Me vs You (21-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 391
Səs ver:
(səs: 2)
Qapı
döyüldüyündə Rəşid bəy nişanlısı ilə telefonla danışırdı. Kimin
gəldiyini bildiyindən üz-gözünü qırışdırıb, dilucu "girin” dedi. Qapı
aralandıqda qaş-qabağını sallamış Əli içəri girdi.


- Hə bidənəm, hə danışarıq sonra. Öpdüm al yanaqlarından – deyib, Əlinin ikrahla ona baxdığını gördü – Nədi?

- Deyirəm heç arlanma yoxdu da sizdə. Qoca yaşınızda birdənəm-mirdənəm, yanaq-filan... Nolub eee.

Rəşid kişi əsəbdən nə deyəcəyini bilməyib, telefondakına "sağ ol həyatım” deyib, Əliyə dil çıxardı.

- Bu qoca ağlını itirib. Görməmişin bir nişanlısı oldu...

- Nolsun, sən də o da yoxdu ki?

- Imkan verdiz ki?. Bir-iki gün dözsəydiz öləcəkdiz elə bil. 

- Eh, sən nə bilərsən sevgi nədir? Bir-iki gün deyil, bir-iki saatın
həsrəti belə adamın ürəyini parçalayır... – deyən Rəşid bəy əli ilə
ürəyini tutub yazıq-yazıq baxdı.

Əli boş-boş əmisinə baxıb başını yellədi. " 100% o ifritə bu kişiyə
cadu eləyib. 50 yaşındakı adam yeniyetmə oğlanlar kimi davranır. Hə, biz
nə bilərik sevgi nədir?. Siz bir ayağı burda, bir ayağı gorda olanların
əlindən nə sevgimiz oldu ki!” – deyə fikirləşib, soyuq səslə dedi:

- Nə olub müdir bəy, niyə çağırmışdız məni?

- Hə, onu deyəcəkdim. Sınaq müddəti bitir, kimin işə alınacağı...

- Kim? Kim?!

Əlinin təlaşlı suallarına qarşılıq Rəşid bəy ona təəccüblə baxdı. onu
baxışları ilə süzüb, həqiqətən də cavabını səbirsizliklə gözlədiyinə
əmin olduqdan sonra dilləndi:

- Səncə? 5 ildən çoxdu burda işləyən, işin incəliklərini yaxşı bilən,
şirkətin yarısına sahib doğma qardaşımın tək oğlunu qoyub, təcrübəsiz və
zəif qızcığazı götürürəm.

Onun səsindəki istehzanı hiss edə bilirdi Əli. Ilk öncə buna sevinsə
də, birdən beynində bir cümlə əks-səda verdi: "Bu iş alınmasa Almaniyaya
gedəcəm...”. Cəld yerindən atılıb qışqırdı:

- Yox əmi! Ola bilməz, işi mütləq ona verməlisən!

- Baş üstə! Bə sonra sən neyləyəcəksən avara?!

Bu sual Əlini düşünməyə məcbur etdi.(müəllif: Cəmilə Məmmədli)
Doğurdan, nə edə bilərdi ki? Uşaqlığından bəri bu şirkətin bir gün onun
olacağı fikrinə elə öyrəşmişdi ki, başqa bir işi xəyal belə edə
bilmirdi. Süst şəkildə oturacağa çöküb pıçıldadı:

- Mən də bilmirəm...

Rəşid bəy Əlini əsl narahat edən məsələni bilməsə də, Jalənin işdən
gedəcəyindən pis olacağını düşünüb başını aşağı saldı. Əllərini
ovuşdurub yumuşaq tonda dedi:

- Bilirəm, o qızın getməsini istəmirsən, amma mən də şirkəti düşünürəm.
Əgər o qızı həqiqətən də sevirsənsə bu 3 gün ərzində bir şeylər elə.
Amma sən eşşəyoğlu eşşəy 3 ayda bir şey eləyəmmədin, bu 3 ayda neynəyə
bilərsən ki...

Əli tək kəlimə etmədən ayağa qalxdı. Başını yelləyib qapıya tərəf
getdi. Onun otaqdan çıxdığını görən Jalə dərindən nəfəs aldı. Bayaqdan
Rəşid bəyin dünən ona kömək etdiyi üçün Əlinni çağırdığını düşünürdü.
Amma Əlinin üzündəki kədərli ifadəni görüb daha da narahat oldu. Cəld
ona tərəf gəlib:

- Nə oldu? Rəşid bəy səni danladı? Mən...mən bu dəqiqə gedib ona açıqlayaram hər şeyi. Çox hirslənib?

Əli gözlərini qaldırıb, Jalənin iri gözlərinə baxdı. Həqiqətən də bu an
Əli üçün çox narahat olduğu gözlərindən oxunurdu. Gülümsədi.

- Yox, heç nə demədi. Nəysə...

- Yalan deyirsən, dnalayıb. Indi mən açıqlayaram ona.

Əli qapıya tərəf gedən Jalənin yolunu qolu ilə kəsib:

- Ay qız sənə yalan borcum var? Deyirəm danlamadı da.

- Nç, yəqin bu yenə "oğlan qızın əvəzinə danlanar!” kimi axmaq fikirlərindən biridi. Mən özüm öz yerimə danlanaram. Çəkil.

- Hayda, işə düşmədik. Həm o nədi elə? Bu fikir hardan çıxdı?

- Nə bilim, yəqin səndən çıxıb. Ehtiyacım yoxdu elə şeylərə, çəkil yolumdan.

Jalə Əlinin yolunun üstündən itələyib, Rəşid bəyin otağına girməyə
çalışırdı. Onu belə saxlaya bilməyəcəyini başa düşən Əli belindən tutub,
digər tərəfə çəkməyə çalışırdı.

- Elə deyil dedim ifritə! Bir yerdə sakit dur!

- Burax məni neandertal! Mən də güclüyəm, vuraram səni!

Jalə həqiqətən də sözünə əməl edib onu vurmağa başlamışdı. Durmadan ona
dəyən zərbələri Əlini o qədər də ağrıtmasa da, əsəbləşdirməyə
başlayırdı. Çırpınan Jalənin qollarından tutub, özünə çəkdi. Gözlərinə
baxıb, əsəbi tonda:

- Sənə dedim elə deyil. Mən yalan demirəm Jalə!

Deyəsən bu işə yaramışdı. Sakitləşib, qollarını aşağı saldı. Başını anlamış kimi yellədi. 

- Ehm! Bura iş yeridi...

Ikisi də eyni anda səsin gəldiyi tərəfə baxdılar. Zeynəb Elcanı
dümsükləyib, susdurmağa çalışırdı. İkisi də eyni anda bir-birlərinə çox
yaxın olduqlarının fərqinə varıb, azca aralandılar. Jalə qabağa keçib,
ciddi tonda:

- Sadəcə bu neander... yəni Əli bəy, mənim yolumu kəsməyə çalışırdı.
Əminəm ki, ağlında hər hansı başqa fikir yox idi. Elə deyil? – deyib,
sual dolu baxışlarını Əliyə dikdi.

- Əlbətdəki...ağlımdan keçdi. Sevdiyim qızla bu qədər yaxın olub, uşaq-uşaq şeylər fikirləşməyəcəm ki...

Ortalığa süküt çökdü. Bayaqdan onları araya qoymağa hazırlaşan Elcan
belə başqaları kimi ağzı açıq ona baxırdı. Əli isə onların baxışlarını
vecinı belə almayıb, paltarını düzəltdi. Asta addımlarla ofisin çıxışına
tərəf ilərlədi. Elcanın yanından keçəndə ayaq saxlayıb, ona tərəf
əyilmədən fısıldadı:

- Biraz əvvəl hamının içində sevdiyimi dedim hə? – Elcandan cavab
gəlmədiyini görüb – qoyun kimi baxdığına görə elə eləmişəm. Nəysə, indi
daha böyük problemlərim var.


Ofisdən çıxarkən olduqca özündən əmin yerisə də, əslində qulaqlarına kimi qızarmışdı...







Ardı var..
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 4 391
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri