Me vs You (1-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 7 284
Səs ver:
(səs: 6)

Bu
hekayə adi insanlardan bəhs edir. Nə şirkət müdirləri var, nə də
Cindirellalar. Sadəcə adi insanlar. Amma, fərqli insanlar... Həyatları,
fikirləri, düşüncələri tamami ilə fərqli iki insan xəyal et və o iki
insanın talelərinin bir-birinə bağlı olduğunu düşün. Su ilə od, ağ və
qara, keçmiş və gələcək... Sən və mən. Ya bir gün eşq pərisi bu iki insa
nla oynamaq qərarına gəlsə? Əli və Jalə. Bir feminist və köhnə düşüncəli. Nə olacaq?....


Azərbaycanın ən qədim şəhərlərindən...əslində ən yeni şəhərlərindən
biri-Mingəçevir. Yeni binalar, köhnə binalar və buranın sakinləri.
Durmadan dəyişən, yenilənən şəhəri daha da öyməyə ehtiyac yoxdu, keçək
əsas məsələyə. Şəhərin mərkəzindəki, yeni binalardan birindəki bir ailə.
Məmmədovların evi biraz fərqli idi. Muasir əşyalar, divardakı abstraq
rəsimlər və daha nə qədər yeni şeylər. Əliyə görə bunların hamısı
"Amerkanski zir-zibil” idi, amma Elya xanım bu tip şeyləri çox sevirdi.
Bu dünyada ən çox sevdiyi isə, indi qarşısında oturub 5-ci kökəni yeyən
oğlu idi. Eh, Əli. Uzun boylu, geniş çiyinli, qara qaş, qara göz bu
oğlan hansı qızın xəyalı deyildi ki? Hələ birdə bu yaraşığa ağıl,
tərbiyə, savad əlavə edin. 26 yaşına çatmışdı, artıq evlənmə vaxtı idi.
Amma Əli ona uyğun qız tapma işinə anasına tapşırmışdı. Elə indi Elya
xanım oğlunun çayını bitirməsini gözləyirdi ki, əlindəki şəkli ona
uzatsın. Əli çayını bitirib, anasına baxdı. hə, şəkili uzatmağın tam
vaxtı idi. Əli şəkili anasından alıb, bir müddət baxdı. Üzündə gülümsəmə
yaranırdı, deyəsən bu dəfə xoşuna gəlmişdi. Elya xanım da belə düşünüb,
fərəhlə dedi:


- Hə oğlum, bu səfərkin bəyəndin yəqin?


- Hə, pis deyil...anası. Bəs qızının şəklini nə vaxt göndərəcək?


- B-bu elə qızın özüdü....


- Qızın? Bunun taylarının nəvəsi var! Sənalla neçə yaşı var onun?!


- Cəmi 33...34...35?


Əli əsəbindən bilmirdi gülsün, yoxsa ağlasın. Elya xanımı nədənsə
həmişə oğlunun zövqündə olmayanları seçirdi. Əli şəkili stolun üstünə
atıb, sakitləşməyə çalışdı. Şirin dilini işə salıb, dedi:


- Ana, qurban olum bu səfərkində nə tapdın?


Elya xanım oğlunu tanıyırdı. Bilirdi indi üzü gülsə də, hələ də
əsəbidir. Amma o da ana idi, oğlu üçün ən yaxşısını istəyirdi əlbətdə.
Bu səfər özünü haqlı çıxarmağa çalışıb, dedi:


- Nə? Bax oğlum, 2 universitet bitirib, işi, ayda 500 manat maaşı. Savadlı, dünya görüşlü bir qızdı. Valla sənə layiqdi. 


- Ay ana, istəmirəm mən bunları. Bax mən oxumuş, işləyən qız istəmirəm.
Mənə lazımdı evdə sənə kömək eləsin, atamın hörmətin saxlasın, evin
qədrin bilsin bəsdi. Bu içi qurumuşları niyə sırıyırsan axı mənə? Nolar
bir düz-əməllisini tapsan? Lap get kəndən tap, daha yaxşı. Şəhərin
çoxbilmiş qızlarından min dəfə yaxşıdılar. Bax axrınca dəfə deyirəm,
mənə bir qız tap evlənməyə. Amma qurban olum səndən cavan olsun heç
olmasa.


2 ildir hər gün eyni səhnə yaşanırdı. Əli nə qədər etiraz etsə də, Elya
xanım oğluna oxumuş bir qız almağa and içmişdi. Özü oxumasa da, muasir
qadın idi. Amma ya Əli? Əminəm daş dövrünə getsək, ondan daha muasir
fikirli insanlar tapardıq. İnadkar, lovğa, özünüsevən bu insanın bir tək
zəif tərəfi var idi, o da... Elya xanım dodaqlarını uşaq kimi büzüb,
başını aşağı saldı. Arada burnunu da çəkirdi. Əli anasının tələsinə bu
dəfə düşməyib, heç ona tərəf baxmadı da. Amma bu nə qədər çəkə bilərdi
ki?


- Ana.


- ...


- Ana yaxşı da.


- ....


- Ana qurban olum belə eləmə. 


Yenə Əli Elya xanıma yaxınlaşıb, onun könlünü almağa çalışırdı. Elya xanımın əllərinindən öpüb, şirin dilini işə saldı:


- Anaların bi dənəsi, evimizin sultanı, kainatın incisi, küsdün?


Elya xanımı belə şeylərlə aldatmaq mümkün idi? hələ də dodağını büzüb
durmuşdu. Əli artıq yalvarmağa keçəndə, gözlərini süzdürüb,
küskün-küskün dilləndi:


- Ananı bu qədər çox istəyirsənsə, niyə sözünə baxmırsan? Heç anan sənin pisliyini istəyər?


- Yaxşı, bundan sonra qulaq asacam hər dediyinə.


- Helə? Indi bir qız var...


- De görüm necə qızdı anaların bidənəsi.


- Valla yaxşı qızdı. Lap sən istəyəndi. Bir yeməklər bişirir ki, ləzzətindən doymassan. Amma...


- Amması? 


Elya xanım "amma” dedisə, deməli vəziyyət yaxşı deyil.


- Amma taleyin oyunu, bəxti bir dəfə sınıb. Boşanıb. Amma bir görsən,
elə bil qız uşağıdı. Akademiya da oxuyub. Hə, bir də ki... 4 uşağı var.
Nolsun ki? Nə gözəl, yox yerdən 4 nəvəm olacaq. Hə, nə deyirsən?


Əli təəccüblə anasının üzünə baxırdı. nə deyəcəyini bilməyib, başını
yellədi. Elya xanım bunun razılıq olduğunu düşünüb, sevinməyə
başlamışdı. Amma Əli tək kəlimə etmədən masadan qalxdı. Stolun başına
keçirdiyi pencəyini geyindi. 


- Nə deyirsən oğlum? Gedək elçi?


Əli ayaq saxlayıb, arxaya döndü. Gülümsəməyə çalışıb dedi:


- Anacan, sənin kimi ürəyi yumuşaq bir insan dünyada yoxdu. Sözün əsl
mənasında dünyada yoxdu. Bu fikirlərin Yer üçün çox muasirdi, hansi
planetdən gətirmisən bunları? 4 uşaq?! İstəmirəm! Mən subay, 18-19
yaşında, normal bir qız istəyirəm. Narahat olma, əziyyət çəkib
nəvələrini biz istesal edərik.


Qapı sərt şəkildə örtüldü. Elya xanım yenə 4 divar arasında tək
qalmışdı. Belə vaxtlarda vaxtında oxumadığına daha çox peşman olurdu.
Imkanları yaxşı idi, əri işləyirdi, oğlu işləyirdi. Amma hər səhər onlar
qapını örtüb gedirdilər və o bütün günü bu geniş evdə tak qalırdı...
Stuldan qalxıb, qonaq otağına keçdi. Televizoru yandırıb, çox sevdiyi
Amerika kanallarından birinə çevirdi...


Şəhərin digər ucuda, daha köhnə məhəllələrindən birində isə mənzərə
fərqli idi. Köhnə evin , kiçik qonaq otağında balaca masanın ətrafına
ailə yığışmışdı. Jalə gözucu anasını süzüb yeməyini yeyirdi. Yenə eyni
baxışlar... birazdan hər gün olan hadisə yenə yaşanacaqdı. Oxumuş,
böyümüş və "yetişmiş” Jalənin evlənmək məsələsi. Nadir kişi öz
ağırlığını saxlayıb tək kəlimə demirdi. Amma indi belə Sima xanıma söz
açsın deyə işarə vururdu. Yazıq Sima xanım, qızı ilə əri arasında
qalırdı həmişə. Indi də gülümsəməyə çalışıb, Jaləyə dedi:


- Qızım, necəsən?


- Yaxşıyam ana, sən necəsən?


- Yaxşı. Qızım dünən qonşumuz Afət xala gəlmişdi. Deyirdi ki, bəs
onların uzaq qohumlarından biri səni görüb, bəyənib. Oğlan işləyir yaxşı
yerdə, deyib ki, "onu elə saxlayacam ki...


Jalə cəld ayağa qalxdı. əsgər kimi dayanıb, bir nəfəsə dedi:


- Bir qızın ilk vəzifəsi oxumaq və sonra işləməkdir. Ancaq özünü və
lazım gəlsə ailəsini rahat yaşada biləcək vəziyyətdə olduqda evliyi
düşünməlidir. Bu isə mütləq muasir, qadin və kişi huquqlarının,
haqlarının bərabər olduğunu bilən birisi ilə olmalı. Yaşasın feminizm!


Nadir kişi əli ilə başını tutub pıçıldadı:


- Uje himn kimi əzbərdən deyir. Qocalıb öləcəm, tək qızımın toyunu görmədən köçəcəm dünyadan...


- Yoxa , hara ölürsən! Sən də hələ can var. O vaxt gəlinbacını qoymadın işləməyə, indi də istəyirsən qızını bədbəxt eləyəsən?


Aha, digər otaqdan Nadir bəyin kabusu da gəldi. Yetər Nadir kişinin
doğmaca bacısı idi, amma elə davranırdı ki, görən düşməni elə bilərdi.
Buna görə də Jalə ona "bibi” əvəzinə, "xala” deyirdi. əsl feminist idi.
Özü oxumuşdu, işləyirdi və bütün qadınların onun kimi olmasını ürəkdən
istəyirdi. Amma bir problem vardı ki, evdə qalmışdı. 40 yaşına çatmışdı,
amma hələ də onun fikirlərini qəbul edəcək birisi çıxmamışdı qabağına.
Elə Nadir kişi də, bundan istifadə edirdi.


- Nədi? Işləməsə də, gül kimi baxmıram ona? Sənin kimi olaydı? Alan
yoxdu səni. Qoyasan ancaq kişiləri asıb-kəsəsən. Məni heç nə öldürməsə
də, sən çərlədib öldürəsən. 


Yetər xanım əllərini belinə qoyub, diqqətlə Nadir kişiyə baxdı. üzünü Sima xanıma tutub dedi:


- Gəlinbacı, sən işləmək istəmirdin? O diplomu evdə tozlanmağa
almışdın? Düzün de, peşmanan da bu keçələ qulaq asıb, işləmədiyinə?


Yenə bütün gözlər Sima xanımda idi. bu yazıq qadın hər gün bu cur
suallara məruz qalırdı. Bir tərəfdə 25 illik həyat yoldaşı, digər
tərəfdə onu qardaşından çox sevən baldızı. Bacı-qardaş yenə divara
dirəmişdilər onu. Ikisinin də gözündən "mənim tərəfimi tut” oxunurdu.
Sima xanım gülümsəməyə çalışıb çiynini çəkdi. Yox, bununla onlardan
qurtula bilməzdi. Yenə də ona baxırdılar. Üzünü qızına tutub, qurbanlıq
quzu kimi yazıq-yazıq baxdı. Jalənin növbəsi idi artıq. Atasına və
bibisinə baxıb, sərt şəkildə dedi:


- Bir qadın işləməlidir. Anam işləməyib, mən də onun əvəzinə işləyəcəm.
beləliklə elan edirəm: ən az 10 il işləyəndən sonra evlilik haqqında
düşünəcəm. Sözüm bitdi. 


Nadir kişi iç çəkib, öz-özünə mızıldandı:


- 10 il... qızımın toyunu görmədən öləcəm... indi 24 yaşı var, 10 il
sonra 34 olacaq. bidənə, gözəl-göyçək qızım bu ifrətəyə qoşulub, evdə
çürüyəcək.


- Nə? Sən kimə ifritə dedin? Patriarxik beyindən nə gözləmək olar ki!
Mən evdə qalmamışam, sadəcə öz ayaqlarımın üstündə dura bilən azad
qadınam.


- Pa! Güya ərə getsəydin mənim ayaqlarım üstə duracağdın! Qızımı oxşatma özünə! 


- Əsl sən qızının başını geridə qalmış fikirlərlə doldurma! 


Bacı qardaşın davaya başı elə qarışmışdı ki, Sima xanımla (YAZAR CEMİLE
MEMMEDLİ)Jalənin otaqdan çıxdıqlarından xəbərləri belə olmadı. Sima
xanım qızını qapının ağzınadək ötürüb, öz xeyir-duasını verdi.
Üz-gözündən öpüb, pıçıltıyla dedi:


- Bu iş sənin haqqındı qızım. İnşallah daha yuxarı yerlərdən gələcək səs-sorağın. 


Jalə anasının üzündən öpüb, evdən çıxdı. Əslidə onun örnək aldığı tək
insan anası idi. səssiz-səmirsiz, amma çox ağıllı olan anası...


Bu şəhərin digər ucunda, bir ofisdə isə mənzərə fərqli idi. Rəşid kişi qarşına iki qovluğu qoyub, öz-özünə danışırdı:


- Deməli burda ali təhsilli, amma bu da Əlidi. Bir də master edib, amma
bu da Əli. Çertyojları musabiqələrdə qalib gəlib, amma bu tərəfdən də
Əli. Of, neynəyim indi mən?


Başını qaldırıb, çiyni üstündən qovluqlara baxan Cəmil bəyə baxdı.
Doğma qardaşı ilə işləməyinə elə peşman idi ki. Başını bulayıb dedi:


- Noldu qaqa? Sən seçə bildin barı?


- Əlini seçək.


- Amma bu biri daha yaxşıdı.


- Onda bunu seçək. 


- Bəs Əli?


Cəmil bəy çiynini çəkib, yazıq-yazıq qardaşına baxdı. Hə, yenə ən ağır
iş Rəşid kişiyə qalmışdı. Qovluqları örtüb, qaşlarını düyünlədi. Qəti
qərara gəlib, dedi:





- İkisi də! 3 ay vaxtları var, hansı yaxşı olsa iş onundu.....


 






 



Müəllif Cəmilə Məmmədli



Ardı var

(səs: 6)
Şərhlər: 8
Baxılıb: 7 284
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri