Sevdim,çox sevdim.. Dəlilər kimi.. Bağlandım,bir gün olsun belə sənsiz qala bilmədim.. Hər saniyə səni düşündüm,hər saniyə..
Dayana bilmədim sənsiz.. Sənsiz keçən bir günüm belə olmadı.. sənsiz
olsam belə düşüncələrimdə,xəyallarımda hər zaman sən oldun..
Dalaşdığımızda gecələr yuxu girmədi gözümə.. Hər zaman səni düşündüm
səni fikirləşdim..
Çoox xoşbəxt idim.. Yanımda hər zaman "sən" olduğunçün çox xoşbəxt
idim.. Gözüm səndən başqasını görmürdü.. Fərz edirdim səndə məni mənim
səni sevdiyim kimi sevirsən.. Hər zaman dalaşardıq,gülərdik.. Amma sənlə
dalaşmağı heç kəslə gülməyə belə dəyişməzdim..Yəni o qədər sevirdim
səni.. Sənin gülüşünün məni nə qədər xoşbəxt etdiyini bilmədin..
Əllərimdən tutduğunda necə xoşbəxt olduğumu bilmədin.. Necə uşaq kimi
sevindiyimi bilmədin..Necə xəyallar qururdum sənə aid..Sən bunları
bilmədin.. Heç nəyi bilmədən getdin.. Bütün xəyallarımı alt-üst edib
getdin.. Xoşbəxtliyimi əlimdən alıb getdin..Tərk etdin məni..
Fərz etmişdim sadəcə.. sənin məni sevdiyini düşünmüşdüm..sən demə hər
sözün yalan imiş..Bütün xəyallarımı alt-üst etmisən.. İndi hər gün sənə
niyə belə bağlandığımı,səni niyə sevdiyimi düşünürəm.. Hərdən
fikirləşirəm də,bu qədər seviləcək nə etdin?!.. Mənə hər gün canım
dedin,lakin hər sözün hər baxışın yalanlarla dolu idi..Mənə hər dediyin
sözün yalan olduğunu fikirləşdikcə ürəyim qopur yerindən.. Qəlbimi artıq
oğurlamısan.. Sənə necə etibar edə bilmişdim deyə düşünürəm..
Düşünürəm ki,necə səni sevə bilmişdim..sənə necə aldana bilmişdim.. Hər
güldüyündə necə xoşbəxt ola bilmişdim.. Düşünürəm.. Dünyalarca dəyər
verdiyim insanın bir gün mənim inamımı gəlib puç edəcəyini,qəlbimi
param-parça edəcəyini hardan biləydim?!..
Hardan biləydim ki,bir gün güvəndiyim, sevdiyim insan bir gün gəlib hər
şeyi alt-üst edəcək.. Hardan biləydim ki,sən mənim sevgimə layiq
deyilmişsən?.. Bilirsən,hərdən oturub fikirləşirəm ki,səni niyə
sevmişəm.. Heç də layiq olmamısan bu sevgimə.. Səni necə unudacam
bilmirəm,bilmirəm.. Elə nifrət edirəm ki özümə..Səni sevdiyimçün,sənə
güvəndiyimçün,sənə bağlandığıma görə..səninlə olan hər bir ana artıq
nifrət edirəm.. Sənə hətta,sənə belə nifrət edirəm..
Mənim gülüşüm sən idin ..
Mənim sevgim sən idin ..
Mənim dünyam sən idin ..
Mənim həyatım sən idin ..
Mənim saniyəm,dəqiqəm,saatım günüm sən idin ..
Mənim ömrüm sən idin ..
Mənim nəfəsim sən idin ..
Sən mənim hərşeyim idin .. hərşeyimsən ..
Bəs mən səninçün nə idim axı ? .. sadə bir oyuncaq ? .. Belə asan idimi
qəlbimi qırmaq ? .. Axı necə qıya bildin öz sevginə ? .. Bir vaxtlar
sevgilim dediyin mənə ? ...