Ürəklərin yaxınlığı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 113
Səs ver:
(səs: 2)
Bir gün müəllim uşaqlardan soruşur:
- Uşaqlar nə üçün insanlar mübahisə edəndə səslərini yuksəldirlər?
- Çünki sakitliklərini qoruya bilmirlər - deyə uşaqlardan biri cavab verdi.
- Bəs nə üçün qışqırırlar, axı mübahisə etdiyi insan yaxınlığında dayanır? - deyə müəllim soruşdu - sakit danışmaq olmaz? Hirslənəndə qışqırmaq lazımdır?
Uşaqlar müxtəlif cavablar verirlər, amma bunlardan heç biri müəllimi qane etmir və o izah etməyə başlayır:
- İnsanlar bir-birlərindən narazı olanda, mübahisə edəndə onların ürəkləri bir-birindən uzaqlaşır. Bu məsafəni bağlamaq və bir-birlərini eşitmək üçün onlar səslərini yüksəldirlər. Nə qədər çox hirslənirlərsə bir o qədər də yüksəkdən danışırlar.
- Bəs insanlar sevəndə nə olur? Onlar qışqırmırlar, əksinə çox sakit danışırlar. Çünki onların ürəkləri bir-birinə çox yaxındır və məsafə çox azdır. Bəs daha güclü sevəndə necə olur? - deyə müəllim davam etdi - onlar danışmırlar, sadəcə pıçıldayırlar. Daha sonra bu pıçıltılara da ehtiyac olmur. Onlar bir-birlərinə baxanda artıq hər şeyi sözsüz anlayırlar. Bu yalnız bir-birlərini hədsiz sevən insanlarda olur. Ona görə də mübahisə edərkən ürəklərinizin bir-birindən uzaqlaşmağına imkan verməyin, buna səbəb yaradacaq kəlimələr işlətməyin. Çünki elə bir zaman gələr ki, bu məsafə daha da böyüyər ve geriyə dönüşü heç mümkün olmaz.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 5 113
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri