Son kəlmə (26-cı bölüm)

Müəllif: Narın Yağış
Şərhlər: 3
Baxılıb: 4 393
Səs ver:
(səs: 4)
SENTYABR, 2007-Cİ İL. BAKI...
İlqar eşitdiklərindən dəhşətə gəlib ona dayanmadan yumruq atırdı, amma Anar key kimi qarşılıq vermirdi. Divara zərblə çırpılan Anar hərəkətsiz qalıb ona baxmaqda davam edirdi.
-Sən neylədin?!...Əclaf, mən səni oraya ona görə göndərmədim ki, gedib qızın bakirələyini alasan!!!Göndərdim ki, gedib hər şeyi ona olduğu kimi danışasan!!! O sənin üçün kimdir-küçədən ötüb keçən pozğunun biri?!
-İlqar, başa düş, mən...
-Sən nə, hə?!...O ola bilər ki, xarakteri formalaşmayıb, iradəsi zəifdir, amma saf, məsum idi...Sən mənim tanıdığım, öz əllərimdə böyütdüyüm adamsan ya yox?!..
-İlqar, mən gücsüz idim...Onun mənə o cür baxışları məni məhv etmişdi, axı nə edə bilərdim?!...
-Dözməli idin..!
Anar divardan sürüşərək çökdü.Başını əlləri arasına alaraq saçlarını tez-tez qarışdırmağa başladı.İlqar yumruğunu divara divara vuraraq onun yaxasından tutub qaldırdı.Bərk silkələyib qəzəblə səsini qaldırdı.
-Sən bu qədər alçalmısan?! Məsum, zavallı qıza toxunacaq qədər alçalmısan?! Onun hissləri ilə oynayııb ayaqlar altına atacaq qədər alçalmısan?! Sə ndən söz soruşuram:cavab ver mənə!!!...
İlqar var-gücü ilə Anarı silkələsə də Anar ruhsuz bədəndən heç nə ilə fərqlənmirdi.
-Mən...onu...sevirəm....
-Anar..! Bəhanələr gətirmə!...
-İlqar, özüm də bilmədim necə oldu...Onu necə sevdim, niyə sevdim, niyə elə hərəkət elədim, vallah-billah bilmədim...
İlqar Anara yumruq dalınca yumruq endirəndə Anar gücsüz halda döşəməyə yıxılırdı, İlqar qəzəblə onun qolundan tutub qaldırırdı.
-Mənim tanıdığım, böyütdüyüm Anar qarşılıq verərdi, qışqıırb bağırardı, özünə bir yolla haqq qazandırardı. Hardadır indi o??! Cavab ver, Anar, hardasan sən?! De ki, heç nə eləmədim, de..!
-Elədim...Bir qızın sahib olduğu ən dəyərli şeyi məhv elədim...Onu öz qadınım elədim...
-İlahi..! Anar, axı niyə?! Niyə çarəsiz bir qızdan istifadə elədin axı, niyə?!...
-Özüm çarəsiz idim, özüm...
-Anar, mənə yazıq görkəmini nümayiş etdirmə, səni tanımayacaq qədər anlamaz-qanmaz deyiləm!...
Anardan cavab gəlmədiyini görüb yaxasını hirslə buraxdı.Anar döşəməyə çöküb başını divara vurdu.İlqar əsəblərinə nəzarrət edə bilməyib evdən çıxdı.Anar başını divara vura-vura ağlayırdı.
-Mən alçağam...Murdaram...Əclafam...İnsan deyiləm...Vəhşiyəm...
Səhər...
Anar divara söykənmiş vəziyyətdə yatıb qalmışdı.Onun halını görən İlqar əsəbiləşsə də onun qolunu boynuna keçirdib ayağa qaldırdı.Divanda uzandırıb üstünü pledlə örtdü.Qoltuqda əyləşib dizlərinə dirsəkləndi.Mənalı baxışlarını onun üzərinə yönləndirib düşünməyə başladı.
...Anar gözlərini açanda başında küt ağrı hiss etdi.Əlini başıına apararaq qalıx əyləşdii.
-Nə oldu mənə?!-soruşub alnını sıxdı.
-Bilmirəm,-İlqar soyuq tonla cavablandırdı.
-İlqar, xahiş edirəm...
-Etmə..!
Anar gicgahlarını daha bərk sıxıb güclə soruşdu:
-Saat..
-11-ə qalıb...
-Nəə?!...
-Azzar!!!-acıqlanıb ayağa qalxdı.-Bundan sonra mənim dediyimlə oturub duracaqsan!!!...
...Fəxriyyə çarpayıda uzanaraq balışı bərk qucaqlayıb gözlərini zilləmiş olduğu nöqtədən ayırmırdı.Səssizcə axan göz yaşlarını hiss etmirdi.Lavin içəri girib yanında əyləşdi.
-Fəxi...
-Hmm...
-Axı niyə elədin?!...
-Bilmirəm...Bacarmadım...
Lavin Fəxriyyənin saçlarına sığal çəkərək gözünün önünə gələn keçmişi qovalamağa çalışdı.Onun uşaqkən təcavüzə məruz qaldığını yalnız İlqar bilirdi, heç əmisinin də xəbəri yox idi...
-Fəxi, qalx...
-Mmm,-başını güclə bulayaraq etiraz etdi.
-Fəxi...Mənim xətrimə...
-Sən...çıxa bilərsən?!...
-Hə...Əlbəttə...
Lavin çıxıb getdikdən sonra çarpayıdan qalxan Fəxriyyə qan ləkəsini göründə göz yaşlarını saxlaya bilmədi.Əli ilə ağzın tutub divara söykəndi.
"Ata, bağışla məni...”
...15 dəqiqə idi ki, isti duşun altında dayanaraq ağlayırdı.
"Axı mən niyə bu qədər zəifəm?! Niyə bu qədər axmağam?! Niyə onu buraxdım?! Niyəəəə?!...”
Anarla bağlı xatirələri xatırladı.Hər xatirə onu daha da möhkəm ağladırdı...
...Əynində xalat, başında qəftə ilə qoltuqda əyləşərək ke-key Lavinə baxırdı.Lavin divanda qalxıb onun qarşısına keçərək dizlərini döşəməyə atdı.
-Fəxi...
-Hmm...
-Necəsən?!...
-Yaxşıyam...
Sualları key kimi cavablandırırdı.Uzaqdan baxan olsaydı, qızı dəlixabadan qaçmış hesab edərdi...
-Fəxi...
-Lavin, rahat burax məni,-deyib yataq otağına qaçdı.
Üzü üstə yatağa düşüb hönkürməyə başladı...
..Lavin əsəbindən özünə yer tapa bilmirdi.Gözünə telfon sataşsa da zənd etmək keçmirdi könlündən.Axı nə deyəcəkdi?!...
"İlqar, bunu nəzərə almalı idin! Nəzərə almalı idin!!! Bir qızın həyatı səni o qardaşına görə məhv oldu...!”
...1 neçə gün keçmişdi...
Fəxriyyənin halsızlığı, kefsizliyi , tez-tez gözlərinin qızarması heç kimin nəzərindən qaçmamışdı.Atası da, iş yoldaşları da qondan bir söz qopartmaq istəsələr də, heç bir nəticə alınmamışdı.Hmı onun bu vəziyyətini Anarla bağlayırdı.Fəxriyyə isə heç kimin üzünə, gözlərinə dik baxa bilmirdi, çəkinirdi, utanırdı...Malik hər nə eləsə də qızınıevinə qaytara bilmirdi.Lavindən də söz qoparmaq imkansız idi...Fıxriyyənin hər gecəsi başını balışa sıxaraq ağlamaqla keçirdi.Lavin bəzən onun yanında yatıb ovundurmağa, sakitləşdirməyə çalışırdı...
-Mən...alçalmışam....
-Şşş-deyib saçlarını sığallayırdı.-Elə danışma...
-Amma eləyəm...Mən özüm özümü alçaltdım...
...Malik əsəbindən özünə yer tapa bilmirdi.Gah qalıb o baş-bu baş gəzirdi, gah divanda əyləşib əllərini ovuşdururdu.Atalarının qəzəbli halı Aysu ilə Muradı qorxudurdu.Aysu cəsarət tapıb atasına yaxınlaşdı.
-Ata, nə olub?!-ehtiyatla soruşdu.
Malik balaca qızına qəzəblə baxırdı ki, bu da Aysunu qorxudurdu.Ayağa qalxıb qızının qolundan tutaraq onu otağına apardı.Heç nə anlamayan qız qorxu içində atasına baxıb nəsə deməyə çalışırdı ki, qapı üzünə çırpıldı.Aysu içini bürüyən titrəmə ilə yerə çökdü.Ayaqlarını qucaqlayıb hönkürtü ilə ağlamağa başladı...
Malik oğlunun da qolundan tutub otağına saldı.Balaca Muradın səsi çıxmasa da gözündən 2 damcı yaş göründü...
Malik divanda çox otura bilmirdi.Əsəbindən tez-tez ordan bura, burdan ora gəzirdi...
"Fəxriyyə, mənim başıma nə oyun açmısan?!...”
Telefonu əlinə alıb nömrəni yığmağa başladı.Qarşı tərəf qəbul edən kimi hücuma keçdi.
-Fəxriyyə, bugün-sabah qayıdırsan! Heç bir etiraz eşitmək istəmirəm! Bu qədər!Əgər gəlməsən özüm səni çıxardacam o xarabadan, bildin?!...
...Səhər açılar-açılmaz Fəxriyyə ruhsuz halı ilə çemodanını yığıb zala keçmişdi. Artıq 2-3 gün idi dözlərinin altı tamam qaralmış, rəngi getdikcə daha da saralıb solurdu.Yemək-içməyini güclə edirdi.
-Fəxi...mən səni buraxa bilmərəm...
-Lavin, getməliyəm,-güclə deyib gözləri dolmağa başladı.-Bu ev...məni boğur...öldürür...
-Fəxi, günahkar mənəm!...Mən gərək İlqara heç nə deməyəydim! Gərək səni tək buraxmazdım!...Bilməli idim, bilməli idim...
Fəxriyyə Lavinin narahatvə əsəbi halına baxsa da anlaya bilmirdi.
-Sən niyə?!...
-Mən...mən İlqara demişəm...Sənin vəziyyətini...İlqar da məni əmin etdi ki, sadəcə danışıq olacaq, vəsəlam!..Axı mən niyə inandım ona, niyə?!...
-Onu hardan tanıyırsan?!...
Sualdan tutulan Lavin güclə özünə gəlib Fəxriyyənin gözlərinə baxdı.
-Soruşma...Mən keçmişi vərəqləməq istəmirəm...
-Nə də olsa vropada böyümüsən...Sən belə şeyləri tez qaldırırrsan, amma mən...Zəifəm, acizəm, alçalmışam...
-Xahis edirəm, belə danışma....Mən bilməli idim...Bil-mə-li idim!!!...
Fəxriyyə Lavinin divana çöküşünü izləyib yoxa çıxdı...
...Atası qəzəblə ona baxıb əlini stola çırpdı.
-Danış!!!
Fəxriyyənin içi titrəyirdi, tutmağa çalışdığı göz yaşlarını axıtmağa başladı.
-Ata, mən...
Malik ayağa qalxıb qızının qolundan tutaraq bərk silkələməyə başlad.
-Nə?! Danış görüm!!!...
Fəxriyyə cavab vermək iqtidarnı tamamilə itirmişdi.Eləcə də eşitmək...Yalnız atasının yumulub açılan dodaqlarına, əsəbdən qızarmış gözlərinə, gərilən üz əzələlərinə key kimi baxırdı.Malik qızından cavab çıxmadığını görüb üzünə bir şillə çəkib divana "tulladı”.
-Əgər qulağıma hansısa söz=söhbət gəlib çatsa..!-sözünü tamamlaya bilmədi.
...Fəxriyyə artıq 5 gün idi ki,evdən, ən əsasıotağından çıxmırdı.Ayaqlarını qucaqlayıb çənəsinə dayaq verərək key key baxışlarla çarpayıdan qalxmırdı.Aysu ilə Murad bacılarını güclə yedizdirirdilər.Malikin qızına əsəbi keçmək bilmirdi...
...Bankda dildən-dilə yayılan xəbərlər öz təsdiqini tapdı.Fəxriyyə dən xəbər ala bilməyən Fidanla Nicat Elxandan hesab soruşanda o da heç nə bilmədiyini boynuna almışdı...Artıq Fəxriyyə bankda işləmirdi...
NOYABR, 2007-Cİ İL. BAKI...
2 ay keçdi, necə keçdi, anlatmaq çətindir...
...Fəxriyyə solmağa davam edirdi.Bacısı ilə qardaşı, qonşu qızları-Gülsəhərlə Sahilə onun əhval-ruhiyyəsini yerinə qaytarmaq istəsələr də alınmırdı.Elxan 2-3 dəfə evə təşrif buyurub onun otağına baxmış, qapının ağzındaca dayanıb çarəsizcə baxmaqdan savayı əlindən heç nə gəlmirdi...
...Fəxriyyə hər gecə onu görürdü yuxusunda.Hər şeyi onunla tanışlığından tutmuş gecəyə qədər olan hər bir kadr təkrarlayırdı. Bəzən yuxuda hıçqırıqla ağlasa da atasının əlini saçlarında hiss edən kimi sakitləşirdi.Malik hər nə qədər qıızna əsəbiləşsə də ona qıya bilmirdi...
...Fəxriyyənin son 2 həftə idi ki, halsızlığı artmışdı, tez-tez ürəyi bulanırdı, başı hərlənirdi.Malik qızının üstünə çox getdiyini düşünsə də, Aysu ilə Gülsəhər başqa cür fikirləşirdilər.Hər ikisi bir-birlərinə mənalı baxış atıb haraasa getmişdilər.15 dəqiqədən sonra çarpayıda uzanan Fəxriyyəyə balaca qutunu uzatdılar.Fəxriyyə ilk əvvəl heç nə başa düşməyib baxa-baxa qalsa da sonra güclə ayağa qalxaraq vanna otağına keçdi...Cavab müsbət çıxmışdı...Hamilə idi...Gözləri təkrar dolub daşmağa başladı.Əli ilə ağzını tutub döşəməyə çökdü...
...2 gün idi ki,qərara gələ bilmirdi...Əvvəlki ruhsuzluğun, halsızlığın, çarəsizliyin üstünə bir də gərginlik əlavə olundu...
Axşam zala keçib atasının qarşısında dayandı.
-Ata...-güclə dedi.
-Eşidirəm,-soyuq tərzdə cavabladı.
-Mən..hamiləyəm...
Ağzından sözün çıxması ilə üzünə şillənin dəyməsi bir oldu.Tarazlığını itirən Fəxriyyə yerə yıxılıb göz yaşllı atasına baxdı.Malik əsəbindən yumruğunu dəfələrlə yumruqlayıb ona baxdı.Əyilib çənəsindən tutdu.
-Kimdən?!...
-Anar...
Daha bir şillə və qapının zərblə çırpılması...
...Səhərin gözü açılmamış evdən qaçmağa müvəffəq oldu.Atası evə gəlməmişdi.Aydın məsələ idi ki, gecəni hansı "fahişə”nin qollarında keçirdib...Lavin qapını açdığında qarşısında Fəxriyyəni qarşısında görüəndə şoka düşdü.Onun halına gözlərinə inanmaqdan zorlandı.Fəxriyyəni içəri dəvət edib soruşmağa macal tapmamış eşitdiklərindən dəhşətə düşdü.
-Abort elətdirəcəm,-quru səslə dilləndi...
...Lavinlə Fəxriyyə həkimin qarşısında əyləşərək ona baxırdılar.Orta yaşlı qadən əvvəlcə kağızlara nəzər salıb sonra gözlərini qaldıraraq Fəxriyyə qəribə nəzər saldı.
-Bunu istədiyinə əminsən?!...
Sualdan içinə üşütmə düşdü...
NOYABR, 2007-Cİ İL. MOSKVA...
Anarın hər gecə sərxoş halları İlqarın əsəblərini pozurdu.Samir hər şeyə qıraqdan izləməkdən bezib dəfələrlə hər ikisinə də səsini qaldırsa da, faydasız idi...
-Anar, cana gəldim artıq sənin gic-gic hərəkətlərindən!!!....
Anar divanda sərxoş halı ilə uzanaraq gicbəsər təbəssümlə istehzalı soruşdu:
-Niyə?!...
İlqar onun qolundan tutub ayağa qaldırdı.Anar hələ də gülməyində idi.Birdən zərblə divara çırpıldı.İlqar onun yaxasında bər yapışıb gözlərinin içinə baxdı.Qan saçırdı gözləri.Anar ən çox İlqarın bu halından çəkinirdi.Yavaş-yavaş özünə gəlməyə çalışsa da, sərxoşluğu keçmirdi.
-Sənə axırıncı dəfə deyirəm!!! Ya özünə gəlib mənimlə gəlirsən, ya da ki, elə burdaca ölüb gedirsən!!!...
...Səhər...
Anar yenə baş ağrısı oyanıb ətrafa nəzər saldı.Ev bomboş idi.Qalxıb əyləşdi, başı ilə əllərini tutub saçlarını qarışdırmağa başladı. Özü ilə bacarmırdı, bacara bilmirdi.Fəxriyyəyə etdikləri onu rahat buramrdı.Hər gecə içib sərxoş olsa da silinmırdı yaddaşından, gecələri ayır-ayır "qadın”ılarla keçirsə də o səhnə gəlib dururdu gözünün önündə...Onun toxunuşları, öpüşləri, ətri Anarı dəli edirdi...
...1-2 saatdan sonra kimində ayaq səslərini eşitdi.Gözlərini zillədiyi döşəmədən qaldırıb İlqara baxdı.Ayağa qalxıb onunla üzbəüz dayandı.
-Nə oldu?! Nə qərara gəldin?!-hissiyatsız halı ilə soruşdu.
Anarın üzünü 2 dəfədən artıq tük basmışdı.Gözlərini qapadanda 2 damla saqqalının üstünə düşdü.
-Raziyam....
(səs: 4)
Şərhlər: 3
Baxılıb: 4 393
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri