Xədicə gündəliyində çəkdiyi ürək şəklini yarıda saxlayıb, gündəliyi bağlayıb, otağından çıxdı. Mətbəxə keçib,stula oturdu. O yeməyin üzünü fikirli-fikirli baxır, yemirdi. Anası bunu görüb təəccübləndi:
-Xədicə, nəsə olub?
-Yox ana. Sən işində ol.
Xədicə sözü deyib, hamama keçdi. O, əl-üzünə su vurub, güzgüdə özünə baxdı. Onun məyusluğunun səbəbi, gələcək həyat yoldaşı olacaq, sevgilisi idi. Sevgilisi onu heç sevmirdi. Xədicə bilmirdi ki, sevmirsə nə üçün onunla evlənəcək.
-Xədicə, yaxşısan?
Anası qapıdan səsləndi.
Xədicənin anası Samirə xanım, çox mehriban biri idi və qızını çox sevirdi. O, düşünürdü ki, qızı Rasimlə xoşbəxtdir. Çünki, Rasim Xədicənin valideynlərinin yanında özünü çox yaxşı göstərirdi. Lakin bu belə deyildi. Rasim çox kobud idi.
Xədicə otağına keçib, paltarını dəyişdi. O, rəfiqəsi Könüllə parka gedecekdi. Sonra isə Rasimlə görüşməli idi.
Müəllif: White Queen
P.S: Az olduğuna görə bağışlayın. Bu hekayə bu gündən yazılmağa başlayıb. Nəsə sualınız olsa verin. Hekayəni mən bütünlüklə bilirəm.