Balıqçıdan həyat dərsi

Şərhlər:
Baxılıb: 1142
Paylaş:
Səs ver:
(səs: 3)
İş dünyasının gurultulu atmosferindən yorulan varlı bir iş adamı, kiçik, təmiz və sakit bir tətil diyarına gedir. Səhər gəzintisi edərkən, tutduğu bir neçə balığı sevinc içində satmağa çalışan bir balıqçı diqqətini çəkər. «Salam balıqçı. Bu gün çox balıq tuta bilməmisən”- deyərək sözə başlayır.

Balıqçı, „tuta bilərdim, lakin daha çox gözləməli idim."-, deyir.

»Gözləyərdin də. Həm bu saatda evə niyə gedirsən ki? Hələ tezdi. "

Balıqçı: «Həyat yoldaşım və uşaqlarıma ayırdığım vaxt mənim üçün ən az işim qədər əhəmiyyətlidi. Onları gəzdirməyə aparacağam. Günorta yeməyini birlikdə yeyəcəyik. Balıq satışından əldə etdiyim pulu birlikdə xərcləyəcəyik. Oğlumu yelləncəkdə yellədəcəm. Sonra meşədə birlikdə gəzəcəyik. Axşam olduqda ailəmlə birlikdə rahat evimizə dönəcəyik. Mən gitaramı çalarkən yoldaşım lay-lay söyləyəcək oğluma. „-,deyərək cavab verir.

İş adamı: "Yenə də bütün gün çalışmalısan. Hətta gecə-gündüz. Ailəyə və oğulun Əliyə daha sonra vaxt ayırarsan. Bu etdiyin iş deyil. »

Balıqçı təəccüblə iş adamına baxaraq, «Niyə?» deyə soruşdu. «Gül kimi dolanırıq. Ailəm xoşbəxt. Oğlum Əli, ondan da xoşbəxtdi.»

İş adamı gülərək, «Elə şey olar» deyərək belə davam edər sözlərinə, «Həyat təkcə dolanmaqla deyil ki, başqa şeylər də var. Qazanacaqsan. Çox qazanacaqsan. Sonra şənlənəcəksən.»

Balıqçı: «Başqa?»

İş adamı balıqçının yanına gələrək, qaldığı yerdən izah etməyə davam edir: «Məncə balıq tutmağa daha çox vaxt ayırmalısınız. Onunla daha çox balıq tutub daha çox pul qazanaraq gəmini böyütməlisən. Onunla daha çox balıq tutmalısan. Daha çox qazanacaq, qazandığınla müasir ovlanma texnikası satın almalısan. Zamanla şirkət quracaqsan. Sonra zamanı gəldiyində dünyanın hər yerinə balıq və balıq məhsullarını satacaqsan „

Balıqçı iş adamının izah etdiklərini anlamağa çalışaraq, "Bütün bunlar nə üçün edilir?» deyə soruşur.

İş adamı: «Səbəbi pul! Çox pulun olacaq. Zövq alacaqsan. Dünyanı gəzəcəksən. Ailəni xoşbəxt edəcəksən. Amma bütün bunlar hesab kitab işidi. Elə asan deyil.

Balıqçı:»Bəs sonra?"

İş adamı davam edir:

"İşlər yoluna girib əməlli-başlı varlı olduqdan sonra, istəsən təqaüdə ayrılar, kiçik təmiz və gurultusuz bir balıqçı qəsəbəsinə yerləşərsən. Artıq ürəyin istədiyi qədər balıq tutarsan. Qalan zamanını ailənə ayırarsan. Onları parkda meşədə gəzdirərsən. Axşamları evinizdə bir-birinizə köhnə günlərdən danışar, gitara çalar onları xoşbəxt edərsən. Necə? İzah etdiklərim xoşuna gəldimii?

Balıqçı təvazökar bir ədayla cavab verdi:

«Dostum bütün bu izah etdiklərini mən onsuz da hələlik edirəm. Ailəmi, yoldaşımı, uşaqlarımı, həyatımı və xoşbəxtliyimi niyə təxirə salım? Həm önümüzdəki ilə qədər yaşayıb yaşamayacağımızın zəmanəti yoxdu. Hətta dünyalara dəyişməyəcəyim ailə xoşbəxtliyimi, dünya xoşbəxtliyinə niyə dəyişim? „

loading...
(səs: 3)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv