Susqun (Bölüm 14)

Müəllif: Narın Yağış
Şərhlər: 7
Baxılıb: 4 440
Səs ver:
(səs: 3)
Murad öz yatağına uzanıb fikrə getmişdi. Bu 4 il ərzindən anası nə qədər onu bacısı qızı ilə evləndirmək istəsədə, hər dəfəsində cavabı sərt baxışları ilə vermişdi. Onsuzda qapalı və ciddi xarakteri olan Murad, daha da qaşqabaqlı olmuşdu. Hər şeyi anladığı üçün anasıyla mecbur olmadıqca danışmırdı. Əgər bacısı olmasaydı, evə heç gəlməz, şəhərdə işinə yaxın ev tutub yaşayardı. O bu fikirlər içində boğularkən, birdən otağın qapısı açıldı. Alagöz xanım içəri girdikdə düz qarşısındakı yataqda uzanan oğlunu gülümsəyərək seyr etdi. Gözünü yumub, özünü yatmış kimi göstərdiyini bilirdi. Uşaqlıqdan belə idi, nə vaxt anasına hirslənsə otağına girib özünü yatmışdığa vurardı. Amma oğlunun bu küslüyü çox çəkmişdi-4 il. Ana qəlbi bu küslüyə dözmürdü. Amma yenə də öz xasiyyətindən əl çəkə bilmirdi. Gülərək oğluna yaxınlaşıb dedi:
-Ay mənim balam, güya yatmısanda. Heç böyüməyəsənda sən.
Murad başqa çərəsi olmadığın anlayıb, gözünü açıb vecsizcə anasına baxıb dedi:
-Nə istəyirsən ana?
Alagöz xanım oğlunun bu soyuqluğundan tutulsada, üzə vurmayıb yenə gülə-gülə dedi:
-Nəsə istəməliyəm? Öz oğlumu görmək, danışmaq istəyə bilmərəm?
-Nəysə yatmaq istəyirəm.
-Dur oğlum, nə yatmaq? Qardaşına tapdığım qıza baxmağa getməliyik.
Murad vecsizcə çiynini çəkib dedi:
-Siz gedinda. Mənlik nə iş var? Həm bilirsənki mən o qədər balaca qız almağınıza razı deyiləm. Qardaşımın az yaşı yoxdu.
-Elə demə, kişi gərək arvaddan böyük olsun.
-20 yaş böyük?
-Sən bilməzsən. Həm oğlum deyirlər məktəbə təzə müəllimə gəlib. 21yaşlı, ali-təhsilli, gözəl-göyçək qızdı. Biz gəlinimizə baxarıq, səndə ona baxarsan. Bəyənsən...
Murad:
-Bəyənsəm, evlənsəm bu səfər oğru yox, qatıl çıxar məndəki bu bəxt var-deyib kinayə ilə gülümsədi.
Alagöz xanım zorla gülümsəyib:
-Bir gün məni başa düşüb, haqq verəsən. Mən hər şeyi sizin xoşbəxtliyiniz üçün edirəm. Nəysə, hazırlaş bizi sən aparasan-deyib otaqdan çıxdı.

Artıq məktəbdə idilər. Neçə illərdi Rusiyada yaşayan qardaşı, qayıtdığı heç bir ay olmamış evlənmək xəyalına düşmüşdü.
Anasıda kəndəki hörmətli bir ailənin qızını bəyənmişdi oğluna. İndi anası onlara məktəbin həyətində dostları ilə oynayan bir qızı göstərdikdə Murad təəccüblənmişdi. Onu şoka salan isə qardaşının bu 14 yaşlı "qız"ı bəyənməsi idi. Əlləri ilə başını tutub düşündü: "indi hansı zəmanədir ay ALLAH. 14 yaşlı uşağa necə qız gözü ilə baxmaq olar axı. Bu necə iyrənclikdi..."
Bu mənzərəyə dözməyib getmək istəyirdiki, anası qolundan yapışıb:
-Oğlum gəl mənimlə, gedək müəllimlərlə danışaq. İncitməsinlər gəlinimizi-deyib özüylə çəkməyə başladı. Bu Muradın ürəyincə olmasada, qolunu anasından qurtarıb məcburən arxasıyca getdi. Məktəbə girib, qarşılarına çıxan ilk sinifə daxil olduqda gənc bir müəllimənin arxası onlara çevrili halda jurnalı vərəqlədiyini gördülər. Üzünü görməsədə, bu qızın açıq saxlanılmış düz, uzun saçları valeh etmişdi Muradı. Uzun müddət o gözəl saçlara baxmaq istəyərdi, lakin anası bu qızın yeni müəllimə olduğunu anlayıb, fursətdən istifadə edərək
oğlu ilə tanış etmək üçün diqqətini çəkməyə çalışdı:
-Salam qızım...
Gənc qız bəlkədə gözləmədiyindən bu səsə yüngülcə diksinib çevrildi.
Murad qızın çevrilməsinə sevinib, onu süzməyə başladı. Gözü gözlərinə sataşdıqda bir kabus görmüş kimi diksinib bir addım geri çəkildi. Təəccüb qarışıq həyacanla pıçıldadı:
-Bənövşə...
Alagöz xanım oğlunun bu adı çəkməsinə qəzəblənsədə, hər zamanki süni gülüşlərindən istifadə edib dedi:
-Bağışla qızım, səni uzaq bir qohumumuza oxşatdı yəqin. Sənin adın nədi?...

1həftə əvvəl Yasəmənin verdiyi suala "hə" cavabı vermişdi Bənövşə. Xalasının səyi nəticəsində təyinatı doğma kəndinə çıxmışdı və bu gün onun ilk iş günü idi. 5 dəqiqə əvvəl Alagöz xanımın səsindən onu tanıdığına görə diksinmişdi. Elə indi də Muradı və Alagöz xanımı qarşısında görüb, həyacandan titrəməyini güclə saxlayırdı. Əslində Alagöz xanımın onu tanımamasına təəccüblənmirdi. Son 4 ildə çox dəyişilmişdi, daha doğrusu böyümüşdü. Uşaq ikən, qadın olmuşdu artıq.
İndi də Alagöz xanımın alacağı üz ifadəsin düşünüb gülümsəyərək dedi:
-Salam. Adım Bənövşədir. Belə tez unuduldum Alagöz xanım?
Alagöz xanım eşitdiklərinə inanmırmış kimi Bənövşəyə baxmağa başladı. Çox dəyişilmişdi. Əvvəlki kənd qızı geyimi əvəzinə bahalı və səliqəli görünən kastyum, uşaq üzü əvəzinə baxımlı olduğu bilinən qadın gözəlliyi və ən asası ürkəkcəsinə baxan gözlər əvəzinə insanın içini dələn cəsur baxışlar. Alagöz xanımın içinə səbəbini bilmədiyi qorxu doldu. Artıq onun 4 il əvvəl rahatlıqla əzdiyi Bənövşə olmadığını anlayırdı. Lakin öz hökmünü yerə qoymayıb, az qala qışqıraraq dedi:
-Sənin burda nə işin var?!
Bənövşə kinayə ilə gülümsəyib, bir addım qabağa gəlib barmağını yuxarı qaldırıb "sus" işarəsi göstərək pıçıldadı:
-Sakit Alagöz xanım. Məktəbdəki uşaqları qorxudacaqsız.-deyib düşündü "artıq qışqıraraq ancaq balaca uşaqları qorxuda bilərsiz"
Alagöz xanım sanki Bənövşənin düşündüklərini anlamış kimi qəzəbdən əsməyə
başladı. "Səni bura gəldiyinə peşman edəcəm"-deyə düşünüb:
-Demək yeni müəllim sənsən. O boyda nazirlikdə oturanlar, niyə fikir vermirlərki müəllim diplomu verdikləri adam hansı yuvanın quşudu. Eybi yox, mən bunun çarəsinə baxaram-deyib təhdidkar baxışlarla Bənövşəyə baxıb sinifdən çıxdı.

Murad bayaqdan ustalıqla gizlətdiyi həyacanla Bənövşəyə baxırdı. Öz ürkək Bənövşəsinə vurulsada, indiki Bənövşənin cəsurca hərəkətləridə xoşuna gəlirdi. Anasının getməsindən istifadə edib, ona bir addım daha yaxınlaşıb gözlərinə baxaraq dedi:
-Səni görməyimə sevindim balaca.
"balaca" sözü Bənövşənin qəlbini titrətsədə, özünü o yerə qoymayıb süni qəzəblə dedi:
-Mən də gəlməyimə sevindim. Mən artıq balaca deyiləm, yetkin bir insanam.
Sanki dediklərini isbat etmək istəyirmiş kimi ayaqlarının ucuna qalxmağa çalışması, Muradı son 4 ildə ilk dəfə gülümsətmişdi. Onun bu uşaqlığı, hər zaman ciddi olan Muradın həyatına nəşə qatan tək şey idi sanki. Murad bunu anlamış kimi Bənövşəyə əlini uzatsa çatacaq qədər yaxınlaşıb dedi:
-Darıxmışdım sənin üçün balacam...
Ürəyindən onun olan qadını bağrına basıb, birdə buraxmamaq keçirdi...
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 4 440
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri