Məcburiyyət (11-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 6 549
Səs ver:
(səs: 1)
Kənan Firuzənin sözü qarşısında quruyub qalmışdı.
- Necə sübut edim. Mən ilk dəfədir ki, belə bir vəziyyətlə rastlaşıram.
- Get o zaman öyrən. Mən deyəsi deyiləm.
- Amma....Firuzə....firuzə dayan.
- Getmək istəyirəm.
- Bir dəqiqə dayan.
- Mən sözümü dedim. Qalanı sənin boynuna. Sən məni inandır. Bu qədər.
Firuzə sözünü deyib getmişdi. Kənan qayıdıb masada oturarkən dərindən oh çəkdi.
- Bir anlıq doğrudan inanmayacaq zənn etdim. Qıza baxe. Heç kimə sərf etmədiyim sözləri dedim yenə də inamırdı. Mən də elə bilirəm yalan ürə mütəxəssisəm. qızda tərsliyə baxe... eyb etməz. əsas odur ki, inandırmağımı istədi. Demək ürəyində inanmaq istəyir. Inandırmağa nə var Firuzə xanım. Təki istədiyin bu olsun. Bu iş zənn elədiyimdən asan oldu... bu da beləcə həll olundu.

***

- Axmaq. Elə bilir inandım. Guya bilmirəm ki,bu da oyunun bir parçasıdır. Indi sən orada çabala mən baxım zövq alım. Elə bilir inandırmaq asan olacaq. Sən elə zənn et.. kobud..

***

- Firuzə.
- Eşidirəm.
- Sinan bəy yeni layihənin təqdim olunmasını istəyir.
- Istəyir get elə də layihənin rəhbəri sənsən.
- Amma sənin təqdimatında istəyir.
- Ömər bu layihənin rəhbəri sənsən , səndən daha yaxşı təqdim edəcək adam yoxdur.
- Layihəni birgə işləmişik. Sən də ən xırda detalına qədər bilirsən.
- Ömər şansın yoxdur onsuz. Xanımqızımız Sinan bəyə cadu edib nədir. Adamın bu departamentdə gözü başqasını görmür.
- Ayşə yenə başlama.
- Nədir firuzə xanımın qüruruna toxundu
- Ayşə!
- Səsini qaldırma. Qarşında uşaq yoxdur.
- Sən də məni məcbur etmə.
- Mənə bax canım ağlın İrana getməsin. Bura Türkiyədir. Adamı qaldırdığı kimi yerə də vururlar.
- O zaman ehtiyyatlı ol, mənə niyə deyirsən.
- Sən nə demək istədiyimi bildin.
- Ayşə sənin mənimlə nə dərdin var?
- Bilə bilə ki, Kənana vurulmuşam getdin onu yoldan çıxardın.
- Nə? Nə axmaq axmaq danışırsan. Sənin kənandan əvvəl də dərdin var idi. özü də sən ona vurulub eləməmisən. Sənin üçün önəmli olan ad sandır.
- Nə cürətlə!
- Xanımlar!
- Mənə bax Ayşə, ağlın getməsin o biri işçilərə. Mənə sənin sözün, hərəkətlərin təsir etməz. Çünki mənim üçün əhəmiyyətli ola biləcək ən son insansan.
- Səni bilirsən neynəyərəm.
- Xanımlar! Indi ikinizi də qovacağam otaqdan.
- Bağışla Ömər.
- Sənə günün göstərəcəyəm firuzə xanım. Qorx məndən.
- Get başımdan.
- Ikiniz də susun. Ayşə otur yerində. Firuzə sən də mənimlə gəl.
Firuzə əsəbi halda bayıra çıxdı. Ömər onun qolundan tutub güclə saxladı.
- Dayan. Sinan bəyin yanına belə girmə.
- Anlamıram da bu qəzən dərdi nədir.
- Nə olacaq qısqanclıq. Qısa zamanda Sinan bəyin güvəncin Kənanın da sevgisin qazandın.
- Nə? Nə sevgisi. Ömər heç olamsa sən başlama.
- Nədir bəlkə yalan deyirəm. Dünən sizi balıq restoranıdna görüblər.
- Eee? Nə olsun?
- Necə nə olsun. O adam o restorana ancaq ailəsi ilə gedər. Yəni ən yaxınları ilə.
- Nə dəxli var restorandır da.
- Çox dəxli var. Adamın getdiyi xüsusi yerlər var. Səni də ora aparıb.
- Doğrudan
- Hə. Nə isə mənə qalmayıb. Gəl gedək. Ay layihəni unutdum. Sən öndən get gözlə qapıda, Mən gəlirəm.
Firuzə düşüncəli halda Sinan bəyin katibəsinin ynıan gedərkən, Ömər onun arxası ilə boylanıb Kənanın otağına üz tutdu.
- Kənan bəy.
- Gəl. Dediyimi elədin.
- Bəli elədim.
- Əla.. qarşılığını alacaqsan.
- Çox sağolun..
- Gedə bilərsən...ya da dayan. İnandı? Yəni üz mimikası necə idi.
- Əvvəl inanmadı amma sonda ağlına şübhə düşdü.
- Gözəl...get indi. Lazım olanda çağıracağam.
- Oldu..
- Hə, Firuzə xanım. Xanımlar üçün əsas odur ki, ona özəl olduğunu hiss elətdirəsən. Sən yavaş yavaş düşəcəksən tələmə.. az qalıb.. lap az...

***

- Ömər sən əminsən ki, Sinan bəy məni də çağırmışdı. Eləcə sən danışdın. Mənim danışmağıma ehtiyac qalmadı.
- Mən nə bilim. Adam səni də çağırmışdı.
- Hmm..maraqlıdır. heç mən tərəfə belə baxmadı. Görəsən niyə çağırmışdı ki?
- Işlər çoxdur, bunlar boş şeydi. Gəl gedək.
Firuzə yeni layihə üzərində çalışmağa başlamışdı. Bu müddət ərzində Kənan Firuzəni inandırmağın yollarını axtarırdı.
- Səlma...firuzəni çağır gəlsin.
- Baş üstə Kənan bəy.
Firuzə departmanet işçiləri ilə iclasdaydı. Yeni layihənin təqdimatı üçün hazırlıqlara başlamışdılar. Səlmanın qapını açması ilə hamı o yönə döndü.
- Bağışlayın böldüm. Zəng vurdum, amma açan olmadı. Kənan bəy Firuzə xanımı çağırır.
- Firuzə, tez gəl.. bilirsən itirəcək zamanımız yoxdur.
- Oldu.. 5 dəqiqəyə gəlirəm.
- Aman.. tələs sevgilin əsəbləşər sonra.
- Ayşə xanım iclasa dönün..
Firuzə Səlma ilə kənanın otağına doğru irəliləyərkən, Səlma gözaltı Firuzəni süzürdü.
- Səlma xanım, nə olub?
- Mən səndən soruşum? Səhv başa düşmə. Amma sənə görə narahatam. Bu adamın sakitliyi xeyrə əlamət deyil.
- Can. Narahat olmayın. Mən bilirəm neynirəm.
- Elə deyirsənsə elə olsun. Keç içəri. Səni gözləyir.
Qapının döyülməsi ilə Kənan ayağa qalxıb özü qapını açdı. Gülər üzlə firuzəni qarşılayaraq içəri dəvət etdi.
- İclasımız var, nə deyəcəksinizssə tez olun xahiş edirəm.
- Nə oldu yenə sizə keçdik.
- Şirkət daxilində belədir.
- Yaxşı.. düz deyirsən. Axşam aharasa gedək? Səni çox sevdiyimbir yerə aparım.
- Hara?
- Gedərik görərsən.
- Gələcəyəm amma bir şərtlə.
- Nə istəsən.
- Ünvanı verin. Özüm gələcəyəm. siz məni orada gözləyin.
- Niyə, bir yerdə..
- Razılaşdıq. Ünvanı da bura yazın saatla birlikdə vəsslam.
- Amma..
- Aaa onda gəlmirəm.
- Yaxşı yaxşı..təki sən gəl..
Kənan Firuzəyə ünvanı yazıb verdi. Firuzə kağızı alıb otaqdan çıxdı.
Kənan: Bu gün bir az daha yaxınlşacaqsan mənə.
Firuzə: sən görərsən bu gün.

***

Günün sonunda Kənan şirkətdən çıxıb evə gedərək geyinib Firuzə ilə görüşəcəkləri məkana getdi. Oturub onu gözləməy başlamışdı ki, anidən boynuna sarılan qollardan diksindi.
- Belə qarşılanacağımı gözləmir.....Nazan?
- Hmmm birisini gözləyirdik?
- Hə..
- Kənan...çox pis oğlansan. Indi burada mənim gözümün önündə başqa biri ilə yemək yeyəcəksən..
- Sənə bu maraqlıdır.
- Yox. Onunla sadəcə əylənmək üçün vaxt keçirsəydin buraya gətirməzdin.
- Nazan get.
- Məni qovursan.
Kənan narahat halda ətrafa boylanaraq saatına baxdı. Əgər Firuzə gəlib onu bu vəziyyətdə görsəydi bütün planı alt üst olardı.
- Nazan.. sən idi get. Axşama danışarıq?
- Onun kimliyi maraqlı gəldi. Kimdir səni belə təlaşlı edən.
- Mən təlaşlı deyiləm.
- Aaa bəsdir.. özünü mənə tanıtma. Sən heç kimə görə, bu qədər narahat olmarsan.
- Nazan get dedim.
- Görünür dəyər verirsən. Nə deyim, qısqandım vallah. Kənan bəyimizi ələ keçirmək hər adamın işi deyil.
- Nazan!
- Yaxşı yaxşı. Coşma yenə. Gedirəm. buralarda olacağam. Baxım görüm kimdir o əsrarəngiz xanım.
Nazan masadan uzaqlaşıb yan masada əyləşərək üzü Kənana tərəf döndü. Kənan isə azca rahatlamış şəkildə yenidən qapıya baxmaqda davam edirdi. Yarım saat keçmişdi, amma Firuzə ortalıqlarda görünmürdü. Kənan zəng eləsə də telefon elə hey məşğul göstərirdi. Artıq görüş vaxtından bir saat yarımdan çox vaxt keçmişdi. Kənan qarşısındakı içki şüşəsini boşaltmaq üzrə idi.
- Nə oldu? Sevgilin gəlmədi deyəsən.
- Nazan get başımdan.
- Az qala 2 saat olacaq. Ayrı vaxtlar iki dəqiqə belə gözləmərsən.
- ...
- Yaxşı..susuram. Bəlkə mənimlə gələsən.
- Nazan..
- Ay can..
- Rədd ol.
- ...
- Dur çıx gt.
Kənan necə qışqrıdısa ətrafda olanlar dönüb ona baxdı. Nazan ayağa qalxıb dodaq altı ona söyərək uzaqlaşdı. Kənanın əsəbdən artıq gicgahında damarlar sıxılırdı. Gözləri də qızarmışdı. Özünü toparlamağa çalışırdı ki, Firuzə gəlsə onu belə görməsin. Səbrini sıxsa da artıq özünü saxlaya bilmirdi. Telefona əl atıb yenə zəg vurmağa çalışsa da bu dəfə telefon sönülü idi. hirsindən telefonu atmaq istəyirdi ki, gələn smsm səsinə əlini saxladı. Sms Firuzədən idi.
"Yuxum var. Həvəsim yoxdur gəlməyə.”
Sms Kənanın sıxdığı səbrin son damlası oldu. Masada nə vardısa yerdə idi. bu da bəs etməmiş kimi masa da çevrilmişdi. Ətrafda hər kəs qorxu dolu gözlərlə ona baxsa da bağırtısına artıq hər kəs yerindən durub gedirdi. Kənan məkandan o qədər əsəbi çıxmışdı ki, qarşısına çıxanı necə itələyirdisə hər kəs yerə yıxılırdı.
- Bunu sənə ödətəcəyəm Firuzə.. Burnundan gətirəcəyəm... eybi yox. Görərsən sən. Mənə belə oyun oynayan olmamışdı. Sənə ölüm belə azdır. Süründürəcəyəm səni dayan sən.

***

Səhəri işə gələn Firuzə günlər sonra olduqca yaxşı əhvalda idi. otağa daxil olarkən Ayşə ona yaxınlaşıb nəsə demək istəyirdi ki, əli ilə ona sus işarəsini verdi.
- Inan bu gün əhvalım o qədər yaxşıdır ki, sən belə gözümə şirin görünürsən. Mənzərəni korlama və yerinə qayıt.
Ayşə heç nə anlamadan masasına getdi. Otağa daxil olan Firuzəyə qəribə baxışlarla baxırdı. Firuzə masasını toplamağa başlayınca hər kəs daha da təəcübləndi.
- Neynirsən?
- Masamı toplayıram. Bu gün gedirəm.
- Hara?
- Yəni ərizmə hələ yazmamışam, amma əminəm ki, yazacağam.
- İşdən çıxan adamın bu qədər əhvalı yükəsk olmasını da ilk dəfədir səndə görürəm.
- Ayşəcim qalıb sənə hələ çox şeyi göstərmək istərdim, amma təəssüf mənə bu gün yol görünür.
Telefon çalması ilə otaqdakıların söhbəti yarımçıq qaldı.
- Firuzə.
- Bəli
- Kənan bəy səni çağırır.
- Vəssalam. Dostlar haqqınızı halal edin. Ola bilsin qayıtmadım. Qayıtsam belə sağollaşmağa vaxtım qalmaz.
- Nə?
- Yenə nə danışır bu qız.
Firuzə üzündəki təbəssümü itirməyərək Kənanın otağına doğru irəliləyirdi ki, Onur qarşısını kəsdi.
- Ayda bir bu əksik idi
- Firuzə? Axır ki, gördüm səni. Eyni şirkətdə çalışırıq, amma bir birimizi görmyimiz müşkül olub.
- Iznizlə işim var
- Bir dəqiqə dayan. Məni hələ də bağışlamamısan?
- Önəmli deyil. Bağışlayın getməliyəm.
- Yox.. mənim üçün önəmlidir.
- Onur bəy nə istəyirsiniz?
- Səni..yəni sənin güvənini sevgini
- Gecikmisiniz. Sağolun.
- Dur.
- Allahım səbr ver mənə. Onur bəy, getməliyəm. Məni acı danışmağa məcbur etməyin. Izninizlə.
Firuzə Onurun yanlndan sürətlə keçib Səlma xanımı yanına çatdı.
- Səlma xanım.
- Ay can. Gəldin.
- Necədir?
- Nə necədir?
- əhvalı. Çox əsəbidir.
- Yox əksinə bikefdir.
- Nə?
- Hə, ilk dəfədir onu belə görürəm. nə olub ki?
- Yanına girim gəlirəm.
Qapı döyülsə də Firuzə gəl təsdiqini eşitmədi. Bir daha döydü. Yenə səssizlik olunca qapını aralayıb içəri keçdi.
- Məni çağırmısınız.
- ....
- Kənan bəy.
Kənan üzü pəncərəyə tərəf dayanmışdı. Səsə dönüb Firuzəyə baxdı.
- Gəl...otur..
- Nəsə olub? Niyə çağırmısınız.?
- Nəsə olub? Səncə nəsə olmayıb?
- Yəqin dünənə görə, deyirsiniz. Neynim yuxum mənim üçün şirindir. Həvəsim də olmadı. Gəlmədim.
- Bu qədər bəsit
- Hə bu qədər bəsit.
- Hm.. başa düşürəm. yaxşı get.
- ...
- Get...gedə bilərsən.
- Anlamadım.
- Azadsan yəni, işinin başına dön.
- Heç nə deməyəcəksən.
- Nə deyim. Sevgimdən istifadə edib məni alçatdın. Sənə heç nə deyə bilmərəm. qürurumu ayaqlarını altına atacaq qədər sevirmişəm. mən də dünən gördüm.
- Hııı? Nə?
- Get, Firuzə. Tək qalmaq istəyirəm.
Firuzə çaşqın halda ayağa qalxıb geriyə baxa baxa otaqdan çıxdı. Şokun təsirindəykən Səlmanın ona yaxınlaşmasından diksindi.
- Nə oldu?
- Bu adam....qəribədir..
- Nə qəribədir?
- Normalda məni əncərədən aşağı atmalıydı. Amma ....
- Allah uzaq etsin.. o nə sözdür.
- Olmaya bu gerçəkdən....yox...yox bu ola bilməz. Onun sevgisi gerçək ola bilməz..

Müəllif: Lili Sh
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 6 549
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri