Me vs You (24-cü bölüm FİNAL)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 957
Səs ver:
(səs: 1)
Elcan telefonun titrədiyni hiss edib, ofuldayaraq gözlərini qarşısındakı qızdan ayırdı. Ekrana baxmadan zəngi açıb:

- Nə var əmi oğlu?

- Nə var?! Burdan ora zəng eləyirəm, verdiyin cavaba bax!

- Da gündə 5 dəfə zəng eləyəndə nə cavab gözləyirdin ki? Siam ekizi olsaydıq bu qədər səsini eşitməzdim ee.

- Yaxşı, yaxşı. Mən burda puluma qıyıb bununla maraqlanıram, bu mənə minnət eləyir.

Elcan başını yelləyib, "hmm. Elə mənlə maraqlanırsan ee” deyə pıçıldadı.

- Nə dedin?

- Heç, heç. Nolmuşdu?

- Heç... A, hazır zəng eləmişkən o necədi?

- "O”nun öz telefonu var. Burda telefonçu qızam sənin üçün?

- Bilirəm telefonu var, amma hazır zəng eləmişkən...

- Düzünü de, neçə dəfə zəng eləyib qızın zəhləsini tökmüsən?

- Cəmi 1-2-3-4-5 dəfə...

- Ay maşallah!

Elcan birdən bic-bic gülümsünüb, mənalı-mənalı köks ötürdü. Əlinin diqqqətini çəkdiyini hiss edib:

- Əli, düzünü deyəcəm, o bu dəqiqə oğlan qrup yoldaşları ilə diskoya getdi.

Əli yerindən dik atılıb, az qala əlindən sürüşüb düşən telefonu bərk sıxdı. Biraz özünə gəlib, telefonu qulağına yaxınlaşdırdı. Səsindəki təlaşı gizlətməyə çalışaraq dedi:

- O-oğlan qrup yoldaşları? Əminsən? Yəni mütləq 7-8 qız da var idi yanlarında hə?

- Nç, hamsı oğlan idi. Nəysə əmi oğlu, mənim dərsim başlayacaq. Bye!

Elcan telefonu söndürüb , güldü.

- Niyə elə dedin? Yenə bura gələcək.

- Onsuzda həftə səkkiz, mən doqquz burdadı. Həm biraz qısqansın gəlinbacı, belə yaxşıdı.- deyib, göz vurdu.

Jalə özünü narazı göstərsə də, özüdə buna sevinirdi. Gözlərini qıyıb, yenə qarşı masadakı qızı süzən Elcaan tərs-tərs baxdı.

- Zeynəb bilsə öldürəcək səni!

Elcan istehza ilə:

- Mənim sevgilim sənin kimi deyil, belə şeylərdən dəli olub Almaniyaya gəlməyəcək.

Elə bu an Jalənin telofonuna zəng gəldi. Jalə ekrana baxıb, gülümsədi. Zəngi qəbul edib, bilərəkdən yüksək tonda:

- Hə Zeynəb. Yaxşıyam, sən? O? Bayaq bir qıza baxırdı... – deyib ona az qala diz çöküb, yalvaran Elcanı görməzdən gəlib danışmağa davam etdi...

6 AY ƏVVƏl:

- Neyləyim ee. mən sadəcə öz xəyallarımı gerçəkləşdirməyə çalışıram. Sənin bütün xəyalların mənsizdi, mənim isə içində sən olmayan xəyalım yoxdu...

- Bilərək eləyirsən!

- Nəyi?

Əlinin baxışlarından həqiqətən də nə etdiyni anlamadığı bəlli idi. Jalə əli ilə üzünü örtüb:

- Tarixin ən axmaq romantiki mənim qarşıma çıxıb – deyə pıçıldadı.

Əli isə hələ də "nəyi? De görüm nəyi?”- deyib dururdu. Əllərini üzündən çəkib, diqqətlə Əliyə baxdı. pıçıltıya bənzər tonda:

- Mən səni sevirəm.- deyib, onun cavabını gözlədi.

Amma Əli donub qalmışdı. Ofuldayıb, üzünü yana çevirdi. Əli cəld yerindən atılıb, təlaşla:

- Yox, gözlə bir dəqiqə! Mən də deyəcəm, amma sən birdən-birə deyəndə... Nəydi, bütün ağlım qarışdı. Indi gəl bir şey fikirləş! Həm sən niyə dedin e...

Jalə onun bu utancından qızarmış, bir dəqiqə yerində dayan bilməyən şirin təlaşlı halına baxıb için-için gülürdü. Qaşlarını çatıb, ciddi-ciddi dedi:

- Niyə sən deməlisənmiş? Mən deyən də nə olurki? Qızlar deyə bilməz?!

Əli sakitləşib yerinə əyləşdi. Çiynini çəkib:

- Deyə bilər, amma ilk mən deməliydim. Nə də olsa mən daha çox sevirəm, səni burda qoyub getməyəcək qədər çox... – deyib, mənalı-mənalı Jaləyə baxdı.

Jalə susdu. Buna verə biləcək cavabı yox idi. Əlinin hələ də ona baxıb, bir cavab gözlədiyini hiss edə bilirdi. Amma nə deyəcəkdi ki? Başını aşağı saldı.

- Get. Amma bir şərtlə!

Jalə başını qaldırıb, sual dolu baxışlarını ona dikdi. Əli olduqca ciddi görünürdü.

- Mən sənə tərəf bir addım atdım, sənin növbəndi.

Jalə oturacağa söykənib, qollarını sinəsində çarpazladı. Eyni ciddiyətlə dedi:

- Evləndikdən sonra qaynanayla yaşayaram.

- Əsla olmaz. Ikiniz gəbərdərsiz məni 100%. Paltara qarışa bilmə haqqı tələb edirəm.

- Rədd edildi. Mən sənin ətəklərinə qarışmıram və qarışmayacam.

- Mən ətək geyinirəm ki?!

- Geyinməməyi qadağan etmirəm məsələn.

Əli ofuldayıb başını yellədi.

- Bəs nə?

- A, getdiyim yeri sənə xəbər verə bilərəm məsələn.

- Nə böyük lütf elədiniz xanım. – deyən Əli, kinayə ilə gülümsədi.

- Dəyməz cənab. Başqa?

- Son bir istək. Heç olmasa evlilik təklif etmək mənə qalsın. Əlində bir gül və üzüklə qabağıma çıxsan, gedib bir 9 mərtəbədən özümü ataram ha!

Jalə gülümsəyib, başını razılıq mənasında yellədi.(Cəmilə Məmmədli) Deyəsən ikisi də bir-birini başa düşməyə başlayırdılar. Səssizcə oturub bir-birlərinə baxırdılar. Birdən Əli ağlına gəlmiş fikirlə qımışdı.

- Indi biz sevgili olduq?

- Deyəsən...

- Bəs indi nə olacaq?

Bu sualdan Jalə qızarıb, başını aşağı saldı.

Bundan sonra nə olduğu məlumdur. Bir-birlərinə tərəf addımlamaq qərarına gəlib, özlərindən və prinsiplərindən kiçik-kiçik qurbanlar verdilər. Eyni anda, haqsızlıq etmədən, bərabər... və bu qurbanları onları daha da yaxınlaşdırdı. Jalənin getmə vaxtı gəldiyində artıq hər kəs onları nişanlı sayırdı. Bir tək Jalədən başqa. Ona görə Əlidən təklif gəlməmişdi, demək ki, ortada evlilik yox idi hələ. Son günə qədər Əlinin bir hiylə etdiyindən şübhlənirdi. Lava limanında belə "sənin getməyimə razı olduğuna inana bilmirəm” demişdi. Əli isə gülümsəyib, "sənin düşündüyün kimi dardüşüncəli deyiləm. əlbətdəki oxumaq haqqındı və getməlisən.” Deyə cavab vermişdi. Amma Jalə təyyarəyə mindiyi anda Elcanın da yanında bitdiyini görüb anlamışdı hər şeyi. Xüsusən də Elcanın üzündən "Əli məni məcbur elədi. Xilas edin!” deyə yalvardığını oxuduqda. Amma bu dəfə etiraz etmədi. Qarşılıqlı qurbanlar...

6 ay ərzində Əli dəfələrlə Almaniyaya gəlmişdi və bunun çoxu Elcanın günahı idi. O bu yolla onu Zeynəbdən ayırıb, Almaniyaya zorla göndərdiyi üçün intiqam alırdı. Amma bu intiqam biraz yersiz idi, çünki Elcan getdikdən sonra birdən-birə Zeynəb onunla maraqlanmağa başlamışdı. Özünə etməsə də, hər gün Jaləyə zəng edib onun nə etdiyini soruşurdu. Rəşid bəylə Yetər xanımın toyu olmuşdu belə. Hətda Rəşid kişi sırf Əliyə acıq vermək üçün onu tez-tez "xoşbəxt yuvalarına” qonaq çağırırdı. Təbii ki, yazıq Əli hər gedişində dünyaya gəlməyinə belə peşman olurdu. Şirkət biraz da Əlinin səyləri nəticəsində irəli gedirdi. Atıq digər şəhərlərdən də onlara lahiyə təklifi gəlirdi. Ən maraqlısı o idi ki, bunun səbəbi Əlinin beşikli uşaq otağı-tualet lahiyəsi idi. Rəşid bəyin deyimiylə "bir dəli quyuya daş atdı, 100 ağıllı çıxara bilmədi.”. Hər kəs az-çox xoşbəx idi, bir tək Əlidən başqa...



Əli yerindən dik atılıb, az qala əlindən sürüşüb düşən telefonu bərk sıxdı. Biraz özünə gəlib, telefonu qulağına yaxınlaşdırdı. Səsindəki təlaşı gizlətməyə çalışaraq dedi:

- O-oğlan qrup yoldaşları? Əminsən? Yəni mütləq 7-8 qız da var idi yanlarında hə?

- Nç, hamsı oğlan idi. Nəysə əmi oğlu, mənim dərsim başlayacaq. Bye!

Əli telefonun üzünə bağlandığını eşidib, boş-boş ekrana baxdı. Nömrəni yenidən yığmağı düşünsə də, fikrini dəyişdir. Başını yelləyib, təhdidkar tonda:

- Sən görərsən! – deyə qışqırıb, hava limanının geniş gözləmə salonundan çıxmağa tələsdi.

Telefonu cibinə atdıqda qutuya toxunub səs çıxardı. Cəld qutunu cibindən çıxarıb, əzilib-əzilmədiyini yoxladı. Yox, sağlam idi. Hər ehtimala qarşı digər cibinə qoydu. "bu dəfə mənimlə qayıtmalı olacaq! Qayıdacaq...? of, o ifritə evlilik-filan bilməz indi. Evli qadının nə işi var Almaniya da, gəl evində xanımlıq elə desəm başımı-gözümü yarar. əşi ən azından barmağında üzüyüm olacaq. Da ürəyim partlamayacaq ki, kim baxdı-baxmadı. Nəysə, başqa cür təklif tapmaq lazımdı. Bir şəkildə etiraz edə bilməyəcəyi. Görəsən üzüyü ona verim, o təklif etsin? Nə deyirəm ə mən?! Başımı xarab edirlər... Əli, öz ölüm fərmanına imza atırsan, xəbərin var? – deyə düşünüb, başını buladı. Birdən gülümsəyib- amma buna dəyər...”

O taksilərə tərəf tələsərkən, Jalə hər şeydən xəbərsiz Zeynəblə danışmağa davam edirdi. Elcan isə gözlərini yerə dikib, özünü peşman göstərməklə məşğul idi...

SON!

Müəllifdən: Həyat müştərəkdir. Ortaq deyil, müştərək. Qarşılıqlı vermək, qarşılıqlı almaq... Bir-birinə addım adım yaxınlaşmaq. Hər kəsin xəyalları, arzuları var. Əsla bu arzulardan birisinə görə əl çəkməyin. O an bu fədakarlıq sizə kiçik gəlsə belə, zamanla sevginizi yeyib-bitirəcək qədər böyüyəcək. İnsanlar fərqlidir. Bu fərqliliklə yaşa bilməyin yolu özünü qarşındakına bənzətmək deyil, qarşındakını qəbul etməkdir... Olduğu kimi, hər halı ilə. Həyatın sizin olduğunu unutmayın, sonra da ikinizin olacağını unutmayın. Yoldaş olmaq eyni yolda yanaşı addımlamaq deyil,f ərqli yollarda belə olsanız əlini buraxmamaqdır... Fərqli yollar, fərqli düşüncələr, fərqli həyatlar. Əli və Jalə kimi. Amma bütün bunlara rəğmən ayrılmayan əllər. Əli və Jalə kimi... bu hekayəm çoxda romantik olmadı, dramatik səhnələrdən də kasıb idi. sadəcə gülüş vardı. Ümid edirəm azda olsa düşünməyə vadar edəcək gülüş-özünüzü... oxuyan və bəyənən hər kəsə təşəkkürlər
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 5 957
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri