qızardı. Şəhriyar görməsin deyə əllərini yanaqlarına apardı. Şəhriyar isə onun əllərini üzündən çəkərək. –eləmə, üzünü qapama deməsi Ülviyyəni daha da həyəcanlandırırdı. Yerindən qalxıb cəld qapıya getdi. Şəhriyar gülərək durub o da qapıya tərəf getdi. Ülviyyə nə qədər arxada oturmaq istəsədə Şəhriyarın xahişini yerə sala bilməyib qabaqda əyləşdi. Yol boyunca hər ikisi susurdu. Arada bir bir- birilərinə baxıb gülümsəyirdilər. Şəhriyar evə çatana yaxın dönüb Ülviyyəyə baxdı. O artıq yuxulamışdı. Balaca uşaqlara bənzəyirdi. Saf məsum. Maşını saxlayıb aramla nəfəs almasını dinlədi. Ona bir az daha yaxınlaşdı. Ülviyyənin nəfəsini öz üzündə hiss etdikcə pıçıltı ilə Səni.... bütün bu abu havanı maşının bərk döyülən pəncərəsi pozmuşdu. 
Ülviyyə səsə diksinərək ayıldı. (muellif Lili SH)
- Nə oldu ? dedi 
Maşını düzgün saxlamadığına görə bir gənc onun pəncərəsini bərk -bərk döyürdü. Şəhriyar şüşəni aşağı salaraq qəzəbli baxışlarla ona baxdı. 
- Dayı düz saxlamamısaneee.. 
Gəncin bu sözünə Ülviyyə özünü saxlaya bilməyib güldü. 
– dayı?? Şəhriyar gəncə - sən mənim dayım yaşımdasan mən haradan sənin dayın oldum. Saxlamıram, indi çıxıram. 
- Nə qışqırırsan. Sən dua elə ki, orada dayanan polisi çağırmamışam ki, maşında qızı öpür. 
Gəncin bu sözü Şəhriyar və Ülviyyəni şoka saldı. Rəng verib rəng alan qızın baxışlarını qaçırdığını görən Şəhriyar ona dönərək mən indi gəlirəm deyib maşından düşəcəkdi ki, Ülviyyənin onun əlindən tutub – boş ver. Deməsinə dayandı.
– o uşaqdır. Hər halda döyməyəcəksən. 
- Uşaq? Gəlsən bir sən də dayı deyəsən.
Ülviyyə Şəhriyarın sifətinin ciddi hal aldığını görsə də yenə də özünü saxlaya bilməyib güldü. Gəncin də dişlərini ağartdığını görən Şəhriyar ona dönərək, - "bəlkə gedəsən sən!” deyə səsini yüksəltməyi ilə oğlanın itməsi bir oldu. 
- Mən gedim gec oldu. Bizim ev bir az irəlidədi. Burdan o tərəfə özüm gedərəm. Şəhriyarın üzünə baxmadan maşından düşən Ülkər bayaq ki, oğlanın sözlərini düşünürdü. Şəhriyar doğrudan onu öpmüşdü? Elə idisə bunu necə hiss etmədiyinə pis olur digər tərəfdən Şəhriyarın bu hərəkətini pisləyirdi. Şəhriyar dözməyərək maşından düşdü və Ülviyyənin arxasınca getdi
- Ülviyyə dayan! 
- Mən getməliyəm bağışla. Gecdir. 
- Bir dəqiqə dayan. Bax bayaq o uşağın dediyinə...şey ... mən.. mən sənə toxunmadım. 
Ülviyyə qıpqırımızı olmuşdu. Amma dayanmadan gedirdi. bu sözə gülümsəsədə bəlli etmədən – getməliyəm mən. Dedi
- Mənə inan. Mən sadəcə sənin yatmağını seyr edirdim və..
Ülviyyə dönüb işıltılı baxışlarla Şəhriyara baxdı
- Sənə iannıram Şəhriyar, amma indi getməliyəm. axşam danışarıq deyib gülümsəyərək evə tələsdi. 
Şəhriyar isə həm o gülüşü, həm o işıltını gördüyünə sevinir və ilk dəfə olaraq onun ağzından adını eşitdiyi üçün xoşbəxt idi. Bir anlıq onun səsi ilə beynində adını yenidən canlandırdı. Dodaq altı gülümsəyərək "Mənim qəşəng adım var ya bu qız onu qəşəng deyir” düşündü. 
Bölümün sonu
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 964
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri