Yolumuzdakı maneə (hekayə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 752
Səs ver:
(səs: 1)
Qədim zamanlarda bir kral, saraya gələn yolun üzərinə böyük bir qaya qoydurmuş, özü də pəncərəyə oturmuşdu. Baxaq nələr olacaqdı?.

Ölkənin ən zəngin tacirləri, ən güclü karvançıları, saray vəzifəliləri bir-bir gəldilər, səhərdən günortaya qədər. Hamısı qayanın ətrafından keçib saraya girdilər. Bir çoxu kralı yüksək səslə tənqid də etdilər. Xalqından bu qədər vergi alır, amma yolları təmiz tuta bilmir deyə.... Sonunda bir kəndli çıxıb gəldi. Saraya meyvə və tərəvəz gətirirdi. Kürəyindəkini yerə endirdi, iki əli ilə qayaya sarıldı və möhkəmcə itələməyə başladı. Sonunda qan tər içində qaldı amma, qayanı da yolun kənarına çəkdi. Tam çuvalını yenidən kürəyinə almaq üzrə idi ki, qayanın köhnə yerində bir kisənin dayandığını gördü. Açdı.. Kisə qızıl dolu idi. Bir də kralın qeydi vardı içində .. "Bu qızıllar qayanı yoldan çəkən adama aiddir" deyirdi kral. Kəndli, bu gün bir çoxumuzun fərqində olmadığı bir dərs almışdı. "Hər maneə, həyat şərtlərinizi daha yaxşılaşdıracaq bir fürsətdir ..."
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 752
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri