Məcburiyyət (12-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 6 181
Səs ver:
(səs: 4)
Kənanla Firuzənin söhbətindən 2 gün keçsə də bu günlər ərzində Kənandan səs çıxmaması Firuzəni düşündürürdü.
- Of Firuzə of. Büynin onsuzda dolu idi problemlərlə indi də bunu düşün dur. Küsüb cəhənnəmə kessün. Sənə nə Kənanın küsməsindən. Özü bilər. Yalançının öndə gedənidir. Kim küssə də o küsməz....offff....beynim dayanacaq indi.. ya..ya doğrudan sevirsə? Onda necə? Yox..yoxe yox ola bilməz kim kim Kənan heç sevə bilməz. Niyə ki? Bəyəm mən buna layiq deyiləm ki? Layiqəm də sevən adam doğrudurmu bax orası artıq müəmmalıdır.
- Nədir indi də öz özünə danışırsan?
- Ayşə, əhvalım yoxdur, dəymə mənə.
- Ay can...nə olub??
- Ayşə..
- Sevgilinlə dalaşmısınızssa denənə gedim təsəllisini verim.
Firuzə gözlərini süzərək masadan qalxıb çıxmaq istəyirdi ki, Ömərlə üz- üzə gəldi.
- Hara belə?
- Hava alacağam.
- Iclas?
- Hələ hamı gəlsin işinə.. ona kimi gələrəm.
Liftin qabağı dolu olduğundan Firuzə pillələrlə düşməyə başladı. Kənanın otağının olduğu mərtəbədə ayaq saxlayıb qapıya tərəf boylandı. Səlma xanım orada idi. Gah irəli gah geri addım atırdı. Səlma onu görən kimi yanına çağırdı.
- Nə yaxşı gəldin?
- Hə, bağçaya çıxmaq istəyirdim. Dedim sizə də baş çəkim. Necəsiniz?
- Mən yaxşı, sən necəsən?
- Yaxşı...
- Sözlü adama oxşayırsan.
- Kim?
- ....
- Mən?
- Yox... nə sözü. Eee? Necəsiniz?
- Hm...dedim axı yaxşıyam..
- Hə..doğrudan..dediniz
- Aha dedim.. Mən yaxşıyam, amma sən deyəsən yaxşı deyilsən.
- Bir söz soruşacağam.
- Ha...gəldik əsas məsələyə. De görək. Yazıqdır içində axlama qıvrına qıvrına qaldın.
- Şeyyy... Kənan... yəni Kənan bəy. Bu iki gündə əhvalı necə olub.
- Normal...
- Normal? Yəni? əvvəlki kimi.
- Necə yəni?
- Yəni...əvvəlki kimidir.. yenə şorgözlük, tənbəllik edir.
- Aaa elə yox.. adamın allahı var neçə vaxtdır nə adı qəzetlərdə çıxır nə də işə gəlməməzlik etmir.
- Elə? Yəni bu yaxşıdır?
- əlbəttə yazıq Sinan bəy axır ki, neçə vaxtdır əsəbiləşmir. Niyə soruşdun ki?
- Heç.. elə belə..
- Firuzə? Sən elə belə soruşmarsan? Nə olub? əgər gizli deyilsə mənimlə paylaşa bilərsən.
- Yox.. heç nə.. sadəcə soruşdum. Maraqlı gəldi. Mənə də dəyib dolaşmır.. ona görə maraqlı gəldi.
- Oh şükür. Nə qədər uzaq olsa o qədər yaxşıdır.
- Niyə? O qədər pis adamdır.
- Yox əslində, amma qəlb qırmağı olduqca yaxşı bacarır. Ümumilikdə o da sənin mənim kimi insandır. Sadəcə tək böyüyüb. Evin bir oğludur. Ata işdə ana yox. ərköyün olub.
- Ana yox?
- Hə. Bilmirdi. Anası ilə atası çoxdan ayrılıblar.
- Hmmm...belə de.
- Hə. Mən o vaxtlar burada olmamışam, amma olanlar deyir çox çətin keçid dvrü olub ailə üçün. Əsas da Kənan üçün. Anasına olduqca bağlı olub.
- Bəs görüşrmürlər ki?
- Yox. Anası sonradan ayrı biri ilə ailə qurub. Kənanı atasına verib.
- Nə pis.. yazıq..
- Indi harada olsa gələr. Sni burada görməsin. Dəlinin yadına daş salmayaq.
- Hə.. gedim mən. Bizim də iclasımız var idi elə.. Hələlik.
- Danışdıqlarımız aramızda qalacaq amma..
- əlbəttə.
- Hamı bilir, amma yenə də sən məndən eşitməmisən.
- Narahat olmayın. Mən qaçdım.
Firuzə yol boyu düşünməyə başladı. Kənanın bu aqresivliyinin arxasında bəlkə də bu hadisə dayanır deyə içi içini yeyirdi artıq. Səbəbini bilməsə də bu məsələni dərindən bilmək istəyirdi. Iclasdan sonra ailə haqqında internetdə araşdırma apardı. Tanınmış olduqlarından kifayət qədər məlumat var idi, amma bircə ailənin ayrılma səbəbləri haqında heç n deyilmirdi. Sadəcə boşanma xəbərləri var idi. otağın qapısının döyülməsi ilə kuryerin əlində gül dəstəsi ilə girməsinə hamı ona tərəf yönəldi. Firuzə bəlli etməsə də gülləri görəndə ürəyi əsmişdi. Üzündə gülüşü gizlətməyə çalışsa da məmnun olduğu hər halından bəlli idi.
- Firuzə xanım?
- Bəli burdayam.
- Sizə gəlib.
- Kimdən?
- Üzərində kart olmalıdır.
Firuzə gülləri alıb karta əl atdı. Tələsik açaraq oxumağa başladı. "Bəlkə artıq barışaq?” Notu oxuyandan sonra güllər əlində otaqdan çıxmışdı. Getdiyi yer isə Kənanın otağı idi. Səlma yerində olmadığından Firuzə gözləmədən qapını döydü.
- Gəl.
- Olar?
- Firuzə?
- Hə mənəm. Salam.
- Salam.
- Şşey.. mən.. narahat etmədim ümid edirəm.
- Yyyooxx buyur. Nəsə olub?
- Yox.. təşəkkür edəcəkdim.
- Təşəkkür? Hmm..öyrənə bilərəm niyə?
- Güllərə görə.
- Güllər? Hə..həə güllər. Buyur.. təşəkkür lazım deyil.
- Küsülüyük hələ də?
- Mən uşaq deyiləm Firuzə. Sənsən elə davranan.
- Amma məni də başa düş. Hər şey elə tez baş verdi ki...yəni.. nə bilim yenə oyun oynaırsan zənn etdim.
- Zənn etdim? Indi o düşüncədə deyilsən?
- O düşüncədəyəm..o düşüncədəyəm də tam deyiləm.
- O necə olur?
- Belə olur ki, göndərdiyin güllə və notla otağıan qədər gəlmişəm. və indiyə kimi də acı söz deməmişəm.
- Not?
- Hə, yazdığın not,
- Hə.. yazdığım not.. nə yazmışam?
- Necə yəni? Nə yazdığını bilmirsən?
Kənan yerindən qalxaraq Firuzəyə tərəf gəlib əlini nota atdı.
- Elə şey olar. Əlbəttə bilirəm, amma istəyirəm sənin dilindən eşidəm.
Bunları deyə deyə Kənan notu əlinə alıb oxyacaqdı ki, Firuzə cəld tərpənib notu arxasında gizlətdi.
- Onda denən.
- Nəyi?
- Notda nə yazdığını..
- Yenə uşaqlıq edirsən.
- Denən və bu oyun burada bitsin. Söz verirəm inanacağam sevginə.
- Firuzə!?
- Denən!
- Mənimlə belə əmr tonunda danışacaqsansa demirəm.
- Demirsən... ok.. mən başa düşdüm. Axmaq kimi gülləri də götürüb gəlmişəm sənin üstünə. Denən heç xəbərim yoxdur güllərdən. Bilmirəm nə yazılıb o notda. Bir başa denən mən göndərməmişəm.
- Firuzə.. mən sadəcə...
- Yanılmamışam Kənan. Sənə inanmamaqda yanılmamışam. Amma bir şey deyim. Ya da yox... demirəm. heç bir sözümü sərf etmək istəmirəm sənə görə.
- Firuzə! Firuzə dayan... axxx Lənət şeytana.. iki gün səbr etdim ki, sonunda öküzün biri hər şeyi korlasın. Alo... mənə bax dərhal Firuzəyə gələn gülün kimin göndərdiyini tapırsan dərhal! Hər şey normasına düşərkən bu işi korlayanı bir tutsam var ya ağızını burnunu dağıdacağam. Offf, guya küsülü olan mən idim ki, qız gəlib könlümü alsın hər şey onun xeyirən çevrildi. Qız da şansa bax da...of offff.düşün Kənan düşün.. bir yol olmalıdır. Inandıracaq bir yol olmalıdır...
- Kənan bəy
- Nə var yenə?
- Bağışlayın..
- əsəbiyəm...fikri vermə Səlma. Nə deyəcəkdin.
- Atanız.. zəng vurmuşdu. Axşamki yeməyi xatırladırdı.
- Yaxşı.. sən get..bir yeməyimiz əksik idi. Mən nəyin dərdindəyəm atam nəyin dərdində. Bu ailə yeməkləri mənə görə, deyil hələ də kişi başa düşmür....ailə yeməkləri? əlbəttə..bu işi kökündən həll edər.. oğlum kənan sənən qorxmaq lazımdır.Vəssalam. bu iş bu gecə bitər.

***

- Axmaq Firuzə. Durub ayağına qədər getmişəm onun. Axmaq axmaq axmaq...offf. göndərib aparıb başına çırpardın. 32 dişini çöldə qoyub getməzdin. Axmaqsan başqa da heç nə demirəm.
- Firuzə.
- Nə var?!
- Oo bu nə əsəb? Deyəsən yaxşı vaxtı gəlmədim.
- Bağışlayın. Əsəbiyəm sadəcə.
- Niyə? Nəsə olub? Bəlkə mən kömək edə bilərəm.
- Yox.. sizlik bir şey yoxdur. Bağışlayın getməliyəm.
- Sevindim.
- Nəyə?
- Gülləri belə qucaqlayıb gəzməyinə.
- Anlamadım.
- Yəni.. ümid edirəm təklifi qəbul edərsən və barışarıq.
- Nə..siz.. güllər sizdəndir.
- Hə..sən kim zənn etmişdin.
- Hheçç heç kim. Təşəkkürlər çox incəsiniz, amma mən sizdən küsülü deyiləm. buyurun bu notunuz bu da gülünüz. Sağolun.
- Firuzə bəlkə bəsdir artıq. Bilirəm çox böyük eşşəklik etmişəm. Amma sən də gör artıq peşimanlığımı.
- Sağolun Onur bəy.
Firuzə sürətlə öz otağına doğru getdi. Ardınca baxa baxa qalan Onur geriyə dönəndə eyni sürətlə Kənanın gəldiyini görüncə gülləri arxasında gizlətdi. Amma təbii ki, Kənaın gözündən bu yayınmadı.
- Bu nədir?
- Nə nədir?
- əlində gizlətməyə çalışdığın.
- Hə bu? Heç..
- Necə yəni heç...
- Heç də..
- Onur, bax biz uşaqlıq dostuyuq. Aradakı bu soyuqluğu məncə götürək.
- Mən soyuqluq salmamışam. Sən bir qıza görə soyuqluğu salmısan.
- Əgər həqiqətən onu sevsəydin inan mənə çəkilərdim. Amma sən aldığın gülləri üzə çıxarıb Firuzəyə almışam deyə bilməyəcək qədər cəsarətsiz dayanmısan qarşımda. Sən sadəcə mənə inad edirsən.
- Səninlə nə əlaqə.
- Onur. Mənə yox.. yaxşımı? Mənə də yox..
Onur heç nə demdən çıxıb getmişdi. Kənan isə düz yollandı Firuzənin çalışdığı otağa. Hər kəsin içində girib onu çölə çağırsa da Firuzə başını qaldırmadan, "işim var” deyib əhəmiyyət vermədi. Kənan isə qolundan tutub zorla bayıra çıxartdı.
- Ey, neynirsən? Nə haqla? Hamının yanıdna özünü göstərirsən
- Sus. Artıq sən danışmırsan. Bu vaxta qədər qəlbimi qırdın bundan sonra icazə verməyəcəyəm. gəldim deyəm axşama hazır ol. Işdən sonra yeməyə gedirik
- Hmm.. belə de. Deyəsən axırıncı yeməkdə doymamısan.
- Yox. Doymadım. Ona görə hazırlaş. Amma açıq saçıq geyinmə bir nənəm var, vallah üzünə baxmadan oxlova keçər.
- Nə? Nənə?
- Hə, səni axşam ailəmlə tanış edəcəyəm. Demirdin sübut elə. Mən də eləyirəm.
Kənan getmişdi.. Firuzə isə ağzı açıq halda onun ardınca baxırdı.
Bu adam dəli olub. Vallah billah dəli olub...

Müəllif: Lili Sh
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 6 181
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri