Son kəlmə (14-cü bölüm)

Müəllif: Narın Yağış
Şərhlər: 4
Baxılıb: 5 790
Səs ver:
(səs: 3)
MART, 2007-Cİ İL. BAKI...
Anar pencəyini barmağına keçirdib çiynindən asdı.Bakı gecələrı öz gözəlliyi ilə adamı heyran etməyə davam edirdi.Anar dənizkənarı bulvar boyunca addımlayıb ətrafa baxırdı.Tez-tez üzündə gic gülüməsmə peyda olub yoxa çıxırdı.
Gələn zəngə "ayılıb” ekrana baxdı.İlqar.Zəngi qəbul edib onun nitqini dinləməyə başladı.
-Sən harada itib batmısan yenə?! ...Cəld gəl görüm xarabana!...
-İlqar, işim var...
-Gözüm aydın,işi varmış!...Sənə dedim ki, gəl evə!-deyib zəngi sonladırdı.
-Off, İlqar, off...
Yenə Fəxriyyə gəlib durdu gözlərinin önündə.Bir anlıq hərəkətsiz qalsa da tez başını silkələyib "oyandı”.Özündən asılı olmayara əsəbiləşib yumruqlarını sıxmağa başladı.
"Fəxriyyə...Elxan...Anar, özünə gəl görüm!...”
Qarmaqarışıq fikirlə rvə duyğular içində özünə taksi tutub əyləşdi.Sürücüyə ünvanı dey ib təkrar öz aləminə qərq oldu...
Qapını açı evə daxil olanda yenə qalmaqallı səs-küy eşitdi.Hirslə başını bulayıb içəri girməyə çalışırdı ki, Samirlə çiyin-çiyinə toqquşdu.Samirin əsəblə toz olub getməsin i izləyən Anar zala keçib İlqarın qarşısında dayandı.İlqar Anarın ağlından keçdiklərini gözlərindən oxuyub ağzını açmasına imkan vermədən hökmlü səsini işə saldı.
-Başlama, Anar!..Mən nə edəcəyimi çox gözəl bilirəm!...Dedimsə oxuyacaq, deməli oxuyacaq!...
Anar özünü boşaldıb divanda əyləşdi.
-Hə, gəl dedin gəldim. Nə olub yenə?!...
İlqarın diqqətcil baxışlarını üzərində sezib başını buladı.
-İlqar..!
-Sənə milyon dəfə demişəm-mənə yalan danışma, bratik,-deyib əyləşdi.
-Yenə nə etdim görəsən?!-kinayəli soruşub gülümsündü.
-O qız haqqında...
-Lənət şeytana! İlqar...
-Mənə də yox...Nə etmisən?!...
-Mən?! Heç nə....
-Onda bu nə haldır belə?!...
İlqarın kinayəsi Anardan da güclü çıxmışdı.Anar azacıq diksinmiş halı ilə narazı baxışlarını İlqara yönəldərək ondan "açıqlama” gözlədi.İlqar özünə əmin tərzi ilə təbəssümünü nümayiş etdirib qədəhini əlinə aldı.
-Sən ağlındakı o "ala gözlü qız” sənə rahatlıq vermir deyəsən...
-İlqar, başlama yenə...
Annar cibindən kağzı Sənəmin ona verdiyi kağızları çıxardıb jurnal masasına tulladı.
-Bu da şifrələr...
İlqar şübhəli baxışları ilə əvvəlcə masaya atılan kağız yığınına, sonra Anara baxdı.
-Nə baxırsan?! Yenə nə etdim?!...
-Sən bunu doğrudan da istəyirsən?!-sərt şəkildə soruşub irəli əyildi.
Anar İlqarın baxışlarında elə bir şey gördü ki, cavab vermək iqtidarını bir anlıq itirdi.İlqar onun donmuş gözlərinə iti nəzər salıb ayağa qalxdı.
-Anar, özünlə oyun oynayırsan!...
Anar bu sözlərdən ayılaraq yerindən dik atıldı.İlqarla üzbəüz dayananda əsəbdən titrədiyi sezildi.
-İlqar, bu nə axmaq suallardır?!...
-Sən özünü elə aparanda, məndə başqa varinat qalmır, bratik, nəzərə al..
-İlqar...!!!
-Sən sevirsən...
-Nə?! Bunu hansı axmaq başdanxarab uydurub?!...
-Sən...Gözlərin...Danışıqların...Hərəkətlərin, hansı ki bilmirəm, amma hiss edirəm...
Anar ağzını açmaq istəyirdi ki, İlqar baxışı ilə onu susduurb zalı tərk etdi.Anar olan-qalan ağırlığı ilə divana çöküb başını əlləri arasına bərk sıxdı.
-Mən?!...Fəxriyyə?!...Yox, yox, yox...Bu-ola bilməz...
Gözlərindəki gizlədilmiş ağrınıı görüən və anlayan biri onun bu haılını başa düşərdi...
Səhər...
Fəxriyyənin əsəblə dəhlizə çıxdığını göeən Malik ona yaxınlaşıb soruşdu:
-Qızım, nə olub sənə?!
Atasının hökmlü səsindən zorla təbəssüm etdi.
-Heç nə, ata...İşə gecikirəm yenə...
Ayaqqabısını geyinib güzgü qarşısına keçdi.Atasının baxışları hələ də üstündə idi.
-Bankda kim söz atır?! Kimdir səni narahat edən?!...
-Ata,heç kim..
-Mənə yalan demə!!!
Atasının qışqırığına udqunub ona tərəf çevrildi.Malik əsəbindən özünü güclə cilovlayırdı.
-NƏ edib sənə o?!...
-Ata...
-Elxan mənə hər şeyi danışıb, qızım! Nə edib?!...
Fəxriyyə Elxanın adını eşidən kimi özünü az qala itirdi.
-Ata, inan ki, heç nə düşündüyün kimi deyil...
-Əgər qulağıma çatsa ki o sənə toxunub...!
Malik sözünü bitirə bilməyib hirslə zala keçdi.Fəxriyyəni tər basmışsı.Həyəcan və qorxu dolu baxışlarını yerə zilləyib heykələ donmuş vəziyyətdə qalmışdı.
"Elxan...Axı sən bunu necə etdin mənə?!...Ne-cə?!...”
Anar gəlib banka girəndə Elxan göbələk kimi qarşısında peyda oldu.
-Nə var yenə?!...
Lxan onun qolundan tutub aparmağa başladı.
-Səninlə başqa cür danışmaq imkansızdır deyəsən!...
-Mən sənin üçün oyuncaq deyiləm!...
Anar hər dəfə qolunu onun əlindən xilas etsə də Elxan inadından dönmürdü, gülümsəyib təkrar işini görürdü.Ətrafdakılar onlara təəccüblə baxıb kimisi gözlərini bərəldir, kimisi dodaqaltı gülümsəyir, kimisi başını yelləyir, kimisi həzz alırdılar...
Anarı öz kabinetinə salıb qapını bağladı.Anarın qarşısına keçib məmnunluqla gözlərinə baaxıd.
-Anar, sənə nə qədər dümişəm ki, Fəxriyyədən uzaq dur, hm?!...
-Özü məndən uzaq durmaq istəsə duarram, amma istəmir...
Anar yenə təbəssümlə özünəməxsus hazırcavablığı onun əsəblərini beşqat artıq pozdu.Hirslə yaxasından tutub divara çırpdı.
-Mən ona toxunmağa qıymazkən, sən-əclaf bunu necə edə bilirsən?!...
-Çünki sənin qədər qorxaq deyiləm...
-Mən sənin qədər əclaf olsaydım, çoxdan edəcəyimi edib alacağımı almışdım...
-Elxan, bilirsən nə var?! Mənə burda eşqnamə oxumaqdansa get onun özünə oxu və möhtəşəm cavabını al!-deyib əllərini onun əllərindən xilas edib kabinettdən çıxdı.
Elxan hirsindən az qala bağırsağını kəsirdi.Masanın üstündəki sənədləri yerə çırpdı..
Fəxriyyə beynində qarışıq fikirlərlə işini gprürdü.Onun fikirlərə qərq olduğunu görən Nicat yenə qəzəbli baxışlarını Fidana yönəldərək qızdan "hesabat” gözlədi.Fidan başını məzəmmətlə bulayın Nicata tərs baxış atdı.
-Fidan, mümkünsə danışa bilərik,-hirsini boğub güclə təbəssüm etdi.
-Aha, niyə də yox?!-kinayəli şəkidlə razılaşdı.
Fəxriyyə gah Nicata, gah da Fidana baxıb nəsə anlamağa çalışırdı ki, hər ikisi qalxaraq kabinetdənn çıxdılar.
-Buyurun, Nicat bəy....
-1-cisi, mənimlə bu cür ironiyalı danışığı yığışdır!...
-Ohoo! Gözüm üstə, Nicat ! Bəs 2-cisi, 3-cüsü, 4-cüsü, 5-cisi?!...
Nicat onun qolundan tutub hirslə gözlərinə baxdı.
-Mənim əsəblərimi pozma, yoxsa qarşında əvvəlki məni görməzsən!...
Fidan hər nə qədər özünü sakit aparmağa çalışsa da, onun gözlərindəki vulkandan qorxmuşdu.Nicta qızın qolunu buraxıb kabinetə girdi.
Fəxriyyə onun əsəbi halını görəndə az qala təşvişə düşüb udqundu.Ayağa qalxıb onun masasına yaxınlaşdı.
-Nicat, nəsə olub?! Fidan hardadır?!..
Nicat sənədi necə çırpdısa Fəxriyyə diksindi. Nivatın hirsli baxışlarırnı gprəndə narahat səslə soruşdu:
-Nicat, axı nolub?!...
-Bilmirəm, Fəxriyyə...Onu sən bilirsən...
-Axı...
-Fəxriyyə, gəl nə özünü aldat, nə də başqalarını! Anarın sənə maraq göstərməsi sənin xoşuna gəlir, etiraf elə bunu!...
Fəxriyyə onun aqressiv danışığından hirslənərək səsini qaldırdı.
-Nicat, bəsdir görüm! Qurtar bu gic-gic söhbəti! Zəhləm gedir ondan, sənsə gör nə deyirsən!...
-Mənə də yox, Fəxriyyə. Mən kor deyiləm..!
Fəxriyyə səbrini basıb kabineti sakit şəkildə tərk etdi.Pilləkanlarda ona əminliklə gülümsünən Anarı görəndə cəld yanından ötüb keçmək istədi.Anar qızın biləyindən tutub saxlatdırdı.
-Məndən qaçmaqla nə qazanırsan?!...
Onun gözlərinə baxmaqdan imtina edib son gücü ilə sinəsindən itələdi.
-Uzaq dur məndən!...
Addımlarını sürətləndirib qapıya yaxınlaşdı.Yüngülcə döyüb gözlədi. "Gəlin” səsini eşidib içəri girdi.Gözlərinə inanmaqda zorlandı.Masanın üstündəki sənədlərin hamısı döşəməyə səpələnmişdi.Elxan key kimi gözlərini nöqtədən zorla ayırıb ayağa qalxdı.Fəxiryyə yerindən tərpənməyərək ona baxdı.
-Elxan, nə olub axı?! Bu nə haldır?! –həyəcanlı və narahat səslə soruşdu.
Elxan daha da yaxınlaşıb onun ala gözlərinə baxaraq birnəfəsə "etiraf etdi”
-Fəxriyyə, mən səni sevirəm...
 
P.S Qızlar məni qınamayın hekayənin müəllifi mən deyiləm
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 5 790
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri