Son kəlmə (27-ci bölüm)

Müəllif: Narın Yağış
Şərhlər: 3
Baxılıb: 4 640
Səs ver:
(səs: 2)
APREL, 2009-CU İL. BAKI...
Fəxriyyə gözlərini açıb gülümsədi.Yanında mışıl-mışıl, şirin-şirin "yatan gözəl”ə baxdıqca könlü açılırdı...
Keçmişə qayıtdı...
NOYABR, 2007-Cİ İL.BAKI...
Abortadan son andaca vaz keçdi.Artıq qadın həkim əlindəki "Qaşıq”la ona yaxınlaşırdı ki, ağlaya-ağlaya ordan qaçaraq Lavini qucaqladı.
-Bacarmadım...Gücsüzəm, bacarmıram heçç nə...
Lavin onu b ərk-bərk qucaqlayıb sakitləşdirməyə çalışdı.
-Şşş...Sakitləş..Sən ən düzünü etdin, yoxsa doğulmamış körpənin ahı səni tutacaqdı...
-Doğrudan?!...
..10-15 dəqiqədən sonra Lavinin evində idilər.Lavin əlində su dolu stəkanı Fəxriyəyə uzadıb divanda əyləşdi.Fəxriyə bir az içib stəkana baxdıqdan sonra alçaq səslə soruşdu:
-Neyləyəcəm?!...
-Fəxi, anlamadım daha doğrusu...
-Mən uşağı saxlatdırdım, atam bunu bilsə...
Əllərini titrədiyini sezib sözün davamını gətirə bilmədi.Gözlərindən süzülən damlalar sürətləndi.
-Atam məni öldürəcək...
Lavin Fəxriyyəni sinəsinə basıb bərk qucaqladı.
-Narahat olma, sənə heç nə edə bilməz...
Fəxriyyə ona daha da sığınıb pıçıltılı səslə soruşdu:
-Niyə?!...Niyə məni qoruyursan?!...
Lavin onaun gözlərinin içinə baxaraq öz-özünə cavabladı:
"Çünki İlqara söz vermişəm, nəyin bahasına olursa-olsun, səni qoruyacam...”
Fəxriyyənin tir-tir əsdiyini görüb onu daha bərk qucaqladı...
...Malik evi vələk-ələk eləsə də, qızını tapa bilmirdi.Onun otağında olan-qalan nə varsa hamısı yerlə bir olmuşdu. Aysu ilə Murad bir-birlərinə qorxu və təlaşla baxaraq nə edəcəkələrini bilmirdilər.Bu zaman zəng çalındı.Malik əsəblə qapını açanda qızını yazıq halını görüb daha da əsəbiləşdi, əlini uzatmaq istəyirdi ki, Fəxriyyə 2-3 addım geri atıb ona baxdı.Onun gölzərində yalvarışoxunurdu.Yenə yanaqları islanmağa başlandı.
-Ata...eləmə...
-Gəl!!!...
Hökmlü səsdən diksinib udquna-udquna içəri keçdi.Malik onun qolundan yapışıb zala gətirərək dsivana atdı.
-Sən...(üzr istəyirəm, həddən artıq ağır söüyşlər var burda deyə yazmacayam)
Ağzı işləsə də, əl-qolu işləmirdi.Qızının halı onu nəqədər əsəbiləşdirirdisə, o bir o qədər də incidirdi,ağrıdırdı. Fəxriyyə əlləri ilə qulaqlarını qapadıb gözlərindən dayanmaq bilmədən yaş axıdırdı. Malik birdən əli ilə ürəyini tutub dayandı, sanki nəfəsi kəsildi, baxışlarını bir nöqtəyə zilləyəndə gözlərinə qaranlıq çökməyə başladı.Və döşəməyə çırpıldı...
...Fəxriyyə xəstəxanada vurxuna-vurxuna bir oturub, bir dururdu.Həyəcandan ürəyi yerindən çıxacaqmış kimi olurdu, qurumuş dodaqlarını tez-tez isladırdı, barmaqlarını sındıracaq dərəcədə oynadırdı, ətaraf qoxu dolu baxışlarla baxıb güclə udqunurdu, gözləri bəzən hədəqəsindən çıxacaq qədər böyüyürdü....
Budur, qapı açıldı və içəridən ağ xalatlı saçları azacıq ağarmış həkim çıxdı.Fəxriyyə özünü necə qabağa atdısa, yazıq kişi qulyabanı görmüş halı ilə qorxub qona baxdı.
-Ata..atam...necədir?!...
Həkim həyəcandan özünü itirən "qız”a baxıb başını bulaya-bulaya özünə gəlməyə başladı.
-Heç nə, qızım....
-Yalandır, yalan deyirsiniz...Yalan deməyin mənə noolaarrr, düzünü deyin...
Fəxriyyə özünü itirməyin ən pik həddinə gəlib çatmışdı.Bütün bədəni titrəməyə, əsməyə başladı.
-Qızım, atan...miokard...
-Nəəəə?!...
Ən son xatırladığı səhnə huşunun itirməsi oldu...
...1 həftə keçdi...
Fəxriyyə artıq Lavinin evində yaşayırdı, ata evindən ömürlük çıxıb getmişdi.Xəstəxanada dəfələrlə göz yaşları içində atasına yalvardı, amma faydasız qaldı.Malik qızını görmək belə istəmirdi artıq, hər dəfəsində sözünü bağıra-bağıra deyirdi...
Aysu ilə Murad ağlaşıb qucaqlaşma səhnəsi belə Malikin ürəyini yumşaltmadı.Fəxriyyə atasını qucaqlamaq istəyəndə 5 addım geriyə at ataraq barmağı ilə qapını göstərdi...
Gülsəhər və Sahilə...Onlar da ağlaya-ağlaya qaldılar...
...Budur 1 həftə idi ki, Lavinin evində məskunlaşmışdı.Son səhnələr gözünü önündən bir film lenti keçib gedirdi.Göz yaşı içində xatırlayırdı, hər gecə kabuslarla yatıb oyanırdı...
Lavin isə İlqarın tapşırığını yerinə yetirirdi.Həqiqətən də Rəfaellə Sənəmin üz cizgiləri arasında müəyyən oxşarlıq vardı.Əgər DNT analizi Rəfaellə Anarın əkiz olduğunu sübut edibsə, onda bu qadın niyə?!...Gecələr İlqarla əlaqə saxlamağa çalışırdısa, alınmırdı.Hirslə noutbuku qapadıb dərin fikirlərə qərq olurdu...Ağlına gələn iddiaları da rədd edirdi tez bir zamanda...
(Mən aradan keçən illərin əzabını yazıb hekayəni qırsaqqız kimi uzatmaq istəmirəm,birbaşa əsas mətləbə keçirəm)
APREL, 2009-CU İL. BAKI...
Fəxriyyə Lavini dinləyib ayağa qalxdı.
-Nə?! Sən bunu nə vaxt, necə öyrənmisən?!...Yox, yox, yox...Bu-ola bilməz,ola bilməz!...
Lavin ayağa qalxıb Fəxriyyəni sakitləşdirməyə çalışdı.
-Fəxi, həqiqət budur...Mən 2 ilə yaxındır ki, baş sındırıram...Hər dəfə qarşıma eyni cavab çıxır...
-Axı necə ola bilər bu, necə?!...
-Bilmirəm...
APREL, 2009-CU İL.MOSKVA...
Gecə...
Anar masa arxasına keçib gözlərini İlqara zillədi.İlqar gözünü noutbukun ekranından çəkib soruşdu.
-Nə olub yenə?!...
-Heç...
Anarın kədərli səsi İlqarı narahat etməyə bilməzdi.
-Nə olub soruşdum!...
-Fəxriyyə...Yuxularıma girir....
-Anar, mən sənə bir şey göstərməliyəm...
Anar anlaşılmaz baxışlarla İlqara baxıb ayağa qalxdı.Yanına gəlib belini əydi.Ekranda balaca qız peyda oldu.Şəkili görər=görməz Anarın içi titrəməyə başladı.
-Kimdir bu?!...
-Səncə?! Kimə oxşayır?!...
Anar xəfif təbəssümlə gülümsünüb cavablandırdı:
-Mənə qalsaydı...Fəxriyyəyə...
-Amma gözləri səninkidir...Anar ilk öncə onun son sözlərini qulaqardına vurmaq istəsə də, birdən sank ilan vurmuş kimi dəhşətlə əvvəl şəkilə, sonra İlqara baxdı.
-İlqar..?! Sən...indi...nə demək istədin?!...
-Sənin qızın var, Anar, sənin və Fəxriyyənin qızı-Ayla...
Anar arxa-arxaya gedib divara söykəndi.Nəfəsini içəri necə çəkdisə özünün də xəbəri olmadı.Gözləri birdən sönük ifadə alaraq çökməyə başladı.Əlləri saçlarına aparıb döşəməyə sürüşməyə başladı.
-İlqar, bu...bu..bu..nə gic zarafatdır belə?!...
-Mənim səninlə belə zarafatım yoxdur, Anar! Bu qız-sənin öz qanından, canındandır, sənin qızındır!
İlqarın kəskincə dedikləri beyninə güclə çatırdı.Ayağa qalxaraq İlqara baxd.
-Bilirdin?! ...Bilirdin, susdun və mənə heç nə demədin?!-az qala qulaqbatırıcı səslə bağırdı.
-Məcbur idim, Anar,-İlqar da səsini qaldırdı.
-Nə məcbuuriyyəti, İlqar, nə?! Sən həmişə məcburiyyətdən ağzıdolusu danışırsan! HƏ-Mİ-ŞƏ!!!...
İlqar əlini masaya çırparaq ayağa qalxdı Anar əsəbdən partlamaqdan olan gözlərini ona zillədi.
-Hə, danış yenə görüm! Özünə bəraət qazandır! Nəyi gözləyirsən?! Başla da!!!...
-Anar, əsəblərimi pozma, yoxsa baha oturacaq sənə!!!
-Cəhənnəmə otursun!!! Mənə doğru-düzgün cavab ver!!!...
-Ya Səbr! Anaar!!!...
-Azzar Anar!!! Korsan?! Burdayam da, gözünün qabağındayam da!!!
Anar sözünü bitirməmiş üzünə gələn güclü yumruqdan özünü döşəmədə tapdı.Qanamağa başlayan dodaqlarını silib İlqara baxdı.
-Mən xəbərdarlıq etmişdim sənə, bratik!!!...
-Axı niyəəə?! Niyə mənim qızımı məndən gizlətdin?! Niyəəə?!...
-Səncə?! Mən o qədər satqınam ki,qızının həyatını təhlükəyə atım, hə, Anar?!...
-İlqar,məsələnin nə dəxlisi?!...
İlqar onun süzüb iri addımlarla evdən çıxdı.Anar döşəmədən qalxaraqq masa arxasına keçdi.Dodaqlarıqanamaq idi hələ ki.Noutbukun ekranına əlini uzatdı.Qızına baxdı,sanki onu öz əlləri ilə sığallayırdı.Üz cizgiləri eynən Fəxriyyə, amma gözləri...Gözündən damcılar süzülməyə başlandı...
-Bağışla məni, qızım,bağışla...Mən...
Bu zaman evə ucadan qəhqəhə çəkərək gələn Samirin gülüşü dodaqlarında donub qaldı.Heç nə anlamırdı. Yaxınlaşıb əvvəl Anara,sonra monitora baxdı.
-Anar, nə olub?!-asta və ehtiyatlı səslə soruşdu.
-Qızım...
Anar ruhsuz halla cavablandırması Samiri narahat etməyə başladı...
APREL, 2009-CU İL.BAKI...
Fəxriyyənin sürətlə banka girib heç kimə fikir vermədən pilləkanlarla yuxaraya çıxması hamını şoka düşürtmüşdü.
-Bu xanım-xatının burda nə işi vvar yenə?!-və s.bu tipli kinayəli atmacalar bankı gəzib dolaşmağa başladı.
Fəxriyyə qarşısında Elxanı görüb əsəbiləşdi.Yanından ötüb keçmək istəyəndə Elxan onun qolundan yapışdı.
-Nə var?!-soyuq tonla soruşdu.
-Fəxriyyə, mənimlə belə danışma!-əsəbi xəbərdarlıq etdi.
-Özüm bilərəm kiminlə necə danışacam,-deyib qolunu azad elədi.
Fəxriyyə qapını döymədən içəri girdi.Sənəm yenə buz görkəmi ilə onu qarşıladı.
-Sənin burda nə işin var?!...
-Baho! Bəs sizin burda nə işiniz var əcəba?!..Gedib türmələrdə yatmaq əvəzinə gəlib burda öz işinizi görürsünüz!
-Sənin psixologiyan həqiqətən pozulub, çox deyirdilər, inanmırdım, keçib gedər deyirdim, amma...
-Amma nə?!-səsini qədərindən artıq qaldırdı.
Bir az yaxına gəlib əlləri ilə masaya dayaq verdi.Sənəmin üzünə kinayə ilə baxb soruşdu:
-Heçmi vicdan əzabı çəkmədiniz?!...
Sənəm heç anlamırdı ki, Fəxriyyə onun qarşısına sənədlər atdı.
-Budur sizin vicdanınız?!...Amandır mənə dərs öyrədəsiniz!...
Sənəm sənədlərə göz gəzdirirdi ki, birdən heykələ çevrildi.
-Sən...
-Mən nə, Sənəm xanım, mən nə?!...Anar vardı ha, o sizin bacınız oğludur!...
Sənəm qalxıb pəncərəyə yaxınlaşdı.Sənədlər hələ də əlində yapışıb qalmışdı.
-Sənin heç nədən xəbərin yoxdur,-deyib hər şeyi danışmağa başladı...
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 640
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri