Susqun (Son)

Müəllif: Narın Yağış
Şərhlər: 8
Baxılıb: 7 079
Səs ver:
(səs: 3)

1 İL SONRA:
Bu il ərzində nələr oldu? Alagöz xanım oğlunun gedişindən sonra güclü psixoloji travma aldı və ruhi xəstələr dispanserinə göndərildi. O çox öyündüyü var-dövləti qızına verilsə də, çoxdan əsgərlikdən qayıdan sevdiyi ilə ailə quran Firuzə bununla maraqlanmadı belə. Rəna ailəsi ilə bir yerdə şəhərə köçdü və indi təhsilinə dəvam edir.
Qəribədir həyat, baş rolda olanlar əziyyət çəkərkən, arxa plandakilər kiçik yaralarla qovuşur xoşbəxtliyə...

Bənövşə... Bənövşə müəlliməlik etməyə dəvam etdi. Onun Alagöz xanıma etdiklərindən sonra, hər kəsin canına qorxu düşmüşdü. Onun səyi nəticəsində kəndə ilk dəfə 9-cu sinifdən qız çıxarılmadı və bir uşaq daha "gəlin" adı ilə satılmadı. Bütün bunlara sevinsə də, hər gün həsrətlə Muradı gözlədi. Gəlməyəcəyini bilə-bilə...

Yenə çantasını sinəsinə sıxıb məktəbə gedirdi. Uşaqlıqdan öyrəşdiyi kimi, gözünü yerə dikmişdi. Böyük Çinara yaxınlaşanda böyük bir ümidlə başını çevirdi. Amma 1 il hər gün olduğu kimi, bu gün də ona
gülümsəyərək baxan "o" yox idi... İçini qovuran həsrətlə başını aşağı saldı. Gözlərindən bir damla yaş süzülürdüki...
-Sənə ağlama demişdim axı balaca...
Bənövşə bu səsdən donub qaldı. Tanımışdı bu səsi, bilmirdi bu həqiqətən odu, yoxsa yenə bir xəyal. Bunun xəyal çıxmasından qorxduğu üçün başını qaldırmadı. Sonunda bütün gücünü toplayıb başını qaldırdıqda Muradın ona gülümsəyərək baxdığını gördü. Sevinc qarışıq həyacandan tərpənə bilmirdi. Sadəcə durduğu yerdə titrəyirdi. Murad onun nə hiss etdiyini anlamış kimi asta addımlarla yaxınlaşdı Bənövşəyə. Gülümsəyərək gözlərinə baxmağa dəvam edib, əlini tutdu. Ürəyi titrədən səs tonuyla pıçıldadı:
-Darıxmışdım sənin üçün balacam...
Bənövşə sehirlənmiş kimi idi. Muradın əsla qayıtmayacağına elə inandırmışdıki özünü, bütün bunlar ona yuxu kimi gəlirdi. Eşitdiyi sözlərdən daha da təsirlənib, başını Muradın köksünə qoydu. Gözlərindən durmadan yaş axırdı. Murad da daha dözməyib Bənövşəni bərk-bərk qucaqladı. Saçlarını sığallayıb,
ətrini içinə çəkirdi.
Bənövşə bu anı pozmaq istəməsə də, pıçıltı ilə onu qorxudan sualı verdi:
-Həmişəlik qayıtdın?
-Yox.
Bənövşə Muraddan aralanıb məsum gözlərlə ona baxdı.
Murad onun bu halına dözməyib, üzünü əlləri arasına alıb gülümsəyərək gözlərinə baxdı. Bənövşənin az qala ağlayacağını görüb dedi:
-Gedəcəm...yəni gedəcəyik balacam. Başqa ölkədə olmasada, başqa şəhərdə yaşayacağıq.
Bənövşə təlaşla:
-Bəs işim nə olacaq?-desə də, dediyi anda peşman oldu. Murad yanında olandan sonra, işin nə əhəmiyyəti vardıki?
-Eybi yox, yaşadığımız yerdə işləyərsən.
Bənövşə heç nə demədən, qollarını qaldırıb Muradı qucaqladı.
Murad onun bu hərəkətinə gülümsəyib pıçıldadı:
-Biraz yavaş balaca, toya qədər gözlə.
Bənövşə təəccübdən böyümüş gözlərlə Murada baxıb dedi:
-Toy?
-Hə toy. Bu dəfə əsl toy olacaq, həmdə nigah. 1həftə sonra.
Bənövşə sevinclə Muradı qucaqlayıb pıçıldadı:
-Mən də səni...
-Nə?
-Mən də səni sevirəm...
Murad Bənövşəni özündən ayırıb gülümsəyərək ona baxdı.
Bənövşənin utanıb başını aşağı salması xoşuna gəlsədə, çənəsindən zərifcə tutub yuxarı qaldırdı. Gözlərinə vurğunluqla baxıb:
-Məndən çox sevə bilməzsən balacam-deyib, yaxınlaşıb öpdü 5 il həsrət qaldığı dodaqlardan...

1 HƏFTƏ SONRA:
Bənövşə ağ gəlinlikdə, qara kostyumda daha da yaraşıqlı görünən Muradın qoluna girib nigah masasına tərəf gedirdi. Hər qadına qismət olmaz gəlinliyi 2 dəfə geyinmək, xüsusi ilə də sevdiyi adam üçün...
Artıq kəbin kəsilmiş, onsuzda az adamın çağrıldığı toy da bitmək üzərə idi. Bəy və gəlin qonaqlarla sağollaşıb çıxırdılarki, qapının ağzında Aydınla Yasəməni görüb dayandılar. Onlar yeni evlilərə xoşbəxtlik diləyib gedirdilərki Aydın dedi:
-Yasəmən bəlkə bizdə ikinci dəfə evlənək?
Yasəmən:
-Mən 2 dəfə eyni xətanı təkrar eləmərəm-deyib gülümsəyərək gözlərini süzdürdü.
Aydın biraz pərt olsada, Yasəmənə baxıb:
-Hər dəfə məni hirsləndirdikdə nə olduğunu bilirsəndə-deyib bic-bic gülümsədi.
-Yox. Mən lap milyon dəfə də səninlə evlənərəm.
-Artıq gecdi gözəlim...
Yeni evlilər bu cütlüyün şirin davasına gülüb, sağollaşıb öz yeni evlərinə getdilər.

Murad qapını açıb, içəri keçdi. Ona ürkəkcə baxan Bənövşənin əlindən tutub özünə tərəf çəkdi. Gözlərinə baxıb, gülümsəyərək:
-Bu dəfə hər şey gözəl olacaq...-deyə pıçıldadı. Belindən tutub, özünə sıxaraq dodaqlarından öpməyə başladı. Öz ehtiraslı öpüşlərini artıq Bənövşənin boğazında gəzdirərkən, bir əliylə açıq qalan qapını örtdü. Məndə qalanın görənmədim:).

Xoşbəxtlik axtarıb sizi tapmayacaq. Siz onu tapacaqsız. Necə? Mübarizə edərək! Aldadıldıq illərcə "həyat mübarizləri sevir" yalan ilə. Həyat mübarizləri sevmir, əksinə nifrət edir. Həyat susanları,
əzilənləri, əzilməyi tale kimi qəbul edənləri...bir sözlə susqunları sevir. Çünki onlar qarşı gəlmirlər həyatın oyunlarına...
Əzilmək, susmaq, susqun olmaq bir tale deyil, seçimdir. İnanmırsız? Onda susmaqdan əl çəkib, göz yummayın sizə olunan haqsızlıqlara. Zamanla özünüzdə nə qədər güclü olduğunuzu anlayıb, təəssüf edəcəksiz susqun keçirtdiyiniz illərə. Mən Cəmilə Məmmədli deyirəmki susqun olmaq tale deyil, seçimdir! Bəs siz nəyi seçirsiz?

Bənövşə: utancaqlıq, küskünlük simvolu olan kiçik çiçəkdir. Lakin ən sərt qış aylarında açır. Bizim Bənövşə də kənardan nə qədər aciz görünsədə, bir çox qadının cəsarət edə bilməyəcəyi şeyləri etdi. Ümid edirəm çox insan ondan örnək götürər.......SON........

(səs: 3)
Şərhlər: 8
Baxılıb: 7 079
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri