Zindan həyat (74-cü bölüm)

Şərhlər: 5
Baxılıb: 5 855
Səs ver:
(səs: 3)
Əli əsəbi halda evə girərək Şahinlə Azadənin yanına gəlir Elnurun valideynləri ayağa qalxaraq təəcüblü şəkildə Əliyə baxırdılar.
Əli-hanı o??hanı o şərəfsiz??
Şahin bəy-kim??
Əli-kim olacaq oğlunuz olacaq alçaq şərəfsiz Elnur Laləni qaçırdıb
Azadə(əlləri ilə üzünü tutaraq-Aman Allahım sonunda qorxduğum başıma gəldi oğlum sən neynədin
Əli-hardadı dedim???guya siz bilmirsizdə həəə????mənə onun yerin deyin onsuzda əvvəl axır özüm tapacam ona görə yerlərini deyin mənə tez olun!!!
Şahin bəy-Əli bizim xəbərimiz yoxdu həqiqətən Elnur səhərdən evdə yoxdu!!bizdə narahatıq ama bilmirik hardadı
Əli-elə bilirsiz sizə inanıram bilirəmki yerlərin bilirsiz ama demirsiz ama bunu yadızdan çıxarmayın o Elnuru sağ salamat görmüyəcəksiz!!!!mənim namusuma göz dikən alçağı öldürməsəm buraxan deyiləm!!!!
Deyərək evdən çıxıb gedir Azadə xanım Əlinin arxasınca yalvar yaxar etsədə Əli qulaq asmadan evdən çıxır...Hamıya tapşırmışdı Elnuru kim görsəydi ona xəbər verəcəkdi.özü isə Elnurugilin evinin qarşısında gözlüyürdü bilirdiki əvvəl axır evə gələcəkdi yada evdən kimsə onunla görüşə bilərdi ona görədə burda gözlüyürdü.....
Lalə isə vaxt keçdikcə dahada qorxu,utanc hissi keçirirdi Elnur ona görə çox narahat idi bilirdi həyəcan keçirməsi onun uşağınada zərər verə bilərdi Elnur fincanda Laləyə çay gətirir-Lalə al bunu iç yeməkdə yemirsən bax belə olmaz belə edərək həm özünə həmdə uşağa zərər verə bilərsən sən onuda düşünməlisən axı o indi ancaq səndən aslıdı..
Lalə isə heç nə demədən Elnurun üzünə baxır ürəyində düşünürdü:bir insan bu qədərmi yaxşı ola bilər niyə bu qədər yaxçısan axı niyə bu qədər yaxşısan mənki buna laiq deyiləm.
Elnur-Lalə sənləyəm yaxşısan??
Lalə-hmm yaxşı demək olarsa yaxşıyam.
Elnur-yaxşı olacaqsan bu yaşadıqlarının hamısı geridə qalacaq inan mənə hə yaxşı de mənə görüm məndən istədiyin nəsə var??
Lale-başa düşmədim?
Elnur-yəni nəsə istiyirsən gedim tapım gətirim
Lalə-yox heç yerə getmə Əli səni
Elnur-Lalə Əlini fikirləşmə..o heç nə edə bilməz mən dünəndən düşündüm bizim tək çarəmiz buralardan getməkdi ama getmək istəməsən Əli ilə boşanarsan,həmdə şikayətçi olarsan,bax düşün özün qərar ver mən hər nə qərar verirsən ver sənin yanında olacam gedək desən gedərik qalaq desən yenədə sənə kömək edərəm.
Lalə-mən hələ bilmirəm nə edəcəyimi necə hərəkət edəcəyimi bilmirəm Əlidən ayrılmaq,boşanmaq istəyirəm ama onunla bir daha qarşılaşmaq istəmirəm getməyə isə ürək etmirəm.
Elnur-ama bir qərar vermək lazımdı mən səni heç nəyə məcbur etmək istəmirəm ama Lalə ömür boyu burda qala bilmərik axı bax düşün hələki burda bizi heç kim tapa bilməz ama hələki başa düşürsəndə məni
Lalə başını yelləyərək dərindən bir ah çəkir....
Artıq 2 gün keçmişdi Əli hər yerdə onları axtarsada heç bir iz heç bir xəbər tapa bilmirdi dəfələrlə Elnurun dostu Rəsulun üstünədə hücum çəkmişdi onların harda olduğunu bildiyini və ona demədiyni düşünürdü Rəsul ağzından bir söz qaçırmamışdı ama çox ehtiyyatlı davranırdı bağ evinə heç getmirdi yalnız telefon ilə əlaqə saxlayırdı..
Elnurla Lalə isə evdən çıxmırdılar bu 2 gündə Elnur Laləyə əlindən gəldikcə yaxşı davranırdı bütün günü söhbət edir fikrini yayındırmağa çalışırdı Lalə bütün həyatını Elnura danışır bu 2 gündə Elnur Lalənin başına gələnləri,çəkdiklərini bildikdən sonra onu özünə daha əziz bilirdi Lalə Elnurun ona acıdığını düşünsədə Elnur isə yalnızca ona sevgi hissi duyurdu ona görədə onun yaşadıqlarına ən az onun qədər üzülürdü onlar söhbət əsnasında Lalənin Gülər adlı rəfiqəsindən xəbəri olmadığını deyincə Elnur onları Güləri axtarmağı düşünür ən azından Laləni heç olmasa buna görə sevindirə bilərdi Rəsula teldə danışaraq Lalənin əvvəl Gülərlə qaldığı evin adresin deyir və Güləri tapmasını xahiş edir Rəsulda Elnur dediyi kimi edir Laləgilin qaldığı kirayə evə gəlir ama Güləri orda tapmır Nigar artıq o evdə tək qalırdı Gülərin harda olduğunu deyincə Nigar Gülərin hazırki evini bilmədiyini Gülərin oxuduğu yerdən onu harda olduğunu öyrənə biləcəyini deyincə Rəsulda gedib Güləri dərsdən çıxınca görür və Lalənin onu axtardığını deyir Gülər əvvəlcə inanmasada Elnur teldə danışaraq Laləyə sürpriz etmək istədiyini və nələr olduğunu deyir Gülər bunları eşidincə Lalənin yanına getməyə razılaşır...
Rəsul Güləri bağ evlərinə aparmaq üçün bacısı ilə göndərir çünki özü getməyə risk etmirdi birdən Əli onu izləyər deyə...
Şahin bəygilin evində isə həyəcan Azadə xanıma pis təsir etmişdi və təzyiqi qalxmışdı Şahin həkim gətirsədə Azadə xanımın təzyiqi çox gec düşürdü o Elnura görə çox narahat idi Şahin Rəsula zəng vuraraq son dəfə ondan Elnurun yerin bilib bilmədiyini soruşur Rəsul yene bilmədiyini deyincə Şahin anasının vəziyyətinin pis olduğunu onun üçündə Elnura xəbər vermək məcburiyyətində olduğunu deyir Rəsul bunu bilincə Şahinə bildirməsədə danışığını sonlandıran kimi Elnura zəng vurur və olanları deyir Elnur anasının vəziyyətinin pis olduğunu eşıdincə məcburən evdən getməli olduğunu deyir Lalə etiraz edə bilmirdi axı onun anası idi necə deyə bilərdiki getmə ama ona görə çox narahat idi ya Əli onu görərsə..Elnur Laləyə:Narahat olma mən çox ehtiyyatlı evə gedib gələcəm sadəcə anamı görməliyəm sən narahat olma yaxşı evdəndə çıxma indi yanına adam göndərəcəm tək qalmayacaqsan qorxma
Lalə-kimi göndərəcəksən??
Elnur-Rəsulun bacısı gələcək yaxşı mən indi gedim..
Lalə-ehtiyyatlı ol.
Elnur-narahat olma (əllərindən tutaraq)hər şey yaxşı olacaq..
Elnur bağ evindən çıxıb bir taksiylə bir baş evlərinə gedir...Əli özü orda olmasada bir tanışını Elnurgilin evinin önünə qoymuş izlətdirirdi Elnurun gəldiyini görüncə Əliyə zəng vurub xəbər verir Əli bunu eşidincə tez tələ taksi ilə Elnurgilin evinə gəlir...Elnur evə girir anasının yanına gedir Azadə xanım Elnuru görüncə yatağından qalxmağa çalışır ağlayaraq oğluna sarılır Elnur anasını sakitləşdirməyə çalışsada ana ürəyi övladına nəsə olacağını bilincə dözə bilmirdi...Əli artıq evin önündə idi əvvəlcə içəri girməyi düşünsədə evə gedincə bir şey edə bilmiyəcəyini düşünür və evdən çıxmasını gözlüyür ...
Gülər Rəsulun bacısı ilə bərabər artıq bağ evlərinə gəlmişdilər qapı çalınınca Lalə gəlib qapını açır bilirdi Rəsulun bacısının gələcəyini ama qapını açınca qarçısında ən çox sevdiyi rəfiqəsi Güləri görür sevincdən nə edəcəyini bilmirdi Gülərə möhkəmcə sarılır Gülərdə onun üçün çox darıxmışdı axı onlar bir zamanlar çox yaxşı mehriban rəfiqə idilər....
Elnur anasını güclədə olsa razı salıb evdən çıxıb Lalənin yanına getməyi düşünürdü anası razılaşmasada Elnur qərarlı idi və ailəsinədə narahat olmamalarını deyərək çətində olsa evdən çıxır Əli Elnurun çıxdığını görüncə iri addımlarla arxadan ona yaxınlaşır Elnurun boynundan tutaraq cibindəki bıcağı çıxarıb Elnurun belinə dirəyərək:Hə küçük keçdin ələ məndən asanlıqla qurtulacağını düşünürdün!!!Lalə hardadı de mənə!!!
Elnur-Əli axmaqlama!bu işin sonu yoxdu Lalə səni istəmir əl çək ondan
Əli bıçağı Elnurun belinə toxunduraraq:sən deyəsən bunun nə olduğunu bilmirsən Elnur səni burda öldürərdim heyifki Lalənin yerin sən bilirsən tezol de ...
Şahin bəy Elnur çıxdıqdan sonra onu izləmək qərarına alır və tez evdən çıxır və Əlinin Elnuru tutduğunu görür ordan qışqıraraq onlara tərəf gəlir Əli Şahinin gəldiyini görüncə özünü itirir nə edəcəyini bilmədən o bir Şahinə birdə Elnura baxırdı-Tez ol Lalənin yerini de tezol
Elnur-ölsəmdə demərəm heç vaxt onu sənin əlinə vermərəm!!
Əli-yaxşı ele olsun deyərək bıçağı Elnura vuraraq ordan qaçır.......
Ardı var...
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 5 855
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri