Zamanın ayıra bilmədiyi insanlar (1-ci bölüm)

Müəllif: Narın Yağış
Şərhlər: 7
Baxılıb: 4 537
Səs ver:
(səs: 1)
Səhər 08:00-da saatın zənginə oyandım.Bu gün yaman halsız idim.Yataqdan qalxıb pəncərəyə yaxınlaşdım. Havanın neçə olduğunu bilmək istədim.Hava çiskinli , dumanlı,biraz küləkli payız havası idi.Paltarlarımı geyinib,əl-üzümü yuyub mətbəxə keçdim.Özümə çay töküb içdim.
Adım Muraddır.23 yaşım var. Universitetdə oxuyuram, sonuncu kursunda idim.Pilot olacaqdım.173 boylarında,qara saclı,normal cəkiyə sahib cavan oğlanam.Mən tək yaşayırdım.Atamı düz 9 il bundan qabaq itirmişdik.Ağır xəstəlikdən vəfat etmişdi.Biz 2 qardaşıq.Anam qardaşımla birgə yaşayırdı.Məndə hər gün gedib onlara baş çəkirdim.
Evim bütün təyyarə şəkilləri ilə dolu idi.Anam buna çox əsəbləşirdi.Bir çox səbəblərdən mən onlarla qalmırdım.Bu o demək deyil ki,men qardaşımla ,anamla yola getmirem.Yox sadece menim universitetime yaxin olmadiqlari üçün mən özümə ev tapmışdım,hemin evi almağa da qardaşım mənə kömək etmişdi.Anam demək olar ki hər gün gəlib mənimlə maraqlanırdı.Hava limaninda işə başlayacaqdım.Bu mənim ikinci uğurum idi.İlk uğurum universitetə ,istədiyimi fakültəyə daxil olmaq idi.Onu yerine yetirmişdim.Artiq yavaş-yavaş ikinci arzum reallaşacaqdı.Ailəm mənim bu uğurlarıma cox sevinirdi.Atam öləndən sonra mənə atalıq edən qardaşım olmuşdu.Mənim üzərimdə onun  böyük əməyi vardı.Anamdan sonra ən böyük dayağım qardaşım Fərid idi.
Anama qaldiqda isə mən hələdə arzularıma çatmamışdım.O bunu mənim ailə qurmağıma görə deyirdi.Hələ universiteti bitirməmişdim amma indidən mənim üçün qız axtarırdı.Toya ,şənliyə gedəndə gözü mənə uyğun qız axtarardı.Qardaşım Fərid üçün də qızı o tapmışdı.Sonradan qardasımda gorub beyenmişdi öz həyat yoldaşını.Ancaq mən bununla razı olmurdum.Öz gələcək həyat yoldaşımı özüm seçmək istiyirdim.Düzdü hələ belə bir fikrim yoxdu amma ailə qurası olsam seçimi özüm etməliydim.Anam qardaşıma elədiyi kimi mənə çox mecbur edə bilmirdi bilirdiki gələck sevgilimi özüm seçəcəm.
Mənimsə həyatımda çox sevgilərim olmuşdu.Sevginin nə demək olduğunu bilmədiyim balaca yaşımdan  sevməyə başlamışam.Düzdü bunlar uşaq sevgisi olub.Hesab edirəmki insan bir neçə böyük sevgi yaşaya bilər.Ancaq mənim ömrümdə 2 böyük sevgim olub.Yalan deyirlərki insan yalniz bir dəfə sevir.Düzdür yaşadığın ilk sevginin yerini,sonradan yaşananlar vermir.Amma hər sevginin insan həyatında öz yeri olur.Sevgi yaşamağın yeganə və sonuncu  şansıdır.İnsan sevgi ilə yaşamalıdır.Sevgisiz keçən illər havayı xərclənən illərdir.Mənsə bu illəri sevgisiz keçirmək istəmirdim.
Evdən tez tələsik çıxdım.Bugun 2 dərsim vardı.Bugunki dərsimizin mövzusu təyyarə mühərrikləri haqqinda idi.Müəllimimiz Rəşad müəllim hər zaman bizə maraqlı məlumatlar verərdi.Birdən qapı döyüldü.Rəşad müəllim sözünü saxlayıb mülayim bir səslə girin dedi.Bir qız içəri daxil oldu.Bu mənim qrup yoldaşım ,həmdə keçmiş sevgilim Günay idi.Rəşad müellim -keç qızım- deyib əli ilə boş partalarında birində oturması üçün yer göstərdi və yenidən qaldığı yerdın davam etməyə başladı.O gəlib 2ci partada əyləşdi.Bayaq demişdimki mənim 2 böyük sevgim olub.Onu həqiqətən ciddi fikirlə universitetə gəldiyim ilk gündən görüb bəyənmiş və sevmişdim.Onunla 1 ilə yaxın münasibətdə olduq  amma sonra onun yavaş-yavaş yalanlar danışdığını anladım.Mənimlə 6 aya qıdər sevgili olduğu müddətdə varlı bir oğlanla tanış olmuşdu və həmçinin mənimlədə danışırdı.Mən bunu öyrənəndə çox pis oldum və qisa bir müddətdə ondan ayrildım.O, bunun yalan olduğunu dedi amma mən ona inanmadım,çünki açıq aydin ortada idi.Mənə xəyanət etmişdi.Mənim üçün  həmin vaxtlar sanki zaman durmuşdu bilmirdim neyniyim.Onunla eyni sinifi bölüşmək,hər gün onunla qarşılaşmaq məni dəli eliyirdi.Ona qarşı olan bütün fikirlərimyenidən canlanırdı.Çətində olsa onu unutmuşdum artiq.İndi o həmin oğlandan ayrılmışdı və yenidən mənimlə barışmaq istəyirdi,amma mənim ona qarşı bütün hisslərim ölmüşdü.Bugundə onun sinfə gəlişi məni fikrə apardı.Çox çəkmədi ki zəngin səsi məni ayiltdi.Hamı tənəffüsə çıxdı.Mən dərslərimdə çox yaxşı idim.Bayaqdan fikrə getdiyimdən Rəşad müəllimin son dediklərini qeyd edə bilməmişdim.Ona görədə qabaq partada oturan Gülnarı çağırıb ondan son qeyd elədiklərini aldım və öz dəftərimdə qeydlər aparmağa başladım.Elə bu zaman Günay yanima yaxınlaşdı.Mən onu görəndə çox əsəbləşdim.Günay başını aşağı salaraq üzümədə belə baxmadan dedi:-salam murad olar yanında oturum?
 
 
Muellif Feris
 
Ardı var
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 537
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri