Bir qocanın monoloqu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 13 068
Səs ver:
(səs: 5)

Tək ... Üzərində illərdir köhnəlməyən xəttli pijaması , üzündə cizgilər ... Öz -özünə danışırdı , hər zaman olduğu kimi:

" - Hay Allah! Yenə elektrik kəsildi. Nə də qaranlıq oldu birdən birə ... İnsan ürkür. Bilməm məzarda nə olar halımız ?"

Yeri az qala heç dəyişməyən kibrit qutusunu , yaşının verdiyi ağırlıqla bir az gec də olsa tapdı və əmin olmaq üçün yellədi.

" – Həə, kibrit burdadı ... Burada bir yerdə də şam olacaqdı.Yandırım, gözümün önünü görüm ... "

Sonra illər əvvəllə qayıtdı. Gülümsədi ... Və izah etməyə başladı , biri dinləyirmiş kimi :

" - Uşaqkən , elektrik kəsildiyində , kiçik otağının pərdələrini açar , ay işığında söhbət edərdik , anam , atam , qardaşım və mən ... Nə xoş olardı Ya Rəbbim!

Atam , kənddə eşşəkdən necə düşdüyünü , anam , tarzancılık oynayaq deyərkən , ağac budağında necə asılı qaldığını izah edərdi ... Biz gülərdik.

Elektrikin kəsilməsinə həmişə sevinirdik. Çünki bir-birimizə ən yaxın olduğumuz , xatirələrimizı , xoşbəxtliyimizin və ağrılarımızı paylaşdığımız , gözəl və çox təəssüf ki nadir zamanlardı onlar ... Başqa günlərdə televizora baxar , qarşılıqlı oturub danışmazdıq çox vaxt .

Ah texnologiya ! Necə də uzaqlaşdırdı insanları bir-birindən ... Ya da bəlkə biz insanlar bacara bilmədik. Hər şeydən imtina edib , görməmişler kimi davrandıq. Sanki futbol oyunları xanımlardan , filmlər uşaqlardan daha mı əhəmiyyətli ? Yooox ...

Qocalar evi daha mı isti idi sanki evlərdən? Həm uşaqlarını , həm ailəsini , həm də anasını , atasını laqeyd edər oldu insanlar. Onsuz da mən də , sırf qocalar evinə getməmək üçün qalmadım mı belə yalnız?

Ahh ... Ah! Hay haqq ! şam da nə gözəl yanır. Yandıqca, əridikcə işıqlandırır. Aydınlattıqca bitir ... "

Qoca, birdən fərqli bir ruh halıyla qışqırdı:

" Həzrəti Ömər! Allah səndən razı olsun! Nə incə , nə uca insan idi sən elə ... Öz işi üçün ayrı , dövlət işi üçün ayrı şamlar yanacaq qədər , haramdan və qul haqqından qorxardı. Onun ümmetiydi nə də olsa , Rəsulullah ' ın əshabı idin !

Həzrəti Əbubəkr ! Həzrəti Xədicə ! Həzrəti Fatimə! Həzrəti Zeyd ! Sizləri özledim ... "

Bir az dayandı və ağlamalı bir səslə qışqırdı təkrar:

" -Senin ədalətinə , Sənin şəfqətinə , Sənin nur üzünə həsrətəm , ya Rəsulallah! Həsrətəm bütün ağaclara ! Həsrətəm bütün insanlara!

Uşaqlarımın səsinə , nəvələrimi səs-küyünə həsrətəm ... "

Ağladı ... Sanki illərcə heç ağlamamışdı da , illər sonra bu gün , ağlamağa belə həsrət qalarcasına ağladı ...

Çox yaxşı bilirdi ki , gözyaşı , qədəri dəyişdirməz. Bəlkə yalnız bir az rahatlaşdırar , hüzn dolu bir ürəyi ...

Elə bu vaxt , elektrik gəldi və otaq işıqlandı. O , tavandakı lampaya tərs-tərs baxdı.

" - Hıh ! Niyə gəldin ey ! Şam işığında həsrətlərinin , sevgilərinin dost olmuşdu mənə. . könlüm işıqlanmışdı. "

Elektrik düyməsini doğru getdi , gözlənilməyəcək qədər hirslə . Sərt bir hərəkətlə toxundu düyməni və işığı söndürdü.

" - Sonu yalançı aydınlıqlar ! Siz yanınca , ümidlərim sönür !"

... Və ağır addımlarla yatağına doğru getdi. Bir az yatmalı idi. Uşaqların , nəvələri , heç kimin olmadığı tənha bir evdə , bir gecə daha ...

Çəkilmezdi bu təklik , ümidlər da olmasa ... Və çekilmezdi əgər , sığınacaq bildiyi Rəbbinə əl çıxarmasa ...

Yenə Ona yönəldi , Ona sığındı bir dəfə daha:

" -Allahım! Bu gecə və hər gecə bildim ki , Səndən başqası yar olmaz mənə ... qoru məni Allahım . Balalarımı qoru , onlara mərhəmət ver . Onları bağışla Allahım . Məni bağışla ... İman ilə al yanına ... Ölüm necə də yaxın ... "

Qoca, bir tərəfdən səmaya açdığı əllərini üzünə sürərkən , digər tərəfdən də amin deyirdi. Amin ...

Yatağına uzanarkən həsrət yorğunu , dilində hər zamanki ümid bəstəsi vardı: Bismillahirrahmanirrahim ...

Qısa zamanda , dincliklə daldı yuxuya və bir daha oyanmadı dünyaya(((

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 5)
Şərhlər: 6
Baxılıb: 13 068
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri