Təsadüf yoxsa alın yazısı (Bölüm 22)

Müəllif: Narın Yağış
Şərhlər: 4
Baxılıb: 4 090
Səs ver:
(səs: 1)
Evdə dəhlizdə qapı ağzında dayanan çantalara baxan Gülnaz özünü saxlaya bilməyib ağlayırdı. Gözünün ağı qarası qızının getməsi bəs deyilmiş kimi həm də ömür gün yoldaşı da gedirdi. Kamal bəy onu evlilik həyatı boyunca nə qədər tək qoysa da daima tez qayıdardı. Ülviyyə balaca olanda isə hara getsə onları da özü ilə aparırdı. Indi isə çantaların çoxluğuna baxanda başa düşürdü ki, bu səfər deyəsən zənn elədiyindən uzun olacaq. Öyrəşməmişdi buna. Ona görə, lap təsir edirdi. Kamal qapını açıb çantaları aşağı maşına aparmaq istəyəndə Gülnazın ağladığını görüb pis oldu. Heç nə demədən alnından öpüb çantanı əlinə aldı. Gülnaz isə dözməyərək ona arxadan sarılıb – tez gəl, mən öyrəşməmişəm sənsiz qalmağa deyərək bərk bərk qucaqladı. - Qızımızı da tez gətir, özü də tez gəl. Kamal isə gözünün dolduğunu hiss etdirməmək üçün geriyə dönmədən – çalışaram deyib çıxdı. əli ürəyinin üstündə idi. Bu müddət onu da çox sıxmışdı. Ülviyyə də otağından çıxıb başı aşağı halda əlini çantasına atdı. Amma anasının üzünə baxa bilmirdi baxmaq istəmirdi. Onun da bu işdə günahı yox idi. Nə bilərdi ki, keçmişi bir gün qarşısına çıxacaq özü də bu şəkildə. Ayıb bir şey etməmişdi. Sadəcə sevmişdi. Onun kimi o da bir zamanlar sevmiş və güvənmişdi. Amma yenə də həzm edə bilmirdi. Anası onun qarşısında dayanıb içini çəkə çəkə ağlayırdı. Ağladığından sözlər ağızndan aramla çıxrdı. – Qızım.. məni bağışla.. mən... mən bilirəm bunu yaşatmamamlı idim sənə. Lənət olsun o günə ki, Səlimi gördüm. Anasının bu sözü deyib daha da hıçqırmasına Ülviyyə dözməyib onu bərk bərk qucaqladı. – Ana mən səni çox sevirəm. Hər nə olur olsun səni çox sevirəm bunu unutma. Bu dea keçəcək zamanla. Ülviyyəyə elə sarılmışdı ki, Gülnazın qolları özündən asılı olmadan sanki illərin ağrısını indi gözündən axıdırmış kimi hönkürtü ilə ağladı. Bir Allah şahid idi ki, o bunu nə qədər etmək istəyib. Hər dəfə ülviyyəyə hər şeyi danışıb onunla dərdləşmək istəyib, amma hər dəfə də özünə sərhəd qoyurdu. Bu da qoyduğu sərhəddin nəticəsi. Qızı və yoldaşı onu tərk edirdi. Kamal bəy yuxarı qalxıb Ülviyyəni çağırmaq istədi. Gülnazla Ülviyyəni belə görəndə lap sıxıldı. Onlar görməsin deyə qapının ardında dayandı. Ürəyinin döyüntüsü gözünü qaraltmışdı. Sanki qulaqlarında döyünürdü. Bir az özünü toparlayıb Ülviyyəni çağırdı. – gecikməyək qızım gəl. Gülnaz Ülviyyədən ayrıla bilmirdi. Ülviyyə güclə onun qollarının arasından çıxıb. - Bir müddət keçsin ara sakitləşsin sən də gələrsən.
- Atan məni görmək istəmir Ülviyyə. O çağırmasa mən gəlməyəcəyəm.
- Elə demə. Onun üçün lap çətindir. Sevdiyini paylaşmaq necə bir hissdir özün bilirsən.
- Hə.. hə.. get qızım , gözlətmə onu.. bir birinizin qayğısına qalın. Bu aralar çox arıqlayıb, yeyəmini də yaxşı yemir. Diqqət et ona..
- Yaxşı ana.
- Özünə də yaxşı bax. Ağlın Bakının havasına getməsin. Oralar sərin olur. Nazik geyinmə əynini.. danışdıqca lap ağlayan Gülnaz artıq taqətdən düşmüşdü.
- Ana yaxşısan..
- Hə yaxşıyam.. get sən.
- Yola salmağa gəlmirsən.
- Buna dözə bilmərəm. Arxanızca baxa bilməörəm gedin. Sağ salamat.
- Hələlik ana.
Ülviyyə gəlib maşına əyləşəndə atasını rənginin ağardığını görmüşdü.
- Yaxşısan, ata?
- Hə..o necədir?
- Yaxşıdır, bizim getməyimizə pis olub, əsas da sənin. Kamal üzündə acı təbəssümlə gedək gecikiriki deyib ülviyyənin dediyinə heç bir reaksiya vermədi. Onlar hava limanına doğru yol alarkən Kənan əlində telefon şəhriyara yığırdı.
- Alo Şəhriyar, hazırsan?
- Kənan bilmirəm, bunlar mənə uşaq oyunu kimi gəlir.
- Aaaa cığalllıq eləmə də Şəhriyar. Nə oyunu. Həm oyun olsa belə, sonda sevdiyinə qovuşacaqsan. Vaxt itirməyək getmək lazımdır hava limanına. Öyrənmişəm 2 saata uçuşdur
- Mən neynəməliyəm yaxşı.
- Ay sağol bu başqa məsələ. Sən bircə get hava limanına mən də gəlirəm. Kənan telefonu söndürüb ardınca otaqdan çıxaraq Nərgizə yığdı. Nərgiz də hava limanına gedirdi. Ülviyyə ilə orada sağollaşmaq istəyirdi. Səhər evdən çıxanda Ülviyyə onu gəlməyə qoymamışdı ki, onunla sağollaşmasın. Çünki onlar ikisi heç vaxt ayrı qalmayıblar. Nərgiz telefonun çaldığını görüb açdı.. Ülviyyəni gedişi üçün kədərli olduğundan səsindən bu həzinlik hiss olunurdu.
- Alo
- Necəsən Nərgiz?
- Yaxşıyam deyə bilməyəcəyəm
- Mən sənin əhvalını qaldırsam necə?
- Anlamadım.
- Deyirəm mən sənin əhvalını qaldırsam, kefini düzətləsm necə?
- Vallah Kənan bu saat zarafatlaşacaq halda deyiləm. Mənim kefimi açacaq tək şey Ülviyyənin getməməsi idi, o isə gedir. Ona görə bu gün mənə toxunma.
- Əgər onun getməsinin qarşısını alsam mənə qarşı kobud davranmaqdan əl çəkəcəksən?
- Sən bunu eləsən mən nə istəyirsən onu edərəm.
- Söz!
- Uff kənan sağol, halım yoxdur hələlik.
- Adam kədərli anında heç olmasa sevdiyini yanında istəyər sən bu halında belə məni rədd edirsən, amma mənsə yanında olacağam deyib dəstəyi asdı. Bu sözlərdən qızaran.Nərgiz cavab verməyə çatdırmadı. Dəstəyi asıb gülümsəyərək – məndən beş betər dəlidire.. deyərək başını buladı.
Şəhriyar hamıdan əvvəl hava limanına gəlmişdi. Terminalın qarşısında dayanıb Ülviyyəni ondan uzaqlaşdıracaq təyyarənin uçuş saatına baxırdı. Ağlında min fikir var idi. Vaz keçmək geriyə qayıtmaq istədi. Ülviyyə ona gedəcəyini deməmişdi, yenə qaçırdı. Bu ona çox təsir etdi, amma digər tərəfdən də onu o qədər sevirdi ki, inciklik qürur hər şey kənarda qalırdı. Tərəddüdlər içində gedib oturacağa əyləşdi. Başını əlləri arasına alıb gözləməyə başladı. Nərgiz də tez gələnlər arasında idi. O da gəlib Şəhriyarı görmədən ön oturacaqda özünə yer alıb gözləməyə başladı. Kənan az sonra gəlib şəhriyara zəng elədi. Telefonu açb içəridə olduğunu deyən Şəhriyarın yanına gəlib əyləşdi. Qarşıda 2 oturacaq qabaqda oturan Nərgizdən xəbərsiz idilər. Nərgiz başını döndərəndə onalrı gördü. Çaşqın halda yaxınlaşmaq istəsə də söhbətlərini eşidib dayandı. Şəhriyarı inandıprmağa çalışan Kənana diqqətlə baxdı. Nə istəyirdi niyə gəlmişdi deyə düşündüyündə ağlına az əvvəl telefonla söhbətləri gəldi. – Əgər mənim kimi dəlidirsə vallah billah eləyəcək. Ülviyyəni qoymayacaq getməyə Sevinərək onların ynaına gəlmək istədi, amma yenə dayandı. Bu dəfə Ülviyyəni uzaqdan görüb ona doğru getdi. Artıq Kənanı və Şəhriyarı unutmuş, gözü ağlamaqdan qızaran Ülviyyəni qucaqlayır o da ağlamağa başlayırdı. Kamal bəy çantaları boşalda bilmirdi. Hər biri ona dəhşətli dərəcədə ağır gəlirdi. Nərgiz onu görüb Ülviyyəyə baxdı. Ülviyyə də qorxaraq atasına yaxınlaşıb – Ata nə olub? Yaxşı deyilsən sən.
- Yox yaxşıyam, hava çox isti oldu birdən. Halsızlaşdım. Desə də hava əslində o qədər də isti deyildi. Kənan Ülviyyə Nərgizi görüncə Şəhriyarın qolundan tutub aralı getdi. Başı ilə göstərərək – budur gəldilər, artıq plana keçmək lazımdır. Şəhriyar başını döndərdiyində Kamal bəyi də gördü. Yəqin yola salmağa gəlib deyə düşünərkən əlində iki paspportun olduğun görüb – atası yanındadır. Kənan plan təxirə düşür. Olmaz.
- Nə? Nə ata? Nərgiz mənə bunu deməmişdi. Aydaaa. Indi neyniyək?
- Heç nə. Özüm gedib danışaram..
- Hara? Şəhriyar artıq yolunu onlara tərəf almışdı. Kamal bəyin vəziyyəti isə getdikcə pisləşirdi.və birdən şəhriyar yaxınlşanda onu görməsə də onun üzərinə yıxıldı. Qışqırıqlar çaşqınlıqlar ortanı daha da qarışdırdı. Şəhriyar – Kamal bəy! Deyərək onu bərk bərk tutmuşdu. Ülviyyə isə Şəhriyarın hardan çıxdığını anlamadın atasına tərəf əyilərək, qorxudan ağlayaraq – ata ata nə oldu deyə hııçqırıdı. Nərgiz və Kənan da onlara qoşulunca artıq ətrafdakılar onları əhatəyə alırdı. Şəhriyar onun köynəyinin yaxasını açıb – kənara çəkilin hava alsın deyə bağırırdı. Kənanla onu maşına oruzdurub xəsətəxanaya yollandılar. Ülviyyə və Nərgiz də onlarla birlikdə idi. Nərgiz nə qədər Ülviyyəni sakitləşdirməyə çalışsa da Ülviyyə şokdan nə elədiyini bilmirdi.
Xəstəxanada dəhlizdə olan abu hava olduqca ürək sıxıcı idi. Ülviyyəni sakitləşdirmək üçün artıq iynə vurmuşdular o da palatada uzanmış yuxlamışdı. Nərgiz onun yanından bir dəqiqə belə olsun ayrılmırdı. Şəhriyar divara söykənib Ülviyyəni izləyirdi. Təlaşdan heç kim Gülnaza xəbər verməmişdi. Həm nə deyəcəkdilər. Yazıq qadın yoldaşının dərdini çəkəcəkdi yoxsa qızın halına yanacaqdı. Necə deyəcəkəlrini bilmirdilər. Kamal bəy infarkt keçirmişdi. Aparata bağlı uzanmış huşu özündə deyildi. Ülviyyə yavaş yavaş özünə gələndə ətrafa baxıb harada olduğun anlamadı. Nərgiz cəld ayağa qalxaraq – Ülüm, yaxşısan? Deyə sakitcə onun saçını sığallayaraq soruşdu. Şəhriyarda yaxına gəlib onu əlindən tutdu. Ülviyyə hər ikisinə çaşqın halda baxıb sonra olanları xatırladı.
- Ata! Deyə yerindən dik qalxdı. Şəhriyar onu tutub – shh sakit ol.. yaxşıdır.. narahat olma.
- Onu görməliyəm burax!
- Ülviyyə indi olmaz!
- Şəhriyar burax görməliyəm. deyə Ülviyyə yenidən həyəcanlanaraq ağlamağ başladı. Şəhriyar onu bərk bərk qucaqlayıb sakitləşdirmək istəyirdi. Kənan nərgizin qolundan tutub başı ilə çıxmasını istədi. Nərgiz – amma deyincə Kənan onu susduraraq – indi tək qalsalar yaxşıdır. Deyib ehmalca Nərgizi otaqdan çıxardı. Ülviyyə isə hələ də şəhriyara yalvarırdı ki, onu atasının yanına aparsın.
- Nolar xahiş edirəm burax mən onu görməliyəm.
- Həkim icazə vermir içəri girməyə?
- Nəyi var nə oldu?
- Infarkt deyərək Şəhriyar sakitcə başını aşağı salıb dilləndi.
- Nə? Ülviyyə lap şoka düşmüşdü. Artıq nə edəcəyini bilmədən günahkar axtarmağa başladı.
- Sən elədin.
- Nə ?
- Sən gəldin.. səni görməsəydi belə olmayacaqdı. Lənət olsun. Sən elədin. Bax görürsən bizim bir araya gəlməyimiz nələrə başa gəlir. Ülviyyə səsini qaldırıb Şəhriyarın sinsəni yumuruqlasa da Şəhriyar bu sözlərin acıdan deyildiyini bilirdi onu daha da bərk qucaqlayıb saçını öpərək
- Söz verirəm hər şey düzələcək deyə o Ülviyyəni özünə sıxdı.
- Ülviyyə isə hələ də hönkürtü ilə ağlayır yenə də sən elədin.. ya da mənəm günahkar deyə çırpınırdı.
Nərgiz dəhlizdə onun səsini eşidəndə bədəbi ürpərdi cəlld içəri keçmək istəsə də Kənan onun qolunu tutaraq – məncə tək qalsalar yaxşıdır –
- Axı o acı çəkir.
- Nərgiz Şəhriyar ordadır. Narahat olma. Nərgiz oturacağa çöküb əlini üzünə tutdu. Bir neçə saniyə sonra onun çiyinlərinin əsdiyini görən Kənan anladı ki, Nərgiz ağlayır. Onun qarşısında çöküb əllərini üzündən çəkdi. Nərgiz gözlərini sıxmış balaca uşaqlar kimi ağlayırdı..bu dəfə acı çəkdiyi bəlli idi. Bu qızlar bir birinə\ necə bağlıdır deyə düşünüərək nərgizi Ülviyyəyə qısqandıda. Onun yanına oturub başını öz sinəsinə doğru çəkdi. Saçlarını sığallayaraq sakitləşdirmək üçün aramla danışırdı.
- Sən ağlama, sənə gülmək yaraşır. Bax görərsən hər şey yoluna düşəcək. Deyərək onu özünə trəf sıxdı. Nərgizdə Kənanın bu istiliyinə biganə qala bilməyib daha da həssaslaşıb ağladı. Palatadan Ülviyyənin səsini eşitdikcə Kənana daha da qısılır, elə bil onun acısını Nərgiz öz bədənində hiss edirmiş kimi qıvrılırdı. Kəönan onu oradan uzaqlşadırmaq istəsə də nərgiz getmək istəmirdi. Gözünü yaşını silib – Gülnaz xalaya deməliyəm. Bilməlidir deyə telefonu əlinə alaraq səsini düzəldib nömrəni yığdı. Gülnazı qoxutmamaq üçün özünü toparlasa da alınmırdı. Gülnaz isə evdə vaxtı hesablayaraq təyyarə enən kimi Ülviyyəyə zəng edəcəkdi. Telefonun zəng çaldığını görüb əl atdı. Nərgiz idi. Burda onunla qalan yeganə insan, gülümsəyərək telefonu açdı.. amma az sonra telefon əlində yerə sürüşərək düşdü. Özü də diz üstə çöküb pıçıltı ilə - Kamal deyə bildi.. bu pıçıltı içindəki hayqırtının səsi oldu. Ülviyyə atasının palatasını ynaıdna o yana bu yana gedir. Barmaqlarını sıxırdı. Şəhriyar ona yaxınlaşıb. – barmaqlarını qıracaqsan indi sakitləş,.
- Niyə qoymurlar içəri keçim. Axı o mənim atamdır. Dəhlizdə anasını görüncə bir addıpm geri çəkildi. Şəhriyar isə - Ülviyyə ona indi hamıdan çətindir, belə eləmə. Sənin anandır.
- O da günahkardır. Biz hamımız günahkarıq şəhriyar
- Yox. Inan mənə burda heç kimin günahı yoxdur. Anana indi sənin dəstəyin lazımdır. Mənə bax.. Ülviyyə mənə bax. Ülviyyə isə baxışlarını yerə dikmiş bütün əzələlərini sıxmışdı.
- Gözümün işığı mənə bax.. Şəhriyarın bu sözünə daha da yumuşalan Ülviyyə ona baxaraq dodaqlarını büzdü.
- Get onun yanına deyə şəhriyar əli ilə üzünü sığalladı.
- Gülnaz şüşədən Kamala baxırdı. Dözməyib yerə çökdü, hamı onun yanına gəlib ayağa qalxması üçün kömək eləsələrd də Gülnazın əli ayağı tutmurdu.
- Kamal, Kamalım deyə qırıq qırıq dillənirdi. 
 
Müəllif Lili Sh
Ardı var
 
 
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 090
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri