Me vs You (13-cü bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 995
Səs ver:
(səs: 3)
" - Bu sənin üçündür birdənəm.

Gənc qızın oğlanın bayaqdan arxasında gizlətdiyi gülü ona uzatması ilə yanaqları allandı. Nazlı=nazlı gülümsəyib, əlini uzadıb gülü aldı. Öncə burnuna yaxınlaşdırıb, qoxusunu içinə çəkdi. Gözəl ətirdən aldığı həzzdən gözlərini yumub gülümsədi. İlahi, bu necə gözəl bir mənzərə idi... Oğlan heyranlıqla qarşısındakı gözəlliyi seyr edirdi. Sehrlənmiş kimi irəli gəlib əllərini onun qara saçlarına toxundurdu. Qız gözlərini açıb, ona baxıb gülümsədi. Oğlanın köksünə sığınıb saçlarını oxşamasına icazə verdi. Bu deyəsən oğlanı daha də cəsarətləndirdi. Saçları zərif-zərif oxşayan əllər indi gənc qızın yanaşını sığallayırdı. Başını aşağı əyib, gənc qızın al qırmızı dodaqlarına gözünü dikdi...və...”

Əli öz gözlərini açıb, təkrar yumdu. Yuxuya geri qayıtmaq istəyirdi... Birdən özünə gəlib, yerində dikəldi. Həyacandan geniş açılmış gözlərini qırpışdırıb, öz-özünə pıçıldadı:

- Mən...indi...yuxuda...o... onu...öö...- özü cümləsini bitirməyə imkan verməyib ağzını əli ilə tutdu.

Biraz əvvəl şirin röya olduğuna əmin olduğu yuxusu, indi ona kabus kimi gəlirdi. Sanki yuxusundan hər kəs xəbardarmış kimi utanıb, soyuq- soyuq tərləyirdi... axmaq fikriləri başından uzaqlaşdırmaq üçün ayağa qalxdı. Hamama keçib, bilərəkdən soyuq su ilə duş qəbul etdi. Qurulanıb, kostyumunu geyindikdən sonra hazır idi. heç səhər yeməyi də yemədən şirkətə getdi. Yol boyu özünü bunun sadəcə adi bir yuxu olduğuna və hər şeyin əvvəl ki kimi olduğuna ianandırmağa çalışdır. Əlbətdə. Indi şirkətə, sonra otağına girəcək və yenə o içi qurumuş ifritə ilə davalarından birini edəcəkdi. Başqa necə ola bilərdi ki? Aha, öz otağına girdikdə Jalənin yenə masanın başında oturduğunu görüb tək kəlimə etmədi. Sakitcə yerinə turub, başını işlə qatmağa çalışdı.

- Əli bəy?... Ey, Əli bəy?!

Əli sosnuncu sərt tondan diksinib başını qaldırdı. 5 dəqiqədir onu çağıran Jaləyə boş-boş baxdı. Jalə isə sonunda Əlinin ona baxdığını görüb, birnəfəsə danışmağa başladı:

- Tikinti də bir problem yaranıb. Sement və qumda yeyinti var. Muhasib görməyib, çünki bu yeyintini çetyoja elavə detallar uydurmaqla ediblər. Yerindəcə gedib baxmalıyıq. Bu səfər "qadın xeylağının orda nə işi var” kimi bahənələr qəbul etmirəm. Qadınlar da bu işlərdə işləyə bilərlər. Onlar onsan həyatını təhlükəyə atan cinayət edirlər. əgər məni qadın olduğum üçün ciddi qəbul etməzlərsə, polisə şikayət edəcəm. Yəni... deyirəm...

Jalə Əlinin ifadəsiz baxışlarından onu heç dinləmədiyini anlayıb, qaşlarını çatdı. Bu an isə Əli " görəsən nə danışır? Bir dəqiqə, tikinti və yeyinti eşitdim. Tikinidəkilər nə yeyiblər? Yeməyə onu dəvət etməyiblər deyə hirslənib? Aaa, qaşlarını çatdı. Bir dəqiqə, bunlar niyə mənə belə çiçəkli-böcəkli gəlir?! Nolub mənə?!” axir ki bayaqdan Jaləyə heyran-heyran baxdığının fərqinə varıb, özünə gəldi. Boğazını arıtlayıb, ciddi tonda dedi:

- Bu qədər hirslənməyə dəyməz. Mən səni yeməyə apararam onların əvəzinə.

- Ha?

Bu dəfə təəccüblənmə növbəsi Jalədə idi. Əlinin nə dediyini anlamayıb, sual dolu gözlərini ona dikdi. Amma Əlinin dediklərindən olduqca əmin ifadəsini görüb, çiynini çəkdi. Soyuq bir gülümsəmə ilə onu yola verib, mızıldandı:

- Hmm...yaxşı.

Bu yanlış anlaşılmanın tək faydası isə bir görüşlərinin olması idi. Əminəm onlara soruşsaq, bunun necə olduğunu açıqlaya bilməyəcəklərdi.

*****

Ətrafda cüt-cüt gəzən gənclər oturacaqda əyləşmiş iki orta yaşlı insana qəribə-qəribə baxırdı. Diqqətləri çəkmələrinin səbəbi təkcə bərkdən danışmları deyildi, həm də "Gənclər parkı”ndakı nadir yaşlılardan olması idi. Amma deyəəsn bu onların veclərinə deyildi. (müəllif: Cəmilə məmmədli) Ya özlərini çox gənc hesab edirdilər, ya da ətrafdakılarının nə düşündükləri veclərinə deyildi...

- Hə, demək belə bizim it oğlu it biraz kütdü. Hamsı mənim günahımdı, başına-başına çox vurmuşam. Amma korluğunun mənə dəxli yoxdu. Gözünü qabağındakı gözəl-göyçək qızı görmür haa.

- Dünən gördüm onu. Mənə heç elə gəlmədi. Gözlərini ac tülkü kimi dikmişdi Jaləmə. gərək elə orda quzğun kimi cumub, parşçalayardım onu.

Bu sözlərdən sonra Rə.id bəyin gözləri işıqlandı. Oturacaqda biraz daha Yetər xanıam yaxınlaşıb, sevincək dedi:

- Helə mi? Ay nə yaxşı, ağlı başına gəlir gedənin. İndi əsl vaxtıdı. Ona gəşəngcə dərs vermək lazımdı. Onda bilər o qızın qədrini.

Yetər xanım ona xəyalındakı sərhəddən daha yaxın olan Rəşid bəyi qaşlarını qaldırıb süzdü. Amma öz planlarını qurmaqla məşğul olan Rəşid bəy bunu görmədi belə . Yetər xanım da biraz yana çəkilib, göz süzdürməklə kifayətləndi. Əmi ilə qardaşoğlu qadınları anlama da eyni dərəcə də cahil idilər deyəsən...

*****

Jalə iş vaxtının bitməsi ilə şirkətdən çıxdı. Heç bir-iki addım getməmişdi ki, qarşısını biri kəsdi. Əlindəki dönəri ona uzadan Əliyə baxıb, soruşdu:

- Bu nədir?

- Dönər.

- Bilmirdim... neynəyəcəm bunu?

- Yeyəcəksən. Bütün səhər yeməkdən danışıb, beynimi xarab eləyən sən deyildin.

Jalə nə vaxt yeməkdən danışdığını xatırlamağa çalışarkən, çantasını qarışdırırdı. Deyəsən dönəri rədd etmək niyyətində deyildi. Sonunda axtardığı pulu tapıb, Əliyə uzatdı.

- Bu nədi?- deyə bir qədər sərt tonda dilləndi Əli.

- Dönərin pulu.

- Səndən istədim?!

- Mən də səndən dönər istəməmişdim.

Əli özünü cilovlayıb, daha sakit tonda dedi:

- Bunu özüm istəyib aldım. Da ! manatlıq şeyin pulunu səndən almayacam ki. Bir manat nə olan şeydi?

- Hər şey elə bundan başlayır. Əsrlərdir qadınlar onlara verilən "təmannasız” hədiyyələri bu bəhanələrlə qəbul ediblər. Axırda isə maddi olaraq tamami ilə kişidən aslı hala gəliblər. Bu gün bir manatlıq, sabah 10 manatlıq...və bir gün bütün bunların əvəzinə azadlığın. Ödəyə biləcəyim bir şeyi hədiyyə olaraq qəbul etmək niyyətim yoxdur.

Əli qəzəbdən boğulurdu. O bunu tamami ilə saf niyyətlə etmişdisə, Jalə yenə böyük bir drama çevirmişdi. Lakin bu dəfə onunla söz güləşdirməyə həvəsi yox idi. Odur ki, inciklik qarışıq qəzəblə manatı ondan alıb, dönəri az qala zorla əlinə verdi. Tək kəlimə etmədən arxasını dönüb getmək istəyirdi ki, gördüyü mənzərə onu dayanmağa məcbur etdi. Jalə hələ isti olan dönəri iki əllə qavrayıb, burnuna yaxınlaşdır. Ləzzətli qoxusunu içinə çəkib, həzzdən gözlərini yumdu. Qoxusu ilə doyandna sonra gözlərini açıb, Əliyə baxaraq gülümsədi... Bütün bunlar... Kiçik detalları nəzərə almasaq Əlinin yuxusunun eynisi idi. Odurki qeyri-iradi Jaləyə yaxınlaşdı. Ona sual dolu baxışlarını dikən Jaləyə baxıb, əlini yuxarı qaldırdı... Tam yuxudakı kimi saçlarını oxşayacaqkən, özünü cilovladı. Barmaqlarını qatlayıb, işarət barmağının Jalənin gözləri önündə yelləyərək fısıldadı:

- Sən ifritə... Sən mənə neylədin?!

- Ha?

Əli gözlərini Jaləyə dikmişdi. Deyəsən həqiqətən də ondan bir cavab gözləyirdi. Zavallı Jalə isə gözlərini döyüb, təəccübdən nə deyəcəyini bilmirdi. Əslində Əli sualı başqasına verməli idi. Kənardan onu izləyib, etdiklərini qıs-qıs gülən bir kiçik mələyə...



Ardı var

(səs: 3)
Şərhlər: 4
Baxılıb: 4 995
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri