Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 13)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 290
Səs ver:
(səs: 1)
Birinci Dəftər
13


Dərya ilə tanış olduğumuz bir aydır. Bu müddət ərzində hər gün görüşə bilməsək də, mütləq  zəngləşirik. Atamın qorxusundan cəmi üç dəfə gəzməyə çıxmışıq. Onda da yarı ürəyim evdə qalıb. İndi Dəryasız darıxıram. O mənimçün ən əziz, doğma bir adama çevrilib. İnstitutda mühazirələr zamanı tez-tez yadıma düşür. Evə gələndə də həmişə qulağım səsdə olur. Elə bilirəm bu dəqiqə  arxadan onun səsini eşidəcəyəm: "Könül!..” deyə məni çağıracaq. Fəzilə diliyanmış, bizi kinoda gördüyünü fakültəmizdə qızların çoxuna danışıb.  Eh!.. Qoy hamıya yaysın! Əvvəl-axır hər şey aşkara çıxacaq.  Sevmək cinayət sayılsaydı, gərək bütün bəşəriyyət mühakimə olunaydı!
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 290
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri