Son kəlmə (7-ci bölüm)

Müəllif: Narın Yağış
Şərhlər: 4
Baxılıb: 4 600
Səs ver:
(səs: 3)
MART, 2007-Cİ İL.BAKI...
Anar Elxanın qətilik yağan gözlərinə kinayə ilə baxıb əlini sinəsindən itələdi.
-Mənə dərs keçmə!...
-Lazım gələrsə dərs də keçərəm, o çoxbilmiş başını bəlaya da salaram! Bu-bir!2-cisi isə, Anar bəy, mənə cavab qaytarma!...
-3-cüsü varmı görəsən?!...
Anarın belə rahatlıqla, üstəlikdə açıq-aydın nəzərə çarpan "ironiya”sına əsəbləri gərilsə də, yumruqlarını sıxmaqla kifayətləndi.Yaxınlaşıb üzbəüz dayandı.
-Var!...Əgər səni bir də hansısa qızın ətrafında görsəm, ələlxüsus, Fəxriyyənin ətrafında milçək kimi dolaşıb qızın əsəblərini pozduğunu görsəm, heç kəsin yalvarışlarına baxmaram, tullayaram səni bankdan!...AYDINDIR?!...
Anar hiyləgərcəsinə gözlərini qıyıb eyni tonla cavablandırdı.
-Yox, aydın deyil, Elxan bəy!...
Elxanın deyəcəyi sözlər havada asılıb qaldı.Anarın rahat şəkildə kabinetə girişini izləyib sürətlə pilləkanlardan enməyə başladı.
"Bunu cavabını verəcəksən, Anar!”
Qapını döymədən içəri keçib ucadan səsləndi.
-Sənəm xanım, tabeçiliyinizdə olan Anar Cavadzadə barədə dərhal təcili tədbir görün, əks təqdirdə mən imza atacam bu işə!...
Sənəm öz soyuq halı ilə diqqətlə dinlədikdən sonra işinə davam elədi.Onun bumbuz "reaksiya”sına axmaqcasına izləyən Elxan yerindəcə quruyub qalmışdı...
Anar əlindəki qələmi oynadaraq diqqətini işə yönəltmək istəsə də, alınmırdı.Ayağa qalxıb boş kabinetə nəzər saldı.Pəncərəyə yaxınlaşıb gözlərini yumdu.Elə təzəcə yummuşdu ki, qaranlıqdan parıldayan ildırımın səsindən gözlərini 4 açdı.Dərindən nəfəs alıb arxa-arxaya gedib çökərək əyləşdi.Başını əlləri arasına alıb saçlarını qarışdırmağa başladı.
Qapının arxasındakı addım səslərini eşidib cəld əvvəlki halına qayıtdı.Sevil içəri girən kimi özünü itirsə də, onun ardınca girən Orxanın qəzəbli baxışlarını görüb içinə titrımə düşdü.Keçib yerində əyləşərək Anara tərəf baxmamağa çalışırdı.Onun bu "canfəşanlığı”nı görən Orxan başını məzəmmətlə başını buladı.
Anar hər nə qədər öz "aura”sını ətrafa yaysa da, gözlərinə diqqətlə baxılsaydı hamıdan gizlətməyə çalışdığı ümman boyda kədərini görmək olardı...
Fəxriyyə əlini uzadıb qovluğu qaldıranda əlini titrədiyini fərqinə vardı.Baxışları titrəmədə ilişib qaldı.Nicat başını qaldırdığında onun halını görüb həyəcanla ayağa qalxaraq yanına gəldi.
-Nəyin var, Fəxriyyə?!Noldu sənə birdən-birə?!...
Aramsız suallar versə də, qızdan cavab almadığını görüb dizlərini yerə atdı.
-Fəxriyyə, Anara qarşı nəsə hiss edirsən?!...
Sanki bu sual qızı ildırım kimi vurub minillik yuxudan oyatdı.İlk öncə anlaşılmaz baxışlarını Nicatın üzərində saxlasa da, sonra dodaqlarına təbəssüm "yapışdırıb” masa arxasından qalxdı.
-Nicat, bu nə sualdır?!...
Onun ardınca qalxan Nicat qəti əminliklə cavablandırdı:
-Fəxriyyə, Anar bəlkə də bütün Bakı gözəllərinin ağlını başından alıb, bilmirəm, amma o, heç vaxt başqalarına sənə yaxınlaşan qədər yaxınlaşmayıb..Yəni mənim gördüyüm qədəri ilə...Sanki sənə qarşı marağı var, səni çözməyə çalışır...
-Nicat, mən hələ də başa düşə bilmirəm:Axı bunu hardan çıxardırsan?!...
-Özündən əminsən, Fəxriyyə?!...
-Haydaaa!...Nicat, bax mən...
-Yox, əsl sən bax...Bax və hər şeyi öz gözlərinlə görməyə çalış...Mən ona inanmıram, heç bilmirəm niyə, amma hhiss edirəm...Hiss edirəm ki, sirrli adamdır, həddindən artıq sirrli...Əgər bankda hansısa "analoqu olmayan” hadisə baş verəcəksə, ondan bilinəcək...
Fəxriyyə Nicatı dinləyib təkrar əyləşdi...
Anar qapını açıb kabinetdən çıxmaq istəyirdi ki, qarşısında Sənəm peyda oldu.
-Buyurun, Sənəm xanım...
-Ardımca!
Buztək soyuq tonda əmri dinləyən Anar başını yellədib qadının ardınca getməyə başladı.Sənəm küncdə dayanıb qollarını sinəsində çarpazladı.
-Özün yığışdırsan yaxşıdır!Bir də qulağıma bu barədə söz-öshbət gəlib çıxmasın!Aydındır?!...
Anar onu dinləyib soruşdu:
-Bəs 2-cisi?!...
-Sən nə tərbiyəsiz adamsan!
-Ola bilər, Sənə xanım, tərbiyəsizəm də, hətta ondan da betərəm, amma sizin qədər soyuq deyiləm...
Sənəm heç bir reaksiya vermədən yanından keçəndə Anarın dodaqlarına kinayəli təbəssüm qondu.
-Bax belə, Sənəm xanım!...
Sənəm içəri girdiyində kimsə ayağa qalxıb ona əsəblə baxdı.
-Danışa bilərik?!...
Sənəm əyləşərək ona baxdı.
-Buyur, Arslan!...
-Lənət şeytana!-astaca pıçıldayıb əllərini masaya qoydu.-Səninlə bircə dəfə də olsa, ana-oğul dili ilə danışa bilərik, ya yox?!...
Sənəm oğluna hissiyatsız baxışlarla seyr edib cavab vermədi.Arslan hirslə qapını çırpıb kabinetdən çıxdı.Kiminləsə çiyin-çiyinə toqquşdu.
-Yenə sən?!
Anarın ağzının açmasına imkan vermədən toz olub getdi...
Anar onunla 2-ci dəfə çiyin-çiyinə toqquşan adamı yadına salıb başını buladı.Əlində tutduğu sənədləri masaya çırpıb əllərini belinə qoydu.Təkrar "arxiv”ə təşrif buyurmuşdu...
10-15 dəqiqə idi ki, burda "eşələnirdi”.O sənəddən bu sənədə qanad açıb uçurdu rəsmən.Arabir məşhuri-cahan təbəssümünü işə salırdı...
"İndi də gəl gözlə şifrələrin sənin əlinə keçməsini, Anar bəy!...Off, off, yenə də off!...Amma əyləncəli işdir ha, etiraf edim də heç olmazsa!...”
Arxadan asta addım səslərini eşidib arxaya çevrildi.Fəxriyyənnin ondan çəkinərək baxması lap xoşuna gəlirdi. Qız əlindəki qovluqları yerləşdirib çıxmaq istəyirdi ki, Anar cəld onun biləyindən tutub özünə tərəf çəkdi.Üz-üzə, göz-gözə, nəfəs-nəfəsə dayandılar.
-Burax məni, -səsi titrəyirdi.
-Etiraf et, sonra..
-Nəyi?!...Nə istəyirsən məndən?!...
-Məsələn, məndən xoşun gəldiyini...
Fəxriyyə onun gözlərinə baxmaqdan imtina edərək geriyə doğru addımını atmağa çalışırdı ki, Anar cəld qızın belindən tutub özünə daha da yaxınlaşdırdı.
-Etiraf et, gözəl qız...
-Əl çək məndən,-edərək Anarın çiyninə zəif yumruqlarını endirməyə başladı.
Anar həzz alırmış kimi onu özünə daha da bərk sıxdı.Fəxriyyə onun gözlərinə baxanda özünü itirirdisə, Anar ala gözlərdən getdikc təsirlənirdi.
-Kimsən sən?!...
Anarın asta, yumşaq, amma ehtiraslı səslə soruşub onun belini buraxdı.Fəxriyyə özünə gəlməyə başlayırdı ki, Anar işıq sürətilə oranı tərk etdi.Fəxriyyə əlini ürəyinin üstünə qoyanda onun tez-tez vuran səsini eşitdi.Gözlərini yumub dərindən nəfəs aldı.
"Axı niyə məhz o?!...Ətrafda bu qədər oğlan varkən, niyə o?!...Onun ətrafında ona maraq göstərən qızların sayı=hesabı bilinməzkən niyə mənimlə maraqlanır?!...Noiyə "oyun” oynamaqda bu qədər qərarlıdır?!...Niyə məndən söz qoparmağa can atır?!... Niyə, Fəxriyyə?!...NİYƏ?!”
Fəxriyyə özü-özünə verdiyi sualların içində itib batırdı...
Anar arxivdən çıxdıqdan sonra ani hərəkətlə ayaq saxladı.Çevrilərək indicə çıxdığı "məkan”ın qapısına baxdı.
"Anar, o qızda nəsə var ki, ona bu qədər maraq göstərirsən...İlahi, Anar!...Özünə gəl görüm!..”
Göz qapaqlarını dəfələrlə yumub açdı.Ayaqlarını güclə qopardaraq uzaqlaşdı...
1982-1983-CÜ İLLƏR.NOYABR-APREL...AZƏRBAYCAN SSRİ-Sİ...”N” RA YONU...
"O dəhşət dolu iyrənc səhnə gözümün önündən çəkilmək bilmirdi.Hər nə qədər sürətlə qaçırdımsa, məni təqib edirdi...
Bacımın yaşadığı ər evinin ünvanın bildiyimdən, tələm-tələsik özümü onlara çatdırmağa çalışırdım.Gözlərimdən axan və getdikcə sürətlənən yaşlarım selə çevrilmişdi.Qaçdıqca yıxılırdım, yıxıldıqca ətrafa qorxa-qorxa baxıb qalxırdım...
Budur bacımın ər evi.Yumruqlarımı var-gücümlə işə salaraq qapını dəli kimi döyürdüm.
-Sooollmaaaazzz, bacıııcaann, nooollaaaarr, aaaaççç qaaapııınııı...
Qapını nə qədər döydüm, xatırlaya bilmədim.Amma gözümə düşən işıqdan olan-qalan gücümü itirib huşumu itirdim...
Ayıldığımda bacımın üzərində tir-tir əsdiyini gördüm.Alnıma nəm dəsmal qoyub saçlarımı sığallayırdı.Gözlərimi güclə açıb təkrar bağladım.Solmaz əyilib mənə bqaxanda gözlərindən 2 damla yaş yanaqlarıma düşdü.
-Sənəm, bacım mənim, nə baş verib?! Nələr yaşamısan ər evində?!...
Onun asta və qorxa-qorxa soruşması mənə gec çatdı...
Gözlərimi bir daha açanda günəşin şüalarını öz üzərimdə hiss elədim.Qalxıb əyləşdim.Əynimə baxdım.İlahi, hanı mənim paltarım?! Başımı qaldırdıqda Solmazı gördüm.Hamilə idi.
-Sənəm, danış görüm, -deyib yanımda əyləşdi.
Mən hər şeyi necə danışdım, xatırlaya bilmirəm.Yadımda qalan tək şey onun mənə dəhşət dolu baxışları idi.Tez-tez əli ilə açıq qalan ağzını qapadıb bərəlmiş gözlərlə mənə baxırdı.Bitirdiyimdə gözlərimi bir nöqtəyə zilləyi "illərin susqunu” görkəmini aldım.
Solmaz hamilə halı ilə ayağa qalxıb o baş-bu baş gəzirdi.Dodaqlarını gəmirməyindən əsəbi olduğu sezilirdi.
-Sənəm, bəs...nə edəcəksəm indi?!...
-Bil...mi...rəm...
-Necə yəni "bilmirəm”?!...Atamızı heç tanımırsan?!...
-Məni bədbəxt edən elə atam oldu...Elə səni də...
Solmaz özünü yığışdırıb səsinə "düzəliş” verdi.
-Mənim problemin yoxdur...
-Doğrudan?!-səsimi yüksəldərək özüm də ayağa qalxdım.-Onda kədərli baxışlarınin sirri nədədir?!...
Solmaz mənə elə baxırdı ki, sanki bacısı yox, düşməni dayanmışdı qarşısında.Birdən üzümə dəyən şillə o qədər güclü oldu ki, müvazinətimi itirib üzü üstə yerə düşdüm.Özümə gəlməyim çox uzun çəkdi.Qalxaraq üzümü əlimlə tutub bacıma baxdım. Gözlərim dolub daşmağa başladı.
-Sən...məni...
-Sus!...
Bacımın qorxunc səsindən içimə elə bir qorxu düşdü.Titrəməyə başladım.
-Bir də bu barədə ağzına bircə kəlmə də alma!...BİLDİN?!...
-Axı...Solmaz...
-Sənəm, dediyimi eşitdin, ya yox?!...
Mənim dilimi udaraq qorxu ilə bacıma baxırdım.Bu vaxt qapının zərblə çırpılması ilə onun "atamız yaşındakı” əri içəri girdi.İlk bacıma, sonra mənə hirsli-hirsli baxıb sözünə başladı.
-Ər evinə qayıdırsan!...
Mən şokdan da betər vəziyyətə düşüb qaldım.Bacıma baxdım, o deyəsən məndən fərqlənmirdi.Ağzımı açmağa imkan tapmamış Solmaz güclə göz-qaş edib məni susdurdu.
-Mən artıq söz eşitmək istəmirəm!...BU QƏDƏR!!!...
-Teymur, bəlkə...
-Sən sus..!
Teymur-yəni bacımın əri bizi tək buraxıb çıxdı.Mən dizlərim üstə çöküb əllərimlə ağzımı başladım ki, hönkürtüm eşidilməsin.Solmaz güclə diz üstə çöküb məni qucaqladı.
-Mən onunla danışaram...1-2 günlüyə görə...Amma sonrasını bilmirəm, Sənəm...
Solmazın göz yaşları saçlarıma damcılanmağa başladı.Mən gücdən düşmüş qollarımı qaldırıb onu qucaqladım...
MART,2007-Cİ İL...BAKI...
Bakı gecələri...
Anar pencəyini divana atıb köynəyinin qol düymələrini açmağa başladı.
-İs-tə-mi-rəm!...
-Sən qələt edib istəmirsən!...
İlqarla Samirin qışqırıqlarına özünü cəld bilyard otağına yetirdi.Hər ikisi bilyard masasının kənarında bir-birlərinə qanlı baxışlarını görüb yaxına gəldi.
-Anar, qarışma!...
Anar İlqarın səsindən diksinib ona baxdı.
-Nolub yenə?!...
-Nolub?!...O olub ki, sənin bu əziz-xələf bratişkan oxumaq istəmir...
-Oxumayacam!..
-Mənsə deyirəm:OXU-YA-CAQ-SAN!!!
 
Ardı var
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 4 600
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri