Susqun (Bölüm 6)

Müəllif: Narın Yağış
Şərhlər:
Baxılıb: 1841
Paylaş:
Səs ver:
(səs: 3)
BİR HƏFTƏ SONRA:

Artıq toy çoxdan başlamış və az qala bitmək üzərə idi. Muradın ona aldığı gəlinlik, toy, təbriklər, ona xoşbəxtlik arzulayan insanlar...bütün bunlar Bənövşəyə bir yuxu, xəyal kimi gəlirdi. Ağ gəlinliyində evdən çıxarkən, son dəfə baxmışdı uşaqlığının keçdiyi evə. Olduqca kasıb, köhnə görünən o evdə ancaq pis xatirələri vardı. Göz yaşları, atasının heç bitməyən qəzəbi, anasının qəmgin baxışları... Ürəyinin dərinliyində bu evdən sonsuzadək çıxacağına sevinsə də, xəstə anasının "ata" deməyə utandığı adamla tək qoymaq istəmirdi. Bu evdən yox, anasından ayrıldığı üçün gözündən bir damla yaş axıtmışdı. Bu son ağlayışı olacaqdı. Muradın onu əsla ağlatmayacağına elə inanırdıki... Bəlkə də həyatdaki ən böyük səhvimiz inanmaqdı...

Yeni evinə addım atdığı ilk anda, qaynanası üzünə zorla yerləşdirdiyi süni gülümsəməsiylə ona yaxınlaşmışdı. Gəlinini onu incidəcək dərəcədə bərk qucaqlayıb, qulağına pıçıldadı:
- Narahat olma gəlin, atan evi üçün çox darıxmayacaqsan...

1 AY SONRA:
Bu bir ay ərzində Alagöz xanım Muradın beyninə asta-asta zəhərini yeridirdi... Evdə çox şey itməyə başlamışdı. Kiçik, dəyərsiz əşyalar, Firuzənin paltarları...amma nədənsə bunların hamısı tapılırdı- Muradla Bənövşənin otağında. Alagöz xanımın bütün cəhdlərinə baxmayaraq yeni evlilər xoşbəxt idilər...hələki.

Murad:
-Firuzə tez gəl. Mən işə gecikirəm. Səni texnikuma qoyub, getməliyəm- deyib,
həyətdə maşının yanında var-gəl edirdi.
Firuzə çantasına dəftərlərıni qoyub, qışqırdı:
-Gəlirəm qaqa.
Alagöz xanım övladlarının bu şirin təlaşına gülümsəyərək baxırdıki, gəlinin otaqdan çıxdığını görüb üz-gözünü əsəbiliklə qırışdırdı. Birdən diqqətini gəlinin olduqca halsız və ürəyi bulanırmış kimi görünməsi çəkdi. Ağlına gəlmiş fikirlə, öz-özünə qəzəblə:
-Yox, bircə bu çatmırdı. Bunun əncamına mütləq baxmalıyam.- deyib cəld Firuzənin otağına getdi. Qızının əlindən dəftərini zorla alıb, masanın üzərindəki qələmi götürüb nəsə yazmağa başladı. Yazdığı vərəqi cırıb, qızına uzadıb dedi:
-Burda yazan dərmanı bu gün mütləq alırsan!
Firuzə vecsizcə çiynini çəkib:
-Yaxşı, amma pulunu səndən alacam-deyib gülümsəyərək vərəqi anasından aldı.

Alagöz xanım səhərdən bəri qızını səbirsizliklə gözləyirdi. Sonunda Firuzə gəlib, əlindəki paketi anasına uzadıb dedi:
-Ana bu...bu dərman bilirsən nədir?
-Bilirəm qızım.
Firuzə qorxmuş halda anasına baxdı...

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 1841
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv