Susqun (Bölüm 15-16)

Müəllif: Narın Yağış
Şərhlər: 5
Baxılıb: 7 101
Səs ver:
(səs: 2)
Darıxmışdım sənin üçün balacam.

Bənövşə ürəyini titrədən bu sözlərinin sehrinə qapılıb Muradın gözlərinə baxırdı. Aralarında onsuzda az olan məsafə getdikcə qısalırdı. Kənardan baxdıqda hündürboy, bədənli Muradla, onun yanında qısa və cılız görünən Bənövşənin arasında neçə illik, bəlkə də əsrlik sevginin, həsrətin olduğu hiss olunurdu...

Murad əlini qaldırıb Bənövşənin onu dəli edən saçlarını sığalmaq istəyirdiki, əli havada qaldı. Çünki Bənövşə ani bir hərəkətlə geri çevrilmişdi. Masanın üzərindəki jurnalı götürüb, Murada baxmadan dedi:
-Mən çox məşğulam, belə mənasız söhbətlərə ayıracaq vaxtım yoxdur.
Murad eşitdiklərinə inanmırmış kimi gözlərini Bənövşəyə dikdi. Amma o Murada inadına baxmırdı sanki. Murad ümidini üzüb sinifdən çıxmaq istəyirdiki Bənövşənin son sözləri yenə onu gülümsətdi:
-Həm mən balaca deyiləm.

Murad sinifdən çıxdığı anda Bənövşə əlini tutub, ağrıdan ufuldadı. Bayaq Murada qapılmamaq üçün biraz uzun olan dırnaqlarını ovucuna batırmışdı. İndi də ovcuna baxanda
qanadığını görüb, uşaq kimi çiynini çəkdi. Jurnalıda götürüb dəhlizə çıxanda bir qızın pəncərinin kənarında ağladığını gördü. Ürəyi ağrıdı. O ağlayanda heç kəs onun dərdi ilə maraqlanmazdı, amma o elə olmayacaqdı. Qıza yaxınlaşıb gülümsəyərək soruşdu:
-Niyə ağlayırsan?
Qız başını qaldırıb mehribanlıqla gülümsəyən üz görüb daha da kövrələrək hönkürməyə başladı. Bənövşə bundan heç çəkinmədən qızın qolundan tutub məktəbin həyətinə çıxartdı. Özünün həmişə ağlamaq üçün getdiyi küncə aparıb, quru götüyə oturaraq əmranə bir şəkildə dedi:
-Danış.
Qız gözünü silib danışmağa başladıqda Bənövşə təəccübdən donub qaldı. Qaynanası neçə ildi Rusiyada tüfeyli həyatı keçirən 36 yaşlı oğluna, hələ 1 ay əvvəl 15 yaşı tamam olan bu qızcığazı-Rənanı "almaq" istəyirdi. Həmdə 2 həftə sonra toy olmalı imiş, çünki Muradın qardaşı Ruslan 1 aya Rusiyaya qayıtmalı idi. Rəna bütün bunları danışarkən ata-anasına haqq qazandırırdı. Çünki onun ailəsinin işlətdiyi dükanlar Alagöz xanımın rəhmətə gedən ərinin idi və
Alagöz xanım istəsə 1 günə onları müflis edə bilərdi. (müəllif: Cəmilə Məmmədli) Bənövşə bütün bunları dinlədikcə gülməyini güclə saxlayırdı, çünki butun bunlar ona təzəlikcə baxdığı "O olmasın, bu olsun" filmini xatırladırdı. "Demək hənalı saqqalı olan Məşədi İbad əvəzinə, Alagöz xanım. Yox, mənim kimi bu qızın da həyatını məhv etməyinizə icazə verməyəcəm!"-deyə düşünüb Rənaya baxıb dedi:
-Deməli valideynlərin səni vermək istəmirdi?
-Bəli müəllimə.
-Hmm... Bundan sonra nə sənin dərsin var, nə mənim. Apar məni evinizə.
-Müəllimə axı...
-Qorxma, mən nə etdiyimi bilirəm...

Bənövşə Rənagilin evindən üzündə böyük bir təbəssümlə çıxmışdı. Elə bir plan qurmuşduki həm Rənanın həyatı qurtulacaqdı, həm də Alagöz xanıma böyük zərbə vuracaqdı. Bunun sevinci ilə gedirdiki, birdən bu yolu xatırladı. Qabaqda Böyük Çinar var idi. Özü səbəbini bilmədən ürəyi sürətlə döyünməyə başladı. Başını aşağı salıb çinarın yanından keçmək istəyəndə, köhnəki vərdişlə dönüb baxdı. Yenə "o", yenə eyni
gülümsəmə və yenə eyni qulaqlarını batıran ürək döyüntüsü. Bu hisslərdən qurtulmaq üçün yoluna dəvam etmək istəyirdiki bir səs onu saxladı:
-Bənövşə...
Ayaqları yerə mıxlanmış kimi tərpənə bilmirdi. Nə yola dəvam etməyə taqəti var idi, nə də geriyə çevrilməyə cəsarəti. Murad bunu anlamış kimi ona yaxınlaşıb gözlərinə baxaraq soruşdu:
-Danışa bilərik?
Bənövşənin başını "hə" mənasında yellədiyini görüb, onun qolundan tutub Böyük çinarın altına apardı.
Bənövşə itəatkarlıqla Muradın onu aparmasına icazə verərkən, beynində durmadan özünə bu sözləri deyirdi: "Güclü ol, güclü ol. Təslim olma ona!"
Murad dayanıb Bənövşəni özünə çəkərək gözlərinə baxmağa başladı. Yenə 4 il əvvəlki mənzərə idi. İri Muradın qolları arasında titrəyən cılız Bənövşə. Amma 4 il bundan qabaq onları bağlayan yalnız saf hissləri idi, lakin indi bir-birlərinin çoxdan olmuş iki insan həsrətlə baxırdılar qarşısındakinə. Hələ Murad...çətindir sənin olana bu qədər yaxınkən toxunmamaq. Amma öz güclü iradəsi hesabına özünü toplayıb dedi:
-Dəyişilmisən balaca.
Bənövşə sanki "balaca" sözünə ayılıb, onu özündən itələdi. Uşaq şıltaqlığı ilə ayağını yerə vurub, əsəbiliklə dedi:
-Mən balaca deyiləm!
Murad gulməyini güclə saxlayıb, rişxəndlə dedi:
-Hə, əlbətdə sən balaca deyilsən. Sən böyüksən, lap böyüksən. Az qala div boydasan.
Bənövşə Muradın bu sözlərindən daha da qəzəblənib:
-Div özünsən. Əl çək məndən!-deyib getmək istəyirdiki, ayaqqabısını azca hündür olan dabanı yumşaq torpağa girdi. (müəllif: Cəmilə Məmmədli) Müvazinətini itirib, az qala yıxılanda Murad cəld tərpənib onu belindən tutub özünə çəkdi. Bənövşənin gözlərinə baxıb, pıçıltı ilə:
-Sən balacasan. Mənim balacamsan. Bunu yadından çıxarma.-deyib alnından öpüb arxasını dönüb getdi.
Bənövşə bir müddət tərpənmədən yolun ortasında dayandı. Sonra özünə gəlib asta addımlarla evinə tərəf getdi. Köhnə, kasıb görünüşlü evinə çatdıqda qapının ağzında biraz dayandı. Hələ də ona elə gəlirdiki bu qapıdan keçdikdə, yenə atasının dayanmayan zərbələri və təhqirləri
ilə qarşılaşacaq. Amma bilirdiki bu ev artıq boşdu. Atası o getdikdən 1 il sonra paraleç keçirtmiş və bədəninin yarısı iflic olubmuş. Südabə müəllimə nə qədər onu çağırmaq istəsədə, atası inadkarlığından əl çəkməyib "o pozğun xalasının yanına gedən qız mənə lazım deyil!" deyib icazə vermirmiş. Sonunda baxımsızlıqdan heç 6 ay keçmədən rəhmətə gedibmiş. Bənövşə bütün bunları eşidəndə ağlamışdı. Amma bilmirdi necə də olsa atasının ölməsinə kədərdən ağlayırdı, yoxsa o məcbur olmadan, taleyin ondan əvvəl intiqam almasına sevinib ağlayırdı.
İndi bu düşüncələrdən bezmiş halda başını yelləyib içəri keçdi. Otağına keçib, heç paltarını dəyişməmiş xalasına zəng etdi. 2 həftə sonra edəcəklərini xalasına danışıb, ondan bəzi məsələlərdə kömək istədi. Xalası ona kömək edəcəyinə söz verdikdən sonra rahatlaşıb, sağollaşaraq telefonu söndürdü. Yatağına uzanıb tavana baxaraq edəcəklərini düşündü. Sonunda hiss etdiki nə fikirləşməyə çalışsa, sonu Murada gəlib çıxır. Təəssüflə köks ötürüb,
özünə pıçıldadı:
-İnanmıramki mənim anana etdiklərimdən sonra da mənə "balacam" deyəsən. Amma səni itirməli olsamda bunu etməliyəm, məndən aldıqlarının intiqamını almalıyam-deyib əlini özüdə hiss etmədən qarnına apardı...Susqun Bolum 16
Bir qadının ən güclü olduğu an, özünü ən zəif hiss etdiyi andır...itirəcək heç nəyinin olmadığı andır. Bir qadının əlindən hər şeyini alın və onun intiqamını necə alacağını seyr edin...



Bənövşə səhər tezdən durub məktəbə ge...tmək üçün hazırlaşmağa başladı. Qəribə gəlirdi ona, 4 il əvvəl bir şagird kimi ağlaya-ağlaya getdiyi məktəbə, indi müəllimə kimi gedirdi. Bu fikir onu gülümsətdi. Jurnalı və lazimi dəftərləri iri çantasına qoyub çölə çıxanda, diqqətini qapının ağzında olan alma ağacı çəkdi. Ağacın yuxarı budağında payız alması qızarmışdı. Bir an düşünsədə, uşaq şıltaqlığı ilə çiynini çəkib, çantasını yerə qoydu. Kostyumunun kirlənməməsinə diqqət edərək ağaca çıxmağa çalışırdıki, birdən gülüş səsi onu dayandırdı. Arxaya çevrildikdə Muradın ona baxaraq güldüyünü gördü. Utanc qarışıq qəzəbdən qızarıb dedi:
-Nəyə gülürsən?!
Murad gülümsəyərək:
-Sənə balaca-deyib ona yaxınlaşdı.
-Mən balaca deyiləm!
-Bəs onda uşaqlar kimi alma dərməyə ağaca niyə dırmaşırdın?
Bənövşə bu sualdan
donub qaldı. Nə deyəcəyini bilmədiyindən ağlına gələn ilk bəhanəni dedi:
-Uşaq vaxtı atam qoymayıb ağaca çıxmağa, mən də həvəsimi öldürmək istədim.
Murad Bənövşəyə daha da yaxınlaşıb gözlərinə baxaraq dedi:
-Sən oğlan deyildinki ağaca çıxasan. Qız uşaqları gəlinciklərlə oynayar.
Bənövşənin gözündən kədər kölkəsi keçdi. Az qala pıçıltıyla:
-Mənim heç gəlinciyim olmayıb... Əslində heç bir oyuncağım olmayıb. Balaca olanda mən nə vaxt istəsəm, atam üstümə qışqırardı. Sonra heç özümdə istəmədim-deyib zorla gülümsündü.
Murad eşitdiyi sözlərdən donub qalmışdı. Oyuncaqsız bir uşaqlıq o təsəvvür edə bilmirdi. (müəllif: Cəmilə Məmmədli) O ailəsinin sevimlisi olmuşdu. Bütün uşaqlığı bir dəfə oynayıb kənara atdığı oyuncaqlarla keçmişdi. İndi ürək ağrısı ilə uşaqlığı belə əlindən alınmış qıza baxıb gülümsədi. Əlini uzadıb yanağını sığallayaraq dedi:
-Eybi yox, özün onsuzda gəlinciyə oxşayırsan. Bap-balaca oyuncaq kimisən.
Bənövşənin az qala kədərlə dolan gözləri, bu sözlərdən sonra uşaq şıltaqlığı ilə
parladı. Ayağını zərblə yerə vurub:
-Özünsən oyuncaq! Mən gəlincik-filan deyiləm. Müəlliməyəm və dərsə gecikirəm-deyib qapının ağzındaki çantasını götürüb məktəbə tərəf qaçmağa başladı.
Murad gülümsəyərək Bənövşənin arxasıyca baxıb, ağlına gələn fikirlə sevinclə başını yellədi.

Bənövşə axşam üstü məktəbdən gələndə qapının ağzında böyük bir qutu gördü. Heç nə anlamadan çiynini çəkib, qutunu içəri apardı. Açıb, böyük maraqla içinə baxdıqda cürbəcür oyuncaqlar, gəlinciklər görüb uşaq kimi sevindi. Bütün gecə balaca uşaq kimi oyuncaqlarla oynadı. Bunları Muradın aldığını bilsədə, edəcəklərindən sonra onu əsla bağışlamayacağını bilirdi...

2 HƏFTƏ SONRA:
Bənövşə böyük aynada son dəfə özünə baxıb, üzünə düşən saçlarını kənara itələdi. Bu gün Rənanın toyu idi və bu toya görə bəlkə də heç kim Bənövşədən çox həyacanlanmırdı. Özünü toplayıb, qapının ağzındakı ayaqqabılarını geydi. Evdən çıxıb asta addımlarla toy mağarının qurulduğu yerə-4 il əvvəl gəlin getdiyi həyətə gedirdi. Sonunda çatıb
ürkək nəzərlərlə ətrafa baxdı. Az sonra burda olacaqları yalnız o və Rənanın ailəsi bilirdi. Özünü toplayıb içəri keçdi. Mağarın ağzında Alagöz xanım onu qəzəblə süzsədə, toya gələn adamı qova bilməyəcəyindən heç nə demədi. Bənövşə içəri keçib, qapının ağzındaki masaya oturdu. Az sonra vağzalı sədaları altında Ruslan və duvağının altından belə titrədiyi hiss olunan Rəna girdi. Onlar üçün ayrılmış masalarına keçdikdən sonra, heç 15 dəqiqə keçməmiş 3 polis içəri keçdi. Bayaqdan uğultu bürümüş məclisə qulaqbatıran sakitlik çökdü. Hər kəsin nəzəri polislərə dikildi. Alagöz xanım və Murad polislərə yaxınlaşıb, sakitliklə məclisdən çıxartmaq istəsədə, rütbəli olduğu bilinən polis ötkəm səsi ilə dedi:
-Bu toyun yiyəsi kimdi?
Alagöz xanım qarşısına keçib, hökmlə dedi:
-Mən!
-Onda xanım mənə gəlininizin şəxsiyyət vəsiqəsin göstərə bilərsiz?
Alagöz xanım dili kəkələyərək:
-Nə..nə vəsiqə? İndi vəsiqə vaxtıdı? İmkan verin toyumuzu eliyək.
-Xanım bizə daxil olan şikayətə görə, burda yetkinlik yaşına
çatmamış azyaşlı ilə 36 yaşlı adamın toyudu. Bu düzdü?
-Onlar bir-birlərin seviblər. Bizdə məcbur olub, evləndirmişik.
Polis gülümsəyərək qarşısında bayaq ona xoruzlanan, indisə tir-tir titrəyən qadına baxıb qəzəblə dedi:
-Nə sevgi? Siz bilmirsizki Azərbaycanda yetkinlik yaşına çatmamış qızların evləndirilməsi 'az yaşlıların cinsi istismarı' maddəsi ilə iş düşür? Bizimlə şöbəyə getməlisiz.
Alagöz xanım çıxılmaz vəziyyətdə olduğunu anlayıb, yaltaqlıqla gülümsəyib dedi:
-Rəis nə şöbə? Qoy toy qutarsın, biz öz aramızda razılaşarıq.
-Bağışlayın xanım, əmir böyük yerdəndir. Sizi və oğlunuzu şöbəyə aparmalıyam. Çətinlik çıxarmayın.

Hər kəs təəccübdən donub qalmışdı. Yetkinlik yaşına çatmayanların evləndirilməsinin cinayət olmadığını nəinki heç kəs bilmirdi, hətda bunu normal sayırdı. Kəndin ən hörmətli ailəsinin buna görə tutulduğunu görən bir çox insanın ürəyinə qorxu düşmüşdü, çünki çoxu 15-16 yaşlı
gəlinlərini seçmişdilər.

Muradın etirazlarına baxmadan Alagöz xanımı və oğlunu Ruslanı aparırdılar
 
 
 
 
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 7 101
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri