Son kəlmə (21-ci bölüm)

Müəllif: Narın Yağış
Şərhlər: 3
Baxılıb: 4 572
Səs ver:
(səs: 2)
MART, 2007-Cİ İL.BAKI...
Fəxriyyə qapıya yaxınlaşan addım səslərindən ayılıb Anarı itələdi.Masadan döşəməyə enib Anara "partlamaq dərəcəsi”ndə olan gözlərlə baxdı.O da qızdan heç fərqlənmirdi. Qapı açılanda hər ikisi nəzərlərini bir-birlərindən çəkib içəri irən adama yönəltdilər.Bu-Sənəm idi.
"İlahi!...Yenə bu qadın! ...”-Fəxriyyə özünü itirməyib təbəssüm etdi.
Sənəm yaxınlaşıb hər ikisinə buz nəzər saldı.
-Yenə nə işlərlə məşğulsunuz burda?!...
-Sizə qalmayıb, Sənəm xanım,-Anar kəskin cavab verdi.
Fəxriyyə əsəbindən titrəmək dərəcəsinə çatmışdı.Bu özünübəyənmişin kobud cavabını hızm edə bilmirdi.Amma Sənəmin vecinə deyildi.Öz buz görünüşünü qoryub saxlayırdı.
-Anar, kabinetimə! Sənsə-Fəxriyyə, işinin başına dön!...
...Anar Sənəmin kabinetində dayanıb onun əmrini gözləyirdi.Sənəm nəhayət başını sənədlərlə qaldırıb soruşdu:
-Sənə verdiyim kağızları neyləmisən?!....
"Üstünə duz=sumaq səpib yemişəm”-deyə düşünüb gülümsədi.
Cavab vermək istəyirdi ki, qapı barbarcasına açıldı.Arslan yenə aqressiv halı ilə içəri daxil oldu.
-Danışmalıyıq!
Anar Sənəmlə ona baxıb "icazə” istəyirdi ki, Sənəm qovluğu ona uzatdı.
-Bu da iş!...
Anar çıxıb getdikdən sonra Arslan masaya yaxınlaşıb əlləri ilə dayaq verdi.
-Sən necə qadınsan axı! Ərin orda can verir, amma bu sənin heç vecinə də deyil! Mənim ya da bacımın da başına nəsə gəlsə deyərsən ki, gəbərin gedin!...
-Niyə gəlmisən yenə?!...
-Kim?! Mən?!...Yox, yox, yox, mən gəlməmişəm, atam göndərib məni!...Yoxsa mən niyə sənin buz reaksiyanı görmək üçün bura gəlim ki?!...
-Nə olub atana?-soruşub ayağa qalxdı.
-Heç nə! Nə olmalıdır ki?! Hər çşey sənin ucbatından oldu onsuz da! Yazıq kişini gör nə hala gətirmisən!Hələ özümü demirəm, bacımı demirəm!!! SƏNİN KİMİ ANA OLMAZ OLSUN!!!
Arslan var-gücü ilə bağırıb kabinetdən çıxdı.Uzaqdan onu izləyən Anar cəld addımlarını sürətləndirdi.Arslan bankdan çıxıb getmək istəyəndə kimsə qolundan tutub saxladı.Arxaya çevriləndə 2 dəfə çiyin-çiyinə toqquşan Anarı görüb təkrar əsəbiləşdi.
-Nə var?! Anam məni təqib etdirməyi tapşırıb sənə?!...
-Danışa bilərik?!...
-Off! Harda manyak vvar, gəlib məni tapır! Nə haqqında:!...
-Sənəm xanım haqda...
-Ha! Deyəsən gözlərin kordur sənin! Mənim o qadınla danışacaq heç nəyim yoxdur, rəddol gözümün önündən!
Anar əsəbiləşsə də özünü saxlaya bildi.Əlində tutduğu qovluğu Arslanın sinəsinə dayayyıb gözlərinin içinə baxdı.
-Mənimlə bu cür tonda danışma!...
-Baho! Xeyir ola?! Sənə borcum var?! Ümumiyyətlə sən kimsən?!
-Danışa bilərik ya yox?!...
Hər ikisi bir=birilərinə baxdılar...
Fəxriyyə sənədləri bir-birinə çırpıb özünə nəzarət etməəyə çalışırdısa alınmırdı.Nicatla Fidan bir-birilərinə baxıb başlarını buladılar.
-Fəxriyyə, nə olub yenə?!....
-Heç nə, Nicat,-tonunda əsəbilik açıq-aşkar sezilirdi.
-Səbr!...Fəxriyyə!!!...
Nicatın səsindənn diksinən Fidan bir də Fəxriyyənin səsindən diksinib qaldı.
-Nicat, qarışma, eşidirsən?! Qa-rış-ma!!! Sizə kim ixtiyar verib ki,mənim həyatıma burnunuzu soxarsınız, hə, kim?!!...
Fəxriyyə çıxıb getdikdən sonra Fidan əsəblə Nicata baxdı.
-Sən təsadüfən qıza aşqi deyilsən?!...
-Nəəəə?! Fidan, başlama sən də!!! Onsuz da qızın adı çıxıb, kim necə istəyir hallandırır, barı sən başlama!...
-O zaman niyə?!...
-Nə niyə?!...
Fidan ayağa qlaıxb qapıya yaxınlaşdı.Əlini dsətəyə atıb burdu.
-Sən sanki qızı deyil, Anarı qoruyursan edilə biləcək hücumlardan....Fərqindəsən, heç olmazsa?! ...
Nicat gözlərini döyə-döyə qaldı...
Arslan Anarla qarşı-qarşıya əyləşib ofisianta 2 fincan qıhvə sifariş vermişdilər.
-Hə, başlayın gprək, amma qısa edin!...
-Sənəm xanım niyə belədir?!...
-Xanım?! Siz ona xanımlıq yaraşdırırsınız?! O cür "buz”a heç "qadın” da demərəm, o ki qalsın "xanım” və " ana”!
Anar aqressiv danışığı dinləyib ona diqqətlə baxdı.
-Heç analıq etməyib?!...
-Yox-, səsi birdən alçaldı.-Nə mənə, nə də bacıma...Bibim..o baxıb bizə baxb atamla birgə...
-Niyə?!
-Nə bilim...
-Səbəbi olmalıdır 100 faiz...
-Lap olsa belə vecimə deyil!
Qəhvələr gətirildi.Anar fincana baxıb nəsə düşünürdüGözlərrini qaaldırdığında Arslanın dərin fikirləər qərq olduğunu gördü.
-Əslində maraqlanmışam , amma...Hələ uşaqkən ondan gördüyüm soyuq davranış....Sevgisizlik...
-Bəs atan?!...
-Ohoo! Atamı heç demə!...
Anar onun danışmaq istəmədiyini görüb diqqətini təkrar fincana yönəltdi...
...Günortadan bir xeyli keçmişdi...
Anar işi Sənəmə təhvil verdikdən sonra ona yaxınlaşan işçi İmranın dəəvtini çaatdırdı.
"Hələ görəcəyin çooox günlərin var, İmran müəllim!...”
Direktorlar şurasının kabineti dopdolu idi.Oturan oturmuş, oturmayan ayaq üstə qalmışdı.Anar Fəxriyyənin baxışlarını ondan qaçırdığına səmimi gülümsündü.Fəxriyyə Fidana baxıb gzöləri ilə ismarıcını çatdırdı.”Bircə Anar manyakı əskik idi, o da gəldi tamamlandı.Off, bu İmran müəllimin də işi-gücü yoxdur?!” Fidan onu sakitləşdirdi.
İmran içəri girib ən başa keçərək nitqinə başladı...
Hamı bankda gecə təşkil olunan əyləncəyə dəvətli idi...
Axşam...
Anar evə gələn kimi birbaşa otağına keçdi.Onun əəsbi halı Samiri narahat etsə də, İlqarın vecinə də deyildi.Eyvana keçib onun yanında dayandı.
-İlqar, nə baş verib yenə?!...
-Bratişka, qarışmasan yaxşıdır...
-İlqar, bilməyə haqqım var:NƏ BAŞ VERİR?!-tonunu azacıq qaldırdı.
-Get Anardan soruş...
-Lap yaxşı, gedirəm, amma o da deməsə, özümü damdan atacam, bil!..
Samir Anarın otğaına keçən kimi sözə başladı.
-Anar, nə baş verib?! Bu nə gərginlikdir belə?!
Anar köynəyinin düymələrini aça-aça vecsiz cavabladı.
-Heç nı..
-İlahi! Səbr!...Anarrr!!! Mənim xətrimi istəyirsənsə, adam balası kimi deyəcəksən..!
-İlqar niy demədi?!...
-Özü ilə bağlı olsaydı, deyərdi, amma deyildə, dmeək sən deməlisən...
Anar çarpayıya çöküb başını əlləri arasına aldı.
-İlqar...Məni xilas edib...
-Nə?! Necə yəni?! Heç anlamadım...
-Mən hansısa rus mafiyasına satılmışdım, İlqar bu haqda ordan-burdan eşidib müəyyən məbləğ qarşılığında məni xilas edib...
-Nə?!-Samir şoka girdi.
-Hə, hələ üstəlik mənə yalanda deyib ki, səni tapmışam..
-Başa düşmədim:Sən kimə əsəbiəsn indi?! İlqara?! Onun nə gübahı var?!
-Mənə düzünü deməli idi...Lənət şeytana!!!....
-Səbəbi varıdr ki, deməyib də...
-Aha, var, həm də necə! Məni bir tərəfdən xilas edir, digər tərəfdən isə..-sözünü tamamlaya bilməyib ayağa qalxdı.
Samir onun nə demək istədiyini başa düşüb astaca tamamladı.
-Digər tərəfdən isə səni mafiyaya qoşur...
Artıq bankda əyləncə gecəsi təşkil olunmuşdu.Hamı bir-biri ilə yarışırdı sanki...
Uzaqdan görünən Anar yaraşıqlığı ilə hamının diqqətini cəlb etməklə bərabər qısqandırırdı da.O isə sanki kimisı axtarırdı.Amma deyəsən axtardığını tapa bilmirdi.
Az sonra Fəxriyyə içəri girdi.Sadə donu ilə ətrafa gözəllik saçan qızı görəndə əsəbiləşdi.Yumruqlarını sıxıb gözlərini yumdu.Ətrafda pıçhapıç danışırdılar.Deyəsən onunla bu ala gözlü qız haqda idi söhbətlər, amma Anarı indi bu heç maraqlandırmırdı da...
1 saata yaxın vaxt keçmişdi.Bu vaxt ərzində Anar skripkada öz məharətini göstərərək özünə heyran alqışı qazanmışdı.Fəxriyyə ona baxmağa çalışırdı.Tez-tez başqalarına etdiyi təbəssümünə dözə bilmirdi.Fəxriyyə telefona gələn zəngdən dolayı kütlədən uzaqlaşıb cavab verdikdən sonra çevriləndə qarşısıda Anarı gördü.Yanından ötüb keçmək istəyəndə Anar adətini təkrarladı.Qızın qolundan yapışıb özünə sıxdı.
-Burax məni!...
-Sən neyləmək fikrindəəsn?!...
Hər ikisi də bir-birlərinə qəzəblə baxırdılar.Fəxriyyə qurtulmaq istəsə də alınmadı.Anar hər dəfədində qızı özünə daha da bərk sıxırdı.
-Burax deyirəm!...
-Mənə başqa yol buraxmırsan!...
-Nə yolu?! Sənin ağlın başındadır ümüumiyyətlə?! Bu dəqiqə qışqıırb olan-qalan milləti tökəcəm bura...Burax deyirəm!
-Qışqır! Mən də səni susduraram!
Anar onu öpməyə çalışırdı ki, kiminsə yumruğuna kürəyi üstə yıxıldıBu-Elxan idi.
-Sən deyyəsən adam deyilsən! Qız sənə deyir ki, burax!...
-Əsl adam olmayan sənsən!-deyib ayağa qalxdı.
Fəxriyyə onların göz=gözə dayanaraq savaşa hazırlaşdıqlarını görüb tez araya girdi.
-Bezdim artıq davanızdan!...
-Bu davanı başladan sənsən, Fəxriyyə, ona gör də qarışma!!!-Elxan sərtcə deyib qızı bir kənara çəkdi.
Fəxriyyə nin onların yumruq savaşını izləməkdən başqa çarəsi qalmadı.Olan-qalan işçilər tökülüşüb onları güc-bəla ilə araladılar..
Hadisələr kənarda göz qoyan və analiz edən Lavin nə düşündüsə tez bankdan çıxdı...
İlqar gecənin bir aləmində özünü Lavinin qarşısında tapdı.
-Xeyir ola illər sonra?!....
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 572
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri