Təsadüf yoxsa alın yazısı (Bölüm 11)

Müəllif: Narın Yağış
Şərhlər: 5
Baxılıb: 4 862
Səs ver:
(səs: 3)
Nərgiz xəstəxanadan çıxmış artıq neçə gündür ki, evdə idi. Amma hələki yaddaşı yerinə gəlməmişdi. İşə getmədiyindən Kənan sadəcə Ülviyyədən xəbər tuta bilirdi onun barəsində. Nərgiz bu keçən günlər ərzində toya hazırlıq adı ilə yağa qalxmaq istəsədə anası onu saxlayır, hələ zəif olduğunu deyib dilə tuturdu. Vüsalın işinə yaramışdı nərgizin bu halı. Çünki Nərgizin yaddaşını itirdiyini onun xəyanət etdiyi günə qədər xatırladığnı bilmişdi. Nə qədər onu görmək istəsə də anası icazə vermirdi. Nərgizə isə yalandan demişdilər ki, Vüsal Bakıda deyil. Ona deməyə qorxurdular ki, bu şok onu daha da pis edər. Amma bu Nərgiz idi. Hamının başının qarışıq olduğu bir vaxtda tələsik evdən qaçaraq, Ülviyyəyə zəng vurur.
- Alo Ülü..
- Ay can Nərgizim.
- Haradasan?
- İşdə, nədir ki?
- Mən güclə evdən qaçmışam. Anam qoymur, Toya çox az qalıb mən hələ sifariş verdiyim gəlinliyimi üzərimdə yoxlamamışam.
- Nə? Haradasan sən?
- Harda olacağam. Unutmusan deyəsən gəlinliyimi haradan sifariş verdiyimi. Mənə bax işdən icazə al gəl də. Sənin də fikrini bilmək istəyirəm. Nolar gəl.
- Nərgiz, ora getmə..şey...Nərgiz sən işə gəl.. axşam birlikdə gedək. Hə ən yaxşısı gəl bura.
- Eee yox... ürəyi partlayar. Onsuzda Vüsal da yoxdur..
- Nərgiz gəl işə.. ya da gözlə məni orada... girmə gözlə bir yerdə girək. Mən də səninlə bir yerdə görmək istəyirəm.
- Hmm.. yaxşı onda tez gəl..
- Gəlirəm..
Ülviyyə telefonu bağlayıb işıq sürəti ilə Kənanın otağına doğru addımladı. Qapını döyüb gəl təsdiqini almadan, salamsız kəlamsız – Kənan bəy mənə bir saat icazə verin.. Təcilidir, xahiş edirəm. Ülviyyənin bu halını görüb Kənan o andaca – Nərgizə nəsə olub? Deyə soruşdu.
- Yox.. yənii hə..yəni bilmirəm. Getməsəm o gəlinlik sifariş verdiyi butikə girəcək və olacaqları düşünmək istəmirəm. Nərgiz bu şoku ikinci dəfə yaşayacaq və...mən getməliyəm bağışlayıb...
- Gözlə mən də gəlirəm.
- Siz hara? Ülviyyə təccüblə bunu soruşanda Kənan artıq açarları götürüb cəld otaqdan çıxdı. Birlikdə butikin yanına gələndə Nərgizi görmədilər. Ülviyyə zəng etsə də o telefonu açmırdı. Maşından düşüb dərhal butikə girdi. Nərgiz orada idi. Oturmuş gözünü gəlıinliyə dikmişdi. Ülviyyə sakitcə ona yaxınlaşdı. – Nərgiz!
- Gəldin?
- Hə, gəldim. Nərgiz..
- Gözəldir hə..bax işləmələrinə. Mən bundan qəşəngini istəmişdim düzdür. Qolunda və sinəsində güpürnən.
- Nərgiz!
- Yadında onu saytda görmüşdük?
- Nərgiz mən..
- Vüsal da bəyənmişdi...ya da bəyənmiş kimi eləmişdi. Allah onun bəlasını versin!
- Nərgiz!
- Ülviyyə mən bu zərbəni ikinci dəfə yaşadım. Ikinci dəfə Vüsalın xəyanəti məni incitdi. Bu mənə rəvadır. Neynəmişəm ki, başıma bu gəlib.
- Xatrıladın demək.
- Hə...səbrsizlənib girdim ki, gəlinliyəm baxam. Onlar isə artıq 6 aydır ki, sifarişi ləvğ etdiyimi dedilər.
- Necə oldu?
- Boş ver. Gedək buradan. Nərgiz ayağa qalxanda giriş qapısında dayanan Kənanı gördü.
- Bu burada neyniyir! Elə yükəsk səslə dilləndi ki, Kənan belə eşitdi.
- bəsdir. Neçə gündür sənə görə narahat idi. Hər gün maraqlanır.
- Yalansa. Onun fikri məni öldürməkdir. Özü etiraf edib.
- Dəli dəli danışma düş qabağıma.
- İnan mənə. Yıxılmağım da onun üzündən oldu, yaddaşımı itirməyimdə. Indi deyirsən özümü bilə bilə oda atım.
- Nərgiz yorğunsan, gərginsən, əhvalsızssan ona görə nə dediyini bilmirsən. Gəl gedək.
- Mən onunla heç yerə getmərəm.
- Gözüm atmırdı səndən ötrü, Ülviyyə xanımı gətirmişəm.
Kənanın ani reaksiyasına Nərgiz daha da hiddətləndi.
- Allah razı olsun. Indi gəldiyin kimi də get.
- Nərgiz bəsdir. Ülviyyə ikisinin arasında qalmışdı. – gəl gedək taxi ilə yaxşı, bircə hay küy salma.
Ülviyyə Kənana üzrxahlıq edib çıxdı. Kənan onların arxasınca baxa baxa qaldı.
- Axı bu qız niyə mənimlə yola getmir? Elə bil ilan vurur qızı məni görəndə. Eybi yox, özümü sevdirməyin yolunu bilirəm. Kənan nə düşünmüşdüsə artıq gözündə parıltılar görünürdü.
Şəhriyar Rəşadı tapıb danışmaq istəsə də birinci valideynləri ilə danışmağı düşündü. Evə gəldiyində başa düşdü ki, qonaqları var, otağa boylananda isə heç də arzulamadığı şəxsləri gördü. Bu Zülfiyyənin ailəsi idi. Zülfiyyə nə əcəbsə yox idi. Buna sevinirdi ki, salamlaşıb otaqdan çıxar mətbəxtdən əlində çay dolu məcməyi ilə gələn Zülfiyyəni gördü. Zülfiyyə onu qarşısında görən ki, əlləri əsdi. Stəkanların səs salmasından bu açıq aydın hiss olunurdu. Şəhriyar heç nə demədən başı ilə salamlaşıb otağına keçdi. Ardınca içəri girən anası – yaxşı deyil. Gəl qonaqların yanında əyləş deməsi ilə Şəhriyarın əlindəki telefonu yerə atmağı bir oldu. – Mən belə başa düşdüm ki, dediyindən əl çəkməyəcəksən. Hə ana?
- Oğlum qonaq gəliblər. Neyniyək qovaq evimizdən?
- Qovma, amma çağırmada.
- Aaa mənim nə günahım. Özləri gəliblər. Ayıbdır sənə yaraşmaz. Gəl otağa. Heç olmasa bir az otur.
- Mən çıxıram. Deyərsən işləri var. Həm gəlmişdim deyəm ki, mənim üçün elçi getməyə hazırlaş. Amma Zülfiyyə deyil bu qız biləsən.
- Nə?
Şəhriyar sözünü deyib otaqdan çıxanda bir daha qonaq otağına boylanaraq qonaqlarla sağollaşıb işim çıxdı deyib evdən gedir. Gəlib maşınına əyləşəndə isə əlinə telefonu alıb Ülviyyəni yığır.
Ülviyyə anasının yola gəldiyinə rahatlayıb artıq xoşbəxt günlərini yaşayır, Şəhriyarla toylarının gününü xəyal edirdi. Evin içində gülüş dolu gəzməsi anasının da gözündən qaçmırdı. Rahatlaşmışdı bu müddətdə də. İstədiyi nəydi. Gözünün ağı qarası bir qızının xoşbəxt olması. Ailəni soruşdurmaq üçün Ülviyyənin atasında demişdi. O da maraqlanıb hər şeyin qaydasında olduğunu, ailənin haqqında hamının müsbət şeylr danışdığının hörmətli izzətli kəslər olduğun öyrənmiş o da rahatalnmışdı. Ülviyyə atasının bu işdən xəbərdar olmasını bilmirdi. Ülviyyə ümumiyyətlə bu aralar xoşbəxtlikdən göylərdə uçurdu. ətrafında olanlardan xəbərsiz olurdu.
Şəhriyarın zənginə gülərüzlə cavablandırdığı səsindən bəlli idi.
- Alo, Şəhriyar
- Ay can..Sən hər dəfə adımı çəkəndə düşünürəm ki, mən bu yaşıma qədər bu adı başqalarının dilindən necə eşitməyə razı olmuşam. Ülviyyəm
- Sənsə mənim adımı deyəndə.
- Elə.. Bəs sosnundakı m hərfi necə?
- Hə elə o da.
- O da nə?
- Dediyindən.
- Hm..nə demişəm.
- Eee Şəhriyar bəsdir.. bildin özün
Şəhriyar qəh qəhə ataraq Ülviyyəni daha da utandırdı.
- Evdəkilərə denən münasib vaxt desinlər.
- Nəyə?
- Səni qaçırtmağa
- Nə?
- Of Ülviyyə.. Sən belə deyildin axdı. Hər şeyi havada tuturdun.
- Məndə ağıl qoymusan ki
Şəhriyar Ülviyyənin bu sözünə "Canımsan!” dedi.
Ülviyyə özü edə bilmədən haradan cəsarətləndiyini düşündü və utandı.
- Elə Sən də mən də ağıl qoymamısan narahat olma.
Hər ikisib bu sözə gülüşdülər.
Nərgiz isə evə qayıdanda yolda Vüsala rastladı. Daha doğrusu Vüsal elə onu gözləyirdi. Nərgizin yaddaşının hələ düzəlmədiyini düşünən Vüsal qollarını açaraq – Həyatımın mənası deyib Nərgizə doğru irəlilədi. Təbii ki, üzünə aldığı sərt sillə ilə də qoollarını yummuş oldu.
- Alçaq.
- Demək yenidən xatırladın. Nərgiz.
- Sus!! Bu gün sənə bir daha nifrət elədim. Bir daha qəlbimi qırdın. Amma buna imkan verməyəcəyəm artıq. Çıx həyatımdan.. Səni öldürməmiş çıx.
- Mən səni sevirəm
- Alma o kəlməni ağzına. Mundarlama
- Ağzının danışığını bil. Deyib nərgizə əl qaldıracaqdı ki, kimsə onun qolunu tutdu. Bu Kənan idi. Nərgiz sual dolu baxışlarla ona baxarkən Kənan Vüsalın qolunu burub – bir də buna cəhd etsən qollarını sınmış bil. Vüsal Nərgizə baxaraq. Sevgilin qoçulanır deyəsən.. amma bilmir ki, sən mənə aidsən. Nərgiz gözləri bərəlmiş halda hər ikisinə baxır. Gözləri dolurdu.
- Sən nə cürətlə mənim haqqımda belə danışırsan alçaq.
- Nədir nə tez unutdun.
Vüsal qəsdən belə deyirdi ki, Kənan Nərgizdən uzaq dayansın. O elə bilirdi ki, kənan onun sevgilisidr. Bu sözə ilk əvvəl duruxan Kənan onun qolunu daha bərk sıxaraq üzünə bir yumuruq da vurdu. Yerə yıxılan Vüsala bir təpikdə Nərgiz vurub – şərəfsiz deyərək evinə qalxdı. Kənanın aşağıda qalmasını artıq düşünmək istəmirdi. Yad bir kişinin yqanında alçaldılmışdı. Onun vecinə deyildi kənan nə düşünəcək. Amma yenə də incidirdi. Bir az keçmişdi ki, düşündü ki, kənan burda neyniyir birdən qapının zəngi çaldı. İlk əvvəl Vüsal olduğunu düşünüb çəkinərək qapıya yaxınlşadı. Amma Vüsal deyildi. Ağzı burnu qan içində üst başı dağılmış Kənan bir əlində gül digər əlində isə Vüsal qapıda dayanmışdı.
Bölümün sonu
Sabaha uzun bölüm olacaq söz.. bu dəfəlik günahımdan keçin. )))
 
Ardı var
 
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 4 862
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri