Zamanın ayıra bilmədiyi insanlar (Bölüm 4)

Müəllif: Narın Yağış
Şərhlər: 4
Baxılıb: 3 734
Səs ver:
(səs: 4)
.İllər keçdikcə sanki qocalırdım və ümidlərimi bir-bir uşaqlıq xatirələrimə verirdim.Ümid kor bir insanaheç bir zaman görmədiyi,görə bilmədiyi göyqurşağının gözəlliyini izah etmək kimi çətin və imkansızdı. Bütün bunaları xatırladıqca həyata nifrət edirdim.Əvvəllər Mİnarənin harda olduğunu bilirdim görə bilməsəmdə ümidlənirdim,həyata daha isti qanlı idim ,amma indi onun harda olduğunu ,neçə olduğunu bilmirəm .Bu aralar özümü həyatın dibində hiss edirdim. Bir vaxtlar sevdiyim insan məni arxadan bicaqlamışdı, mənə xəyanət etmişdi.Ən çox xətrimizə dəyənlər,qəlbimizi qıranlar  ən çox sevdiklrəmizdir.Qəribədir elə deyilmi? Günü- gündən yüksələn və inkişaf edən bu şəhərdə  sanki yerin dibinə düşür və orada gözəgörünməz bir qarışqaya çevrilirdim.Yağış dayanmadan yağırdı və pəncərəyə sıçrayırdı.Mən gedib çarpayıda uzandım və saatıma baxdım.Saat 22:00 idi.Bu vaxta qədər zamanın necə keçdiyini anlamamışdım.Yerimdə uzanıb yağışın səsinə qulaq asa-asa yuxuya getdim.
Səhər ayılanda pəncərəmdən yatağıma düşən günəş şüalarını gördüm.Yağış kəsmişdi.Gah gün çıxır,gah buludlar günəşin qarşısını kəsir,hava qaralırdı.Yağış sakitləşəndən sonra Bakının şıltaq küləkləri əsməyə başlamışdı.Saata baxanda dersə gecikdiyimi gördüm.Tələsik paltarımı geyinib çıxdım.Dərs artıq başlamışdı.Çətinliklədə olsa gəlib çatmışdım universitetə  gəlib çatdım.Gözətçiyə tələbə biletimi göstəribiçəri keçdim.3cü mərtəbəyə qalxdım.Sinif otağımızın qapısının kiçik pəncərəsindən içəri boylandım.Müəllimimiz dərs danışırdı.Qapını döyüb içəri girdim.Müəllimdən icazə alıb yerimə oturdum.Mən həmişə Farizlə otururdum.Onunla sakitcə salamlaşdım.Fariz asta-asta danışaraq dedi-Murad,dünən bilirsən nə olub?
Mən təəccüblü halda - yox, nə olubki?
Biz müəllimin diqqətini öz üzərimizdə hiss eliyib sakit dayandıq.
-Dərs bitsin danışarıq.
25 dəq sonra zeng vuruldu.Biz Farizlə aşağı düşdük.Mən səbrsizlənib dedim-hə danış görüm nə olub dünən.
-Dünən sən bizdən qabaq çıxıb getdin.Mən Nahidlə evə gedəcəkdim.O yuxarıda idi ,Nahidi bilirsən qızlarla söhbəti bitmir.Mən onu aşağıda gözlüyürdüm.Onun gec gəldiyini görüb yuxarı qalxdım.Elə bu vaxt Gülnar yanımdan sürətlə keçdi.Nə olub deyə soruşdum cavab vermədi.Mən yuxarı qalxdım.Sinifmizdən Günayın səsini eşitdim,qapı aralı idi.Yavaşca boylanıb baxdım Günay oturub ağlayırdı və deyirdi ki səni heç kimə vermiyəcəm,sən mənimsən .Arxası mənə tərəf idi deyə məni görmədi.Başa düşə bilmədim,sonra Nahid məni görüb yanıma gəldi və getdik.Amma anlaya bilmədimki,Günay niyə ağlıyır,Gülnar niye elə təlaşla yanımdan elə keçib getdi.Murad ola bilərki onlar Gülnarla dalaşsınlar?
-inanmıram.Yəni Gülnarla niyə dalaşsın?
Elə bu vaxt Orxan onlara yaxınlaşır.O ilk dərsə gəlməmişdi.Dostları ilə salamlaşıb oturur.
-Sən niye ilk dərsə gəlməmişdin?
-Yatıb qalmışdım.
Orxan mənə baxaraq dedi-dünən olanlardan xəbərin var?
-hə Fariz danışdı indi.Sən hardan bilirsən?
-Dünən Gülnarın halı pis idi.Gedib parkda oturub söhbət elədik,niyə belə olduğunu soruşdum.Günayla söhbət elədiklərini dedi.Günay Gülnarin səninlə sevgili olduğunu zənn edib onu hədələyib.Gülnarsa onun belə olmadığını deyib.Sanki Gülnar  sizin aranıza girib sizi ayırıb.
Mən əsəbi şəkildə gülümsəyərək dedim-bu qız ruhi xəstədi.O deyəsən mənə elədiklərini unudub.Mən onunla danışaram- deyib ayağa qalxdım.Uzaqdan Günayın yeməkxanaya gəldiyini gördüm.Yanına yaxınlaşıb qolundan tutdum və dedim-çıx yuxarı söhbətimiz var.
Onunla 3 mərtəbə qalxdiq.Boş sinif tapıb içəri girdik.
Günay- eşidirəm əzizim.
-mənə əzizim demə.Sən nə haqla gedib Gülnarı şantaj edirsən?
-Gəlib çatdırıb sənə o dəqiqə?
Mən qışqıraraq-sözü fırlatma cavab ver .
-o bizim aramiza girib.
-Günay,biz deyilən bir şey yoxdur artıq.Anla artıq.Sən o varlı balası ilə çıxıb getdiyin gün sənə olan sevgim nifrətə çevrildi.Mənim yalanı sevmədiyimi bilə -bilə yalan danışdin.
-Axı mən səni çox sevirəm.
-Məgər mən sevməmişdim? Sənə qarşı hər zaman dürüst olmuşam.saf sevgimi vermişdim sənə sən neylədin dəyərini bilmədin sevgimin.-mən sakitləşib son sözlərimi dedim- bax  sənə deyəcək sözüm yoxdu.sənə axırıncı dəfə xəbərdarlıq edirəm Gülnara birdə yaxın dursan incimə məndən.Yazıq  qızdan uzaq dur.hə birdə gözümə görünmə.bu səninlə son danışığım idi.
Olnalr məni getdikcə çox incidirdi.Universitetdən çıxıb özümü çölə atdım sanki nəfəsim daralmış kimi oldu.Evə gəzərək getmək istədim.İndi hava almağa böyük ehtiyacım var idi.Gəlib bir skamya oturdum.Bəzən fikirləşirəmki,ne çox dəyər vermişəm dəyərsizlərə,sevgimi anlamayan birinə verdim.Sonundada qəlbimi qırdı.Bu qədərmiş.Həyat belə imiş yorulsamda yoluma davam edirəm,ağlasamda məcbur gülürəm.İnanıb ,güvənib sevgimi verdim.Həyatını ,ömrünü verəcəkmiş kimi yalandan sevirəm deyib həyatımıza girən insanlar,elə bizdən bu həyatı ,ömrü oğurlayıb gedirlər.Qəlbi insanın bir dəfə qırıldımı hər şəyə nifrət edir,hər şeyə ehtiyatla yanaşır,dünyası qaralır.Məndə beləydim.
Birdən telefonum zəng  çaldı.Zəng edən anam idi.mən telefona cavab verdim.
-eşidirəm ana.
-Murad,hardasan?
Anamın səsi sevincli gəlirdi,hətta  gülürdü.Mən onun bu sevincini anlaya bilmirdim.Anamın bu sevincli səsini eşidib məndə gülümsəməyə başladım.
-Nə olub Zəhra xanım ? Kefiniz maşallah olsun əladı.
Anam gülərək - evə gəl.sənə deyəcəyim xəbəri eşidəndə səndə mənim kimi belə sevinəcəksən.
Qardaşım Fəridin uşağı yox idi,bir anlıq elə fikirləşdim ki yəqin əmi oluram anam ona görə belə sevinclidir.
-yoxsa əmi oluram?sevincin bundandı?
-yox.inşallah o xəbəridə çatdırarıq sənə,amma indi sən evə gəl.Sənə sürprizim var- deyib telefonu söndürdü.
Mən təəccüblə evə getdim.Qapını gəlinimiz Səbinə açdı.
Gülərək dedi-keç ,xoş gəldin.
-nə olub axı?
-içəri keç bilərsən.
Mən qonaq otağına keçdim və gözlərimə inana bilmədim.Anamın niyə bu qədər sevincli olduğunu indi anlamışdım.Bizə Nəbi dayıgil gəlmişdi.Sədaqət xalada yanında idi.
-Bax sənə dediyim sürprizim bu idi.
Mən təəccüblü halda onlarala salamlaşdım.Yaman dəyişilmişdilər,yaşlanmışdılar.Nəbi dayının saçları ağarmışdı.Üzündə qırışlar əmələ gəlmişdi.Məni bərk-bərk qucaqladı.Mən çox kövrəlmişdim,Nəbi dayınında gözləri dolmuşdu.Sonrada Sədaqət xala ilədə salamlaşdım.
-xoş gəlmisiz.Anamın sevincli olduğunu niyə sevincli olduğunu bildim.çox sevindim sizi görməyimə.bizi necə tapdız?
Nəbi dayı gülərək-Fərid tapıb bizi.əslində təsadüf oldu.
Mən Fəridə baxaraq dedim-doğurdan necə?
-mağazadaydım.tanış bir səs eşitdim.bir dayı mağazanın gözətçisindən ünvan soruşurdu .dönüb baxanda Nəbi dayı olduğunu gördüm və gördüyün kimi onlar bizdədilər.
-həə oğlum belə oldu.
-yaxşı siz nə ünvan axtarırıdız?
- yaxın dostum bu binada satılıq bir ev olduğunu dedi.məndə Sədaqətlə birlikdə gəlib baxmaq istədik.verilən ünvanı tapa bilmədim oan görədə soruşmaq məcburiyyətində qaldım.o vaxtda elə Fərid oğlum gəlib çıxdı.
-lap yaxşı..demək bizə qonşu olacaqsız..
Sədaqət xala gülərək- əgər inşallah alınsa.
-alınar naraht olmuyun -deyə anam sevicnlə cavab verdi.
-Nəbi dayı, siz heç narahat olmuyun biz həll edərik o məsələni , nə lazımdır köməklik göstərərik.
-Həə Nəbi dayı Murad düz deyir,biz qulluğunuzda hazırıq.
-çox sağolun uşaqlar.Allah razı olsun.
Anam hamını çay süfrəsinə çağırdı.Hamı süfrə arxasına keçdi.Mən nədənsə onların yanında qızlarını görə bilmirdim.Anam ürəyimdən xəbər vermiş kimi dedi-bəs qızlar hanı?Aysel,Minarə?
 Sədaqət xala gülümsəyərək dedi- Aysel qızım ailə qurub.bir qızı var.
-aaa lap yaxşı.xoşbəxt olsun.demək nənə- baba olmusuz?
-Hə...çox dəcəldir Allah saxlamış.
-Maşallah.bəs Minarə?o necədi?
-Minarə oxuyur.Mənim xəstəliyimlə əlaqədar o bir il gecikdi qəbul olmaq üçün.3cü kursdadı.
mən qeyri-ixtiyari olaraq- coğrafiyaçı?
Sədaqət xala gülərək-həə regionşünaslıqda.
O da mənim kimi sözünü tutmuşdu.
-indi dərsdədi.birazdan dərsi qutaracaq.Biz hələlik Aysellə qaliriq.Yoldaşı neft daşlarında işləyir.o işdə olanda biz qaliriq onunla ,həmdə ev tapana kimi.Minarədə bacısıgilə gedəcək.
Buna çox sevinirdim,neçə ildir axtardığım uşaqlıq dostumu tapmışdım.Nəbi dayıgil mənim üçün,bizim ailəmiz üçün çox dəyərli idi.Biz Fəridlə Nəbi dayıya həmin evin sahibini tapamağa köməklik etdik.Onlar razılaşdılar.Sabahdan onlar rəsmi şəkildə evi Nəbi dayının adına keçirəcəkdilər evi almışdı.Axşam bunu qeyd etdik.Anamla Səbinə çox gözəl süfrə hazırlamışdılar.
Nəbi dayı- çox sağolun uşaqlar mənə çox kömək etdiz.Tək eləsəydim 3-4 gün çəkərdi bu iş.sağolun.
Fərid- ona sözdü Nəbi dayı siz sağolun borcumuzdu.
elə bu zaman Sədaqət xala əlində telefonla kiminləsə danışaraq içəri girdi və telefonu söndürüb Nəbi dayıya dedi-Minarədi.nigaran qalıb.deyri hardasız?məndə dedim indi atan gəlib səni  aparacaq.demədim burda olduğumuzu qoy sürpriz olsun.
-Hə yaxşı elədin gedim gətirim onu.
-həə oda bura gəlir ünvanı verdim.sən qabağına çıx.
Nəbi dayı getdi.Mən çox həyəcanlı idim.İllərdən sonra mən Minarəni görəcəkdim.Anam hazırladığı dadlı yeməkləri süfrəyə qoyurdu.
Nəbi dayı Minarəni qarşıladı.
-Ata,salam.niyə xəbər vermirsiz?bacımla ürəyimiz partladı gözləməkdən.adam bir xəbər verər.
-narahat olma qızım ,hər şey yaxşıdı.gəl gedək.
-siz evi təmizləmisiz? indi ora toz içindədi.gəlin evə gedək sabah gəlib anamla buranı tər-təmiz edərik.
-yaxşı.
Onlar bloka girdilər.Minarə atasının liftə yaxınlaşdığını görüb  dedi-ata liftə nə ehtiyac var.gəl ayaqla çıxaq.2ci mərtəbəyə birdə liftə çıxacağıq.
atası gülərək-xeyr qızım 2ci mərtəbəyə yox 6ci mərtəbəyə çıxırıq.
Minarə təəccüblənərək deyir-axı anam dedi ki, 2ci mərtəbədədi ev.
-sənə bir sürprizimiz var.
-nə sürpriz?
liftin qapiları 6ci mərtəbədə açıldı.Nəbi dayı qapının zəngini basdı.
-ata ,bura kimin evidir?
Mətbəxdən qaça-qaça qapını açmağa gələn Zəhra xanım sevinclə - gəldilər,gəldilər durun-dedi.
Mənim həyəcanım artmışdı.Bu həyəcanimi görən qardaşım gülümsəyərək əlini çiynimə qoyub-hə gözün aydın-deyibqolumdan tutub qapıya tərəf apardı.Anam qapını açdı.Minarə qarşısındakı qadını görüb təəccübdən nə deyəcəyini bilmədi.bir atasına,bir anama baxdı.anam əllərini açıb -xöş gəlmisən-dedi.
-Zəhra xala?-deyib anami qucaqladı. -bu necə gözəl sürprizdi.
-Gəl qızım keç içəri.xoş gəlmisən.
-Ata bu nə deməkdir?
-bura Zəhra xalagilin evidir.onlar bundan sonra bizim qonşumuzdu.
-Doğurdan?nə yaxşı oldu.
Minarə hamıilə salamlaşdı.Birdən məni görəndə dayandı mənə diqqətlə baxdı.Gözləri yaşla dolmuşdu.Məndə kövrəlmişdim.İlahi,o necə də gözəlləşmişdi.Onun qara gözlərini çox sevirdim.Gözlərinə baxdıqca sehrliyirdi məni sanki.O , gülümsəyərək mənə baxdı.Bir gülüş insana bu dərəcədə yaraşarmı?
-salam Murad,necəsən?
-sağol yaxşıyam,sən necəsən?
-yaxşı.
Biz gözlərimizi bir-birimizdən çəkmirdik.Araya səssizlik çökmüşdü.Sükutu anam pozdu.
-aaaa nə dayanmisiz burda keçin içəri.
Mən birdən ayıldım.Hamımız qonaq otağına keçdik.
-heç oturmuyun hamı süfrə başına yeməklər soyumamış.
Minarə düz qarşımda anamın yanında oturdu.Sanki o əvvəlki balaca,cılız,arıq qızdan əsər-əlamət qalmamışdı.Dəyişilmişdi,gözəlləşmişdi,xanım-xatun bir qız olmuşdu.Yemək boyunca gözümü ondan çəkə bilmirdim. Oda mənim baxışlarımı üzərində hiss edib utanırdı.yanaqları rəng verib rəng alırdı.yeməkdən sonra anam qəşəng pürrəngi çay gətirdi.Hərə bir tərəfdə oturub söhbət edirdi.Qardaşım Nəbi dayi ilə şahmat oynuyurdu.Əvvəllər atamlada gəlib belə şahmat oynayırdılar.Minarə anamgillə oturmuşdu.Arada ona baxırdim.Çox darıxmışdım onun üçün.
-Həə Nəbi dayı uddun məni..
-Nəbi dayı gülərək -oğlum,bu oyunda gərək məntiqin güclü olsun.Rəhmətlik atan bu oyunu çox sevirdi,yaxşıda oynuyurduyaa.
-hə yadımdadı.
Sədaqət xala - Ay kişi,de görüm ev işini neylədiz?
-sabah inşallah gedib sənəd işini həll edəciyik notriatda,ondan sonra sağliqla evimizdə oturacıyıq.
-İnşallah.
-sabah həmdə evə mebel almaq lazımdı,həm digər lazım olan şeylər alımalıdı.
anam təccüblə -bəs öz əşyalarınız?-dedi
-evi əşyalarla birlikdə satmışdıq- deyə üzgün halda Sədaqət xala cavab verdi.
-eybi yox təzələrini alarıq.ilk öncə sənəd işi bitsin,ev bizim adımıza keçsin,ondan sonra siz xanımlar evi bir gözəl təmizliyərsiz sonra köçüb oturarıq.
-narahat olmuyun məndə ,gəlinimdə kömək eliyərik.
Onlar söhbətlərinə davam edirdilər.Bu vaxt Minarə mətbəxə keçdi.Məndə onun arxasınca getdim.Minarə mənim gəldiyimi eşitmədi.Onu səslədim qorxub mənə baxdı.
-bağışla səni  qorxutdum.
-eybi yox.sənin gəldiyini bilmədim.
-səni gördüyümə çox sevindim.
-məndə çox sevindim.
-narahat olma bura yaxşı yerdir.çətinlik çəkmiyəçəksiz burda.
-əvvəl istəmirdim heç bura köçməyi amma indi sizi tapdiq inan heç burdan getmək istəmirəm.
Minarə özünə çay süzdü.mənə baxaraq-istiyirsən sənədə süzüm?-dedi
- yox sağol.mən gedirəm indi.
- gecdir bu vaxt hara gedirsən?
-evimə.
-sən burda qalmırsan?-təəccüblə soruşdu və sonra nə isə fikirləşib dedi-yoxsa evlənmisən,başqa evdə yaşayırsan?
Mən gülərək -yox evlənməmişəm,sadəcə universitetimə yaxın bir yerə köçmüşəm.kiçik bir evdi.inşallah qonaq çağıraram evimə gəlib baxarsan.
ikimizdə güldük.Minarə çayını götürüb qonaq otağına keçdi.

                                                  1 həftə sonra.

Aradan 1 həftə keçdi.Bu müddət ərzində Nəbi dayıgil artıq evlərinə köçmüşdülər.Ev əşyalarıda alımışdı,yerləşdirilmişdi.Artıq öz evlərində qalırdılar,o vaxta qədər bizim evdə qonaq olmuşdular.
Sədaqət xala-Şükür ki bitdi hər şey.sizdə sağolun Zəhra ,yorulduz bu neçə günü.vallah siz olmasaydız neyniyərdik.
-ona nə deməkdi.biz köhnə qonşularıq,sən mənim  bacımsan xoş idi bizim üçün.
Artıq hava qaralmışdı.Mən Minarə ilə onun otağında oturub söhbət edirdik.
-Murad,çox sağolun.
-təşəkkürə ehtiyac yoxdu.
Araya biraz sükut çökdü.Birdən gözüm kitab rəfindəki balaca çərçivəyə sataşdı.Bu bizim balacaykən, hardasa 8-9 yaşlarında olarkən çəkdirdiyimiz foto idi.Mən şəkilə baxarkən güldüm və çərçivəni əlimə alıb baxdım və dedim-bu sənin ad günündə çəkdirdiyimiz şəkil deyil?
-hə o şəkildi.
-bu şəkildən məndə yoxdu amma.
-yadından çıxıb o şəkili heç istəməmişdin.ovaxtlar məlum məsələ yola getmirdik.sənin şəklin mənə lazım deyil demişdin indiyə kimi xatırlayıram.çox incimişdim o sözündən.amma həmin günü mənə verdiyin qolbağı hələdə saxlamışam.
-doğurdan?
-hə dayan bax burdadı.
O, güzgünün qabağına yaxınlaşıb balaca qutudan qolbağı çıxarıb mənə uzatdı.
Mən qolbağa baxaraq-zaman necə də tez keçir elə deyilmi?su kimi axıb gedir.
-elədi.
Biz susduq sonra bir anlıq bir-birimizə baxdıq.Bu 1 həftə boyunca danışmağa imkan tapmamışdıq ona görədə elə bil indi bir birimizi sorğu sual edirdik.Minarə mənə sual dolu baxışlarla baxırdı.
Minarə tərəddüdlə soruşdu-sən heç məni axtardın?Yəni məhəlləmizə gəldin?
-dəfələrcə gəldim,hətta siz heç ordan köçməmişdən qabaqda mən gəldim,amma sizi evdə tapa bilmədim.təsadüfən olurdu sanki.Mən gələndə heç vaxt tapa bilirdim sizi.Sonra bir müddət gəlmədim universitetə qarışdı başım.Qəbul oldum,aviasiyaya pilot oldum sənə verdiyim sözü tutdum.Sevincimi səninlə bölüşmək istədim amma səni yenədə tapa bilmədim. Bu dəfə başqa xəbərlə qarşılaşdım Bəxtiyar o mənə dedi ki Moskvaya getmisiz Sədaqət xalanı müalicəsi üçün.Çox üzüldüm.1-2 aydan sonra yenədə gəldim dedilər artıq evinizi satıb getmisiz buralardan Moskvada qalırsız.Həmin an çökdüm sanki.Cünki ən yaxın dostum həmişəlik itirdim zənn etdim.Elə bildim birdəfəlik ora köçdünüz.Ondan sonra daha axtarmadım.
Minarə kövrəlmişdi -mən elə bilirdimki bizi axtarmamısan.Məhəlləyə gəldiyini isə bilmirdim,bilsəydim evdən çölə çıxmazdım.Sözünü tutacağını bilirdim,çünki sən hər zaman qarşına qoyduğun hər bir məqsədinə çatmısan.Evi anama görə satmalı olduq,çünki müalicəsini daha yaxşı şəkildə orada davam etdirməli idi. De görüm bu vaxta qədər neyləmisən?
-heç...həyat heçdə asant keçmir Minarə.Biz  həyatda başımıza nələr gələcək əvvəlcədən deyə bilmərik.Həyat bəzən insana şirin bir oyun oynuyur.İnsanlara olan güvənim itib,çünki sevib güvəndiyim insanlar mənə sərbə vurur.Həyat  sanki bizim əvvəlcədən məşq etmədiyimiz teatr səhnəsidir.Bilinmir nə olacaq.Atam öləndən sonra hər şeyi daha yaxşı anladım.Həyatın nə qədər mənasız boş olduğunu,amma yenədə sınmayıb qalxdım,anama,qardaşıma görə onlar mənim tək ümidimdilər.Universitetə girməyim həyatımı dəyişdirdi,amma səni itirməyim belimi əydi.Uşaqlığımı itirdim sanki.Qalxa dura öyrəndim yaşamağı.Məni alcaltmaq istəyənlərə inad qalxdım.-bir anlıq gözlərimin dolduğunu hiss etdim ,üzümü çevirdim və gülümsəyərək davam etdim-dalaşmağa adam tapmırdım,küsdürməyə adam tapmırdım.(ikimizdə güldük) nəisə belə indi hava limanında isləmək üçün anket yazıb göndərmişəm.ondan cavab gözləyirəm.
-doğurdan? lap yaxşı çox sevindim Murad.inşallah qəbul edərlər.
-sən danış indi sən neyləmisən bu vaxta qədər?
-Mənimdə səndən bir fərqim yoxdu.Siz o məhəllədən köçəndən sonra çox qəribə olmuşdum,o boyda məhəllədə darıxırdım.Məktəbi bitirəndən sonra imtahanlara hazırlaşırdım ki,mamanın xəstəliyini öyrəndik.Bakıda carəsi olmadığını dedilər,burada müalicə biraz müalicə etdirdikdən sonra Moskvaya aparmağa qərara aldıq.Atamın Moskvada həkim dostu vardı,onun yanına getdik.Təcili əməliyyata girməsini dedilər və buda çoxlu pul demək idi.Ona görədə məcbur evi əşyaları ilə birlikdə satmalı olduq.1 il yarım orda qaldıq.Sonradan Bakıya qayıdıb kəndə xalamın yanında qaldıq.Atam Bakıya gəlib gedirdi,işlərini düzəltdi və sonrada biz buraya gəldik.Sonra Aysel ailə qurdu.Bir qızı oldu.Biz Bakıda kirayədə qaldıq bir müddət ondan sonra bacımla birlikdə qalmağa başladıq.universitetə qəbul oldum.belə sonrasınıdakı özün bilirsən.Amma inan ki, sənin kimi dosta o qədər çox ehtiyacım olubki.
-Mənimdə sənə.sənin o vaxt mənə ayrılarkən verdiyin təyyarə mənə daim səni xatırladıb, mənə uğur gətirib.Nələr yaşamısan , amma mən sənin yanında ola bilməmişəm. Minarə əslində səni görəndə heç tanımadım.Çox gözəl olmusan.Yolda görsəm bəlkə tanımazdım,heyran oldum sənə.Əvvəlki arıq Minarə dəyişilib qarşıma çıxıb.
Minarə başını aşağı salıb utanaraq dedi-Murad,yaxşı bu qədər şişirtmə.Hər bir insan böyüdükcə dəyişilir.
-Yaxşı ki, burdasan.Mən sənə baxanda uşaqlığımı xatırlayıram.Rahatlıq tapıram səninlə.
-səndə yaxşıki burdasan,yaxşıki səni tapdım.Daha bura köçdüyümüzə üzülmüyəcəm.yaxşı gəl gedək çay içək.
Axşam saatın əqrəbləri 23:00 göstərirdi.Bizim başımız söhbətə qarışdiğından vaxtın necə keçdiyini bilməmişdik.
Mən anama baxaraq dedim-ana,gəl artıq biz gedək gecdir.onlarda dincəlsin cox yorulublar.
-Hə düz deyirsən.söhbətə başımız qarışıb vaxt necə kecdi bilmədik.Nə lazım olsa biz burdayıq,çəkinmiyin yaxşı?
Sədaqət xala gülümsəyərək-sağol bacım mənim ALLAh razı olsun sizdən.sağolun.
-sizdəndə razı olsun.sağlıqla oturun evinizdə.
-çox sağolun.
Biz onlarla sağollaşıb liftə mindik.Anam liftə mənə dedi-Çox yaxşı oldu onları yenidən tapmağımız yenidən əvvəlki kimi qonşuyuq.Minarədə maşallah gözəl-göyçək qız olub.Allah qorusun onları.
Liftin qapıları açıldı.Anam evin qapısını açıb içəri keçdi.Mən qapıda dayanaraq anama dedim-ana,mən gedim daha gecdir.sabah dərsim var gecikmiyim.yorğunam gedib tez yatacam.
-oldu mənim yaraşıqlı oğlum. sabah gələcəm yanına.
-gecən xeyrə qalsın anaların ən gözəli.
-gecən xeyrə mənim balam -deyib üzümdən öpdü -ehtiyatli get,Murad.
-Oldu sağol ana.
Anamla sağollaşıb liftlə aşağı düşdüm.Bir taksi saxladıb evimə getdim.Evə gəldim.Bugün yaman yorğun idim,ona görədə paltarlarımı dəyişib çarpayıma uzandım.İlk ağlıma gələn isə Minarə oldu.O cox dəyişmişdi.Uşaqlıq xatirələrim gəlib gözümün önündə canlandı.Minarə ilə keçirdiyim hər dəqiqə mənim üçün çox dəyərli idi.Onunla uşaqlıqda nə qədər yola getməsəmdə,amma onu çox istəyirdim.Ağlıma belə gəlməzdiki,o məni gözəlliyi ilə valeh edər.Onu fikirləşərək yuxuya getdim.


                                                        iki gün sonra.

İlk imtahanımı verib anamın yanına getdim.Minarə və Sədaqət xalada bizdə idi.
-imtahanın necə keçdi?
-yaxşı keçdi.
-lap yaxşı mənim balam.
Mən Minarə ilə həyətə düşdük.Binanın qabağında kiçik park vardı ora gedib bir boş skamyada əyləşdik.Bugün hava yaxşı idi.Azacıq gün çıxmışdı.Mən Minarəyə baxdım.O,hey uzaqlara baxırdı.Uşaqlıq dostum heç dəyişməmişdi xasiyyətcə.Minarə içində acı olsa heç kimə deməzdi,özü tək çəkərdi o acını,paylaşmazdı heç kimlə.Çox şeyləri büruzə vermirdi.Üzündə hər zaman gülüş olardı.Onun təbəssümünü mən sevirdim.Minarənin bircə təbəssümü dərdləri unutmağıma bəs edirdi.
-bura çox qəşəng parkdı.
-həə sən buranı yazda görəsən güllərin ətri,yaşıl otların ağacların ətri çox gözəl olur.
-onlarıda görmək qismət olar.
Araya sükut çökdü.Nədəndi bilmirəm amma Minarə ilə nə vaxt tək qalsam araya sükut çökürdü,bəzən heç birimiz bu sükutu pozmağa cəsarət etmirdik.Birdən Minarənin telefonu zəng çaldı.Zəng edən bacısı idi.
-alo Aysel,necəsən?
-sağol sən yaxşıyam sən necəsən?hardasan?
-yaxşıyam.mən indi Muradla blokun qabağındakı parkdayıq.nə olub?nə isə lazımdı?
-Hə lap yaxşı Murada məndən salam de.Minarə bugün bilirsənki sevimli həyat yoldaşımın ad günüdür.
-aaa doğurdan Aysel mən unutmuşam.
-eybi yox mən bugün ona kiçik bir ad günü qonaqlığı hazırlıyiram.
-kömək lazımdısa gələk mamayla birlikdə
-yox qaynanamda,baldızımda burdadı onlar kömək edirlər sağol,amma bacişkom sən mənə lazımsan mümkünsə saat 1 tamamda bizə gəl gedib həyatıma hədiyyə alacam.sən qıza baxarsan yoxsa onunla birlikdə hədiyyə seçə bilmərəm.yaxşı?
-Minarə gülümsüyərək -yaxşı narahat olma gələrəm.oldu.sağol.axşamda bizdə gələrik.
-hə birdə Muradgilidə dəvət edirəm onlarda gəlsinlər.
-vallah nə deyim,bilmirəm gələrlərmi?amma mən yenədə deyərəm.öpdüm sağol.
-Aysel idi?
-hə
-səni çağırır?
-yox...əslində həə..amma saat 1 də...yəni bizim kürəkənin Azərin ad günüdür bu gün.bacımda ona ad günü qonaqlığı hazırlıyıb.axşam hamımızı çağırır.məni isə hədiyyə almağa çağırır,yəni hədiyyəni özü alacaq,mən balacaya baxacam çünki harasa gedəndə yaman dəcəllik edir.
-lap yaxşı təbrik edirəm.
-sağol,amma Murad bacı sizidə dəvət etdi.
-bilmirəm mamaya deyərik dəvət eləyibsə gedərik.
-Minarə sevinərək-lap yaxşı.
Araya yenidən bir sükut çökdü.Budəfə sükutu mən pozdum.
-Aysel sevib evlənib?
-həə həmdə çox sevib,Azərdə onu.
-hiiih nə gözəldi sevmək elə deyil?
-həm də çox gözəldi
-amma mənim insanlara olan inamım öləndən sonra sevməkdən qorxuram.Daha sevgi haqqında yaxşı düşünə bilmirəm.SEVGİ! Əvvəllər başqa cür düşünürdüm sevgi haqqında.Sevmək yaşamaqdı deyirdim,sevmək var olmaqdı deyirdim,sevgi inanmaqdı deyirdim,sevgi,sevmək paylaşmaqdı,əvvəlcə iki ayrı insan,dost,sonrada iki ayrı ürəkdə sevərək bir olmaqdı deyirdim,hisslərini biri ilə bölüşməkdi deyirdim,sevgi bitməz deyirdim,bitən sevgi yoxdur,sadəcə bitmiş kimi görünən sevgilər var deyirdim,amma yanıldım,yanıltdılar.indi sadəcə əsl sevginin filmlərdə olduğunu deyə bilərəm,ya da xəyal edilərək yazılmış bir sevgi romanında.Bircə orada baş qəhrəmanlar bir-birilərinə ölənədək sevə bilərdilər,nağıllardan süzülərək gəlmiş bir tutquyla.Amma həyat,həqiqi,gerçək həyatdakı sevgi nə filmdir,nə də roman.Həyatdakı sevgi çox amansızdı,vəfasızdı,yalançıdır.Həqiqi,torpaqda bitmiş,günəşin isti şüalarını alaraq tebii gözəlliyi olan çiçək daha yaxşıdı,yoxsa bizi gözəlliyi ilə aldadan parçadan hazırlanmış bir gülmü?hansını daha çox sevirik həə? Bilirsən əslində mən özümü aldatmışam bəlkədə,çünki bir insan sadəcə arzu etdiyi şeyi görmək istədiyi üçün elədiyi hər bir şey ona doğru gəlir yada buna özünü  inandırır-mən dərin bir ah çəkərək zorla gülümsəyib dedim-nə isə səni yormuyum neqativ fikirlərimlə.
-yox o nə sözdü sən məni yormursan Murad.əslində bu qədər acın,dərdin olduğunu bilmirdim.yəqin səni incidən və yaxud incidənlər olub,ona görə sən beləsən.amma bu o dünyanın sonu demək deyil.
-sevə bilərəmmi ikinci dəfə onumu demək istiyirsən?
-Bax Murad əgər səhv bir şey dedimsə bağışda.
-yox qətiyyən.sadəcə mən keçmişi xatırladım.
-əgər xatırlamaq , danışmaq səni incitməyəcəksə dinləməyə hazıram.Görürəm yaman dolmusan,ürəyini boşalt mənə.çox qəşəng sirr saxlaya bilirəm.
-yox səni incitmiyim.
-Murad,yadından çıxıb biz keçmiş dostlarıq,bəlkədə dostdanda daha yaxınıq bir-birimizə.Mən səni hər zaman dinləməyə hazıram və məni nə incidirsə,nə də yorursan xoşdu mənə.Əgər danışmaq səni rahatlaşdıracaqsa eşidirəm.
Mən Minarənin gözlərinin içinə baxaraq gülümsədim və onun soyuqdan donmuş əlini əlimə alıb sıxdım-çox sağol.bilirəm.düzdür əvvəllər sənə sirr verməmişəm amma bundan sonra verərəm-mən başımı qaldırıb göyün üzünə baxdım.qapqara buludlarla örtülmüşdü göy üzü,deyəsən yağış yağacaqdı.Mən Minarəyə baxaraq-ehh danışardım amma hava bugün uyğün deyil söhbət etmək üçün bax yağış yağacaq hava soyuyub,sənində əllərin donub,üşüyərsən evə gedək.söz verirəm bir gün oturub danışarıq.
-yaxşı..amma mən heç evə getmiyim bacımın yanına gedim.vaxtdı artıq.burdan bir taksiyə minib gedərəm.
-yaxşı onda gəl sənin üçün bir taksi tapım get.
Murad yola baxdı və yolun sağ tərəfindəki taksiyə əl edərək çağırır.Minarə taksiyə oturur.Murad əyilib sürücüyə Minarənin gedəcəyi ünvanı və pulunu verib arxa oturacaqda oturan  Minarəyə baxaraq deyir-sağol
-Murad niyə zəhmət çəkdin ehtiyac yoxdu amma.
-heçnə olmaz.yaxşı yol.
-Murad axşam gəl yaxşı?bax Zəhra xalaya de indi mamaya zəng eliyib deyəcəm oda desin.
-yaxşı çalışarıq.sağol.balacanı öp mənim yerimə.
-oldu sağol.
Minarəni yola salıb evə qalxdım.
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 3 734
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri