Məcburiyyət (1-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 8 455
Səs ver:
(səs: 5)
- Bax gör kim gəlir.
- Kimdi ki?
- Tanımadın?
- Yox.. Ümumiyyətlə tanımıram
- Sənin, mənim və burada çalışanların çörəyini yediyi şəxs.
- Anlamadım. Sinan bəy deyil buranın rəhbəri?
- Onun oğludur, Kənan. yəni buranın tək varisi, yəniii....gələcək sahibi.
- Aaa belə de.. Dərdindən dəli divanə olduğun adam bu imiş demək.
- Özüdə necə dəli.. Məcnun olmuşam xəbəri olan yoxdur.
- Birdən leyli olarsan ha ? Məcnun o olar.
- Yox.. Elə düz dedim. Məcnun. O Məcnun olacaq adam deyil.
- Niyə?
- Adamın aşiq olmaq anlayışı ancaq yataqdır.
- Ayşə, ayıb olsun.
- Mənə niyə? Ona denən.
- Nəysə bizə qalmayıb bunu müzakirə etmək.
- Ahhh ahhh... nə olardı bir döünb mənə baxsaydı. Bəlkə onun aşiq olacağı qadınam elə xəbəri yoxdur.
- Bəlkə bir gün sevər elə. Ümidini üzmə.
- Sən lağ elə.
- Vallah eləmirəm. Niyə də yox.
- Qızım çox safsan sən də. Sən bir bilsən onun oturub durduğu xanımlar kimlərdir. Ən aşağı səviyyədi ölkəcə tanınmış manken ən yüksək isə özü kimi hansısa holdinq sahibinin qızı. Kimdir mənə baxan onların yanında.
- Vallah gözəllikdə heç də əksik deyilsən.MaşAllahın var.
- Caan sağol.. ahh ahh...
- Yaxşı artıq. əridin getdin. Adam sevə bilmirsə sənə baxmaması yaxşıdır elə.
- O nə sözdür? Niyə ki? Qoy baxsın. Təki o baxsın.
- Özün deyirsən gündə bir qadın dəyişir. Sənə xəyanət etsə onda necə. Gör necə acı çəkrsən.
- Of Firuzə......Adama xəyanət edəcəksə belə, beləsi etsin. Ha onun dərdindən uzaqdan- uzaqdan baxıb alışıb yanmış, ha da adamla eşq macərası yaşayıb tərk edilib alışıb yanmış. Təki o olsun.
- Ayşə sən dəlisən. Sənə sözüm yoxdur.
- Hə.. onun üzündəndir. Bax da.. gör necə yaraşıqlıdır. Boyuna bədəninə.
- Tövbə -tövbə. Sən get gedə ağlını itirirsən. Amma yenə də ümidini itirmə deyərdim.
- Ehhh... kaş ki. Oğlu mənə aşiq olsa belə atası məni qəbul etməz.
- Sinan bəy? Niyə?
- Gözünü ağı qarası bir oğluna bəsit qızları alan deyil. Mən lap dörd qanadlı mələk olsam belə bu adam məni oğluna heç vaxt almaz. Amma bir şans var
- Nəymiş o.
- Maşınla Kənanı əzmək.
- Nə?!
- O zaman o ağlını itirər və mənimlə evlənməyə razı olar. Gülmə düz deyirəm. Atasına qarşı çıxır, amma bəzən elə inadçı olur ki, atası belə onun yanında heç kim olur.
- Nə qəddar imiş bu adam.
- Nəysə.. sən getdin miqrasiyaya.
- Hə getdim. Yenə bir aylıq izn verdilər.
- Niyə belə edirlər anlamıram. Yəqin İrandansan ona görə .
- Nə bilim. Türkiyədə hər şey belədir. Qayda qanunla.
- Hə, elədir.
- Firuzə, heç demədin necə oldu bura tək gəlib çıxmısan. Ailən, atan anan..
- Bizi gözləyirlər şöbədə.
- Söhbətdən qaçma. Mən elə bilirdim biz yaxınıq.
- Çıxış mətnini yazmışam. Ömər dünən tapşırmışdı.
- O Ömər də öz işini görməmək üçün gələnə gedənə iş tapşırır. Yenə başımı qatma.. Elə mühafizəkar ölkədə, qapalı yerdə ailəndən qopub necə gəlmisən.
- Dedim axı, atam xarici ölkələrlə işlədiyi üçün İranda yaşamırdıq. Tez tez müxtəlif ölkələrə səfər edirdik. O da müasir adamdır. Öz həyatımı qurmaq istəyirəm dedim və buraya gəldim. Buradan isə bir müddət yaşayıb Amerikaya gedəcəyəm.
- Orada çətin səni qəbul edələr.
- Şansımı yoxlayacağam.
- Yaxşı, yaşamaq üçün evi neynədin?
- Tapmışam.
- Yəni bizimlə qalmamaqda inad edirsən
- Ayşə xahiş edirəm.
- Çox tərssən çox. Qızım ağlın İrana getməsin, buralar təhlükəlidir. Hələ qadın üçün.. Allah uzaq eləsin gecəylə başına oyun açarlar xəbəri olan olmaz.
- Yox artıq. Fəlakət kimi qızssan.
- ÖZün bil. Mən sənə görə deyirəm.
- Çox danışdıq. Gəl, gəl gedək.

*****

- Mən gəldim.
- Ooo Kənan bəy.. siz şirkətə təşrif buyurdunuz yəni?
- Sənə də salam ata.
- Salamlıq bir şey yoxdur ortada. Yenə qəzetlərin ilk səhifələrini bəzəmisən. Səhər səhər iştahımı açdın. Al bax
- Mmmm olduqca yaraşıqlı düşümüşəm.
- Allahım... yaraşıqlı deyir hələ. Oğlum 30 yaşına gəlmisən gecə aləmlərindən qız arxasına düşməkdən xilas olmadın.
- Şşşşş o qədər də yox. Mən qız arxasınca düşmürəm. Qızlar mənim arxmaca düşür, hətta qollarıma düşür. Hətta yatağıma...
- Sus! Atan var qarşında! Danışığına fikir ver!
- Nədir ata? Xoş gəlməyən nədir? Bu həyatın qanunudur.
- Mən anlamıram, bu gün, sabah mən bu holdinqi sənə həvalə edəndə neynəyəcəksən. Mən yoruldum artıq sənin arxanca zibillərini toplamağa. Ömrüm boyu çalışıb vuruşmuşam ki, sənə ömrünün sonuna qədər bəs edəcək var- dövlət, ad- san qoyum. Sənin elədiyinə bax. Mən səni özümüzə layiq bir adamın qızı ilə evləndirmək istəyirəm. Sən belə elədikcə kimə ağız açım bimlirəm.
- Ata sən narahat olma. Əlini hansı qızın üstünə qoyursa qoy o qız bir saatın içində ovucumda olacaq. Bax gör. Həm səndə bu ad san bu var dövlət varkən heç kim səninlə qohum olmaqdan imtina etməz. Mən anormal olsam da şikəst olsam da sənə öz qızlarını qızıl məcməyi də təqdim edərlər.
- Mənimlə söz güləşdirmə. Bezdim artıq hər gün qəzetlərlə dava eləməkdən.
- Eləmə o zaman.
- Eləmə? Eləməyim elə? Mən eləməyim hər gün boy –boy şəkillərin dərc olunsun. Oğlum heçmi düşünmürsən özünü. Bu gün sabah ailə quranda övladların olanda necə olacaq.
- Vallah mən ailə qursam belə əməllərimdən əl çəkən deyiləm. Qəbul edən belə edəcək.
- Kənan getmə! Otur yerinə!
- Başım çatlayır, otağımda istirahət edəcəyəm.
- Kənan dedim! Of off!!
- Sağol ata!
Kənan otağından çıxan kimi əlinə kağızlar tutmuş qıza dəydi. Qız əlindəkiləri yerə töksə də ona əhəmiyyət vermədən katibəyə bir iki tapşırıq verib içəri keçdi.
- Heç üzr də istəmədi.
- Fikir vermə. Görünür atasının qəzəbinə tuş gəlib. Səhər şəkilləri qəzetdə dərc olunub. əminəm ki, Sinan bəy danlayıb yenə. Sən əhəmiyyət vermə. Yaxşı qutardın. Dönüb bağırada bilərdi. Ver mənə kağızları get sən, mən sənə imzalatdırıb gönədərəm.
- Hə yaxşı olar. Çox sağolun Selma xanım.
- Buyur qızım.
Kənan otağından çıxıb qadına bağırmağa başladı. Hər ikisi çağın vəziyyətdə onu izləməyə başladılar.
- Bu zəhrimar telefon niyə işləmir? Mən gərək sənin ayağına gələm!
- Bağışlayın Kənan bəy. Mən.. mən dedim dünən, amma
- Amma, amma,amma bezdim sizin bu ammalarınızdan! Nə amma! Min dəfə demişəm mənə bəhanə gətirmə! Demişəm ya yox!
- Demisiniz!
- Onda niyə o telefon işləmir!
- Indi maraqlanaram
- Maraqlanma...maraqlanma artıq. əşyalarını yığ və get! Görməyim burada səni!
Otağın qapısı çırpılan kimi hər iki xanım diksindi. Selma ağlamağa başladı.
- Bu adam vəhşidir? Bu nə tondur danışır?
- Fikir vermə qızım. O belə əsib gurlayır, amma sonra özü gəlib bir bəhanəylə saxlayır.
- Siz necə dözürsünüz buna?
- Dözməyib neynəyəcəyəm. Sırf Kənan bəyə dözüm getməyim deyə az qala bir dünya pul ödəyir. Mən bu maaşa başqa yerdə iş tapa bilmərəm. 2 övladım bir də qoca atam var öhdəmdə. Övladlarım universitetə hazırlaşır. Məndən başqa maddi dəstəkçi də yoxdur. Indi səncə dözməməliyəm? Naz eləyib getməliyəm.
- Bağışlayın mən...haqlısınız.
- Eybi yox.. Sən hələ cavansan. inşAllah belə çətinliklərlə üzləşmərsən. Aaa ağlatdın məni. Heç Kənan bəyin sözünə ağlamadım nəyinki səninlə danışanda.
- Haqısınız günhkaram.
- əstafurulla qızım. Sən təzə gəlmisən hə?
- Bəli.
- Adın nəydi sənin?
- Firuzə..
- Mmm gözəl adın var. Atan anan haradadır. Tək gəlmisən buraya. Bildiyim qədəri ilə türk deyilsən. Ləhcəndən də bilinir.
- Hə əslən İranlıyam. Daha çox Azərbaycanda böyümüşəm. Sonralar atamın işi ilə əlaqədar müxtəlif yerlərdə gedib gəlmişəm. Indi də burdayam.
- Anan?
- Şşey.. o mən uşaq ikən dünyasını dəyişib.
- Ay bağışla.. Allah rəhmət eləsin. Sən indi get. Bir azdan çıxacaq. Yenə səni burada görüb sənə heç nə deməsin. Bir də yadında saxla, əgər bir gün sənə nəsə bağırıb eləsə qətiyyən cavab qaytarma. Inadlaşsan işindən olarsan. Işini sevirsənsə sus, başını aşağı sal. Təcrübə müddətindir. Belə bir yerdə təcrübə imkanı hər zaman ələ düşmür.
- Yaxşı, çox sağolun.

****

Günlər keçdikcə hər kəs holdinqdə arı kimi çalışırdı. Yeni layihənin təqdimatı holdinq üçün yeni üfüqlər demək idi. Hər kəsin dilində əzbər olacaq bir gecə olmalıydı. Hazırlıqlar tamamlanmış və o möhtəşəm tanıtım gecəsi günü çatmışdı. Təqdimata gələn qonaqlar ən elitar təbəqənin nümayəndələri olduğundan bütün KİV (media) qapıda növbə tutmuşdular. Təqdimatı hazırlayan şöbə son tamamlanma işlərini görərkən Firuzə həyəcanla Sinan bəyin çıxışı üçün nitqi hazırlayırdı. Təmiz türk dilinin bilmədiyindən Ayşədən kömək istəyirdi. Sinan bəy otağa daxil olan kimi hər kəs ayağa qalxdı. Adamın zəhmindən hər kəs çəkinirdi. Firuzə çox eşitmişdi Sinan bəyin sərtliyindən, amma şahidi olmamışdı. Arxası qapıya tərəf olduğundan onun gəldiyini görməmiş, çıxışı yüksək səslə oxuyaraq sözləri düzgün tələffüz etməyə çalışırdı. ətrafdakılar nə qədər qaş göz etsə də Firuzənin diqqəti mətndə olduğundan fərqinə varmamışdı. Son cümləni oxuyaraq dərindən oh çəkib :- "Hər şey mükəmməl olacaq, mətn əladır. ” deyincə hər kəsdə bir qəribəlik olduğunu, rənglərinin ağardığını gördü.
- Nə oldu sizə? Mətn o qədər pisdir?
- Idarə edər.
Sinan bəyin səsinə diksinən Firuzə geriyə dönərək həyəcandan titrəməyə başladı. Adamın zəhmi doğrudan da qorxudurdu. Qalın qaşlarını çatması, alnındakı qırışlar, göz bəbəklərinin qapqara rəngi.. o anda Firuzənin ayaqlarının əsməsi tutdu.
- Ver bura. Hər kəs işinin başına. Sən mənimlə gəl.
Firuzə həyəcandan əsə- əsə Sinan bəyin arxası ilə zala keçdi.
- Sən, adın nədir?
- Fffiruzə.
- Mətni əzbər bilirsən?
- Bəli.
- Yanımdan ayrılma.
Sinan bəy gecə boyunca kiminlə görüşüb danışdısa Firuzə arxsı ilə gəzirdi. Tədbirin açılş nitqini söyləməsi üçün Sinan bəy kürsüyə keçincə Firuzə də arxasında bir addım geridə dayandı. Sinan bəy geriyə dönərək onu yanına çağırdı.
- Mən danışdıqca qulağın məndə olsun. Tərəddüt etdiyim yerdə suflyorluq edərsən.
- Başüstə.
- Hə bir də... bunun qarşılığını alacaqsan, amma susmağınla.
- Ehtiyac yoxdur. Bu mənim işimdirsə edərəm.
- Afərin keç yerinə.
Sinan bəy mətnini söylədikcə Firuzə diqqətlə onu dinləyir Sinan bəyin azacıq tərəddüt etdiyi yerdə arxadan sakitcə sözləri deyirdi. Nitqi tamalanan kimi iştirakçılar alqışlarla Sinan bəyi müşayət etməyə başladı. Sinan bəy qonaqların arasına qarışınca Firuzə geri çəkilərək dərin bir nəfəs aldı. Artıq onluq bir iş qalmadığını anlayıb digərlərinin yanına döndü.

*****

- Kənan tədbir hələ indi başlayıb sən artıq şüşəni bitirirsən.
- İçki içməyimə qarışacaqsansa get atamın yanına.
- Mən sənə görə deyirəm. Sonra özünü itirirsən.
- Oğlum mən özümü nə vaxt itirmişəm? Bir şüşə ilə heç nə olmaz.
- Kənan bəsdir içdin. Atanı pis vəziyyətdə qoyursan. Heç olmasa bu gecə onun yanında ol.
- Offf Onur... mənə ağıl verəcəksənsə get buradan.
- Özün bil.
- Əlbəttə özüm biləcəyəm. Offf. Bura sıxmağa başladı artıq.
- Hər halda getməyi düşünmürsən?
- Uzun bir gecə varkən qarşımda mən burada çürümək istəmirəm. Sən istəyirsənsə buyur otur.
- Sərxoşsan sən. Ayaqda dayana bilmirsən.
- Mən getdim əyləncəmin arxasınca.
- Yenə qızlar.
- Onlarsız günüm olmasın.
- Hər gecə bir qız, hər gecə bir qız. Bezmədin?
- Onur, atam kimi danışırsan. Nədir yoxsa özünü ömür boyu sadiq qala bilməyəcək canlılara həsr etmək niyyətindəsən?
- Çox ağır danışırsan qadınlar haqqında.
- Səncə haqsızam.
- Məncə hə. Hamısı eyni deyil.
- Güldürmə məni. Yoxsa sən də gözləyirsən ki, bir gün aşiq olacaqsan
- Niyə də yox. Əminəm ki, aşiq olacağım qadın çıxacaq qarşıma.
- Gözlə ha birdən buralarda olar.
- Yox zənn etmirəm. Mənim aşiq olacağım qadın belə yerlərə gəlməz.
- Vayyy.. haralarda gəzər bəs.
- Bu saatda bu vaxtda evdə olar.
Kənan bərkdən qəh- qəhə çəkdi. Onun gülüş səsinə hər kəs dönüb baxışlarını onlara zilləmşdi. Onur özünü toparlayıb nəzakətli gülümsəmə ilə baxışlara qarşılıq versə də Kənan hələ də ürəkdən gülürdü.
- Kənan, bəsdir. Hər kəs bizə baxır.
- Sən doğrudan ağlını itirmisən. Uzun zamandır bu qədər gülməmişdim. Ay öləcəyəm indi gülməkdən.
- Gülməli bir şey yoxdur. Sən hamısı haqqında bu qədər alçaldıcı fikirdə ola bilərsən. Mən elə düşünmürəm. Əminəm ki, bir gün dəli kimi sevəcəyim qadın qarşıma çıxacaq. Bunu anladığım an heç nəyi gözləmədən üzüyü taxacağam barmağına.
- ....
- Nə oldu? Susdun birdən.
- Sənə yazığım gəlir. Başın yanacaq xəbərin yoxdur.
- Səni tanımasam uşaqlıqdan birinə aşiq olmusan da sənə xəyanət edib deyə düşünərdim.
Kənan yenidən gülməyə başladı. İçkinin təsirindən səsini daha da yüksəldirdi.
- Sən bu gün məni kalan güldürdün. 30 yaşıma qədər aşiq olmamışamsa bundan sonra heç olmaram. Mən sənin kimi xəyalpərəst deyiləm. O sən idin hər dəfə aşiq olub sonra ağlayan. Təsəlli verməkdən mənim canım çıxırdı. Qızlar kimi zarıldayırdın bütün gün
- Kənan xətrimə dəyirən.
- Yaxşı küsmə o saat. Gəlirsən yoxsa yox?
- Yox.. Gecə həyatı məni bezdirib.
- Gülaydan qaçıram demirdə bezmişəm deyir.
- Off demə.. o da lap bəla oldu. Sən necə bacarırsan onları qırmağı. Mən bir gecəlik macəra yaşayım dedim, qız başıma bəla oldu.
- Eee bu işin profesionalı olmaq başqadır. Qadınlardan istifadə edəndə belə bəlli etməlisən ki, sən ona dəyər vermirsən.
- Çox acımasızssan.
- Mən yox qadınlar acımasızdır. Yalançı, riyakar, xain.
- Ağır danışma. Başa düşürəm səni, amma bu dünyanın sonu deyil. Ilk bunu yaşayan sən deyilsən. Bütün qadınlardan qisas ala bilmərsən.
- Sus!
- Kənan izn ver. Bax özün görəcəksən hər şey başqa cür olacaq. Uşaqlıqdan tutdurmusan qadınlar belədir qadınlar elədir. Bir izn ver kiminsə yaxınlşamağına.
- Dedim ki sus! Sənə min dəfə demişəm bu barədə bir daha danışma. Mənim vecimə də deyil. Eşidirsən heç nə vecimə deyil. Hamısı eynidir mən də istifadə edirəm. Əcəb edirəm. Eşitdin, əcəb edirəm!
- Kənan dur, sərxoşsan getmə.
- Çəkil başımdan.
- Kənan.
- Əlini çək dedim. Gəlməyi düşünmə. Səhər gözünü göm göy açılmasını istəmirsənsə uzaq dayan.
- Get nə halın var gör.
Kənan qəzəblə qonaqların arasından sürətlə çıxışa doğru irəliləyirdi. Bağlanan liftin qapısını son anda əl atmaqla saxlayıb içəri keçdi. Qəzəbdən əlini sıxmış, nəfəs alıb verməsi sürətlənmişdi. Liftin qapısı bağlanınca geriyə dönəndə küncə sıxılmış uzun qara saçlı, qarabuğdayı, balaca boy qızı gördü. Onu baş bütün süzərək üzündə özündən əmin tərzdə gülümsəmə ilə yaxınlşadı. Qız tir tir əsirdi deyə bu onu daha da ürəkləndirirdi.
- Sən kimsən?
- Mmmənnn..mmməə
- Dur. Demə. Sus...
Kənan qıza yaxınlaşdıqca qız liftdə küncə sıxılırdı. Gözü bir Kənanda bir də liftin başında dəyişən rəqəmlərdə idi. Kənan bunu görüncə əlini atıb liftin stop düyməsini basdı. Lift dayanan kimi qız titrək səslə bir şeylər deməyə çalışırdı. Kənan sərxoş olduğundan başa düşmürdü. Get gedə qıza yaxınlaşdıqca qız liftin kənarı ilə uzaqlaşmağa çalışırdı. Kənan əlini onun belinə keçirdib cəld özünə tərəf çəkib dodaqlarını qızın saçları arasında gəzdirirdi. Qız çabalayaraq qışqırmağa başlasa belə məhəl qoymadan daha da özünə sıxırdı.
- Yanıq karamel qoxusu...nə gözəl.
- Kənan bəy, siz sərxoşsunuz, neynədiyinizi bilmirsiniz buraxın məni yalvarıram.
- Oo adımı bilirsən demək. Əla, tanışmaq vaxt almayacaq o zaman. Işimzə baxaq biz.
- Buraxın dedim. Indi qışqıracağam! Buraxın!
- Sus, bu sənin üçün taleh quşudur. Bax Kənan Balcıoğlu hər kəsə bu qədər səxavətli davranmaz. Gecəni mənimlə keçir gör həyatın necə dəyişir.
- Burax məni! Əclaf!
Qız əlindəki çanta ilə Kənanın başına vurunca çantanın dəmir hissəsi onun qaşına dəyir. Kənan sərxoş halda əlini alınan atıb digər əli ilə qızı tutmaqda davam edirdi
- Demək vəhşiyik ha.. olsun belə daha maraqlı olur hər şey.
- Burax məni, alçaq, əclaf!
Qışqırıq səsləri yenidən ucalmışdı.
- Kömək edin. Yardım edin. Kimsə kömək etsin.
Lift anidən tərpənincə Kənan yerində büdrədi. Qollarından qızın çıxıb qapıya tərəf sıxıldığını gördü. Yerə əyləşib açılan liftin qapısına və qapıya yığışanları dumanlı şəkildə izləməyə başladı. Hər kəs qızı ətrafına almış onu sakitləşdirirdilər.
- Yaxşısınız Nə oldu?

Müəllif: Lili Sh
(səs: 5)
Şərhlər: 10
Baxılıb: 8 455
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri