İndi
6 ay sonra o oğlan gülümsəyərək Bənövşəyə baxırdı...yenə... Bilmirdi
buna sevinsin, ya əsəbləşsin. Tək bildiyi 6 ay boyunca hər gün o Böyük
çinarın yanından keçərkən ümidlə ona gülümsəyərək baxan oğlanı görmək
istədiyi idi. Donub qalmışdı nə edəcəyini bilmədən, lakin uzun müddət
oğlana baxdığını anlayıb utancdan qızardı. Başını aşağı salıb
sakitcə
yoluna dəvam etdi. Asta-asta addımlarkən, səbəbini bilməsə də, oğlanın
onu dayandırmasını arzulayırdı. Öz-özünə: "ALLAHım onu birdə görə
biləcəm? Nolar dayandırsın, ya da yox heç nə deməsin. Of! Nə olub mənə
belə?"-deyə pıçıldarkən arxadan gələn səsdən donub qaldı...
...arxadan
gələn səsdən donub qaldı. Kimsə 5-6 addım arxasında dayanıb gülürdü.
Bənövşə bu gülüşü tanıyıb əsəbiliklə geriyə çevrildikdə, gözlədiyi kimi
həmin oğlanın ona baxıb güldüyünü gördü. Qəzəblə nəsə demək istəsədə
özünü saxlayıb, başını aşağı saldı. Qarşısındaki oğlan Bənövşənin
esebleşdiyini anlamış kimi susdu. Bir addım ona yaxınlaşıb dedi:
-Öz-özünə nə danışırsan balaca?
Bənövşə oğlanın onun dediklərinin hamısını eşitdiyini düşünüb qızardı. Bir anlıq nə deyəcəyini bilmədi...
Murad
qarşısındaki qızın qızardığını görüb gülümsədi. "Eh balaca, utananda
daha gəşəng olursan. Kim olduğunu bilsəm bircə, bir ömür mənim
olacaqsan"-deyə düşünüb, soruşdu:
-Adın nədi balaca?
Qız başını qaldırıb qəzəblə ona baxaraq:
-Mən balaca deyiləm! Adımdan sənə nə?-deyib geriyə çevrilib, az qala qaçaraq getdi.
Murad
bir anlıq donub qaldı. Sonra özünə gəlib iti addımlarla qızın
arxasıyca getdi. Amma o qız çoxdan ağacların arasında itmişdi. Durmadan
ora-bura qaçıb qızı tapmağa çalışırdı, sonunda yorulub
...arxadan
gələn səsdən donub qaldı. Kimsə 5-6 addım arxasında dayanıb gülürdü.
Bənövşə bu gülüşü tanıyıb əsəbiliklə geriyə çevrildikdə, gözlədiyi kimi
həmin oğlanın ona baxıb güldüyünü gördü. Qəzəblə nəsə demək istəsədə
özünü saxlayıb, başını aşağı saldı. Qarşısındaki oğlan Bənövşənin
esebleşdiyini anlamış kimi susdu. Bir addım ona yaxınlaşıb dedi:
-Öz-özünə nə danışırsan balaca?
Bənövşə oğlanın onun dediklərinin hamısını eşitdiyini düşünüb qızardı. Bir anlıq nə deyəcəyini bilmədi...
Murad
qarşısındaki qızın qızardığını görüb gülümsədi. "Eh balaca, utananda
daha gəşəng olursan. Kim olduğunu bilsəm bircə, bir ömür mənim
olacaqsan"-deyə düşünüb, soruşdu:
-Adın nədi balaca?
Qız başını qaldırıb qəzəblə ona baxaraq:
-Mən balaca deyiləm! Adımdan sənə nə?-deyib geriyə çevrilib, az qala qaçaraq getdi.
Murad
bir anlıq donub qaldı. Sonra özünə gəlib iti addımlarla qızın
arxasıyca getdi. Amma o qız çoxdan ağacların arasında itmişdi. Durmadan
ora-bura qaçıb qızı tapmağa çalışırdı, sonunda yorulub
təngnəfəs halda bir ağaca söykəndi. Özüdə hiss etmədən gülümsəyib pıçıldadı:
-Eybi yox balaca...balacam. Tapacam səni mütləq...
Bənövşə
ondan qaçdıqdan sonra, bir bağın çəpərinin arxasında gizləndi.
Bayaqdan oğlanın ora-bura qaçıb onu axtarmasını için-için gülərək seyr
edirdi. Sonunda onun yorulub ağaca söykəndiyini görüb, astaca ayağa
qalxıb bağ arası çığırla məktəbə tərəf getdi.(müəllif Cəmilə Məmmədli)
Üzündə səbəbini bilmədiyi bir təbəssüm vardı...
Məktəbdə
axrıncı dərs idi. Bənövşə həmişəki yerində-sonuncu partada oturub
müəllimənin dediklərinə qulaq asmağa çalışırdı. Amma nə qədər diqqətini
toplamağa çalışsada, o oğlan ağlından çıxmırdı. Fikrini dağıtmaq üçün
yanındaki pəncərədən çölə baxmağa başlayanda, gördüyü mənzərədən
təəccübləndi. Üzünü tez çevirib öz-özünə pıçıldadı:
-Yox... Bu ola bilməz.
Əmin
olmaq üçün birdə baxdı, bu "o" idi. Məktəbin həyətində qoca Zahid
müəllimlə söhbət edirdi. "ALLAHım birdən o məni soruşsa? Bu atamın
qulağına getsə? Mən
neynəyərəm onda, atam məni öldürər..."-bu düşüncələrdən dəhşətə gəlib, əliylə üzünü tutdu. Qorxu və həyacandan titrəyirdi...
Murad
bütün günü o qızı fikirləşmişdi. Cəmi iki dəfə gördüyü qız, onu öz
ürkək bağışları ilə ovsunlamışdı sanki. Bakıda olarkən həyatında qızlar
olmuşdu, lakin heç birinə bağlanmamışdı. Onun üçün tək doğru, anasının
uyğun gördüyü qızla evlənmək idi, amma bu qız onun bütün doğrularını
yıxmışdı.
Bu
kimi düşüncələrlə nə edəcəyini bilmədən saatlarca dolandı bağları.
Birdən ağlına gələn fikirlə, əlini əsəbiliklə alnına vurub pıçıldadı:
-Maymaq!
O qız əlində kitablarla, səhərin bu vaxtı hara gedə bilər? Əlbətdə
məktəbə! Görəsən neçənci sinifdə oxuyur? Hmm...özü cılız görünsədə,
böyük qızdı. 11-də oxuyur yəqin-deyib, gülümsəyərək heç də uzaq olmayan
məktəbə tərəf qaçmağa başladı.
İndi də məktəbin həyətində rastlaşdığı, onu sorğuya çəkən Zahid müəllimdən nəsə öyrənməyə çalışırdı:
-Oğlum səndə bu məktəbdə oxuyursan?
Murad qocanın bu sualından təəccüblənib diqqətlə ona baxmağa başladı.
Əslində
boşa təəccüblənmirdi, 22yaşlı, boylu-buxunlu oğlanın orta məktəbdə
oxuduğunu zənn etmək gülünc və absurd idi. Amma Murad Zahid müəllimin
qalın eynəklərindən o qədərdə yaxşı görmədiyini anlayıb gülümsəyərək,
çiynini çəkib:
-Yox
müəllim, mən bir qızı...-deyib dayandı. "Of, mən o qızı necə soruşum
axı? Nə deyəcəm? Müəllim yolda bir məktəbli qız görüb bəyənmişəm,
bilmirsiz o kimdi?-desəm yaşına baxmadan kəndin o başına kimi qovalıyar
məni"-deyə düşünüb çarəsizcə yerə baxmağa başladı, lakin Zahid müəllim
yenə onu şoka salmağı bacarmışdı:
-Həə... Başa düşdüm, qızını məktəbə qoymaq istəyirsən.
Murad
təəccübdən geniş açılmış gözlərini müəllimə dikərək gülməyini güclə
saxladı. "Nə?! Bayaq şagird idim, indi uşaq atası oldum? Bizim kəndə
təzə müəllimlər lazımdı mütləq"-dəyə düşünüb gülümsəyərək başını
yellədi:
-Yox
müəllim, mən xalamqızını aparmağa gəlmişəm. Burda, 11-ci sinifdə
oxuyur-deyib tapdığı bəhanədən razı qalıb gülümsəyirdiki, bu sevinci
çox çəkmədi:
-Helə? Lap yaxşı, mən də 11-cilərə dərs
deyirəm. Adı nədi?
Murad nə deyəcəyini bilmədən əsəbiliklə ətrafa baxmağa başladı. Sonunda özünü toplayıb, güclə eşidiləcək tərzdə:
-Adı...adı yadımdan çıxdı-deyib utanaraq başını aşağı saldı.
Zahid müəllim əlini Muradın çiyninə qoyub:
-Olan şeydi bala, mənimdə başıma çox gəlib-deyib, gülümsəyərək sözünə dəvam etdi:
-11-də
3 qız oxuyur cəmi. Nəzakət, Dilbər, birdə...adı nəydi o qızın...biz
Susqun deyirik. Da hansı sənin "xalan qızı"dı özün taparsan-deyib
mənalı-mənalı gülümsəyib ondan aralandı.
Murad təəccüblə saçını qarışdırıb, pıçıldadı:
-İndi bu müəllim hər şeyi başa düşdü, ya başa düşmədi? Of, məktəbdə oxuyanda da müəllimləri anlamırdım, indi də anlamıram...
Bənövşə
5 dəqiqədən bir pencərədən həyətə baxırdı.(müəllif: Cəmilə Məmmədli)
Hər dəfəsində oğlanı orda gördükcə həyacanı, qorxusu daha da artırdı.
Elə bu vaxt müəllimə onu çağırdı:
-Nəcəfova, qalx ayağa!
Onsuzda yetərincə gərgin vəziyyətdə olan Bənövşə, titrəyərək ayağa qalxdı.
-Nəcəfova fikrin hardadır sənin? Heç qulaq asırsan mənə?
-Bə...bəli müəllimə...
-Onda de görüm, mən axrıncı dəfə nə dedim?
Bənövşə diqqəti hələ də, o oğlanda olduğundan çaşqınlıqla:
-'Mən
axrıncı dəfə nə dedim' dediniz müəllimə.-deyib, elə həmin an da nə
dediyini anlayıb, utancından qızardı. Müəllimə qəzəblə Bənövşəyə baxıb
qışqırdı:
-Məzələnirsən mənimlə?!
-Yo...xeyr müəllimə. Bilmədən elə dedim, üzr istəyirəm.
-Otur yerinə Nəcəfova! Səndən tərbiyə gözləmirəm, atanın qızısan.
Bənövşə müəllimənin son sözlərindən sarsılaraq yerinə oturdu. Gözlərindən səssizcə yaş süzülürdü...
Əslində
atasının hərəkətlərindən özüdə çox utanırdı. Atasına görə onsuzda
susqun olan Bənövşəni məktəbdə heç kəs danışdırmazdı. Ara qarışdırmaqla,
yalançılıqla, iki üzlülüyü ilə məhşur idi atası bu kənddə. Amma öz
atasını Bənövşə seçmişdiki? Təəssüf...bu dünyada heyvanlara cinsinə,
insanlara nəslinə görə qiymət verirlər. Bəs fərqimiz nə olur?
Bənövşə dərs bitsədə, hələ də pencərədən baxıb, o oğlanın getməsini gözləyir. Əslində oğlanla yenə
danışmaq
istəsədə, bunun düzgün hərəkət olmayacağını anladığından sakitcə
gözləyirdi. Sonunda oğlan getdi, Bənövşə ürkək addımlarla məktəbdən
çıxıb evinə tərəf getdi. Düzgün hərəkət etdiyinə sevinsədə, ürəyində
azda olsa peşmanlıq vardı. Biraz gec çıxdığı üçün qaçaraq eve getdi.
Qapılarının ağzına çatdıqda bir anlıq dayandı. Ürkək halda qapını açıb
içəri keçdikdə üzünə bərk bir sillə dəydi.
Atası:
-Hardasan
ay namussuz?! İndi də məktəb adıynan çıxıb, gədə-güdəylə görüşürsən?!
Hamı çoxdan gəlib o xarabadan, sen hardaydın?!...-deyib, suallarına
cavab gözləmdən, vəhşicə döyürdü Bənövşəni...