Şəmsparə (7-ci bölüm)

Müəllif: Antikvar
Şərhlər: 6
Baxılıb: 5 593
Səs ver:
(səs: 1)
Amalın mənim sözümdən incidiyini bilirdim. Əslində kobud rəfdar etmişdim. Ən azından bizim adətə yaraşmırdı qonaqla kobud rəfdar etmək. Amma bu bir neçə gündə olanlar mməni lazımından çox gərgin etmişdi. Hələ üstəlik şayələrin yayılması lap gərginliyimi artırıdı. Nə qədər əhəmiyyət vemirəm desəm də, istər istəməz ürəyimdə xal qalırdı. İndi süfrə başında başımı qaldıra bilmirdim. Amalın üzünə baxsam üzr istəməli olacağam. Bunu isə istəmirdim. Düzü əslində məni daha çox narahat edən Amal deyildi. Zaharla məni görən qadının kimliyi. Bilmirəm bəlkə də kişidir qadın çarşabında. Amma kim idisə əminəm ki, bizi görmüşdü. Əgər səs yayılsa valideynlərimin, babamın üzünə necə baxacaqdım bilmirəm. Bütün yemək boyu inşAllah görməmişdir, mən yanılıram deyə düşünərkən artıq hər kəs süfrə arxasından durmuşdu. Yeməyimə toxunmadığımı anam mənə "niyə yemədin, yaxşısan? Qızdırman yoxdur” suallarına tutanda fərqinə vardım. – Ac deyiləm deyib süfrədən qalxanda Amal əlində çanta aşağı düşdü. Qarşılaşmamaq üçün qonaq otağının əks qapısından çıxdım. Səs küydən başa düşdüm ki, atamla babam onu getməmək üçün yenidən dilə tutur. Mənsə o getsə hər şey düzələcək deyə düşünürdüm. Bilmirəm niyə, artıq bu adama qarşı antipatiyam yaranırdı. Yenə də o qapıdan çıxanda sağollaşmalıydım. Yoxsa evdəkilərin dilindən qurtula bilməyəcəkdim. Otağa girmək istəyirdim ki, həyətdə qadın səsini eşitdim. Var güclə qışqıra- qışqıra danışırdı. Anamı səsləsə də səsə hamımız çıxdıq.
- Xədicə xanım... çıx çölə iki kəlmə sözüm var. Görüm hansı üzlə cavab verəcəksən.
- Nə olub Ayşə qadın? Niyə qışqırırsan. Gəl keç içəridə danışın nə danışacaqsınız. Atamın əsəbi halda cavab verməsinə məhəl qoymayan Ayşə qadın dahya da qəzəblənərək, başındakı şalı hikkə ilə düzəldib, - mənim oğluma layiq bilmdəniz qızınızı? Aparıb verdiniz Musandam şeyxinə. Əsl mən sizin qızı öz oğluma layiq bilmirəm. Nəyimə lazım balaca bacı da yəqin böyük bacıdan öyrənir də belə şeyləri. Oğlum ləkəli qız almayacaqdı ki.
- Nə cürətlə! Sən nə danışırsan! Ayşə qadın ağızının danışını bil, yoxsa qadın demərəm attıraram səni bayıra. Ayıbdır, qadınsan qaedın kimi rəfdar et. Tərbiyəli ol!
Babam önə gəlib bu sözləri deyəndə mən əlim ağızmda olanlkarı seyr edirdim. Başa düşdüm ki, bizi görən Ayşə qadın idi. Qorxudan əsirdim. Artıq bədənim keyləşmiş, ürəyim bulanırdı. Yıxılmamaq üçün divara söykəndim. Əgər bu qadın Zaharla məni gördüyünü desə mən nə edəcəkdim bilmirəm.
- Mənə tərbiyə öyrədəcəyinə, nəvənə vaxtında düzgün tərbiyə verərdin. Day tövlədə yad gədələrə qucaqlaşıb görüşməzdi.
Başımdan elə bil qaynar su tökdülər. Babam, atam, anam hətta amal belə dönüb bizə baxırdılar. Valideynlərimlə babamın baxışları Əzizə və mənim aramda gedib gəlsə də Amal düz gözlərimə baxırdı. Çaşqın halda daynmışdı. Bilmirəm o anda nə düşünürdü, amma mənə baxmağı əsəblərimi tarıma çəkirdi.
- Qızlar nə danışır bu qadın. Susdurun onu. Niyə dinmirsiniz.
Əzizə mənə tərəf baxmadan başını aşağı əymişdi. Udqunurudu. Ağbəniz olduğundan dərisi o dəqiqə qızarırdı. Bəlli idi ki, məni gördüyünü o da bilirdi. Məni ələ verməmək üçün baxışlarını hər kəsdən qaçırırdı. Boğazım qurumuşdu. Bilmirdim nəsə deməyim lazım idimi. Atamla başını bulayaraq önə çıxdı.
- Ayşə qadın, çıx get. Nə dediyini bilmirsən sən. Mənim qızlarımı burada hamı tanıyır. Kimin necə biri olduğu hamıya bəllidir. Sənin sözünə inanası deyilik hər halda. Özünə hörmət qoy.
- Əbdül bəy, Əbdül bəy... yatmısan fil qulağında.. Ayşə qadın dediyi bu sözdən sonra önə addımlamağa başladı. Gözlərini düz üzümə dikib mənə yaxınlaşdı. Qarşımda dayanıb, istehzalı gülüşlə məni süzdü. Bu baxışlar altında əzilmişdim bütün. Hə, bizi görmüşdü, amma pis iş tutmamışdım deyə özüm özümə təsəlli verirdim ki, - Şəms xanım, bəlkə bir dillənəsən. Yoxsa inkar edəcəksən bu oğlanla tövlədə qucaqlaşdığını.
Bir şoku üzərimdən atmamış ikinci şoku yaşadım. Bu qadın nə danışırdı. Artıq nəyi düz deyib nəyi səhv dediyini özüm belə bilmirdim. Ağzı açıq bir qadına bir Amala baxırdım. Amalıın əli8ndəki çantası yerə düşdü. Yumuruğunu sıxmış, qaşlarını çatmış vəziyyətdə yerə baxırdı. Onun üzümə baxmaması məni lap dəli edirdi. Niyə dillənmirdi.. Niyə demirdi ki, biz qucaqlaşmamışıq. Biz orada gizli görüşməmişik.
- Aaa sən lap ağ elədin qadın. Keç belə! Utanmaz! Oğluna qızımı verməmişəm deyə bilmirsən nə uydurub heyfini çıxasan.
Anam o qədər əminliklə danışırdı ki, bu məni rahatlatmışdı bir az. Bilmirəm niyə, amma mənə inanmaları həm utandırırdı o an, həm sevindirirdi.
- Mən ağ eləmişə. Qızının özündən soruş. Dillən də! Niyə inkar eləmirsən! – qadın qolumdan tutub elə silkələdi ki, müvazinətimi itirib diz üstə yıxıldım. Artıq ağlamamaq üçün özümü tuta bilmirdim. Əzizə yaxınlaşıb məni qaldırdı. Anam qadının qolunu tutub geri itələdi. Əslində o an olanları xatırlamıram. Sadəcə o səs küy içində bir səssizlik məni daha qorxudurdu. Bu da atamın mənə baxışları. O baxışlar sadəcə bir şey deyirdi. "İnkar et. ” ona baxdıqca gözlərim daha da dolurdu. Başımı yox mənasında yelləyib yavaşca "mən səhv heç nə eləmimşəm” deyə pıçıldaya bildim. Bilmirəm geri qalanını xatırlamıram. Həyəcan və stressdən huşumu itirmişdim. Ayıldığımda anam və xədicə otağın küncündə daynmışdılar. Əzizə həyəcanla nəyisə izah edir, anam isə əlləri ilə azğını tutub, gözlərini yummuşdu. Yatmaq istəyirdim. Sadəcə yuxulamaq və ayılanda hər şeyin qaydasında olduğunu bütün bunların yuxu lduğunu bilmək istəyirdim. Mən günah iş görməmişdim. Sadəcə atam və anamın yanında başı aşağı olma səbəbim olanları onlardan gizlətməyim, ürəyimdə olanları onlarla bölüşməməyim idi. "Zahar, haradasan, gəl qurtar məni. Gəl denən ki, biz evlənəcəyik, mən şəmsi sevirəm. De və məni bu utanc hissindən azad et. ” Gözlərimi yumub bunları düşünərkən saçımda əl gəzdiyini hiss etdim. Gözlərimi açıb ən çox yara vurduğum insanı, güvəncini sarsıtdığım atamıə görmək istəmirdim. Onların gözlərinə baxa bilməyəcəkdim. Axı o qadın kim idi ki, ona bu utancı yaşatmışdı. Ən çox sevdiyi qızı Şəms başını aşağı etmişdi.
- Yatmadığını bilirəm. Dur otur danışaq. Atamın səsinə yavaşca gözlərimi açdım. Üzünə baxmadan yerimdə durub çöməldim.
- Üzümə bax.
- Ata
- Üzümə bax dedim.
Başımı qaldırdığımda o baxışlar məni deşib keçdi. Qarşımda elə bil atamı yox, yad bir insanı görürdüm.
- Danış görək nə məsələdir.
- Ata, Amal bəylə.
- Onu bura qatma. Üzümü onun üzünə dikib baxdım. Atam ya hər şeyi bilirdi, ya da Amala məndən daha çox güvənirdi.
- O gənc Ayşə qadın sussun deyə yalan danışdı orada. Sənin özünü tövlədə də pis hiss etdiyini, yıxıldığını və səni tumaq istəyəndə Ayşənin gördüyünü dedi.
Qulaqlarıma inana bilmirdim. Niyə? Niyə bu oğlan hər dəfə qarşıma çıxmalı idi.
- Mən bilirəm ki, heç də elə olmayıb. O da yalan danışa bilmir Şəms. Elə sən də. De görüm..
Bilmədim nədən başlayım, nə deyim, bir xeyli susdum.
- Şəms, danış artıq.
- Ata.. o mən..hər şey o qadının danışdığı kimi deyil, and içirəm.
- Mən də ona görə deyirəm ki, danış.
Artıq göz yaşlarımı saxlaya bilmirdim. Yenə ürək bulantım başladı. Hər dəfə həyəcanlanada ya yatmaq istəyirdim, ya da ürəyim bulanırdı. ÖZümü güclə vanna otağına çatdırdım. Əslində bir az yaxşı oldu deyə düşünürdüm. Çünki düşünməyə zaman lazım idi. Olanları həzm edə bilmirdim. Amalın dedikləri, atamın ona inanmamğı. Ayşə qadının hay küyü. Başım gicələnirdi. Həmin anda öləcəyimi düşünürdüm. Mən, atamın gözünün işığı onun başını aşağı etmişdim. Özümə ləkə götürmüşdüm. Yox.. axı mən ləkəli deyildim. Sadəcə adətlər insana ləkə yaxır. Sevgi yox. Mən isə sevirdim. Sadəcə sevirdim. Qapımım döyülməsi ilə dik atıldım.
- Şəms, yaxşısan.
- Hə, çıxıram indi. Otaqdan çıxanda atam yatağımın küncündə əyləşmişdi. Əzizə ilə anam da içəri daxil oldu. Atam onlara çıxmaq işarəsi versə də Əzizə qaçıb ona yaxınlşaraq qulağına nəsə dedi. Atam başını qadlırmadan otaqdan çıxdı. Indi növbə anamın idi deyəsən. O da yaxınlaşıb gözlərimin içinə baxdı. – Danış hər şeyi.
Niyə hamı məndən danışmağımı istəyir. Bildikləri gerçəyi niyə məndən eşitmək istəyirdilər ki.
- Ana, yalvarıram. Bu günlük mənə izn ver. Sabah hər şeyi danışaram , söz verirəm. Hər şeyi. Amma bilin ki, başınızı aşağı edəcək heç bir addım atmamışam. And içirəm.
- Bilirəm qızım. Biz sizə elə tərbiyə veməmişik ki, bizim başımızı aşağı salacaq addım atasınız. Amma bu olanlara bir açıqlama lazımdır. Yoxsa necə müdafiə edək.
- Mənim müdafiyəyə ehtiyacım yoxdur. Mən səhv bir şey eləməmişəm.
- Şəms, balaca uşaq deyilsən. Özün bilirsən buralrda nə necədir. Hə siz avropada təhsil almısınız, 4-5 il bir kənara tez tez gedib gəlmisiniz. Sizi azad böyütmüşük. Amma bəzi şeylər burada elə səs salıb yayılır ki, nə avropadan olmağın. Nə ora gedib gəlməyin. Nə təhsilin nə adın sanın heç bir işə yaramır. Anlamırsan ki, burada bir çox insanın həyatı kiminsə iki dodağı arasından çıxan sözə baxa bilər. Biz elə belə ailə deyilik. Sevənlərimiz, dostlarımız var. Amma bizi sevməyənlər onlardan daha çoxdur. Sən bu gün heç nə eləməmişəm deyə bilərsən, amma o tövlədə olmadığını , səni qucaqlayan birinin orada olmadığını deyə bilmirsən. Çünki həqiqət var. Amal deyir yıxılıb tutmuşam. Səncə Ayşə qadın buna inandı. Gedib indi hər yerdə belə danışacaq? Yox əlbəttəki.. Ürəyi necə istəyir qoşacaq. Artıq heç kim ona əhəmiyyət vermir. Fakt sən orada olmusan. Artıq başqa heç nə düşünməyəcəklər.
- Neynim mən? Gedim özümü öldürüm ki, insanların dilinə düşməyim? Mənim nə günahım ki, buranın adətlərində olmayan dediqodunun qurbanı oluram.
- Şəms, ağlamaqdansa düşün. Və ağıllı rəfdar elə.
- Başa düşmədim.
- Sabaha bütün Maskat, bütün Oman bu xəbərdən agah olacaq. Ailəni düşün, bacın Əzizəni düşün.
- Ana, nə demək istəyirsən anlamadım.
- Sən Zaharla artıq evlənə bilmərsən.
Anamın Zaharın adını çəkdiyindən bildim ki, Əzizə olanları ona danışıb. Mənim çoxdan eləməli olduğumu.
- Niyə?
- Çünki Ayşə qadın səni amalla gördüyü xəbərini yayıb.
- Hə, nə olsun. Desin də. Amal dedi axı mən yıxılanda tutub məni.
- Yaxşı Şəms. Madəm ki. Heç nə anlamırsan, o zaman özün şahidi ol hər şeyə. Amma dediyimi düşün.
- Nəyi düşünüm ana.
- Yat indi, rəngin ağappaqdır. Sabah danışarıq.
Anamın dediklərindən zərrə qədər də heç nə anlamamışdım. Gecə elə bərk yatmışdım ki, heç yuxudan ayılmadan. Amma ayılanda isə elə bil heç yatmamış kimi idim. Beynim yatmamışdı. Olanları analiz edəcək gücdə deyildim. Otağımdan çıxmaq istəmirdim. Heç kimki görmək və danışmaq istəmirdim. Bir tək Zaharla görüşməliydim. Həm də təcili. Əminəm ki, olanları eşitsə əlindən gələni edəcək ki, hər şey yerində otursun. P)əncərəyə tərəf yaxınlşaıb bir az hava almaq istəyirdimm ki, həyətdə gördüyüm adam məni təəcübləndirdi. Bu Amal idi. Həyətdə ağacın dibində dayanıb siqaret çəkirdi. Arada bir öskürür siqareti yenidən ciyərlərinə çəkirdi. Bəlli idi ki, çəkən deyil. Niyə getməmişdi bilmirəm. Anlayırdım ki, onun günahı yox idi. O da sadəcə qurban olmuşdu. Ayşə amalın gəlişini görmüş, amma gedişini görməmişdi. Zaharı Amalla səhv salmışdı. Ya da özü bilərəkdən elə eləmişdi. Çünki Zaharın geyimi ilə amalın geyimi tamam fərqlidir. Zahar yerlilərin geyimindən istifadə edirdi. Amal isə qara futbolka cins şalvar. Bəs bu qadın niyə Amalla adımı çəkmişdi. Amal başıını qaldırıb pəncərəyə baxanda qeyri ixtiyari tez geri çəkildim. Utanırdım. Bilmirəm niyə, amma onunla da üz üzə gələ bilməzdim. Mənim üzümdən ona da çər atmışdılar. Evində qonaq qaldığı adamın nəvəsi ilə adı çıxırdı. Babama , atama xəyanətdə günhalndırılrdı. Beynim dağılacaqdı fikirdən. Yenidən yerimə uzandım ki, Əzizə gəldi
- Ayıldın.
- Əzizə... mən təcili Zaharla danışmalıyam.
- Dəlisən sən? İndi sən evdən çıxmasan yaxşıdır. Artıq qəsəbə dünənə olanları danışır. Of..
- Nə?
- Hə, hər halda bizim evdə heç vaxt belə səs küy olmayıb. Hamı maraqlanıb. Ayşə qadın da ki, maşAllah elə bil dövlət televiziyasıdır. Anında xəbəri yayır.
- Əzizə nə olur olsun, mən Zaharla danışmalıyam.
- Dedim ki, yox. Anlamırsan sən. Onsuzda atam babam pərişandır. Bur də indi Zaharla görsələr necə. Onlar Zaharı bilmir. Bir tək anama dedim.
- İndi nolacaq.
- Bilmirəm Şəms, bilmirəm. Amma sən bir müddət evdə qalsan yaxşıdır.
- Amal niyə getməyib?
- Hara getsin? Necə getsin? Hələ bir üstəgəl şayə yaysınlar ki, oğlan qaçdı getdi. Yazıq onsuzda bizim üzümüzdən bəlaya düşdü.
- Offff.. dəli olacağam mən. Yox... yoxx olmayacaq belə. Mən təcili danışmalıyam onunla. Əminəm ki, Zahar bir şeylər fikirləşəcək.
- Əgər qəbul etsə.
- Anlamadım.
- Şəms, bir az realist ol. Zaharın ailsəi onsuzda səni istəmirdi. Indi adı çıxan bir qızı evlərinə gəlin aparacaqlqr.
- Əzizə sən qatı düşməndən belə ağır danışırsan.
- Anlamırsan Şəms. Mən sənə görə deyirəm.
- Neynim mən yaxşı. Gedim amalla evlənim ki, hamı sussun.
- ......
- Nə? Niyə elə baxırsan?
- Amal sənilə evlənmək istəyir.
Əzizənin bu sözünə heç nə deyə bilmədim. Gözlərim hədəqəsindən çıxacaqmış kimi baxırdım. Dilim dodağım qurudu. Nə danışır bunlar, nə evlənmək.
- Babam sən dünən huşunu itirəndən sonra ürəyi narahat oldu. İndi xəstəxanadadır.
- Nə?
- Şayələr şəhəri bütün baş alıb gedir az qala. Əhmədin ailsəi artıq nişan gününü təxirə salıb, vaxtı uzatmaq istəyiblər.
- Əzizə mən.. məni... bağışla..
- Qulaq as. Səni ittiham etmirəm. Dünənki oğlana görə ailəmi , səni qarşıma alacaq deyiləm. Əhməd gedər başqası gələr. Amma sən mənə əzizssən. Babam atam Amal nə danışıblar bilmirəm. Bircə onu bilirəm ki, Amal adı təmizləmək üçün səninlə evlənməyə razıdır.
- Nə ixtiyarla. Kimdir axı o.
- O artıq ikinci dəfədir ki, ailəmizi qurtarır.
- Axı tövlədə olan Zahar idi.
- Bunu kimə sübut edəcəksən? Bu bir kənara nə deyəcəksən. Yox Amal getdikdən sonra Zahar gəldi deyəcəksən. Sənin ağlın işləyir?
- Əzizə Zaharla mən bir birimizi sevirik.
- Şəms, başa düş. Zahar yoxdur.
- Var! VAR! Dedim. O olanlardan xəbər tutan kimi gələcək. Görərsən.
Gözümün yaşını silə silə otaqdan çıxıb bir başa dəhlizlə çölə çıxıdım. Qaçaraq tövlədən Berikanı çıxardıb Zaharın evinə getdim. Evin ətrafında atın səsini eşdən Zahar cəld çölə çıxaraq mə\niml gəldi. O anda ona o qədər ehtiyacım var idi ki. Berikadan düşməyimlə onu qucaqlamağım bir oldu.
- Zahar, olanları bir bilsən. Gözümün yaşını saxlaya bilməyib hönkürtü ilə ağladım. Amma Zahar don vurmuş şəkildə düz dayanmışdı.
- Zahar, mənəm Şəms
- .... görürəm.
- Demək olanları eşitdin.
- Eşitməyən var bəyəm Şəms?
- Sənə dünən dedim axı bizi gördülər.
- Bizi? Şəms bizi yox. Sənlə moskvadan gələn həkimi görüblər.
Zaharın sözləri isə yaşadıqlarımın üstünə daha da yük atmış. Məni qəlbimdən vurmuşdu.

Müəllif:
Lili SH
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 5 593
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri