"Zəhər" (İbrətamiz hekayə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 179
Səs ver:
(səs: 6)
O bu evə yeni gəlin gəlmiş,elə ilk gündən qayınanası ilə bir yerdə yaşamağa başlamışdı.Ancaq çox keçmədi ki, qayınanası ilə aralarında dava-dalaş başladı. Artıq evdə ağız deyəni qulaq eşitmirdi.
Dava-dalaşdan bezən gəlin, bir gün kəndlərindəki loğmanın yanına getdi və dərdini açıb danışdı. Loğman ona bitkilərdən bir zəhər hazırladı və bunu hər gün az-az qayınanasının yeməyinə qatmağı məsləhət gördü.
Loğman heç kim şübhələnməsin deyə, gəlinə qayınanası ilə xoş davranmağı da tapışırdı. Evə qayıdan gəlin tələsik "işə başladı". Hər gün qayınanası üçün cürbəcür yeməklər bişirir, təbii ki, bu yeməklərə zəhər qatmağı da unutmurdu. Heç kim şübhələnməsin deyə, onunla xoş rəftar etməyə başlamışdı. Artıq qayınanasının da ona münasibəti dəyişmişdi.
Vaxt keçdikcə gəlin narahat olmağa başladı. Hərəkətindən peşman olduğu üçün nə edəcəyini bilmirdi. Bir gün yenə loğmanın yanına getdi. Artıq yeganə arzusu qayınanasını ölümdən xilas etmək idi. Loğman göz yaşları ilə yalvaran gəlinə baxdı və qəhqəhə ilə gülməyə başladı:
-Mənim sənə verdiyim zəhər deyildi. Onun içində adi otlardan başqa bir şey yox idi.
Əsl zəhər sənin ürəyində idi. Sən qayınananla xoş rəftar etdikcə o zəhər də əriyib getdi. İndi o zəhərin yerində sevgi var.
(səs: 6)
Şərhlər: 7
Baxılıb: 4 179
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri