Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 16)
Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 16)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 704
Səs ver:
Birinci Dəftər
16


Bu axşam gecəyədək telefonun yanında oturub qəzetlərə baxdım, kitab oxudum… "Spidola”nı qurdaladım, xaricdən tutduğum musiqilərə qulaq asdım. Atam da, anam da çoxdan yatmışdı. Dəryanın zəngini gözləyirdim. Maraqlı bir xəbər vardı qəzetdə: məşhur alman alimi Vilhelm Humbaldt gözəl, ağıllı zövcəsi Karolina fon Daxroydenə qırx dörd il ərzində hər gün yüz xətt şeir ithaf edib. Onlar otuz beş il intəhasız bir məhəbbətlə yaşayıblar. Karolinanın vəfatından sonra da Humbaldt onu unutmayıb. Ömrünün axırına kimi, hər səhər yazdığı şeri axşam aparıb sevimli qadının məzarı üstdə oxumağı bir adət şəklinə salıb...
 "Qəribədir!—Fikirləşdim. —Sən demə, almanların da öz məcnunu varmış!..” Otağa cilgiltili qarışıq fərəh doldu. İntizarım bir anda yoxaldı. O idi. İkicə kəlmə sözü ilə ürəyim təskinlik tapdı.
—Salam… Salam, Könül… Necəsən?
Pıçıldadım:
—Yaxşıyam. Gəlib çıxdın?..
—Hə… Mən dedim indiyə yatmış olarsan.
—Heç gözümə yuxu gedər?.. Hardan danışırsan?
—Aerodromdan. Bağışla, narahat elədim səni.
—Yox...
—Yatginən… Sabah istirahət günüdür, görüşərik… Yaxşımı?
—Nə vaxt?
—Saat… neçədə istəyirsən?
Fikirləşdim.
—Birdə.
—Çox gözəl!
—Harda?
—Elə orada… Gecən xeyrə qalsın.
—Sağ ol...

—Öpürəm səni!
Arxayınlıqla nəfəs aldım. "”Elə orada” metronun "Bakı Soveti” stansiyası deməkdi. İçəri evdən atamın boğuq səsi eşidildi:
—Kimdir gecənin bu vədəsində zəng çalan?!
—Pa, səhvən bura düşmüşdülər.
—Bəs sən niyə oyaqsan?
—Dərslərimi hazırlayırdım, pa. Indicə qurtardım.
Köksünü ötürdü, lakin dinmədi. Işığı keçirdim. Barmaqlarımın ucunda çarpayıma yaxınlaşdım. Tez soyunub yerimə uzandım. Bu gecə yorğana deyil, sanki şadlığa büründüm...və gözlərimi yumunca asta-asta əriyib şirin bir... yuxuya qarışdım...

Şərhlər:
Baxılıb: 704
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz