Son kəlmə (13-cü bölüm)

Müəllif: Narın Yağış
Şərhlər: 3
Baxılıb: 5 475
Səs ver:
(səs: 4)
MART, 2007-Cİ İL.BAKI...
Günortadan bir xeyli keçmişdi...
Fəxriyyə hər nəqədər çalışsa da, o səhnəni yaddaşından silə bilmirdi.Gözlərini yumub başını əlləri arasına aldı.Onun halını izləyən Nicat Fidana sərt baxış atıb qızdan sanki açıqlama gözləyirdi.Fidan gözlərindəki anlaşılmazlıqla başını bulayıb gah Fəxriyəyə, gah da Nicata baxıb nə deyəcəyini bilmirdi.Zorla gülümsünüb
-Fəxriyyə, canım, nəyin var?!-soruşdu.
-Heç nə, canım, sadəcə başım ağrıyır bir az...
Fəxriyyə səs diksinib qıza baxaraq gülümsəməyə cəhd göstərdi.Ayağa qalxıb kabinetdən çıxdı.Nicat buna bəndmiş kimi rahat şəkildə söykənib Fidana göz "süzdürdü”.
-Hə, danış görək..
-Nicat, əsəblərimi pozma...
-Əsl sən əsəbləri pozma...Görmürsən qızın halını?!...
-Lənət şeytana!...Mən neyləmişəm ona?!...
-Bax onu, Fidan, öyrənmək istəyirəm: Neyləmisən ki, daha qız səninlə sirr bölüşmür?!...
-Nicat, Fəxriyyə nə vaxtdan bəri sirrlərini kiminləsə paylaşılıb?! Sən Allah, miləti özünə güldürmə görüm!...
-Yaxşı, olmasın sirr, olsun bindiki vəziyyət...Həmişə deyib-gülən Fəxriyyə indi niyə bu haldadır, heç olmazsa maraqlanıbsan?!..Yox, maraqlanmazsan. Nə də olsa arada Anar var deyə, sədd çəkmisən qıza!...
Nicatın kabinetdən çıxışını seyr edən Fidan əlindəki qələmi az qala qırıb sındırmaq dərəcəsinə gəlib çatmışdı. Saxladığı göz yaşları yanaqlarına süzülməyə başlandı...
Fəxriyyə liftin önündə dayanıb qapının açılmasını gözləyirdi.Budur, qapı açıldı və..Yenə Anar!
-Allahın cəzası,-hirslə dodaqaltı deyinib getmək istəyirdi ki, Anar onun qolundan tutub liftı saldı.Fəxriyyə qışqırmaq istəyirdi ki, Anar bir əli ilə onun ağzını qapadıb digər əlini düymələrə apardı.Liftin qapıları bağlnanaraq fəaliyyətə başladı.Anar qızı liftin divarına söykədib gözlərinə baxdı.
-Səs salma, gözəlim,-astaca səslənib əlini ağzından çəkdi.
Yenə onun sehrinə qapılan Fəxriyyə Anarı uzaqlaşdırmaq üçün əli ilə sinəsindən itələməyə cəhd göstərsə də onun gözlərində özünü itirə-itirə gedirdi.Qolları sanki gücdən düşərək daha müqavimət göstərmək iqtidarında deyildi.
-Nə istəyirsən məndən?!...
-Etiraf...
Anarın sakit, amma əmin, bir o qədər də tələbkar tonu qızı sehirləməyə yetərdi.
-Nə etirafl?!...
-Məndən xoşun gəldiyini...
Anarın soz sözləri kinayəli şəkildə deməsi Fəxriyyənin içindəki gizlədilmiş hirs və qəzəbi üzə çıxartdı.Olan-qalan gücü ilə Anarı özündən itələməyə çalışsa da, onun qüvvətli əllərindən qopa bilmirdi.Anar sanki həzz alırmış kimi onun savaşını izləyib divara daha bərk sıxışdırdı.Əyilib dodaqlarının dadına baxmağa başlayanda Fəxriyyə gtedikcə tükənən gücü ilə çiyinlərinə zəif zərbələr endirməyə başladı.Anar bir anlıq dayanıb gözlərinə baxdı.
-Nifrət edirəm sənə...
-Sözlərindən görürəm...
Anar ani hərəkətlə onun əllərindən tutub divara "mıxladı”.
-Amma gözlərindən tamam başqa şeyi görürəm, gözəlim,-dyeib yenəə dodaqlarına yumuldu.
Fəxriyyə əlləri ondan xilas edə bilmirdi ki. Bir növ müqavimtə göstərə bilsin.Ayaqlarını işə salıb qıçı ilə Anara ayaqlarına zərbələr endirməyə çalışsa da, yenə nəticə alınmadı.Getdikcə ona, onun öpüşlərinə təslim olurda, özü bunu istəməsə də.
Anar dodaqlarını boynuna yaxınlaşdırıb öpməyə başlayanda gözləri yumuldu.
-E...lə...mə,- səsi olduqca qırıq və zəif çıxdı.
-Niyə?!-öpərək ehtirasla soruşdu.
-La...zım...de...yil...
Anar onun əllərini sərbəst buraxıb üzünü ovucları arasına aldı.Fəxriyyə isti nəfəsi üzündə hiss edib gözlərini güclə açaraq ona baxdı.
-Özünü aldadırsan...
-İs..tə...mi..rəm...
Anar təkrar dodaqlarında öpməyə başladı.Fəxriyyə əllərini qaldırıb özü də bilmədən onun çiyninə qoyub qarşılıq verməyə başladı.Amma bu çox az çəkdi.Anar liftin dayandığını görüb təkrar düyməni basdı.Fəxriyyə bunu görüb cin atına mindi.
-Sənin hansısa vitrinin çatışmır deyəsə...
-Baho!...Bayaq mənimlə bambaşqa tonda danışan, hələ üstəlik də, mənə məğlub olan qız deyilsən deyəsən...
Anarın şeytani gülümsəməsi cəhənnəmə, onun insanı özünə tabe etdirəcək tonu Fəxriyyənin əsəblərini pozmağa yetdi.Anara yumruqlarını endirməyə başlaaynda özünü liftin divarına söykənmiş vəziyyətdə tapdı.Amma onu ən çox qorxudan bu deyildi.Anarın gözlərindəki parıltının sirri...
Anar özü 1-ci liftdən çıxıb getdikdən sonra əlləri ürəyinin üstünə qoyub pıçıltılı səslə öz-özünü sorğulamağa başladı.
Anar başını dəfələrlə bulayaraq gəlib qapıya çatdı.Əlini dəstəyə atıb burçaq istəyirdi ki, arxasından Sənəmin hökmlü səsi ona ünvanladı.
-Anar, ardımca...
Anar Sənəmin başını bulaya-bulaya qadının izi ilə addımladı.Sənəm kabinetinə girib masa arxasına keçdi.Anar əmrə hazır vəziyyətini alıb ona baxdı.
-Sənin fikrin nədir?!...
Yenə buztək soyuq ton...
-Heç nə, Sənəm xanım. Gördüyünüz kimi işimi görürəm.
-Qızları yoldan çıxartmaq işini?!-kinayəsi də buz kimi səsləndi.
Anar özünü itirməyib gülümsəmə ilə cava bermək istəyir ki, Sənəm əlini qaldırıb ona "dur” işarəsini göstərdi.Siyirtməni açıb içəridən kağız yığınını çıxartdı.
-Al,-deyib Anara uzatdı.
Anar kağızları əlinə alıb baxaraq incələməyə başlayanda gözləri parıldadı.
-Sənəm xanım, mənə verəcək başqa tapşırığınız yoxdursa...
-Var! Qızları yoldan çıxartmağı düşünmə!...
Anar bu qadını dinləyib təkrar gülümsündü.Qapını açın kabinetdən çıxdığında Elxanla Fəxriyyənin bir-bilərini qucaqladıqlarını görüb ayaq saxladı.Əlindəki sənədləri az qala əzik-üzük edəcək qədər yumruqlarını sıxdı.
-Demək belə, Fəxriyyə!...
Sürətli addımlarla onlara yaxınlaşanda Fəxriyyə onu görüb özü Elxanın qabağına keçdi.
-Nə istəyirsən yenə?!...
-Səninlə işim yoxdur, Fəxriyyə,-deyib Elxana baxdı.
-Lap əla!-Elxan səsini yüksəldib Anarın qarşısına keçdi.-Buyur, bu meydan, bu da şeytan!...
Fəxriyyə onların bir-birlərinə baxışmalarından qorxub arasına girdi.
-Özünüzə gəlin görüm..!
Anar qızın qolundan tutub kobud şəkildə kənara çəkdi.Elxanla göz-gözü dayanıb təhdidkar tonun işə saldı.
-Mənimlə bir işiniz var, Elxan bəy?!...Buyurun, eşidirəm sizi...
Elxan yumruqlarını hirslə sıxıb dişlərini qıcadı.
-Sabah həll edərik işi,-deyib Fəxriyyəyə başı ilə ardınca gəlməyini işarə edib Anardan uzaqlaşmağa başladı.
Fəxriyyə Anara baxmaqdan imtina edib getməyə hazırlaşırdı ki, qolundan tanış əlin istiliyini hiss elədi.Anar onun özünə tərəf çəkmək istəyəndə Fəxriyyə güclə ondan qoparaq Elxanın ardınca getdi.
Anar dodaqlarını gəmirərək gözlərini yumdu...
NOYABR-APREL.1982-1983-CÜ İLLƏR.AZƏRBAYCAN SSRİ-Sİ.”N” RAYONU...
Mən "Teymurun oğlu” Hikməti dinləyə-dinləyə dəhşətə gəlirdim.Gözlərimi divaradakı nöqtədən ayıra bilmirdim.Deyəsən nəfəsim kəsilmişdi, çünki nəfəs alıb-almadığımı hiss etmirdim.
-Sənəm, evlən mənimlə, bacınla mənim uşaqlarıma sahib çıx...
Nəəə?! Evlənməkmi?! Uşağa sahib çıxmaq?!...Yox, yox, yox!...Mən bu dəqiqə özümə gəlməliyəm, güz tapmalıyam...Bir dəqiqə!...Uşaqlarıma ?!
Öz fikirlərimdən qorxub Hikmətə baxdım.O, deyəsən ağlımdan keçənləri oxayaraq ayağa qalxdı.Çarpayıda mənim qarşımda əyləşəndə özümü küncə qısmaq üçün yer axtarmağa başladım.
-Hə, uşaqlar...Əkizlər daha doğrusu...
Nə?! Bacım əkiz doğub?!...Deyəsən anam tərəfindən gəlib, amma anamın dediyinə görə nadir hallarda olub belə hadisələr...
-Yaxşı, razıyam,-key kimi cavab verdim.
Hikmət boğazını arıtlayıb ayağa qalxdı.Güclə baxışlarımı qaldırıb ona baxanda sanki məni gözləyirmiş kimi vəziyətinndə olduğunu gördüm.
-Gəl..Solmazın uşaqlarını göstərim sənə...
Mən Hikmətdən xeyli aralı gəzərək uşaqların olduğu otağa keçdi.2 oğlan...Hər ikisi də yatırdılar...Onların qışqıraraq oyandıqlarını görəndə ehtiyatla qucağıma alıb döşlərimdən süd verməyə başladım...
Bu 3 gün davam elədi.Hikmətin işlərinədn xəbərim yox idi.Xanlarla Teymurun və bacımın meyidi yoxa çıxmışdı və mən laqeyd halımla heç maraqlanmırdım.Hər dəfə uşaqlara yaxınlaşanda qorxudn tit-tir əsməcə tuturdu məni.Hikmət səhərin gözü açılmamış gedib bir də gecənin qaranlığında təşif buyururdu...
İçimdə ki şeytani səs mənə səsləndi...”Uşaqları məhv elə!...Onlar sənə yaşadıqlarını xatırladacaq!...”
Öz-özümdən dəhşətə gəlmişdim artıq.Axı o balacaların günahı nə idi ki?!...Amma yox, Sənəm, məhv eləmək lazımdır!...Sənəm, özünə gəl görüm!...
Fikirlər məni dəli edirdi.Yata bilmirdim, barmaqlarımı gəmirirdim, dodaqlarım qana boyanmış vəziyyətdə idi...
4-cü günün səhərindən uşaqları götürüb bir qapının ağzına buraxdım.Özüm isə yoxluğa çəkildim...
 
Ardı var
 
 
(səs: 4)
Şərhlər: 3
Baxılıb: 5 475
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri