Pul, yoxsa zaman

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 562
Səs ver:
(səs: 2)
Zəngin bir insan milyon dollarla ölçülən sərvət yığır. Həmən şəxs qərara gəlir ki, artıq özünə bir illik istirahət götürüb dəbdəbə içində yaşayacaq. Lakin o, bu qərarı qəbul etdiyi gün ona ölüm mələyi nazil olur. Çox yaxşı ticarətçi olduğu üçün həmən şəxs istədiyi yolla mələkdən bir az belə olsa vaxt almağa qərar verir:

— Mənə yaşamaq üçün üç gün daha ver, bunun əvəzində sərvətimin üçdə bir hissəsini götürə bilərsən.

Lakin mələk razılaşmır.

— Yaxşı, iki...yox...üç milyon! Mənə heç olmasa bir gün ver. Mən yalnız sərvət yığmaqla məşğul olduğum üçün nə həyatdan zövq ala bilmişəm, nə də ailəmə lazımi diqqət göstərə bilmişəm.

Mələk yenə də razılaşmır. O zaman zəngin şəxs başlayır mələyə yalvarmağa ki, ona bir dəqiqə vaxt versin. Çünki həmin insan öz oğluna vida məktubu yazmaq istəyirdi. Mələk razılaşır.
Vida məkrubunda bu sözləri yazır: "Öz vaxtının dəyərini bil! Sahib olduğum bütün sərvətlərə mən bir saat belə olsa ala bilmədim."
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 2 562
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri