Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 21)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 824
Səs ver:
(səs: 1)
Birinci Dəftər
21


Çıxılmaz vəziyyətdə qalmışdım. Atam, anam, Qönçəbəyim, əri… Hamısı bir fikirdə idi: məni Eminə nişanlasınlar. Oğlan etirazımı bilib qırağa çəkilsə də, valideynlər bu sövdadan əllərini üzmək istəmirdilər.
Dəryanın rahatlığı pozulmuşdu. Tez-tez zəng çalırdı, xəbər alırdı: "Könül, nə oldu?” "Atam məni danışdırmayıb,—deyirdim.—Yəqin bu axşam dindirəcək.”
Qönçəbəyimin də səbri tükənmişdi. Anamı gündə neçə yol telefona çağırırdı: "Mərmər, iş nə yerdədir?”
 Anam məndən çəkinirdi, əlini ağzına tutub, udquna-udquna astadan cavab verirdi: "Mən məsələni Murada çatdırmışam. Hələ ki, qızın rəyini soruşmayıb.” Dəryagildən elçilər üç gündən sonra gələcəkdi.  Evimizdə gərgin bir hal yaranmışdı. Atam özünü hər şeydən xəbərsiz kimi çox laqeyd aparırdı. Sanki anamın, Qönçəbəyimlə ərinin dediklərini unutmuşdu; Eminlə nişanlanmağıma etiraz etmədiyini yaddan çıxartmışdı. Onun bu etinasızlığı məni gecə-gündüz düşündürürdü. Kim bilir, bəlkə də ikicə kəlmə ilə razılığını verdiyi üçün bir daha bu söhbətlərə qayıtmağı lüzumsuz sanırdı. Ancaq ürəyimə dammışdı. O, bu haqda mütləq məni danışdırmalı idi!  Anamsa iki yol ayrıcında aciz qalmışdı. Gücü ona çatırdı ki, susurdu.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 824
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri