Təsadüf yoxsa alın yazısı (Bölüm 19)

Müəllif: Narın Yağış
Şərhlər: 4
Baxılıb: 4 176
Səs ver:
(səs: 1)
- Ülviyyə aç qapını! Ülviyyə! Danışmamış gedən deyiləm onsuzda. Aç dedim! Ülviyyə!
Şəhriyar Ülviyyənin telefonu bağlaması ilə yuxarı qalxıb qapını çırpmağa başladı. Ülviyyə qulaqlarını tutaraq ağlayırdı. – bitdi. Bitdi Şəhriyar.. hər şey bitdi.. deyə pıçıldayırdı. Səsə ayılan qonşular evdəkilər qapıya tərəf gəldilər. Kamal bəy qapını açan kimi Şəhriyar özünü içəri salmaq istədi. Kamal bəy əli ilə onun qolundan tutub. – bu nə tərbiyəsizlik? Gecəni bu vaxtı alacaqlı kimi qapını sındıdırsan.. cammat var var bu binada.
- Ülviyyə ilə danışmalıyam
- Səhər danışarsa deyə
- Onunla danışmamış heç bir yerə gedən deyiləm. Ülviyyə!
- Oğlum hörmətin olsun. Qarşında atan yaşında kişi dayanıb.
- Kamal bəy, bağışlayın, istəyirsiniz lap məni vurun söyün, təhqir edin. Gedən deyiləm.
Gülnaz Şəhriyarın bu qəzəbli hlını görüb bir az çəkindidə. – Səninlə danışmaq istəmirsə istəmir. Tərslik eləmə. Get evinə.
- Gülnaz xanım Ülviyyəni çağırın. Ülviyyə bilirəm ki, eşidirsən. Ülviyyə danışmalıyıq. Ülviyyənin qapısı açıldı. Başı aşağı şəkildə sakitcə qapının yanında dayandı, yanaqlarını islaq, burnu qıpqırmızı idi. Kirpikləri asta asta qalxıb enirdi. Ayaqda dayanmağa halı yox idi. Qapıda güclə tutub dayanmışdı. Gülnaz qızının bu halını görüb əlini ağzına qoyub ağlamağa başladı. Kamal bəy qızını yanına gələrək –Ülviyyə yaxşısan qızım? Deyərək əlini onun çiyninə qoydu. Ülviyyə başını astaca təsdiq mənasında yelləyərək, başını qaldırmadan – Danışmağa sözümüz yoxdur Şəhriyar. Get.. telefonda hər şeyi dedim. Deyərək aramla danışmağa başladı.
- Yox hər şeyi danışmadıq. Sən belə tez əl çəkirsənsə mən necə mübarizə aparacağam deyə bilərsən mənə? Sevgin bura qədərmiş. Ülviyyə əllərini sıxaraq – Şəhriyar get deyərək özündən asılı olmadan dayandığı yerdə yerə çökəcəkdi. Atası onun tutdu. Şəhriyarda yaxınlaşmaq istəyəndə Gülnaz onu tutub – Get, danışmaq istəmir. Onsuzda halı pisdir. Sən də onu lap incidirsən
- Onu mən incitmirəm. Onu siz incidirsiniz. Siz hamınız. Amma bu məslə burda bağlanmayacaq. Biləsiniz. Deyib qapıdan çıxdı. Atası Ülviyyəni otağına gətirəndə Gülnaz içəri girib ona çıxması üçün başı ilə yavaşca işarə elədi. Kamal bəy otaqdan çıxdıqdan sonra Gülnaz Ülviyyəni yerinə uzandırıb üstünü örtdü.
- Mənim ağıllı qızım anasının əlini saçından itələyən Ülviyyə
- Arzuna çatdın. Onunla münasibətimi kəsdim. Artıq Şəhriyar deyə birisi həyatımda yoxdur. Amma bil ki, Ülviyyə də artıq yoxdur.
- O nə sözdür qızım. Mən sadəcə sənin xoşbəxt olmağını istəyirdim.
- Bil ki, Şəhriyardan əl çəkməyimin səbəbi atamdır. Tək qalmaq istəyiəm get.
Gülnaz ağlayaraq otaqdan çıxdı. Qapının arxasında dayanıb – Mənim nə günhaım var bəs qızım? Mənim nə günahım var. Deyərək dizi üstüə çöküb daha da bərk ağlamağa başladı. Kamal bəy onun qolundan tubu yavaşca qaldırdı. Gülnaz nəmli gözlərlə ona baxdı. Baxışlarındakı sevgi istilik yox idi. Yeini buz kəsmiş qara gözlər gördü. Bu onu daha da incitdi.
- Kamal.
- Gəl gedək uzan, sən də dincəl sabah danışarıq onunla. Lazım gələr bir müddətlik qardaşımgilə göndərərik. Bakıdan uzaqlaşsa yaxşıdır onun üçün.
- Kamal bəlkə danışaq. Kamal bəy buz baxışlarla Gülnaza baxıb dodağını qaçırtdı. Bu acı gülümsəmə ilə də - Gülnaz biz danışmaq üçün 20 ildən çoxdur gecikmişik. Get yat deyib özü eyvana çıxdı. Gülnaz isə yerində donub qalmış, qarşısındakı insanı tanımaqd çətinlik çəkirdi. O isti sevgi dolu baxan adamın yerinə kim idi gələn deyə düşünürdü. Bu onu çox incitdi. Çünki düşünürdü ki, Kamalın gözlərindəki sevgi heç vaxt itməz. Amma deyəsən Kamalı da itirirdi.
Nərgiz heç kəs eşitməsin deyə qapını açıb ehmalca içəri keçmək istəyəndə dəhlizdə dayanan Gülnazı gördü. Özünü itirərək açıqlama verəcəkdi ki, gecənin bu vaxtı niyə evə belə girir, ümumiyyəltə hardaydı Gülnaz onu görmürmüş kimi otağına keçdi. Nərgiz təəcüblənsə də cəld Ülviyyənin otağına keçəcəkdi ki, daha yaxşı görən olmadı bu dəfə eyvandan çıxan Kamal bəyi gördü. Özünü daha da itirsə də Kamal bəy də ona sadəcə başı ilə salam verib qapıdan bayıra çıxdı. – bunlara nə olub deyə düşünürkən, astaca Ülviyyə oyanmasın deyə qapını açdı. Ülviyyənin səsindən başa düşdü ki, o da oyaqdır və ağlayır. Özünü yatağa atıb
- Ülüm nə olub? Niyə ağlayırsan
- Hər şey bitdi Nərgiz.. Hər şey bitdi.. getdi.. daha gəlməyəcək.ağlamaqdan hıçqırtı ilə deyilən bu sözlər Nərgizin bədənini ürpətdi. Bu hayqırtını eşidə bilmirdi bərk bərk Ülviyyəni qucaqlayıb. – ey sakit ol.. Dedim axı hər şey düəzləcək. Bax görərsən Şəhriyar hər şeyi yoluna qoyacaq.
- Heç nəyi də yoluna qoymayacaq! Anlamırsan! Anlamırsınız. Ülviyyə yerindən qalxıb hirslə otaqda o baş bu baş getməyə başladı.
- Niyə başa düşmürsünüz ki, bu işdə yoluna qoyulacaq bir şey yoxdur. Mən atamın üzünə necə baxaram hə Nərgiz. Düşün bir. Nə deyəcəyəm. Ata bağışla amma mənim qaynatam bizə gəlib gedəndə gəlmə ya mən onlarla yaşasam deyəcəyəm bağışla ata anamın keçmiş sevgilisi oldu neynim. Gör nə qədər məntiqsizdir. Mən bunu ona eləyə bilmərəm.
- Bəs neyniyəcəksən. Əllərini çəkib oturacaqsan yerində. Şəhriyarı başqasına verəcəksən əllərinlə. Həm sən elə bilirsən Şəhriyar əl çəkəcək? Mən şəxsən zənn etmirəm.
- Əl çəkəcək. Əl çəkmək məcburiyyətindədir.
- Ülviyyə onun ailəsi də onun üçün dəyərlidir. Amma hər şeyi gözə alır. Sən zəiflik edirsən. Ağlını başına yığ.
- Siz ağlınızı başınıza yığın! Ülviyyənin səsini yüksəltməsi ilə Nərgiz diksindi. O heç vaxt Nərgizə qışqırmamışdı.
- Bir az məntiqli olun! Düşünün! Özünüzü mənim yerimə qoyun! BİTDİ!
- Bəs sevgin? Nə oldu şəhriyarın dərdindən ölürdün.
- Ölümşəm də.. bax sevgidir məni bu günə qoyan. Mən ölmüşəm Nərgiz ölmüşəm. Ülviyyə dizlərini yerə qoyub ağlaya ağlaya "ölümşəm mən...ölümşəm” deyə hönkürürdü.
Nərgiz onu qucaqlayaraq o da eyni şəkildə ağlamağa başladı.
Bir neçə gün keçsə də Şəhriyar Ülviyyə ilə danışa bilməmişdi. Telefonla zəngləri cavabsız qalırdı. Sms lərə cavab yazılmırdı. Evdən çıxmadığına onu yolda da tuta bilmirdi. Bir neçə dəfə evə gəlməyə cəhd etsə də binanın qarşısındakı bələdçiyə onu içəri buraxmamaq tapşırılmışdı deyə yuxarı da qalxa bilmirdi. Şəhriyarın günü gündən üzüldüyün görən anası Şahnaz da oğlunun bu halına pis olurdu. Ağladığını görən Səlim bəy – ağlama. Unudacaq. Qız da istəmir artıq, daha niyə ağlayırsan?
- Demək unudacaq. Sən unutdunmu Səlim? Unutdun?
- Şahnaz başlama yenə
- Şahnaz başlama, Şahnaz qutar, Şahnaz bir oğlumuz var, Şahnaz biz evliyik.. Şahnaz...Şahnaz.... Səlim mən uşaq deyiləm. Bəsdir daha başımı bu sözlərlə ovundurmağa çalışdın. Elə bilirsən görmürəm, koram.
- Şahnaz.
- Yox Səlim bu dəfə sən dinlə. Hə günah məndədir. Sevmək günahdırsa günah məndədir çünki səni sevdim. Hamıdan əvvəl lap uşaqlıqdan sevdim. Atangil ilk dəfə bizə gələndə mən məktəbdə oxuyurdu. Onun səni oğluma alaca deməsiylə mən xəyallar qurdum. Hər gün sənin şəkillərinə baxıb daha da sevdim. Sən isə mənim varlığımdan belə xəbərsiz idin. Sonra univeristetə qəbul oldum.. Ancaq sən oxuduğun universitetə girim deyə bütün ixtisaslara girərdim imtahanda. Qəbul da oldum. Amma sən yenə məni görmədin. Ailəlikcə bizə gəldiniz yenə yanımdan düz keçdin. Sonra o peyda oldu. Ona olan baxışların məni dəli edirdi. O baxışların ünvanı mən olmalı idim mən! əlimdən gələni eləsəmdə onun da sənə qarşı boş olmadığını gördüm. Dözə bilməzdim buna Səlim. Onunla evlənməyinə dözə bilməzdim. Evdə söz çıxardm ki, sən unveristetdə mənə yaxınlq edirsən. Görüşmək istəyirsən. Atam bu barədə atana deyəndə o da razılıq verdi ki, yad birini almaqdansa qohumumu alaram deyib atamla əl sıxışdılar.
- Şahnaz bəsdir. Yetər! Danışdın bitdi! Istədiyin oldusa daha nəyin davasını edirsən?
- Sənin sevginin? Hə mənim oldun. Hə evləndik, oğlumuz oldu.. amma nə olsun. Ürəyin.. ürəyin mənə tabe olmadı Səlim.
- ......
- Görürsən susursan? Indi denənə görüm oğlunla onun qızının evliliyindən sonra neyniyəcəksən? Getməyəcəksən onlara ya onlar gələndə evdən qaçacaqsan. Nəvəmiz olanda da adını övladlarınıza qoymaq istədiyiniz adı qoyarsınız artıq. Ya da bəlkə ən yaxşısı o da sən də boşanıb ikiniz də təzədən evlənəsiniz. Şahnazın üzə gələn sillə onu susdurdu. Bu neçə ildə Səlim ona nəinki əl qaldırmaq heç səsini qaldırmamışdı. Otaqdan çıxanda qapıda dayanıb
- Mərdi qova qova namərd eləmə Şahnaz deyib çıxdı.
Şahnaz onun bu sözünü anlamadı. Əli üzündə gözündən yaş damla damla axırdı.
Bu bir neçə gündə Nərgiz isə işə qaça qaça gedir Ülviyyənin də işlərini görüb tələsik Ülviyyənin yanına qayıdırdı. Kənan ondan qaçdığını düşündüyü üçün pis olmuşdu. Xəstəxanada həkimin onun sözün kəsməsiylə Nərgizin utanaraq oradan çıxması bir olmuşdu. Arxasınca qaçsa da o çoxdan taksi ilə getmişdi. O gündən ancaq salamlaşıb sağollaşır ya da işlə bağlı Kənanın üzünə baxmadan ondan qaçırdı. Kənan da çox üstünə getməmək üçün otağına getmirdi. Amma bu 3 gün içində Nərgizi az qala gündə bir neçə saniyəlik görməsi onu lap dəli edirdi. Yusifi işdən azad etdiyindən rahatlamışdı. Bilirdi ki, onu narahat edən yoxdur şirkətdə. Pəncərə qarşısında fikrə gedərkən Nərgizin şirkətə gəldiyini gördü. Düşündü ki, bugün artıq danışsın. Uzaqlaşmaq istəyirdi ki, kiminsə ona yaxınlşadığını gördü. Nərgiz də onunla səmimi şəkildə görüşüb gülümsəyirdi.
- Ay da bu kimdir? Bu qız maqnitdir nədir? Cəld oradan çıxıb bayıra çıxacaqdı ki qapıdan girən Nərgizi gördü.
- O kim idi?
Salamsız kəlamsız verilən bu suala çaqın qalan Nərgiz heç nə demədi.
- Söz soruşdum axı.. Deyirəm o kimdir?
- Sənin də sabahın xeyir. Kim?
- Qapıda güldüyün və görüşdüyün adam.
- Hə Etibarı deyirsən...
- İndi də Etibar çıxdı?
- Anlamadım.
- Deyirəm indi də Etibar çıxdı. Indi əlimi buna bulamalıyam
- Ey sənə nə olub? Özünə gəl. O mənim dostumdur. Ona toxunma. Həm sənə nə? Sən kimsən ki məndən haqq hesab soruşursan. Nərgizin bu sözü Kənanın xətrinə dəydi bir addım geri çəkilərək.
- Demək mənə kiməm, Mənə nə? Yaxşı Nərgiz xanım.. olsun. Deyib oradan uzaqlaşdı.
- Kənan... Nərgiz onu çağırsa da kənan çoxdan oradan uzaqlaşmışdı. Nərgiz özü də pis oldu. əli ilə ağzından vurub – bu dilini dinc saxlasan nə olar hə? O gün sənə az qalsın sevgi etiraf edəcək birinə deyirən sənə nə? Axmaq Nərgiz.
Kənan isə hirsindən otaqda olan əşyaları dağıdırdı. Pəncərənin yanında dayanıb əli saçlarını qarşıdıraraq. – Etibarmış, mənə nəymiş, mən kiməmiş... mən sənə göstərərəm kiməm.. Madəm bu yolla başa düşmədin. ÖZün gəlib sevdiyini deməsən mənə də Kənan deməsinlər. Görərsən Nərgiz xanım.
Nərgiz otağına gəlib narahat halda düşündü ki, Kənanın könlünü necə alsın. Bir bəhanəylə onun otağına getmək istədi. Əlinə aldığı sənədlərlə otağa doğru gedərklən Salmanın onun otağından sevincli halda çıxdığın gördü.
- Ooo kimləri görürəm.. Sarı cücə? Burda neynirsən
- Çəkil Səlimnə, səninlə söhbət edəcək zamanım yoxdur.
- Bir dəqiqə hara?
- Sənə hesab verəcəyəm müdirin otağına girəndə? Bəlkə icazə alım?
- Canım mənim, bundan sonra əziyyət çəkmə. Bütün işləri özüm görəcəyəm.
- O niyəymiş?
- Kənan belə istədi. Az əvvəl mənə dedi ki, sənin əlindən keçən bütün işləri ona özüm çatdırım. Nərgiz onun bu sözünə əvvəlcə tutuldu daha sonra isə inanmayaraq otağa keçdi. Kənan onun gəldiyini görsədə bivec halda başını qaldırmadan əlində telfonda nəsə yazırdı.
- Səlimənin dediyi doğrudur?
- Sizə öyrətməyiblər ki, qapını döyüb müdirin otağına keçərlər Nərgiz xanım?
- Nə?
- Deyəsən bu gün karlığınız üstünüzdədir. Nə deyirəmsə təkrar elətdirirsiniz.
- Kənan nə olub? Mən bayaq qapıda...Kənan Nərgizin sözünü yarımçıq qoyaraq telefonda kimləsə danışmağa başladı.
- Alo, əzizim.. ay can.. mən də darıxmışam... (qəhqəhə atıb) axşam gələcəm.. hara gedək? Mmm nə bilim.. bəlkə elə evdə olarıq həə yaxşı opdum..(qəhqəhə ataraq nərgizə tərəf baxdı) Mən indi işdəyəm deyə bilmirəm. Axşam gəlnədə nə istəsən deyəcəyəm.
Nərgiz dırnaqlaını ətiən batırıb dodaqlarını dişləməyə başladı.
- Nərgiz xanım nəsə lazım idi.
- Mən.. şey.. yox.. bağışlayın narahat etdim. Çıxım sevgilinizlə rahat danışıb.
- Buyurun. Hə bir də Salma ilə göndərərsiniz bütün sənədləri onunnla işləyəcəyəm.
- ....
- Nəsə oldu?
- Yox.. anladım. Sağolun.
Nərgiz qapını elə hikkə ilə örtde ki, kənan buna gülərək. "bu hələ sənin xoş günlərindir nərgiz xanım. Mən göstərəcəyəm sənə kiməm. " deyərək telefonu bir də qaldırıb.- Sürəyya xala bayaq yadımdan çıxdı deyəm. Axşama plov bişirdə. – Adə sənin başın xarab olub o nə danışıq idi mənimlə danışırdın. 40 illik ərimlə boşatdırassan . opurem, ay can darıxmışam. Sənin mənə ay can deyə telefonu açmağın xeyrə əlamət döyül.
- Ee yaxşıda nə dedimee. Dedim axşam evə gələcəm. Səndən ötəri darıxmışam da..
- Dəli oğlum. Yenə kimə göstərirdin özünü adə.. Mənə bax. Məni bu işlərinə qatma. Öpürmüş sözlər deyəcəkmiş. Sən axşam gəl eşşək sudan gəlincəyə qədər çırpım səni sən də bax.
- Eee Sürəyya xala böyüdüm də mənə uşaq kimi davranırsan.. yaxşı yaxşı axşam görüşərik.
Bu Sürəyya xala idi, Kənanın dayəsi. O həmişə onunla bu zarafat tonunda danışardı, amma bu gün sırf nərgizə ina d olsun deyə elədi. İşə də yaramışdı. Nərgiz hirsindən otağında az qalırdı ağlasın. – Alçaq. Özünə o saatca birini tapdı. Hələ bir mənə eşq elan edir. Buna bax. Sənə bu da azdır Nərgiz. Adamını tanımırsan kimə oldu güvənirsən. Axşama qədər Nərgiz də Kənan da hirslə şirkətdə gəzsələrdə bir birilərini görəndə ətrafına gülümsəməyə başlayırdılar sanki əhvalları heç korlanmayıb hər şey qaydasındadır.
Kənara çəkilən kimi isə hamını acılamağa əsəbi olmağa davam edirdilər. İşdən çıxanda Kənan Nərgizin şirkəti qapısında görüb yanında Salamaya tərəf dönərək ona yaxınlaşdı. – Gözəl saçlarınız var Salma xanım Salam təəcüblə ona baxaraq – çççooox sağolun Kənan bəy. Bu dialoqu və Kənanın Salmaya baxışlarını görən Nərgiz hikkəsindən addımlarını sərt atmağa başladı. Kənan onun çıxdığını görüb özünü yenidən düəzltdi. Salma isə artıq əlləri ilə saçlarını önə gətirir Kənanın köynəyinə toxunmaq istəyirdi ki, kənan geri çəkilərək. – Əminəm ki, bu taxma saç hamıya yaraşar deyib çölə çıxdı. Nərgiz hikkə ilə addımladığından ayaqqabısının dabanı qırıldı və ayağını burxdu. Yıxılacaqdı ki, kənan onu tutdu. – Yaxşısan?
- Əlini çək.. oyy bağışlayın əlinizi çəkin Kənan bəy.
- Gözüm atmırdı.. insanlıq etmək istədim. Fərq etməzdi siz ya başqası.
- Məncə fərq edərdi. Əminəm ki, Səlminə olsaydı qucağına alıb xəstəxanaya qədər aparardın. Deyib addımlamaq istəyəndə ayağını yerə basa bilmədi. Ağrıdan qışqırdı. Kənan ona yaxınlaşacaqdı ki – orda dayan. Bir addıpm belə yaxınlşama deyən nərgizin qəzəbli baxışları altında Kənan geri çəkildi. – Sürünərəm amma sənə möhtac olmaram deyərək ayağını sürət sürtə ağrı ilə oradan uzaqlaşmağa çalışdı. Kənan balaca uşaqlar kimi məyus halda – deyəsən oyunum tərs gedir.. bu yaxınlşamaq əvəzinə məni düşmən elədi. Deyərək onun hər ayağını basanda acıdan qıvranmağına özü də sıxıldı. Yenə də onu tək qoymayacaqdı. Arxadan gəlib onu qucağına alıb maşına apardı. Nərgiz nə qədər çrıpınsa da qışqırsa da kənan ona fikir vermədən maşına qoyub evinə qədər gəldi. Nərgiz yol boyunca o qədər qışqırıb bağırmışdı ki, artıq yorulub susmuşdu. Hər ikisi sakitcə maşında əyləşmişdilər. Kənan danışmaq istəsə də acığına gəlmişdi nərgizin ona kimsən deməsi. Bu qədər müddətdə qürurunu tapdayaraq bu qızın arxasınca düşməsi ona zərrə qədər də təsir etməmişdi deyə çox təəsüf edirdi. Nərgiz isə kənanın heç nə danışmayacağını görüb "Mən gedim sevgilinizin evinə gecikərsiniz” deyib hikkə ilə maşının qapısını örtdü. Kənan onun bu halına gülüb maşında – sən məndən beş betər sevirsənee, amma keçi kimi inad et hələ. Sevdiyini deməyincə məndən xoş sözü yuxuda görərsən sən. Hələ bu xoş günlərindir deyib əllərini bir birinə sürtdü.
 
Ardı var
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 176
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri