Me vs You (15-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 041
Səs ver:
(səs: 4)
- Bəlkə məndən xoşun gəlir?

- Ha?! Nə?! Yox, ola bilməz! Yəni... ola bilər ki? Bəlkə də... deyəsən səndən xoşum gəlir.- deyən Əli təəccübdən geniş açılmış gözlərini Jaləyə dikdi.

- Bu ola bilməz...-deyə pıçıldadı Jalə.

Bir-iki addım geri çəkildi. Özünü cilovlamağa çalışdı. Uzaqdan gələn avtobusu rahatlamış kimi dərindən nəfəs verdi. Yola baxıb avtobusun yaxınlaşmasını gözlədi. Arada ətrafı süzən gözləri hələ də ona baxan Əliyə ilişirdi, amma cəld baxışlarını qaçırırdı. Avtobus ağır-ağır yaxınlaşıb dayandı. Qapılar fısıltı ilə açıldıqda Jalə cəsarətini toplayıb:

- Səndən xoşum gəlir. Lakin özümü daha çox sevirəm bağışla.- deyib, cəld avtobusa qalxdı.

Əli olanları anlaya bilmirdi. Belə olmalı idi? Axı o Əlini sevirdi, bu cavab nə idi? arxaa dönüb ağır addımlarla yeriməyə başladı. Beynindəki suallar atdığı hər addımda daha da artırdı, lakin o suallara cavab verə biləcək tək insan onu tək qoyub getmişdi...

Jalə qapını açan bibisini gördükdə özünü gülümsəməyə məcbur etdi. Zəif halda görünmək istəyəcəyi ən son insan idi qarşısındakı.

- Gəldi? Bu qızı sən belə elədin Yetər! Kimin qızı bu vaxtı evə gəlir hə?! Adına söz çıxacaq indi...

Jalə atasının səsini eşidib, içəri keçdi. Stolun başında əyləşmiş atasını qucaqladı. Yanağından öpüb, şən səslə dedi:

- Yaxşı, bir də gec gəlməyəcəm atacan. Sakitləş, təyziqin qalxar.

Nadir kişi tək qızının nadirən etdiyi bu şıltağına sevinib, bütün əsəbini unutdu. Qızının saçlarını sığallayıb, ciddiliyini qorumağa çalışaraq dedi:

- Bir də olsa özündən küs da. Bu ifritə bibinə uyma sən. O Amerikada yaşayır, Azərbaycanda yox.

- Sən də Afrikada yaşayırsan. Yam-yamlar kimi ancaq başımızın ətini yeyiyrsən.- Yetər xanımın dodaqaltı dediyi bu sözə Sima xanımın dodağı qaçdı.

Lakin ana ürəyi qızının bir problemi olduğunu sezirdi. Elə bunu dilə gətirmək istəyirdi ki, Jalə hər kəsə "gcəniz xeyrə” deyib otağına keçdi...

******

Səhər Əli gözlərini güclü baş ağrısı ilə açdı. (müəllif: Cəmilə Məmmədli) Ancaq səhərə yaxın yata bilmişdi. Işə getmə vaxtını göstərən saatı gördükdə üz-gözünü qırışdırdı. Bu gün işə getməyi heç istəmirdi. Məcbur yataqdan qalxıb, əynin dəyişdi. Bu gün nə duş almağa, nə də üzünü təraş etməyə həvəsi yox idi. Səhər yeməyi belə yemədən evdən çıxmaq istəyirdi ki, Elya xanım onu dayandırdı:

- Oğlum bir dəqiqə gözlə.

Əli könülsüz arxaya çevrildi.

- Buyur ana?

- Oğlum... Valla bu dəfə əla qızdı. Tam istədiyin kimidir. Düzü mənim o qədər də ürəyimcə olmadı...

- "əmma”sını de ana. Bu gün kefim yoxdu.

- Əmması yoxdu. Deməli uzaq qohumlarımızdan birinin qızıdır, orta təhsillidi, işləmir. 19 yaşı var. Gəşəng, əl qabiliyyəti yaxşı olan qızdı deyirlər.

Əli təəccüblə çiynini çəkdi. Anasına yaxınlaşıb, şübhəli-şübhəli baxaraq:

- Ha? Boşanmadığına əminsən? Ya da 7-8 uşağı olmadığına? Bəlkə əvvəlki ərini doğrayıb? Bax bu çox şübhəli görünür ana.

Elya xanım başını yelləyib, özünə məxsus saflıqla oğlunu inandırmağa çalışdı.

- Valla heç biri deyil. Dedim axı, lap sən istəyən qızdı. Ağıllı-kamallı, namuslu, böyük-kiçik yerini bilən. Nə deyirsən? Razısansa xəbər göndərək biraz danışın-eləyin. Razılaşsaz, evlənərsiz.

Bu işin alınmasını Elya xanımın istəmədiyi üzündən oxunurdu. Elə 1 ay evvəl belə bir qız axtaran Əlinin belə ürəyincə deyildi. Odurki:

- Istəmirəm...-deyə pıçıldayıb, evdən çıxdı.

*******

Jalə qapının dəstəyini tutub, aşağı çəkməyə tərəddüt edirdi. Əlinin içəridə olduğunu Zeynəbdən öyrənmişdi. Bütün həyacanını gizlədib, özünə toxdaqlıq verdi. Dəstəyi aşağı çəkib, cəld içəri keçdi. Soyuq və quru səslə:

- Sabahın xeyir.- deyib, Əlinin üzünə belə baxmadan yerinə əyləşdi.

- Niyə?

Bu sualı gözləsə də, eşidəndə bədənindən gizilti keçdi. Başını qaldırmadan:

- Bu gün yeni lahiyə gələcək. Çertyojunu sən çəkəcəksən, yoxsa mən?

- Niyə axı?

- Ikimiz eyni anda çəkə də bilərik. Amma eyni şeyi planlamalıyıq.

Əli Jalənin bilərəkdən onu anlamamış kimi davrandığını görüb acı-acı gülümsədi. Bu yollarla onu saxlamaq olmazdı. Əllərini masaya söykənib, Jaləyə tərəf əyildi. Biraz daha əmranə tonda dedi:

- Niyəsini bilmək istəyirəm. Buna haqqım var.

Jalə başını qaldırdıq da isə diksindi. Tünd makiajı belə gözlərindəki qızarıqlığı gizlədə bilməmişdi. Amma Jalə onun üzünə dik baxırdı. Eyni əminliklə soruşdu:

- Nə olacaqdı?

- Sənin məndən xoşun gəlir, mənim də səndən...deyəsən.

- Sonra? Evlənəcəkdik?

Əli sualın mənasızlığına gülümsəyib, dedi:

- Əlbətdə!

- Ya sonrası?

- Ha? Indi sonrasını açıqlamayım...

- Mən Almanyada təcrübəyə getmək istəyirəm. Bura qayıdıb böyük şirkətlərlə işləmək, sonrasında isə öz şirkətimi yaratmaq istəyirəm. Səninlə evli olsam bunları etməyimə icazə verəcəkdin? 5 il xaricdə olmama razı olacaqdın?

Sualın ağırlığı ilə kreslosuna çökən Əli fısıldadı:

- Yox... Amma bunlar olmadan da xoşbəxt olmaq olar! Yeni ev, ailə...

- Arzularımı kənara itələyib bir evdə bir ömür səninlə yaşamaq məni xoşbəxt edər. Amma 1 il, 3 il, 5 il... sonrasında bütün xəyallarımın üstündən xətt çəkdiyin üçün hər gün sənə nifrət edəcəm və bu günbəgün böyüyəcək. Ya sən?

Bu səfər cavab gözləmək sırası Jalədə idi. iri qara gözlərini Əliyə dikib, ümid qarışıq ümidsizliklə cavabını gözləyirdi. Əlinin isə nitqi tutulmuşdu. Nə deyə bilərdi ki? Gözlərini ondan qaçırıb, boşluğa dikdi. Səbəbini bilmədiyi bir qəzəb bütün bədənini bürümüşdü. Köksünü ötürüb, gözlərini yumdu. Başını arxaya atıb, sanki öz-özünə danışırmış kimi dedi:

- Xaricdə 5 il kimi uzun bir vaxt yaşayan qızı necə qəbul edə bilərəm? Şəxsi şirkət... Başqaları "Əli ailəsini saxlaya bilməyir, arvad puluna yaşayır” deməsinə dözmək? Sən kişilərin içində işləyəndə, mən oturub evdə yemək bişirəcəm? Bunları qəbul etməkdənsə, ölərəm daha yaxşıdı. Heç bir qız bunlara dəyməz.

Kəlməsi-kəlməsinə tam gözlədiyi kimi olan sözləri dinləyən Jalə gülümsədi. Yenə başını aşağı salıb, quru tonda soruşdu:

- Çertyoj?

- Mən çəkəcəm.

- Yox, mən istəyirəm.

- Yaxşı...

Heç nə olmamış kimi davranmaq- ikisinin səssizcə verdikləri qərar bu idi. bundan başqa yol bilmirdilər çünki. Hansı yolu seçsələr, ikisindən biri mütləq yaralanacaqdı...

Axşam işdn çıxış vaxtı yenə Zeynəbi dilə tutmağa çalışan Elcan çiynində bir əl his etdi. Başını qaldırıb, Əlinin bozarmış üzünü görüb bir anlıq özünü itirdi:

- Yo-yox, yenə ona ilişmirdim ki. Özü mənə ilişirdi.

- Nə?! Mən?!- deyə qışqırdı Zeynəb.

Qaşlarını yuxarı qaldırıb, öldürəcəkmiş kmi Elcana baxdı. Əli tək kəlimə etmədən Elcanın qolundan tutub sürükləyərək bu vəziyyətdən xilas etdi. Maşına mindiklərində Elcan mızıldanmağa başladı:

- Allah bəlanı versin. Gücnən razı salmağa yaxınlaşmışdım, indi tam əlimdən çıxdı. Nomuşdu e?

- Heç. Gedib yeyib-içirik.

Elcan Əliyə mənalı-mənalı baxıb:

- Jaləyə görə?

- Ha? Bu hardan çıxdı?

- Siz ikiniz o otağa girəndə özünü kimsəsiz adada-filan zənn eliyirsiz? Heç olmasa qışqırmayın.

Əli tək kəlimə etmədən açarı burub, mühərriki işə saldı. Maşını sürməyə tələsməyib, boğuq uğultunu dinlədi. az sonra...

- Haqlıdır hə? Mümkün deyil.

Elcan başını yellədi. Əlinin ümidsizlik oxunan üzünə baxıb, kürəyinə vurdu:

- Bəsdi görəkdə. Güya dünyada başqa qız yoxdu! İndi gedərik barların birinə, gəşəngcə viski içərik, hərəmizə bir qız tutarıq. Amma ehtiyatlı ol ha, sonra qız üstünə gəlməsin ki "hamiləyəm”. valla axırda ya hamilə olmurlar, ya da uşaq başqasından olur.

Istər-istəməz Əlinin dodağı qaçdı. Elcana dönüb, istehza ilə dedi:

- Nə sərəkləyirsən? Nə bar? Nə viski? Başına hava gəlib?! Amarikadı bura sənin üçün? Adam balası kimi gedib bir restoranda araq ilə qabırğa kababı yeyəcəyik.

- Həqiqətən sən geridə qalmısan. Elə yaxşı ki, o qız sənlə olmayıb. Qabırğa kababı nədi ee. Mən ciyər...

Maşın sürətlə irəli şığıdığından Elcanın mızıldanmaları eşidilmədi... Əlinin düşündüyü kimi, əmisioğlu onu axmaq fikirlərindən qurtara biləcək tək insan idi. Bəs Jalə? Onu kim ovudacaqdı? Bəlkə də heç kim...

(səs: 4)
Şərhlər: 4
Baxılıb: 5 041
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri