Me vs You (16-cı bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 974
Səs ver:
(səs: 5)
Əli üzünə düşən gün işıqlarından qorunmaq üçün yorğanı başına çəkdi. Birdən gündüzün olduğunu dərk edib yerində dikəldi. Azca qalxması ilə, ağrıdan çartlayan başını iki əlli tutması bir oldu. Başı məngənə ilə sıxılmış, elə bu saniyə gözləri yuvasından çıxacaqmış kimi ağrıyırdı. Biraz eyni vəziyyətdə dayanıb, küt ağrıya azda olsa öyrəşdikdən sonragözlərini açdı. Paltarlı yatmışdı deyəsən. Bir tək ayaqqabıları ayağında deyildi. Heç nə dərk edə bilməyib, döyükdü. Güclə yerindən qalxıb, süst şəkildə qonaq otağına yeridi. Mətbəxdən gələn takkıltıları eşidib, ora boylandı. Elya xanım yuduğu qabları yerləşdirirdi. Boşqablar ir-birinə toxunub cingildədikdə Əlinin ağrısı güclənirdi.

- Ay ana. Sonra eliyərsən. Çay ver nolar.- deyə zarıyıb mətbəxdəki stula çökdü.

Elya xanım sevimli oğlunun halını belə soruşmadan qab-qaşığı cingildədərək çay süzdü. Əlinin qarşısına zərblə qoyub, dönüb getmək istəyirdi ki Əli onu saxladı:

- Nolub ana? Kefin yoxdu elə bil?

- Niyə kefim olmasın ki, bir dənə oğlum evlənir. Məndən xoşbəxti yoxdu.

Bu an Əli Elya xanımın kinayəsini sezəcək halda deyildi. Evlilik mövzusunu anlamağa çalışırdı.

- Nə evlilik? Kim evlənir?

- Sən. Axşam dirəşməmişdin ki, o qızla evlənirəm?

- Ha? Axşam?...

Əlinin bulanıq zehnində dünənə aid xatirələr yavaş-yavaş aydınlaşırdı. Elcanın onu sürüyərək evə gətirməsi, oğlunu ilk dəfə bu qədər sərxoş görən Elya xanımın təlaşını və sonra... sonra? "Ayaq üstə belə dura bilməyən Əli səsinin gür yerinə salıb bir şeylər deməyə çalışırdı:

- Ana... deməli sabah durursan, ilk iş o qızı mənə alırsan!.. bu boyda Azərbaycanda, mingəçevirdə məə qız yoxdu?! Hıı, nə deyirdim? Səhər durursan o ifritəni..çaşdım, o biri qızı... o sakit olanı deyirəm aa, o birisi ifritəylə səf salma... hm.. nə deyirdim? Hə! o birisini mənə alırsan. Səhər duran kimi! Görər o...”

Bu kimi sözlərdən çox dediyini xatırlaya bilirdi Əli. Alnına əli ilə vurub, "ay!”-deyə qışqırıb özü ağrısını gücləndirdiyi başını iki əlli tutdu. Gözlərini anasına dikib, məzlum-məzlum baxdı.

- Ana, yəqin axşam ki sözlərimi ciddi qəbul eləmədin hə? elə şey eləmədin hə? bildin ki, nə dediyimi bilmirəm?

Elya xanım:

- Əlbətdə dediklərini ciddi qəbul eləmədim. Bir sözü 5 dəfə deyirdin ee.- deyib, daha əsəbi tonda – amma səhər kimi başımın üstündə dim-dik durdun. Görmüşük içmiş adam bir yerə yıxılıb yatar, sən yooox. Nə özün yatdın, nə də məni yatmağa qoydun. Axırda gün çıxan kimi telelfonu zorla əlimə tutuzdurdun ki, zəng edim. Mən də elədim.

Elya xanımın hirslə dediyi sözlərdən sonra, Əli kəsik-kəsik olsa da, xatırlamağa başlatdı. Telefonu gətirib zəng etməsi üçün təkid etməsi, anasına deyəcəyi sözləri öyrətməsi... bir dəqiqə, axşam ev telefonundan əlavə mobil telefonuda əlində olduğunu az-maz xatırlayırdı. Lakin bu xatirə elə silik idi ki, yuxu zənn edib üstündə durmadı. Alnını soyuq masaya qoyub, əlləri ilə başını tutdu. Utancından ölsə də, mızıldandı:

- Ana, başım partlayır. Asprin...

Dərmanı masaya astaca qoyub, su bardağını bərk çırpdı Elya xanım. Əli zonguldayan başının arğısından dişlərini sıxdı. Bu dəfə əmin idi, Elya xanım bilərək edirdi. Özbaşınalıq edən oğlunu cezalandırmağa hessas ürəyi icazə vermədiyindən, əvəzini belə çıxırdı. Amma buna ehtiac belə yox idi, onsuzda Əli öz-özünü cəzalandırırdı. Başını qaldırıb, dərmanla suyu içəndə divardakı saata gözü sataşdı. əqrəblərin 3ü göstərdiyinə inanmayıb, daha diqqətlə baxdı. Ağzından çıxan ilk kəlimə:

- Ayaqqabılarım...

Cəld ayağa qalxıb, ətrafa tələsik göz gəzdirdi. Anasına tərəf çevrilib, soruşmaq idiki onun əzəbli baxışları ilə rastlaşıb susdu. Tək kəlimə etmədən üst-başını səliqəyə salıb, evdən çıxdı.

Ofisə girmədən qapının ağzından içəri baxdı. (müəllif: Cəmilə Məmmədli ) Məqsədi Elcanı tapıb, dünən axşam olanları dəqiqliyi ilə ondan öyrənmək idi. Lakin Elcan həmişəki yerində-yəni zeynəbin dibində deyildi. Ürəyində onu söyüb, məcbur ofisə girdi. Öz otağına keçib, Jaləyə salam belə vermədən keçib yerinə oturdu. Jalə onun gəldiyini bilsə də, başını qaldırmadı. Sadəcə əlindəki qələmi masaya vururdu. Hər qələm zərbəsi isə çəkic kimi Əlinin başına enirdi. Jalə sürətlənib, qələmi daha tez, daha sərt vurmağa başlayanda isə dözə bilmədi:

- Eləmə. Başım ağrıyır...

Jalə qələmi vurmağı kəsmədən başını qaldırıb, qəzəbli gözlərini Əliyə dikdi. Sorğulayıcı tonda:

- Hm... Dünən gecə mənə niyə zəng etmişdin? Səhər duranda gördüm.

Əli acı ilə gözlərini yumdu. Demək ki, mobil teelfonu əlinə alması yuxu deyildi. Amma Jalənin zəngə cavab verməyib, ancaq səhər duranda görməsi onu biraz rahatlatdı. Özünə toxdaqlıq verib, ağlına gələn ilk bəhanəni dedi:

- Gecə telefon yerimin içinə düşüb. Yəqin tərpənəndə düymələrə basmışam.

- Hmm... Ama bir neçə dəfə zəng gəlib axı?

- Yuxuda təpədən yumalandığımı görürdüm...

Jalə başını anlayırmış kimi yelləyib, birdən ağlına bir şey gəlmil kimi qaşlarını çatdı. Isehzalı bir təbəssümlə:

- Amma 28 zəng gəlib axı? Təpə aşağı yumalanmaq bəs eləməyib, bir də təpə yuxarı yumalanmısan deyəsən. Nə əcəb çarpayıdan yıxılmamısan?

Qulaqlarına kimi qızarmış Əli bir müddət nə cavab verəcəyini bilməyib, duruxdu. Jalənin gülməyini güclə saxlayaraq ona baxdığını görüb əsəbi şəkildə ayağa qalxdı. Tez-teləsik bir şeylər gəvələdi:

- Sənə nə? Bəlkə mən kravatımda dairəvi yumalanırdım? Ola bilməz?

Otaqdan çıxmaq istəyirdi ki:

- Təbrik edirəm, evlənirsənmiş...

Əli cəld arxaya dönüb Jaləyə dəhşətə düşmüş kimi baxdı. O bunu necə bilə bilrədi ki? Əli belə bugün öyrənmişdi. Jalə onun sual dolu baxışlarınıg görüb, başını aşağı salıb dedi:

- Yazdığın 14 mesajdan birində evləndiyini yazmısan. Bu arada təbrik edirəm, yumalana-yumalana "sənə bu şeiri yazmışam” deyə ala-bula boz keçi şeirini yazıb-göndərmək böyük bacarıqdı.

Əli digər mesajlarda nə yazdığını öyrənməyə can atsa da, bunu sonra öz telefonuna baxaraq da edə bilərdi. Bu an ən vacibi olanları açıqlamaq idi.

- Əslində evlənib-eləmi...

- Mənə dəxli yoxdur. Xoşbəx ol.

Jalə sözünü deyib, arxasını çevirib öz işinə davam etdi. Əli yenə danışmaq istəsə də, Jalənin soyuq və quru tərzdə dediyi sözlər onu dayandırdı. Bir müddət qapının ağzında nə edəcəyini bilmədən dayandı. Birdən telefonu ağlına gəldi. Bəlkə də mesajlarında Jalənin xətrinə dəyəcək bir şey vardı. Cəld otaqdan çıxıb, elə qapının ağzında telefonu çıxardı. Göndərdiyi mesajların ilk 12si sərxoşların deyə biləcəyi boş və mənasız sözlərdən ibarət idi. Hələ o qədər hərf səhvi var idi ki, özü belə yazdığını oxuya bilmirdi. Jalənin dediyi kimi göndərdiyi "ala-bula boz keçi” şeirini oxuyanda dodağı qaçdı. 13-cü mesajı oxuyanda isə qanı dondu. "Səni sevirəm”- bir mesajla etiraf etmişdi. Ondan sonrakı mesajı isə "başqası ilə evlənirəm”...

Arxasındakı qapıya söykənib, tək əli ilə alnını ovdu. digər əlindəki telefonu əlində saxlamağa çətinlik çəkirdi. O qədər ağır idi ki, bu an. Daha pisi isə ürəyinə çökmüş ağırlıq idi...

Qapının digər tərəfində isə Jalə əlindəki telefona diqqətlə baxırdı. Gecədən bəri təkrar0təkrar oxuduğu mesajı bir daha oxuyurdu. Ekranı aşağı sürüşdürüb, ən son mesaja baxdıqda isə... kim bilir neçənci dəfə gözləri doldu...

(səs: 5)
Şərhlər: 3
Baxılıb: 4 974
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri